10
test”i ilə statistik yolla
təsdiqlənmiş asılılıq müəyyən
edilmişdir (Şək. 4.1). Bu nəticə
gələcəkdə cari fraqmentin SCAR
(Sequence Characterized
Amplified Region - nukleotid
ardıcıllığı xarakterizə olunmuş
amplifikasiya edilmiş region)
markerinə
çevrilməklə,
resveratrolun yüksək və ya az
miqdarına malik genotiplərin
qısa zaman fasiləsində identifikasiya olunmasında əhəmiyyətlidir.
Klaster analizi nəticəsində Cakkard genetik oxşarlıq indeksinin
0.508-ə bərabər qiymətində bütün nümunələr 9 qrupa ayrılmışlar.
RAPD markerlərinin klaster analizi nəinki tədqiq olunmuş mədəni və
yabanı üzüm nümunələrinin genetik müxtəlifliyi arasında kəskin fərqin
olmadığını, həmçinin onların genetik müxtəlifliyi ilə coğrafi
müxtəliflikləri arasında da müəyyən asılılığın olmadığını göstərdi.
Hər bir populyasiya daxilində təyin edilmiş Nei genetik müxtəliflik
indeksinin qiymətlərinə əsasən, genetik müxtəlifliyin yüksək səviyyəsi
Abşeron yarımadasına məxsus mədəni üzüm populyasiyasında (0.852),
nisbətən aşağı səviyyəsi Nabran və Quba bölgələrinə məxsus yabanı
üzüm populyasiyalarında (uyğun olaraq, 0.824 və 0.793) izlənilmiş,
Şabran zonasına məxsus üzüm populyasiyası isə zəif genetik
müxtəlifliklə (0.765) səciyyələnmişdir.
Nei genetik məsafə indeksi əsasında qurulmuş, üzüm populyasiyaları
arasında genetik məsafəni təyin edən dendroqramda yalnız sortlardan
ibarət üzüm populyasiyası tədqiq olunmuş üç yabanı üzüm
populyasiyasından uzaq genetik məsafədə (0.36) yerləşməklə, onlardan
xeyli fərqlənmişdir. Şabran və Nabran zonalarına aid olan üzüm
populyasiyalarının bir-birindən çox kiçik genetik məsafədə (bu iki
üzüm populyasiyası arasında Nei genetik oxşarlıq indeksi 0.95-ə
bərabərdir) ayrılması bu iki zonaya məxsus nümunələrin genetik
cəhətdən xeyli yaxın olduqlarını göstərir. Quba zonasına məxsus
nümunələr isə digər yabanı üzüm populyasiyalarından nisbətən uzaqda
(0.54) qruplaşmışlar.
11
4.2. Genetik müxtəlifliyin nüvə mikrosatellit lokusları əsasında tədqiqi
65 üzüm genotipinin nüvə genomunda 15 mikrosatellit lokusu üzrə
184 müxtəlif allel aşkar olunmuşdur (Cədvəl 4.2). Bu mikrosatellit
lokuslarından VVMD24 üzrə 6 allel olmaqla ən zəif, VVMD36 üzrə isə
20 allel olmaqla ən yüksək variabellik müşahidə edilmişdir. Bütün
lokuslar üzrə allellərin orta qiyməti 12.26-ya, effektiv allellərin orta sayı
isə 5.79-a bərabər olmuşdur ki, bu da hər bir lokus üzrə nadir allellərin
varlığından xəbər verir. Tədqiqatda hər bir lokusda rast gəlinmiş nadir
allellər müəyyənləşdirilmiş (184 alleldən 80-ni nadir allellər qrupuna
aiddir), onların mədəni və yabanı üzüm populyasiyalarında rastgəlmə
tezlikləri hesablanmışdır. Nadir allellərin təyini genotiplərin tanınması
və pasportlaşdırılmasında,
üzüm kolleksiyalarının
səciyyələndirilməsində, həmçinin seleksiya işlərində seleksiyaçının
müəllif hüququnun qorunub saxlanılmasında əhəmiyyətlidir.
Cədvəl 4.2
15 nüvə mikrosatellit lokusu üzrə tədqiq olunmuş genetik parametrlər
Lokuslar N
a
N
e
H
e
H
o
F
ST
N
m
PI
PIC
R
VVMD5 12
14.97
0.799 0.754 0.09 2.31
0.061 0.764
0.02
VVMD6 9
3.17 0.68 0.631
0.14 1.52
0.13 0.645
0.03
VVMD7 10
4.84 0.79 0.985 0.17 1.24
0.066 0.751
-0.1
VVMD8 11
4.87 0.79 0.492 0.15 1.37
0.065 0.73 0.17
VVMD21 11 3.45 0.71 0.723 0.12 1.79
0.12 0.61 -0.01
VVMD24 6 3.11 0.68 0.723 0.07 3.18
0.143 0.63 -0.07
VVMD25 12 4.67 0.79 0.615 0.07 2.93
0.067 0.71 0.097
VVMD27 14 4.56 0.786 0.677 0.17 1.21
0.047 0.72 0.06
VVMD28 18 9.63 0.892 0.8 0.08 2.87
0.018 0.855
0.048
VVMD31 9 4.34 0.769 0.754 0.05 4.41
0.088 0.63 0.025
VVMD32 13 8.06 0.876 0.815 0.12 1.86
0.027 0.76 0.032
VVMD36 20 9.13 0.89 0.738 0.07 3.34
0.019 0.81 0.08
VVS2 15
9.23
0.89
0.877
0.05 4.97
0.045 0.8 0.007
VrZAG62 9 6.85 0.85 0.769 0.15 1.38
0.039 0.75 0.04
VrZAG79 15 6
0.83 0.892 0.1 2.22
0.038 0.734
-0.03
Orta
qiymət
12.26 5.79
0.802 0.749 0.11 2.44
0.065 0.726
0.052
N
a
-allellərin sayı; N
e
-effektiv allellərin sayı; H
e
-gözlənilən heteroziqotluq; H
o
-müşahidə olunan
heteroziqotluq; F
ST
-fiksasiya indeksi; N
m
-gen axını; PI-(probability of identity) eynilik ehtimalı;
PIC-(polymorphic information content) polimorf informasiyanın ölçüsü; r-"sıfır” allellərinin
tezliyidir.
Müşahidə olunan heteroziqotluq və PIC kəmiyyətlərinin
qiymətləndirilməsi nəticəsində genetik müxtəlifliyin ən yüksək qiyməti
VVMD28, VVMD36 və VVS2 lokusları, ən kiçik qiyməti isə VVMD24
lokusu üzrə müəyyən edilmişdir. VVMD28 və VVMD36 praymerləri
yüksək genetik müxtəlifliyi təyin etməklə yanaşı, PI-ın kiçik qiymətləri
ilə səciyyələnməklə mədəni və yabanı üzüm nümunələrinin genetik