Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə5/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   2   3   4   5   6   7   8   9   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



17

*** 


Krşnaçılıq “elmində” uşaqların “Aş, biş!” oyununa da bənzərlik var: “Günəş 

Krşnanın əmri ilə fırlanır”. 

*** 

Bəşər fövq-əl-Bəşəri qəbul eləyə, sevə, hətta anlaya bilməz; onu yalnız yıxa 



bilər və bu — bəşərin xeyrinə olar. 

*** 


Fövq-əl-Bəşər — Bəşər üzərində yadelli ağalığı kimi bir şeydir. 

*** 


İnsanı “Hamı bilir varlığın sonu ölümdür” (M.Müşfiq) duyğusundan qurtarmaq 

üçün Krşnaçılığın təklif elədiyi transsendental varlıq — həyatın yalnız sonunu 

yox, önünü də tutqun, boş və solğun eləyir. Bu — varlıq üçün qorxulu təklifdir. 

*** 


...Safruhdan tutmuş “Uca Tanrı”ya qədər: Hər bir iddialı hərəkət qaynağı yalnız 

insanı böyütdüyü dərəcədə önəmlidir. 

*** 

Heç bir Allah gözümə görünmür! Mən  İnsanın Qəlbindən öpürəm!  İnsanın 



Qəlbində — mənim sümüyümə düşən havaların hamısı var. 

*** 


Zor zəyərəkdən yağ çıxara bilər, Qəlb yox. Zəyərəkdən Qəlbi Xoş çıxara bilər 

üzə. 


*** 

Tanrılığı danılan insan hər cür çılğınlığa, hər cür dağıdıcılığa gedəcək — bunu 

bilin, ey “transsendental” Allah carçıları!.. 

*** 


Dinlərin təklif etdiyi Allah varsa, allahsızlar dünyanı dağıda bilməzlər — 

allahlılar rahatsız olmasınlar. 

*** 

Mütləqə  İnam (Asifçilik, İnamçılıq): 1) Maddi bərabərsizliyi rədd eləyir. 



Məsələn: ailə üzvlərinin sayı  bərabərdirsə, məktəb direktoruyla məktəb 

gözətçisinin əməkhaqqı bərabər olmalıdır; 2) Mənəvi-ruhani bərabərçiliyi rədd 

eləyir: “Xalis naqisə bərabər deyil”... 

*** 


Mayakdan sərvət işığı yox, ləyaqət işığı saçılmalı, gəmilər üzmə yönünü ona 

əsasən müəyyən etməlidirlər. 

 

*** 


İnam Atanın təqdim etdiyi yöndə,  İnam Atanın təqdim etdiyi sanbalda, İnam 

Atanın təqdim etdiyi tutumda insana yaxınlığı, doğmalığı  və  həqiqət 

Mütləqiliyini heç kəsdə, heç bir təlimdə görmədim... 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



18

Bir var insanların çaşqınlıq içində dolaşdıqları yeri yalnız işıqlandıran işıq — 

mən bunu təsvirçi realizm adlandırardım; bir də var çağıran işıq — mən bunu 

mayaka bənzədirəm. 

*** 

Krşnaçılıq,  ən yaxşı halda, təsvirçi realizm işığı salır — tənqidi realizm 



səviyyəsindən də aşağı! 

*** 


Krşnaçılıqda insan fərəhi, insanla fərəhlənmə yoxdur; Krşnaçılıqda insan 

böyüklüyü, insanla böyümə yoxdur!.. Əksinə, 

*** 

İnsanın böyüklüyü bütün dinlərə, o cümlədən Krşnaçılığa Allahın ölümü kimi 



görünür. Nə acınacaqlı yanlışlıq! Bütün Allahların qurtuluşu insandaykən!.. 

*** 


Beləliklə, dinlərdəki Allah — insanı kiçiltmə qaynağı rolunu oynayır. Və bütün 

işləri korlayır!.. 

*** 

İnam Atanın Mütləqə  İnam təlimi və Ocağı mayak işığına bənzəyir: o, Bəşər 



dənizində İnsanlıq mənzilinin yolunu işıqlandırır. 

*** 


Yörəsinin kiçikliyindən əmələ gələn Öndər böyüklüyünü qəbul etmirik. 

*** 


Yörəsini kiçildən Öndəri və öndərliyi rədd edirik. 

*** 


İnam Atanın böyüklüyü — Yörəsinin kiçikliyindən deyildi; İnam Ata Yörəsini 

kiçiltmirdi, böyüdürdü. 

*** 

İnam Ata cırtdanlarla azmanlar aləmini rədd edirdi, çünki cırtdanlıqla azmanlıq 



bir-birini inkar eləyir. 

*** 


İnam Ata “Günəş və Şüaları” məntiqini irəli sürürdü, çünki Günəşlə Şüaları bir-

birinin təsdiqidir, bir-birinə doğmadır. 

*** 

Şüalanma — Günəşin həm də amacıdır, Şüalanma — Günəşin həm də aracıdır. 



 

*** 


İnam Ata orbitinə düşüb-çıxanlar ya məkrçilər, qisasçılardı, ya da bunu 

anlamayan öləzik idraklılardı. 

*** 

İnam Ata Mütləq Xeyir cəbhəçisi olduğuna görə, Ona sürtüşənin, kəc düşənin 



şərliyi bilinəcək daim. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



19

Mənim sizə “liberalca” bir məsləhətim var: Gələcəyə iddianız vardırsa, 

Gələcəyinizi korlamayın. 

*** 


Atamız var olsun! 

 

Günəş və Qar ayları, 19-il. 

 

 

“KRŞNA  ŞÜURU” 



(İçsəs) 

 

“Krşna  şüuru”  ilə:  İstənilən başkəsəni duruya çıxarmaq olar, istənilən  əli 

işdən soyutmaq olar, istənilən böyüyü kiçiltmək olar, istənilən quzunu qurda 

çevirmək olar, istənilən başı çaşdırmaq olar... 

*** 

“Krşna şüuru” — zəncinin, qaraçının saçı kimi dolaşıq bir şeydir. 



*** 

Böyük İnsan, Sağlam İnsan, Böyük İdrak, Sağlam İdrak — Krşnanın anasının 

oynacıymış sanki... 

*** 


“Krşna şüuru” — qaraçı yetirən inkubasiya maşını. 

*** 


Krşna, Allah Ali-şəxs, Uca Tanrı  və b.k. — İnsanla öz münasibətlərini özü 

üçün müəyyənləşdirməyib ötən beş min il içində. Bu müddətdə: 

                                                     *** 

Krşna öz görünüşünü də özü üçün hələ aydınlaşdırmayıb... 

*** 

Krşnanın başını yaxşı-yaxşı darayıb onu insan duyğularının nəciblik 



öyrətməninə çevirmək olardı, heyif ki, yiyələri bunu Krşnanın ölümü sayırlar. 

*** 


...”Krşna  şüuru — olduğu kimi” — yaramır; Krşna  şüuru — olduğu kimi — 

şüursuzluqdur. Bunu Qərbin milyardlar töküb onu Şərqin boğazına 

bağlamağından da bilmək olar. 

*** 


İnsana — onun böyüklüyünə, onun ülviliyinə, onun xoşbəxtliyinə qarşı 

amansız, inadlı, məkrli döyüşündə Krşnaçılıq islamçılıqla tam əlbir və dilbirdir. 

*** 

Nitsşe — Hitler birliyi heç olmasa alman irqli fərdlərin böyüklüyünü qəbul 



eləyirdi, bu ölətlərsə heç bir insan böyüklüyü tanımır, tanımaq istəmirlər. 

*** 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə