Microsoft Word S. Ferziyeva Azerbaycan Cenub-Sherq verstka sixilmamish doc



Yüklə 15,54 Kb.
Pdf görüntüsü
səhifə33/44
tarix08.12.2017
ölçüsü15,54 Kb.
#14698
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

 
121
Maraqlı  cəhətlərdən biri də odur ki, geniş  şəkildə verilmiş 
halaybaşlığının üçüncü misrası  4+4 şəklində birləşərək 8 hecalı  gəraylı 
misrası kimi ifadələnir. 
« Toy eylə, gəlləm toyuna ay oğlan »  halay rəqs mahnısında 
halaybaşlığ gəraylı şeir formasında təzahür edir. 
Toy eylə, gəlləm toyuna (ay oğlan)  
3+5 
Qaynanan qurban boyuna  (ay oğlan) 3+5 
 

Çayın qırağındayam 
  2+5 
Çeşmə çırağındayam 
  2+5 
Balam toyun başladı 
  2+5 
Aşıq sorağındayam 
  2+5 
 
II 
Lənkəran şəhər 
oldu 
  3+4 
Yatmadım səhər 
oldu 
  3+4 
Bivəfa yar əlindən   3+4 
Yediyim zəhər 
oldu 
  3+4 
Halaybaşlığ misralarının yarımmisra heca birləşmələri 3+5 
şəklində özünün göstərir. Bu halaybaşlığ  hər bənd misrasından 
sonra hər dəfə  təkrarlanır. Halaybaşlığ misralarının sonuna «ay 
oğlan» tərkib sözləri  əlavə edilir. Burada qaynananın öz yeznəsini 
əzizləməsi xarakterizə olunur. Bundan fərqli olaraq bənd  misraları 
isə bayatı şəklində öz əksini tapır. «Halay» rəqs mahnısında bayatı 
iki bənddən ibarətdir. Birinci bənd misraları bütövlükdə 2+5, ikinci 
bəndin misraları isə 3+4 yarımmisra heca birləşmələri kimi öz 
əksini tapır. 
Bayatının birinci bəndinin məzmununda ananın öz oğluna toy 
tədarükü görməsi, ikinci bəndin məzmununda isə yarın vəfasızlığı 
əsas xarakter daşıyır. 
Rast gəldiyimiz  «  Səfalı dağlar » halay rəqs mahnısında 7 
hecalı bayatıdan istifadə edilmişdir. Bu bayatı iki bənddən ibarətdir. 
Mahnının halaybaşlığının birinci misrası  hər bənd misrasından 
sonra təkrar olunur. Bənd misralarının sonunda isə halaybaşlıq  
misraları bütövlükdə  səslənir. Bir perioddan ibarət olan mahnıda 


 
122
qeyri assimmetrik cümlələr verilir. Bayatının sonuncu bəndi cavab 
cümləsinə  əsaslanır. Burada kvarta sıçrayışı birinci cümlədə 
xüsusilə nəzər diqqəti cəlb edir. Halaybaşlıq öz melodiya strukturu 
baxımından birinci sual cümləsinin təkrarlanması ilə  əks olunur. 
Bayatının birinci və ikinci misralarının həmqafiyəsi ilə bitən 
melodiyalar eyni səslənməyə tabe olur. Bayatının üçüncü sərbəst 
misrası və dördüncü həmqafiyə misrası cavab cümləsinə aid olaraq 
«Halay» mahnısının ümumi bir period şəklində sona çatmasına 
xidmət edir. Birinci bənd bütövlükdə, ikinci bəndin üçüncü 
misrasında 4+3, digər misralarında isə 3+4 şəklində birləşir. 
Talış dilində                                                 Azərbaycan dilinə tərcümə 
Ha bebəfoynə 
bandon, 
  Ay 
bivəfalı dağlar 
Əcəb səfoynə bandon   
 
Əcəb bivəfalı dağlar 
              I                                                                   I 
Bə boğ dəşim bo əno,  
4+3  Bağa girdim nar üçün, 
Ənom çıne bo həmro,  
4+3  Nardan 
dərdim yar üçün, 
Həmrom bebəfo beşe,    
4+3 
Yarım bivəfa çıxdı, 
Həyfim ome bo əno.    
4+3 
Heyfim gəldi nar üçün. 
 
II 
Boğədə əno şine,   3+4 
Bu 
bağda nar şirindir
Bibisən əno şine,   3+4 
Heyvadan 
nar 
şirindir, 
Vey səğ bıbu odəmon,  
4+3  Çox sağ olsun adamlar, 
Həməysə həmro şine  
3+4  Hamıdan yar şirindir. 
Bu «Halay» mahnının  halaybaşlığının poetik məzmununda 
daşlara şikayət əsas məzmun kimi üzə çıxır. Bayatı bəndlərində isə 
yarın vəfasızlığı, qardaşa məhəbbət, bu prinsiplərin təbiətlə 
müqayisələnməsi, toya hazırlıq, sevgi həsrəti və s. öz əksini tapır. 
« Ey gülü manqal oğlan , mən deyim sən yaz oğlan » 
halaybaşlığının variantına biz Astara rayonunun Kakalos kəndində 
« Kəkilli manqal oğlan, mən ölüm sən qal oğlan » şəklində rast 
gəlmişik. « Ey gülü manqal oğlan, mən deyim sən yaz oğlan » 
halaybaşlıq mahnıda hər iki bənd misralarından sonra təkrar olunur. 
«Halay» rəqs mahnısında  istifadə olunan bayatı misraları dörd 
bənddən ibarət olaraq  birinci bəndin birinci, ikinci bəndin ikinci
dördüncü bəndin birinci, ikinci və dördüncü  misralarında 3+4, 


 
123
ikinci bəndin birinci, üçüncü və dördüncü, dördüncü bəndin üçüncü 
misralarında 4+3, digər bənd misralarında isə 2+5 yarımmisra heca 
birləşmələrinə rast gəlinir. 
Ey gülü manqal oğlan               3+4 
Mən deyim sən yaz oğlan         3+4 
 

Mən ağır çay bazarı    
3+4 
Çağır mətləb yazanı    
2+5 
Necə qəbrə qoyarlar    
2+5 
Yarı yardan edəni   2+5 
 
II 
Aşiq oldum üzüvə   4+3 
Heyranam gaş gözüvə  
3+4 
Səndən başqa yarım yox 
4+3 
Baxma yadlar sözünə  
4+3 
 
III 
Aşıq ellərdə qaldı   2+5 
Gözüm yollarda galdı    
2+5 
Düşmən aman vermədi  
2+5 
Arzum ürəydə galdı  
2+5 
 
IV 
Qara at nalı neynir 
 
3+4 
Göyçək qız  xalı neynir  
3+4 
Gözəl yarı olanın   4+3 
Dünyanın  malı neynir   
3+4 
Bu mahnının məzmununda sevgili yarın gözəlliyindən bəhs 
olunur. Burada aşiqin arzusunun ürəyində qalması, yarın 
gözəlliyinin dünya malı ilə müqayisə edilməsi  əsas prinsip kimi 
qarşıya qoyulur. Dördüncü bəndin variant şəklinə  həm də Astara 


 
124
rayonunun Kakalos kəndində əldə etdiyimiz « Boyu bəstə gəlinin » 
halay rəqs mahnısında rast gəlmişdik. 
« İstiotum, ispanağım, gəl mənim əziz qonağım » halaybaşlıq 
ilə başlanan bu «Halay» rəqs mahnısı  gəraylı  bənd misralarına 
əsaslanır. Bu gəraylının misralarının yarımmisraları 4+4, 3+5 
şəklində birləşir. Burada gəraylı  bəndinin bənd misraları üç 
misradan ibarət olur. « İstiotum, ispanağım, gəl mənim  əziz 
qonağım » halaybaşlıq üç misradan bir təkrar olunaraq mahnıya 
rondal xarakter verir. Halaybaşlığının birinci misrası 4+4, ikinci 
misrası isə 3+5 şəklində birləşir.  Əslində burada iki gəraylı  bəndi 
formalaşır. Gəraylının hər iki bəndində birinci və üçüncü misralar 
4+4, ikinci misra isə 3+5, şəklində birləşir. 
İstiotum, ispanağım  
 
4+4 
Gəl mənim əziz qonağım  
 3+5 
 

Gəlib burdan keçməyəsən        4+4 
Çadranı yellətməyəsən             3+5 
Sən çobana getməyəsən           4+4 
 
II 
Gəlib burdan keçəcəyəm 4+4 
Çadramı yellədəcəyəm  
3+5 
Mən çobana gedəcəyəm 4+4 
«İstiotum, ispanağım, gəl mənim əziz qonağım» halaybaşlığı 
əzizlənmə xarakteri daşıyır. Burada xor tərəfindən ifa olunan 
halaybaşlıq gənc qızın  şıltaq olmasından, istiot, ispanaq kimi acı 
olmasından söhbət açılır. Həmin bu dəcəl  qızın çobana ərə 
getməməsi təsvir olunur. Bunun muqabilində  dəcəl qız  əksinə 
çobana ərə getməyini iddia edir. 
«Çəltik» halay mahnısı sadə iki hissəli kuplet formasındadır. 
Burada halaybaşlıq misraları 5+2 şəklində təzahür edir. Halaybaşlıq 
misraları  hər bəndin sonunda təkrar olunur. Birinci bənddə 
həmqafiyələnmiş misraları 5+2, üçüncü misrada isə 4+3, ikinci 


Yüklə 15,54 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə