Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə2/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   2   3   4   5   6   7   8   9   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



6

bəşəriyyətin) gələcək minillərdəki ruhani-insani Yüksəlişinin qaynağı, səbəbi, 

özülü kimi baxır. “Asif Atanın Ocağı baş tutmadı” kimi duyğuları  həmin 

miqyaslardakı ruhani-insani ölüm kimi qəbul eləyir, ona uyğun ölçülərdə  də 

vahimələnir. Belə halları ifadə eləmək üçün içsəs (izhar) yetmir. Ürək, səndən asılı 

olmayaraq, haray salır, bəzən hətta cikkə çəkir... 

Təbiət cəmiyyətin zülmündən, 

Xalq beynəlxalqın zülmündən, 

Fərd cəmin zülmündən, 

Mədəniyyət beynəlxalq standartların zülmündən, 

İdrak — dinlərin, ehkamların zülmündən, 

Ləyaqət — çörəyin zülmündən... qurtulmalıdır. 

Asif Ata Peyğəmbərliyi bunun çarəsini insanlaşıb insanlaşdırmaqda görür, 

bunun yolunu isə — Mütləqə İnam Ocağında. 

Ocağın başından bir tükün əskik olması qorxusu yarananda — Ocaq içində 

ən cüzi Ocaqsızlıq halı yarananda — Safruh göynəyir — Haray üstə, Cikkə 

üstə. 

Bu göynərti mənim üçün o qədər ideyadır (ideyadan ibarətdir) ki, gözümdə 



bəzən Asif Atanın Özü də  şəxsləşir... (Ancaq ən dikbaş,  ən cikkəli 

məqamlarımda belə, Asif Ata mənim Peyğəmbərim, Müqəddəsim — 

Mütləqimdir. Özünün dediyi kimi — Əzəli, Əbədi, Sonsuz, Kamil). 

Haraylarım ən çox “Yeni Oğuz Sözü” və “Oğuz yönü” kitablarımda əksini 

tapmış yaşantılarımın üzvi tərkib hissəsidir. 

Bir neçə kəlmə də kitabın və onun bəzi boğçalarının adlarına yönəlik demək 

istəyirəm. 

Deyimlər kitabım YOS üçün vaxtiylə adlar düşünmüşdüm: “Ata İşığında”, 

“Ataya doğru” və s. (Ancaq o vaxtlar: 1984—90-cı, Ocaq ilsırasıyla 6–12-ci 

illərdə) nəşriyyatlara bu kimi adlarla əlyazma təqdim etmək olmazdı). Asif Ata 

bu adlardan ikincisi haqqında yazmışdı: “Ataya doğru Yetkin Addır”. (Bax: 

13 Murad Günü, İşıq Ayı, 8-ci il tarixli “Safruha” adlı Ruhani Sənədə).

*

 Ata 


daim bizimlədir, Ata Sözü Mütləqdir! Odur ki, bu kitabda həmin adı 

gerçəkləşdirdim. 

Birinci boğçanı  “İnam” adlandırdım. Bu söz həm Asif Atanın 

Peyğəmbərlik Adını (İnam Ata), həm Onun yaratdığı dünyabaxışın adını, həm 

də mənim Ona sönməz, sonsuz İnamımı əks etdirir. 

İkinci boğçanı  “Ocaq” adlandırdım.  Bu  ad  “İnam Ocağı”, “Mütləqə  İnam 

Ocağı”, “İnsana  İnam Ocağı”, “Türkün Müqəddəslik Ocağı”, “Türk 

                                                      

*

 

Sonralar (27- ildə) “Ata”nı “İnam” elədim. Ata da elə İnamdır, İnam da 



elə Atadır... 


_________________Milli Kitabxana

________________ 

 

 



7

Ruhaniyyatının qaynağı, yayıldığı, başlanğıc götürdüyü ünvan”  və b.k. 

anlamlar bildirir. Qalan boğça adları özlüyündə aydındır.  

Beləliklə, haraylarımı sunuram. 

Kimə? Mənim əsdiyim simlər üstə əsənlərə. 

 

Atamız var olsun! 

 

 



21—22 Ata ayı, 21-il. Atakənd. 

(Sentyabr 1999. Bakı). 

 


_________________Milli Kitabxana

________________ 

 

 



8

Birinci boğça: 

 

İ N A M 



 

Mütləqim, Müqəddəsim, Peyğəmbərim 

İnam Ataya (Asif Ataya) Ali Səcdəylə! 

 

 

 

YARADANI  YARATMAQ 

(İçsəs) 

 

Yaradanın yaradıcılığı — birinci sıra, Onun Özünün yaradılması — ikinci sıra 



yaradıcılıqdır. 

*** 


Birinci sıra — ruhən, anlamca, mahiyyətcə möhtəşəmdir, ikinci sıra — 

miqyasca möhtəşəm olmaqla həm etik-estetik xəzinədir, həm də birincinin 

təsdiqi və təsbitidir. 

*** 


Birinci sıra nə  qədər möhtəşəm olsa da, ikincisiz o, yarımçıq olur; “atılıb 

unudulmuş inci” mövqeyində qalır. İkinci birincini tapır və sunur. 

*** 

İnkişaf etməmiş ölkələrdə Yaradanların çoxu yaradılmamış keçib gedirlər. 



Azərbaycan bu baxımdan inkişaf etməmiş ölkədir: öz Yaradıcılarını yaratmağa 

burada cəmiyyətin gücü çatmır, inkişaf səviyyəsi çatmır. 

*** 

Bizdə bu kimi mətləblər “təqdim etmək”, “dünyaya tanıtmaq” sözləri ilə ifadə 



olunur. “Təqdim etməməyimiz”, “dünyaya tanıtmamağımız” — 

“qədirbilməzliyimiz” kimi qələmə verilir. Əslində isə biz — qədirbilənik, ancaq 

ikinci yaradıcılığa gücümüz çatmır. (Aşıq — sazda gözəl anladır, sözə keçəndə 

— axsayır. Çalıb-oxumaq, yəni Saz — aşıq yaradıcılığının birinci sırası, Söz — 

ikinci sırasıdır). 

*** 


Azərbaycan, bu baxımdan, geridəqalmış ölkədir. Biz “təqdim edəndə”, 

“dünyaya tanıdanda” belə, “təqdim edib tanıtdığımızın” mənası açılmır; 

ağızlardan, qələmlərdən şirə axır, duzsuz öygü sözləri yağır. 

*** 


İkinci sıra yaradıcılığı olmayan, Yaradıcılığın anlamını aça, yaşada bilməyən 

ölkə, cəmiyyət — yırtıq çuvala oxşayır: Yaradıb yığırsan oraya — tökülüb itir... 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



9

“Yaradılmağa yarar Yaradıcı” obrazı — Müstəqil  İradə deməkdir. Beləsi 

ümumiləşmə, örnəkləşmə — Yaradılma haqqı qazanır. 

*** 


“Dissident” — əslində “qəbul etməyən”, “etirazçı” kimi ərdəmli olsa da, öz 

təklifi olmayan, sonu ümidsiz bir iradə tipidir. 

*** 

Hər bir sahədə Yaradıcı  İradə — Mütləq  İradədir. Onun əlinin üstündə  əl 



olmur. O, verilmiş meyarları rədd eləyir, Özü meyarlar irəli sürür, bunu həyata 

keçirmək üçün əskini yaxır, yıxır. 

*** 

Yüksəlib örnəkləşmək üçün normadan qırağa çıxan, normanı aşan İradə gərək 



— normanı puç eləyən yox, artırıb genişləndirən, insanların, toplumun xeyrinə 

yönəldən. 

*** 

“Yaxşı  vəzifə adamı” — “yaxşı  məmur” deməkdir: üzüyola və ya üzüsərt, 



icraçı; Qanunun qulu, işin ağası... Qələmçilər aləmində, adətən, bu sifətlər 

qınaq hədəfi seçilir. 

*** 

Qanun yaxşı olsa belə, onu sözsüz, “yaradıcı yanaşmadan” yerinə yetirmək — 



məhz mənfi anlamdakı məmurluq əlamətidir. 

*** 


Bütün sözlər  əlifba ilə yazıldığı kimi, bütün işlər də qanunla yoluna qoyula 

bilər — təki ona hazır mətn kimi deyil, əlifba kimi baxmağı, yəni yaradıcı 

yanaşmağı bacarasan. 

*** 


Məmura — hazır mətn, Yaradıcıya — əlifba. 

*** 


Yaradıcının yazısından da mətn alınacaqdır — öncəkinin, verilənin 

məzmununu daha dərindən açan. 

*** 

Adətən, toplum Müstəqil  İradənin işini qabaqca “özbaşınalıq” kimi 



qiymətləndirir; Müstəqil  İradənin — ictimai çıxarlara, özbaşınalığın — Şəxsi 

mənçi maraqlara yönəldiyini görmür. 

*** 

İnama, İdraka, Mənəviyyata əsaslanan Müstəqil İradənin qanundan üstün (daha 



üstün qanun) olduğunu toplum anlamır, bunu ona anlatmaq gərəkir. 

*** 


Müstəqil İradə işinin son ucunda Birinə Şərin zərbəsi dəyir, minbirinə Xeyrin 

sərfəsi. 

*** 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə