_____________Milli Kitabxana_____________
33
yinə görə – struktura, inkişaf və faəliyyət, mahiyyətlərin bir-birindən asılılıq
xüsusiyyətlərinə görə – dinamik və statik, sistem daxilindəki mövqeyinə görə –
əsas və qeyri əsas, əlaqələrin xarakterinə görə – səbəbiyyət və qeyri-səbəbiyyət,
əhatə dairəsinə görə ümumi, xüsusi və spesifik qanunları xatırlamaqla pedaqoji
qanunları əsasən, sonuncu zəmində, yəni əhatə dairəsinə görə təsnif etməyə
çalışmışlar. B.Əhmədov “Bakı” qəzetindəki məqaləsində (28 mart 1969-cu il)
yazır:
1) elmi-ümumiləşdirmələr, qruplaşdırmalar və yenidən qruplaşdırmalar yolu
ilə inkişaf edir; 2) tədqiqatda məntiqin qanunlarına əsaslanmadan keçinmək
mümkün deyildir. Məntiq elmi öyrədir ki, hər hansı geniş anlayışı, yəni cinsi
nisbətən dar anlayışlara, növlərə bölərkən vahid bir əsas olmalıdır; 3) idrakın
mücərrəd təfəkkür mərhələsinin tələb etdiyi başlıca metod ümumiləşdirmədir.
Fəlsəfədə idrak, elmi idrak, onun formaları və metodları, elmi biliyin
strukturu, dialektika, onun kateqoriyaları və qanunları ilə əlaqədar ümumiləşdirmə
məsələsinə baxılır.
Gerçəkliyin adekvat inikası, dünyanın dolğun dərk edilməsi mürəkkəb,
ziddiyyətli və çətin prosesdir. Həmin prosesin qanunauyğunluqlarından, struktur
kateqoriyalarından, gerçəkliyin məqsədyönlü inikasından bəhs edən elm sahəsi
qnoseologiya adlanır. Bu yunan dilində “bilik haqqında təlim” deməkdir. Deməli,
idraka qnoseologiyanın predmeti kimi baxılmalıdır. Varlığın inkişaf qanunları ilə
təfəkkürün inkişaf qanunlarının vəhdətini əsaslandırmaq üçün əsas cəhdi ilk dəfə
Hegel etmişdir, lakin bu idealistcəsinə edilmiş, ardıcıl nəticəyə gəlinməmiş və
dahicəsinə sezmə olaraq qalmışdır. Müasir fəlsəfəyə görə isə gerçəklik və onun
qanunları dərk ediləndir. Təfəkkür və gerçəklik qanunları eyniyyət təşkil edir,
onlar vəhdətdədirlər. İdrak – gerçəkliyin nisbi adekvat inikasıdır. Mütərəqqi fəlsəfi
fikrə görə idrak prosesini tam və düzgün başa düşmək üçün iki anlayışı, idrakın
subyekti və obyekti anlayışlarını fərqləndirmək lazımdır. Subyekt dedikdə idrakı
və ya digər fəaliyyəti məqsədyönlü həyata keçirən ayrıca şəxsiyyət və ya sosial
qrup başa düşülür. Bu mənada insan idrakın subyektini təşkil edir. Obyekt insan
fəaliyyətinin yönəldiyi təbiət, cəmiyyət hadisələridir. İdrak prosesinin iki başlıca
_____________Milli Kitabxana_____________
34
struktur səviyyəsi vardır: empirik və nəzəri səviyyələr. Həmin səviyyələr
vəhdətdədir və bir-birini tamamlayır.
Empirik bilik – adi, gündəlik həyatda, təcrübə və müşahidələr əsasında,
nəyin faydalı və nəyin zərərli olması və s. haqqında təsəvvür, baxış, əhval-ruhiyyə,
hiss və emosiyaların məcmusu və onlar haqqında bilikdir. İdrakın yüksək struktur
səviyyəsini elmi-nəzəri bilik təşkil edir.
İdrak prosesinin ən yüksək struktur səviyyəsi yaradıcılıqdır.
İdrakın empirik səviyyəsinin əsas metodları müşahidə, eksperiment, model
qurmaqdır.
Empirik səviyyədə əsas idrak formaları isə elmi faktların müəyyənləş-
dirilməsi, qavrayışlar əsasında yaranan təsəvvürlər, ideyalar, fərziyəvi mülahizələr,
empirik qanunların aşkar edilməsi və s.-dən ibarətdir. Elmi nəzəri səviyyədə isə
spesifik idrak metodları bunlardır: abstraksiya, ümumiləşdirmə, formalaşdırma,
aksiomlaşdırma, modelləşdirmə, hipotetik deduksiya, abstraktdan konkretə
yüksəlmə, tarixi, məntiqi, riyazi metodlar, sistem-struktur təhlil, müqayisə,
analogiya və s.
“Ümumiləşdirmə elə idrak metodudur ki, onun nəticəsində tədqiq olunan
obyektin ümumi xassələri və əlamətləri müəyyənləşdirilir. Burada abstraksiyalar
nəticəsində əşya və hadisənin ayrı-ayrı tərəfləri haqqında əldə edilmiş anlayış və
mühakimələr ümumiləşdirilib təhlil olunur, müəyyən nəzəri nəticələr çıxarılır.
Ümumiləşmə xüsusi, az ümumi anlayış və mühakimələrdən ümumi və ən ümumi
anlayış, mühakimə, fərziyyə və nəzəriyyə yaradılması yolu ilə gedir” [35, s 186]
Elmi –nəzəri səviyyədə spesifik idrak metodlarının qalanlarının üzərində
dayanmayıb həmin idrakın əsas formalarının aşağıdakılardan ibarət olduğunu
göstərməklə kifayətlənək: elmi faktın və problemin müəyyənləşdirilməsi; ideyalar,
prinsiplər və qanunların kəşf edilməsi; ehtimallar və fərziyyələr, nəzəriyyələr,
təbii-elmi, texniki və sosial biliklər və s. Fəlsəfədə ən ümumi və ya universal
əlaqələri ifadə edən kateqoriyalar öyrənilir. Bunlar aşağıdakılardır:
1) Tək, xüsusi və ümumi. Hər bir əşya, hadisə və prosesdə yalnız onun
özünəməxsus, onu başqalarından, hətta ona oxşar hadisələrdən fərqləndirən bir sıra
_____________Milli Kitabxana_____________
35
xüsusi cəhətlər vardır. Məsələn, konkret bir şəxsin (Fuad, Aydan, Nihad) özünə
məxsus danışıq tərzi, qavrama qabiliyyəti, vərdişləri, yerişi və s. olur. Deməli
obyektiv aləmin məlum konkret fərdi əşyası, hadisə və prosesi təki (təkcəni,
ayrıcanı) təşkil edir. Hər bir əşya, hadisə və prosesdə eyni zamanda onu başqaları
ilə yaxınlaşdıran, ümumiləşdirən, «eyniləşdirən» bir sıra ümumi cəhətlər də vardır.
Məhz bu keyfiyyət xüsusiyyətləri ilə tək bir nəfər, ailə, kollektiv, sinif, millət,
nəhayət cəmiyyətlə qovuşur, ümumiyə çevrilir. Bu isə o deməkdir ki, tək hadisə
ayrılıqda mövcud ola bilməz; bir adamın ölkədə, regionda, Yer kürəsində yaşayan
milyonlarla insanlar ilə çoxlu ümumi cəhətləri, əlaqələri, oxşar taleləri mövcuddur.
Bütün insanların ümumi anatomik – fizioloji quruluşu, psixi-şüurlu fəaliyyəti,
sosial-ictimai əlaqələri vardır. Deməli tək həm də ümumidir; tək ümumiyə doğru
aparan çoxsaylı əlaqələrdə mövcuddur; Ümumi isə təkdir, təklərin oxşar
cəhətlərinin məcmusundan ibarətdir; tək və ümumi arasında sintetik çevrilmə
əlaqəsi mövcuddur. Ümumi – odur ki, onun vasitəsilə çoxlu tək-tək, ayrı-ayrı əşya,
hadisə və proseslər arasındakı oxşar, ümumi cəhətlər təmsil edilmiş olur.
Hər bir əşya, hadisə və prosesdə tək və ümumi arasındakı dialektik qarşılıqlı
əlaqəni “xüsusi” fəlsəfi kateqoriyası ifadə edir. Məsələn, bitki ümumini, taxıl
xüsusini, arpa təki, canlı ümumini, insan xüsusini, Fuad isə təki ifadə edir.
Tək, xüsusi və ümumi kateqoriyalarının dialektikasının nəzərə alınmasının
insan fəaliyyəti üçün mühüm əhəmiyyəti vardır. Biz tədqiqat prosesində həmişə
təkdən, ayrıcadan başlayıb ümumiyə doğru, ən ümumi qanunauyğunluqları dərk
etməyə doğru getməliyik. Yaxud ümumi qanunauyğunluqları mənimsəmə ilə tək-
tək hadisə və prosessr üçün müəyyən ümumiləşdirici nəticələrə gəlməliyik. Tək,
xüsusi və ümumi arasındakı qarşılıqlı əlaqələrin düzgün mənimsənilməsinin həm
nəzəri, həm də ciddi ictimai praktik əhəmiyyəti vardır. Bu qarşılıqlı əlaqələri
nəzərə almadan yalnız ümumi olana istinad etmək, yalnız ümumini əsas götürmək
nəzəriyyədə ehkamçılığa, yalnız təki əsas götürmək isə təftişçilik mövqeyinə gə-
tirib çıxara bilər. Hər iki hal ayrılıqda nəzəriyyədə həqiqətə nail olmağa imkan
verməzdi.
Dostları ilə paylaş: |