_____________Milli Kitabxana_____________
27
2) beynə təsir edən informasiya müəyyən vaxtdan sonra ətraflı analiz və
sintez edilir, qruplaşdırılır və ümumiləşdirilir;
3) təlim materialı elə tərtib edilməlidir ki, əsas cəhətlər bir-birindən fərqlənə
bilsin, onları qruplaşdırmaq və ümumiləşdirmək mümkün olsun;
4) şagird müəllimi dinləyir, materialı dərk etməyə çalışır, düşünür, müqayisə
edir, ümumiləşdirir, təsəvvüründə canlandırır və s.
Ə.Ə.Əlizadə şagirdlərin yaradıcı fəaliyyətinin yollarını araşdırmışdır [11(1)].
Onun fikrincə şagirdlərdə fəza təsəvvürləri və texniki təfəkkür inkişaf etdirildikdə
onlar texniki – konstruktiv tapşırıqları daha səmərəli həll edə bilirlər. O,
S.L.Rubinşteynə əsaslanaraq yazır: “Vahid təfəkkür daxilində, bir tərəfdən əyani,
digər tərəfdən mücərrəd-nəzəri təfəkkürü ayırd etmək olar. Birinci üçün xarakterik
cəhət bundan ibarətdir ki, onda təsəvvür və məfhumun, xüsusi ilə ümuminin
vəhdəti əsasən surət-təsəvvür formasında həyata keçirilir. İkinci üçün isə bu cəhət
xarakterikdir ki, onda əyani surətin-təsəvvürün və məfhumun vəhdəti əsasən
ümumi məfhumlar formasında həyata keçirilir ” [11, səh 101]. O, [11(2)]-də isə
yuxarı yaşlı məktəblilərdə qavrayış, hafizə, diqqət, təxəyyül, təfəkkür kimi idrak
proseslərinin inkişaf edib yeni keyfiyyətlər kəsb etdiyini, bunların əsas
xüsusiyyətlərini göstərir. Məsələn, yuxarı sinif şagirdlərinin təfəkkürünün əsas
xüsusiyyətləri mücərrəd məsələlərin nəzəri səpgidə təhlili, alternativ fərziyyələr
irəli sürüb, onlardan birini seçməklə zehni məsələnin həlli, hökm və mülahizələrin
məzmununa görə deyil, məntiqi tipinə görə təsnifi, deduktiv yolla nəticə çıxarmaq
və s. hesab edilir.
Məktəb təcrübəsi və psixoloji tədqiqatlar göstərir ki, şagirdlər
təfəkkürlərinin keyfiyyətinə (tənqidiliyinə, müstəqilliyinə, çevikliyinə, sürətinə və
s.) görə bir-birindən fərqlənir. Ə.Bayramov belə hesab edir ki, şagirdlərin bir qrupu
heç bir təhrik olmadan, bəziləri qismən təhrik sayəsində, digərləri tam təhrik
olduqda tənqidi düşünə, öz idrak obyektlərinə tənqidi yanaşa bilirlər [8].
M.Ə.Həmzəyev pedaqoji psixologiyanın mövzusuna daxil olan ən mühüm
komponentləri araşdırmışdır [13(1)]. O, təlim prosesinin müvəffəqiyyəti üçün
diqqətin, qavrayışın, hafizənin, təxəyyülün, təfəkkürün, hisslərin və iradənin
_____________Milli Kitabxana_____________
28
yüksək inkişaf etməsinin zəruriliyini sübut etməyə ehtiyac olmadığını, tədris prose-
sinin təşkili zamanı təfəkkürün qanunauyğunluqlarının nəzərə alınmasını, müxtəlif
fikri əməliyyatlardan düzgün istifadənin zəruriliyini, xüsusən ümumiləşdirmənin
xüsusiyyətlərini nəzərə almağın mənimsəmənin səmərəliliyi üçün vacibliyini,
şagirdlərin mühüm ümumi əlamətlərlə oxşar ümumi əlamətləri fərqləndirmələri
üçün dərin təhlil və tərkib əməliyyatı aparmağa yönəldilməsinin əhəmiyyətini
göstərir; düzgün ümumiləşdirmə bacarığının formalaşdırılmasını təlim prosesinin
optimallaşdırılmasının mühüm şərti hesab edir. Ə.S.Bayramov və Ə.Ə.Əlizadə
yazır: “Ümumiləşdirmə cisim və hadisələri mühüm əlamət və xassələrinə görə
birləşdirməkdən ibarət olan fikri əməliyyatdır”. İnsan müşahidə etdiyi cisim və
hadisələrin ümumi və mühüm əlamətlərini, əlaqələrini ayırır, yəni təcrid edir, sonra
birləşdirir və induktiv istidlal vasitəsilə ümumi qanunauyğunluğu və ya müddəanı
tapır. Belə mürəkkəb fikri əməliyyat ümumiləşdirmədir. Ümumiləşdirmə prosesi
başlıca olaraq üç istiqamətdə gedir: 1) ayrı-ayrı cisimlər üçün ümumi və mühüm
münasibətlər ümumiləşdirilir, beləliklə əşya məfhumları alınır; 2) ayrı-ayrı cisim
və hadisələr arasındakı ümumi və mühüm münasibətlər ümumiləşdirilir. Bu halda
münasibət məfhumları alınır; 3) təlim ümumiləşdirmələri (plan tutmaq, tezis
yazmaq, nəticə və başlıqlar müəyyənləşdirmək və s.). Ümumiləşdirmə
mücərrədləşdirmə ilə sıx vəhdətdədir” [6, səh 297]
Burada ümumiləşdirmə haqqında yaxşı fikirlər vardır. Lakin, bilmək
lazımdır ki, ümumiləşdirmə təkcə mücərrədləşdirmə ilə deyil, digər təfəkkür
əməliyyatları ilə də sıx əlaqədardır. Digər tərəfdən isə ümumiləşdirməni yalnız
induktiv yolla deyil, deduktiv və başqa səmərəli üsullarla da almaq olar.
Məntiq elmində ümumiləşdirmə anlayışı mühüm yer tutur. Bu fikri
N.J.Kondakovun [116] kitabında aydın görürük. Burada ümumiləşdirici mücərrəd-
ləşdirmə, ümumiləşdirmə, eyniləşdirmə mücərrədləşdirilməsi, məntiqi cəmin,
məntiqi hasilin, Şeffer funksiyasının, anlayışların ümumiləşdirilməsi, ümumilik
kvantoru, mülahizələr funksiyası kimi məsələlərin mahiyyəti lazımı səviyyədə
açılmışdır.
_____________Milli Kitabxana_____________
29
Məntiq kitablarında [ 16, 46 və s.] ümumiləşdirmə ilə əlaqədar maraqlı
müddəalar irəli sürülür:
1) İnsan daima çalışır ki, hissi idrakın verdiyi məlumatları ümumiləşdirsin,
şeylərin mahiyyətinə nüfuz etsin, təbiət və cəmiyyətin inkişafındakı
qanunauyğunluqları dərk etsin; 2) Təfəkkür-gerçəklikdəki cisim və hadisələrin
ümumiləşmiş, vasitəli və məqsədəuyğun formada beynimizdə inikasıdır; insanı
digər canlılardan fərqləndirən məhz mücərrəd təfəkkürdür; 3) mücərrəd təfəkkür
hissi idrakın verdiyi biliklərə əsaslanır, bu bilikləri ümumiləşdirir, yəni nəticələr
çıxarır, cisim və hadisələrin daxili mahiyyətini açır; bu təfəkkürün gerçəkliyi
ümumiləşmiş şəkildə əks etməsi onun əsas xüsusiyyətidir; 4) birinci siqnal sistemi
təfəkkürə konkret hissi material verir, təfəkkür isə bu materialı analiz-sintez prose-
sindən keçirərək, ümumiləşdirir və maddi dil qabığının köməyi ilə insanlara
çatdırır və təfəkkürü möhkəmləndirir; 5) Aristotel təfəkkürdə ümumi ilə təkcənin,
səbəb ilə nəticənin inkişafını irəli sürmüşdür; nominalizmin nümayəndələri yanlış
olaraq idrak nəzəriyyəsində ümumi ilə təkcənin üzvü vəhdətini anlamır, mücərrəd
təfəkkürün idrak silahı olduğunu təkzib edirlər; 6) anlayış cisim və hadisələrin ən
ümumi, mühüm, zəruri xassə və əlamətlərini, cisim və hadisələr arasındakı əlaqə
və münasibətləri beynimizdə əks etdirir; anlayış cisim və hadisələrin ümumiləşmiş
obrazıdır; 7) ümumilik dərəcəsinə görə kəmiyyət çox ümumiyə və az ümumiyə
bölünür. Bunlardan birincisi ən ümumi, ikincisi isə əlahiddə (xüsusi) anlayışlar
adlanır. Məsələn, həndəsi fiqur, maye, bitki və s. ən ümumini göstərirsə, üçbucaq,
benzin, ağac həmin anlayışlara uyğun olaraq xüsusini ifadə edir; 8) Beləliklə, fərdi
(təkcə), xüsusi və ən ümumi anlayışlar real gerçəklikdəki hadisələrin, proseslərin,
şeylərin fikrimizdə inikasıdır. Məntiqdə konkret və mücərrəd anlayışlardan, növ,
cins və fərd münasibətlərindən məntiqi əməliyyatlarda (anlayışlarla ümumiləş-
dirilməsi, məhdudlaşdırılması, tərifi və bölgüsü prosesində) istifadədən, bölgü və
təsnifatın mahiyyətindən, ümumi və mühüm əlamətlərin müəyyənləşdirilməsindən,
anlayışların yaranmasında iştirak edən məntiqi əməliyyatlardan, məntiqin
əsaslandığı ən ümumi qanunlardan (eyniyyət, ziddiyyət, üçüncünü istisna, kafi
əsas), əqli nəticədə təkcənin, xüsusinin, ümuminin, oxşarlıq və fərqin, konkret və
Dostları ilə paylaş: |