_________________Milli Kitabxana
________________
2
Safruh.
İnama Doğru. (Haraylar) “Nərgiz” nəşriyyatı, Bakı, 2008 – 416 səh.
“Haraylarım” adlı Önsöz və 12 Boğçadan oluşan bu kitab ünlü deyimçi, İnam Ata (Asif Ata)
Ocağının Evladı Safruhun “Yeni Oğuz Sözü” və “Oğuz yönü” kitablarının davamıdır. İnam Atanın
yaratdığı Mütləqə İnam fəlsəfəsi ruhunda çəkilmiş bu haraylar insanın, dünyanın, Ulusun, Yurdun
taleyi üzərində düşünməyə çağırışdır — coşğun, bənzərsiz, fərəhli, eyni zamanda faciəli çağırış.
Hamıya ünvanlanmışdır. İnam Ata fəlsəfəsi, Türkün Mütləqə İnam Ocağı ilə maraqlananlar
ondan çox şey götürə bilərlər.
©
Safruh.
İnama Doğru.
2008.
İSBN 5-89600-96-8
S
2008
462
079
742000000
−
© «
Nərgiz», 2008
476 –
2008
_________________Milli Kitabxana
________________
4
Öpdüm qoydum gözüm üstə
İnam Ata Kitabını.
Tövrat, İncil, Quran bundan
Götürdü öz hesabını.
Asif Ata
EVLADLARA
(Ruhani Hökm)
Qardaşınız Safruhun “Ata İşığında” Kitabını öyrənin,
öyrədin, Sabaha çatdırın.
10 Xəzan ayı, Murad günü,
10-сu il. Bakı.
_________________Milli Kitabxana
________________
5
Mütləqim, Müqəddəsim, Peyğəmbərim
İnam Ataya (Asif Ataya) Ali Səcdəylə!
HARAYLARIM
Haraylarımı sunuram.
Kimə? Həqiqətən bilmirəm kimə.
Ancaq fərqi yoxdur, əlac yoxdur...
Hər bir Əqidəçi Haray məzmunu yaşayır, çünki Əqidəçi — Çoxa qarşı
Çoxlar uğrunda vuruşan Yalqız Döyüşçüdür çox vaxt və onun işi haraysız
ötüşmür adətən. Bu bərabərsiz, bu amansız döyüşdə. Bu Olum uğrundakı Ölüm
döyüşündə...
Nə qədər ki, Asif Ata sağ idi, mən öz yükümü haray salmadan çəkə
bilirdim. (Atanın sağlığında çəkdiyim haraylar janr yaradan halda olmayıb,
ötəri səciyyə daşıyırdı. Mən bunu sonralar anlamışam). Atanın ölümündən
sonra haray salmağa zorlandım — ardıcıl, ona görə də janr yarandı.
Haray — içsəsdən (izhardan) zilə doğru bir oktava yüksək səsli çağırışdır.
Asif Atanın Mütləqə İnam Ocağında elə olaylar baş verdi ki, haraydan da keçib
cikkə çəkməli oldum. Cikkə də Haraydan bir oktava yuxarıdır. (Bundan yuxarı
musiqili zillik yoxdur, bundan sonra süstlük gəlir, “aşınma” deyilən hal gəlir.
Mən indi o haldayam).
Haray və Cikkə vasitəsiylə mənim Ruhum özünün İdrak adlı tərkib
hissəsinin yetərsizliyini aradan qaldırmağa çalışır.
Safruh Harayının ana məzmunu nədir? Mahiyyətdən sapmamağa çağırış.
Canlı ömür işlərində əbədi insani dəyərlərə yaxınlıq, uyğunluq. Mahiyyətdən
ayrılma halına qarşı ağrılı duyğu.
Ağrılı duyğu — bacarıqsızlıq göstərgəsi deyil. Ağrıyan — ağrıtmaq istəmir;
düz yola ağrısız qayıtmağa çağırır. Bu — insana inamın məntiqindən irəli gəlir:
inanırsan ki, qayıdar, qayıda bilər, qayıtmaq istər. (“İnsan... Mütləqləşməyə can
atan, qadir olan ruhani varlıqdır” axı...).
Mütləqə İnamın məntiqində insan həm də Allahdır. Allaha qıymazlar,
Allahı döyməzlər, Allahı danlamazlar, söyməzlər... Bununla belə, ona qıymaq,
onu döymək, söymək məcburiyyəti yarananda — ağrılı duyğu baş qaldırır. Onu
yaxşı dinləmək, yaxşı oxumaq gərək.
Ana məzmunun ikincisi Asif Atanın yaratmış olduğu Mütləqə İnam Oca-
ğının taleyiylə bağlıdır. Safruh bu Ocağa türk irqinin (və türk irqi vasitəsiylə