_________________Milli Kitabxana
________________
6
bəşəriyyətin) gələcək minillərdəki ruhani-insani Yüksəlişinin qaynağı, səbəbi,
özülü kimi baxır. “Asif Atanın Ocağı baş tutmadı” kimi duyğuları həmin
miqyaslardakı ruhani-insani ölüm kimi qəbul eləyir, ona uyğun ölçülərdə də
vahimələnir. Belə halları ifadə eləmək üçün içsəs (izhar) yetmir. Ürək, səndən asılı
olmayaraq, haray salır, bəzən hətta cikkə çəkir...
Təbiət cəmiyyətin zülmündən,
Xalq beynəlxalqın zülmündən,
Fərd cəmin zülmündən,
Mədəniyyət beynəlxalq standartların zülmündən,
İdrak — dinlərin, ehkamların zülmündən,
Ləyaqət — çörəyin zülmündən... qurtulmalıdır.
Asif Ata Peyğəmbərliyi bunun çarəsini insanlaşıb insanlaşdırmaqda görür,
bunun yolunu isə — Mütləqə İnam Ocağında.
Ocağın başından bir tükün əskik olması qorxusu yarananda — Ocaq içində
ən cüzi Ocaqsızlıq halı yarananda — Safruh göynəyir — Haray üstə, Cikkə
üstə.
Bu göynərti mənim üçün o qədər ideyadır (ideyadan ibarətdir) ki, gözümdə
bəzən Asif Atanın Özü də şəxsləşir... (Ancaq ən dikbaş, ən cikkəli
məqamlarımda belə, Asif Ata mənim Peyğəmbərim, Müqəddəsim —
Mütləqimdir. Özünün dediyi kimi — Əzəli, Əbədi, Sonsuz, Kamil).
Haraylarım ən çox “Yeni Oğuz Sözü” və “Oğuz yönü” kitablarımda əksini
tapmış yaşantılarımın üzvi tərkib hissəsidir.
Bir neçə kəlmə də kitabın və onun bəzi boğçalarının adlarına yönəlik demək
istəyirəm.
Deyimlər kitabım YOS üçün vaxtiylə adlar düşünmüşdüm: “Ata İşığında”,
“Ataya doğru” və s. (Ancaq o vaxtlar: 1984—90-cı, Ocaq ilsırasıyla 6–12-ci
illərdə) nəşriyyatlara bu kimi adlarla əlyazma təqdim etmək olmazdı). Asif Ata
bu adlardan ikincisi haqqında yazmışdı: “Ataya doğru Yetkin Addır”. (Bax:
13 Murad Günü, İşıq Ayı, 8-ci il tarixli “Safruha” adlı Ruhani Sənədə).
*
Ata
daim bizimlədir, Ata Sözü Mütləqdir! Odur ki, bu kitabda həmin adı
gerçəkləşdirdim.
Birinci boğçanı “İnam” adlandırdım. Bu söz həm Asif Atanın
Peyğəmbərlik Adını (İnam Ata), həm Onun yaratdığı dünyabaxışın adını, həm
də mənim Ona sönməz, sonsuz İnamımı əks etdirir.
İkinci boğçanı “Ocaq” adlandırdım. Bu ad “İnam Ocağı”, “Mütləqə İnam
Ocağı”, “İnsana İnam Ocağı”, “Türkün Müqəddəslik Ocağı”, “Türk
*
Sonralar (27- ildə) “Ata”nı “İnam” elədim. Ata da elə İnamdır, İnam da
elə Atadır...
_________________Milli Kitabxana
________________
7
Ruhaniyyatının qaynağı, yayıldığı, başlanğıc götürdüyü ünvan” və b.k.
anlamlar bildirir. Qalan boğça adları özlüyündə aydındır.
Beləliklə, haraylarımı sunuram.
Kimə? Mənim əsdiyim simlər üstə əsənlərə.
Atamız var olsun!
21—22 Ata ayı, 21-il. Atakənd.
(Sentyabr 1999. Bakı).
_________________Milli Kitabxana
________________
8
Birinci boğça:
İ N A M
Mütləqim, Müqəddəsim, Peyğəmbərim
İnam Ataya (Asif Ataya) Ali Səcdəylə!
YARADANI YARATMAQ
(İçsəs)
Yaradanın yaradıcılığı — birinci sıra, Onun Özünün yaradılması — ikinci sıra
yaradıcılıqdır.
***
Birinci sıra — ruhən, anlamca, mahiyyətcə möhtəşəmdir, ikinci sıra —
miqyasca möhtəşəm olmaqla həm etik-estetik xəzinədir, həm də birincinin
təsdiqi və təsbitidir.
***
Birinci sıra nə qədər möhtəşəm olsa da, ikincisiz o, yarımçıq olur; “atılıb
unudulmuş inci” mövqeyində qalır. İkinci birincini tapır və sunur.
***
İnkişaf etməmiş ölkələrdə Yaradanların çoxu yaradılmamış keçib gedirlər.
Azərbaycan bu baxımdan inkişaf etməmiş ölkədir: öz Yaradıcılarını yaratmağa
burada cəmiyyətin gücü çatmır, inkişaf səviyyəsi çatmır.
***
Bizdə bu kimi mətləblər “təqdim etmək”, “dünyaya tanıtmaq” sözləri ilə ifadə
olunur. “Təqdim etməməyimiz”, “dünyaya tanıtmamağımız” —
“qədirbilməzliyimiz” kimi qələmə verilir. Əslində isə biz — qədirbilənik, ancaq
ikinci yaradıcılığa gücümüz çatmır. (Aşıq — sazda gözəl anladır, sözə keçəndə
— axsayır. Çalıb-oxumaq, yəni Saz — aşıq yaradıcılığının birinci sırası, Söz —
ikinci sırasıdır).
***
Azərbaycan, bu baxımdan, geridəqalmış ölkədir. Biz “təqdim edəndə”,
“dünyaya tanıdanda” belə, “təqdim edib tanıtdığımızın” mənası açılmır;
ağızlardan, qələmlərdən şirə axır, duzsuz öygü sözləri yağır.
***
İkinci sıra yaradıcılığı olmayan, Yaradıcılığın anlamını aça, yaşada bilməyən
ölkə, cəmiyyət — yırtıq çuvala oxşayır: Yaradıb yığırsan oraya — tökülüb itir...
***
_________________Milli Kitabxana
________________
9
“Yaradılmağa yarar Yaradıcı” obrazı — Müstəqil İradə deməkdir. Beləsi
ümumiləşmə, örnəkləşmə — Yaradılma haqqı qazanır.
***
“Dissident” — əslində “qəbul etməyən”, “etirazçı”
kimi ərdəmli olsa da, öz
təklifi olmayan, sonu ümidsiz bir iradə tipidir.
***
Hər bir sahədə Yaradıcı İradə — Mütləq İradədir. Onun əlinin üstündə əl
olmur. O, verilmiş meyarları rədd eləyir, Özü meyarlar irəli sürür, bunu həyata
keçirmək üçün əskini yaxır, yıxır.
***
Yüksəlib örnəkləşmək üçün normadan qırağa çıxan, normanı aşan İradə gərək
— normanı puç eləyən yox, artırıb genişləndirən, insanların,
toplumun xeyrinə
yönəldən.
***
“Yaxşı vəzifə adamı” — “yaxşı məmur” deməkdir: üzüyola və ya üzüsərt,
icraçı; Qanunun qulu, işin ağası... Qələmçilər aləmində, adətən, bu sifətlər
qınaq hədəfi seçilir.
***
Qanun yaxşı olsa belə, onu sözsüz, “yaradıcı yanaşmadan” yerinə yetirmək —
məhz mənfi anlamdakı məmurluq əlamətidir.
***
Bütün sözlər əlifba ilə yazıldığı kimi, bütün işlər
də qanunla yoluna qoyula
bilər — təki ona hazır mətn kimi deyil, əlifba kimi baxmağı, yəni yaradıcı
yanaşmağı bacarasan.
***
Məmura — hazır mətn, Yaradıcıya — əlifba.
***
Yaradıcının yazısından da mətn alınacaqdır — öncəkinin, verilənin
məzmununu daha dərindən açan.
***
Adətən, toplum Müstəqil İradənin işini qabaqca “özbaşınalıq” kimi
qiymətləndirir; Müstəqil İradənin — ictimai çıxarlara, özbaşınalığın — Şəxsi
mənçi maraqlara yönəldiyini görmür.
***
İnama, İdraka, Mənəviyyata əsaslanan Müstəqil İradənin qanundan üstün (daha
üstün qanun) olduğunu toplum anlamır, bunu ona anlatmaq gərəkir.
***
Müstəqil İradə işinin son ucunda Birinə Şərin zərbəsi dəyir, minbirinə Xeyrin
sərfəsi.
***