Microsoft Word sa iheamhak doc



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə18/39
tarix08.09.2018
ölçüsü0,92 Mb.
#67039
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

 
54 
etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və 
mərəsim ayinlərini yerinə yetirmək azadlıqları daxildir. 
2. Öz dininə  və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai 
əsayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud 
mənəviyyatı qorumaq üçün və ya digər  şəxslərin hüquq və 
azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş  və 
demokratik cəmiyyətə  zəruri olan məhdudiyyətlərə  məruz qala 
bilər. 
Azərbaycan Respublikasının  
qanunvericilik sistemi 
 
Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə 
əsasən, hər kəsin fıkir və söz azadlığı vardır. 
Heç kəs öz fikir və  əqidəsini açıqlamağa və ya fıkir və 
əqidəsindən dönməyə məcbur edilə bilməz. 
İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və 
təbliğata yol verilmir. 
Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə 
əsasən, hər kəsin vicdan azadlığı vardır. 
Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər 
hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqat etmək, yaxud 
heç bir dinə etiqat etməmək, dinə münasibəti ilə bağlı  əqidəsini 
ifadə etmək və yaymaq hüququ vardır. 
Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydam pozmursa və 
ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. 
Dini etiqat və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. 
Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının 
Qanunu dini azadlığın həyata keçirilməsi ilə bağlı yaranan 
münasibətləri tənzimləyir. 
Hər bir şəxsin dinə münasibətini müəyyənləşdirməsində, dinə 
etiqadında, ibadətlərdə, dini ayin və mərasimlərin icrasında iştirak 
etməsində, dini öyrənməsi yolunda hər hansı maneçiliyə yol 
verilmir. Dini etiqadların, dini həyat tərzinin və ibadətlərin zor 
işlədilməklə  və ya insanlar arasında nifaq salmaq məqsədi ilə 
təbliği, dini etiqada məcbur etmək qadağandır. 


 
55 
Dini etiqad azadlığının həyata keçirilməsində yalnız dövlət 
təhlükəsizliyi və ictimai təhlükəsizlik mülahizələrinə görə  və 
Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq 
olan hüquq və azadlıqların mühafizəsi üçün zəruri hallarda 
məhdudiyyətlər qoyula bilər. 
Əcnəbilər və  vətəndaşlığı olmayan şəxslər tərəfindən dini 
təbliğat aparılması qadağandır. 
Valideynlər və ya onları  əvəz edən  şəxslər, qarşılıqlı razılıq 
əsasında, uşaqlarını özlərinin dini əqidəsinə  və dinə münasibətinə 
müvafiq olaraq tərbiyə edə bilərlər. 
Azərbaycan Respublikasının vətəndaşları dinə münasibətindən 
asılı olmayaraq siyasi, iqtisadi, sosial və  mədəni həyatın bütün 
sahələrində qanun qarşısında bərabərdirlər. Vətəndaşın dinə 
münasibətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız öz istəyi ilə 
yol verilir. 
Öz dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş 
vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz. 
Bir vəzifənin icrasının dini əqidəyə görə digər vəzifənin icrası ilə 
əvəz edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi 
ilə nəzərdə tutulmuş hallarda yol verilir. 
Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən 
ayrıdır. 
Dövlət ona aid olan hər hansı  işin yerinə yetirilməsini dini 
qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır. 
Bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Bir 
din və dini qurum üçün digərinə nisbətən hər hansı üstünlük və ya 
məhdudlaşdırmalar müəyyən edilməsinə yol verilmir. 
Dini qurumlar ictimai həyatda iştirak etmək, habelə ictimai 
birliklərlə yanaşı kütləvi məlumat vasitələrindən istifadə etmək 
hüququna malikdirlər. 
Dini qurumlar siyasi partiyaların fəaliyyətində  iştirak etmir və 
onlara maliyyə yardımı göstərmirlər. 
Dövlət orqanlarının tərkibinə seçildikdə  və ya vəzifəyə 
keçdikdə din xadimlərinin din xadimi kimi fəaliyyəti həmin 
müddətdə dayandırılır. 


 
56 
Dini qurumlar Azərbaycan Respublikasının mövcud qanunlarına 
əməl edir və məsuliyyət daşıyırlar. 
Qanunun 6-cı maddəsinə  əsasən Azərbaycan Respublikasında 
dövlət təhsil sistemi dindən ayrıdır. 
Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini 
kitabların  əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris 
proqramına daxil edilə bilər. 
Vətəndaşlar istədikləri dildə  fərdi qaydada və ya başqaları ilə 
birlikdə ilahiyyəti öyrənə və dini təhsil ala bilərlər. 
Dini qurumlar öz nizamnamələrinə  (əsasnamələrinə) müvafiq 
olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri və 
qmpları yaratmaq, habelə başqa formalarda təlim keçmək, bundan 
ötrü onlara məxsus olan və onların istifadəsinə verilən  əmlakdan 
istifadə etmək ixtiyarına malikdirlər. 
Qanuna  əsasən dini icmalar, idarələr və  mərkəz, dini 
qardaşlıqlar, dini tədris müəssisələri, onların birlikləri dini 
qurumlardır. Dini qurumlar öz mərkəzi (idarələri) ilə  təmsil 
olunurlar. 
Dini qurumlar yetkinlik yaşına çatmış  şəxslərin dini etiqad 
azadlığı hüququnun birgə həyata keçirilməsi, həmçinin dini etiqadı 
və dini yaymaq üçün yaradılmış könüllü təşkilatlardır. 
Dini icma dinə birlikdə ibadət və digər dini tələbatı ödəmək 
məqsədilə könüllülük əsasında birləşmiş dindar şəxslərin yerli dini 
qurumudur. 
Azərbaycan Respublikasında təşkilat məsələlərində islam dini 
icmaları Qafqaz Müsəlmanları idarəsinə tabedirlər, qeyri-
müsəlman dini icmalarının Azərbaycan Respublikasında və xaricdə 
fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və 
tabeliyini dəyişdirmək hüququ vardır. 
Azərbaycan Respublikasında islam dini qurumları öz tarixi islam 
dini mərkəzində - Qafqaz Müsəlmanları İdarəsində birləşirlər. 
Təşkilati mərkəzlərin xaricdə olan qeyri-islam dini qurumları öz 
fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd 
olmayan hallarda həmin mərkəzlərin nizamnamələrini rəhbər tuta 
bilərlər. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə