Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə4/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   2   3   4   5   6   7   8   9   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



14

*** 


Atamız var olsun! 

Qar ayı, 18-il. 

 

 

 

İDRAK  və KÖNÜL 

(İçsəs) 

 

İnsan ağlına batmayan şeyə insanı inandırmaq olmaz. (İnsan ağlının batmadığı 



şeysə yoxdur. Bu insan olmasın, o insan olsun...). 

*** 


İnsanın qəlbinə yatmayan şeyi insana sevdirmək olmaz. 

*** 


İnsanın ağlıyla könlünü bir-birindən ayırmaq olmaz. 

*** 


Duyğuyla Düşüncə — Aşiqlə Məşuqə kimidir. 

*** 


Elm və Din. Dində Cin var, Elmdə Cin yoxdur (Çin var). Din Cinlə uyar 

sözdür — həmqafiyədir, Elm — Çinlə. (Çin — Doğru, Həqiqət). 

Deməli, Din Elmə əsaslana bilməz. Elm Dinə qulluq eləyə bilməz. Din Elmin 

dediyini deyə bilməz, Elm dinin dediyini dinləyə də bilməz... 

*** 

Allah hər zaman hər yerdədirsə, atlı  və ya ayaqla, “Onun yanına” getmək 



sözünün heç bir anlamı yoxdur. 

*** 


İnkişaf anlayışı sonlu olaylara və sonsuzun bölümlərinə aiddir. 

*** 


Asif Ata da səhrada addımlayırsa, Buddanın, İsanın xidməti nədən ibarətdir? 

*** 


Paveli və o dörd Öyrəncini (Həvarini, Apastolu, Evladı)  İsanın öz Sözünə 

uyğun əkib-bitirdiyi saymaq olmazmı? 

*** 

Düşüncə səbəb axtarır, Duyğu sonucla döyüşür. 



 

 

*** 



Canlı gələnəkləri qırılmış, qalın torpaq qatlarının altında qalmış Misir, Şumer, 

Elam, Orhun və b.k. qədim yazıları oxuyan adam gələndə Sultan taxtından 

düşüb yerini ona verməlidir. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



15

“Allah vergisi” deyilən  şey vardırsa — o da budur — canlı  gələnəkləri itib 

unudulmuş əski yazıları oxumaq hünəri. 

*** 


Canlı  gələnəkləri kəsilmiş  qədim yazıların oxunması — ölmüş, min illər 

bundan öncə ölmüş bir kimsənin dirildilməsi möcüzəsinə  bənzəyir. Bu — 

Allahın, Musanın, İsanın “möcüzəsi” yox, İnsanın möcüzəsidir, insanlara bəxş 

etdiyi fərəhdir; insan idrakının böyüklüyünə və ölməzliyinə inam fərəhi!.. 

*** 

İnsan suçludursa, Allah yoxdur; insan suçluykən Allah da varsa, onların bir-



birinə qarışacağı yoxdur. 

*** 


Allah heç bir Yer dilini bilmir, çün Onunku Göy dilidir. Buna görə  də bütün 

Göy həsrətli Yerlilər Onun dilini bilirlər. 

*** 

Atamız var olsun! 

İşıq ayı, 20-il. 

 

 

 

KRİŞNAÇILIQ və İNAMÇILIQ 

(İçsəs) 


 

Zərdüşt odundan Budda külü törədi. 

Asif Ata. 

 

“Süç üstündən suç işlə, ancaq sonda özünü ona yox, Mənə  həsr elə — bütün 



suçlarını yuyaram”. Bu, din partiyaçılığının sözüdür, altından kimin imzasını 

qoymalı — Krşnanın, Musanın, Məhəmmədin? 

*** 

Krşnaçılıq — dini yanıltmacdır — açılmazından. 



*** 

“Filan  şeyi yalnız Allahın fədailəri bilər”; “Tanrını bir şəxsiyyət kimi qəbul 

etməyən Qitaya toxunmasın”... kimi sözlər - oynamaq istəyənin “onamıram” 

deməsinə bənzəyir. 

 

*** 


Krşnaçı nəzəriyyədə: Materializmdən ən uzaq qaçdığını zənn edən materialist; 

ruhu fiziki ölçən...  Krşnaçı  həyatda:  Daim tutulmuş Günəş altında yaşayan, 

solğun, fərəhsiz... 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



16

Krşna həyatçılığı dolayı (süni) mayalanmaya oxşayır; həyatı birbaşa 

mayalamanın fərəh və doğmalığından insanı ayırır. 

*** 


...Krşnaçılığın qaş qayırmaq istədiyi — sezilir, göz çıxardığı — gendən çağırır. 

*** 


Krşna, İslam təlimlərinin sovxaları üzərində öz Sözümün gələcəyinə ağlayıram. 

Gələcəkdə adı, çörəyi mənim Sözümdən çıxanlar Onu da Qitanın, Quranın 

gününə sala bilərlər... 

*** 


Krşnanı sevən Krşnaçıya deməlidir: “Sənin içində Krşnaya çatmaq imkanı var”. 

Mən özüm barədə belə düşünürəm; Krşna necə düşünərdi özü barədə? — onu 

bilmirəm. 

*** 


Kiminsə  mənə (Safruha) çatmasını, hətta məni ötməsini onun məni danması 

saymıram. Mən o olayı sevincsiz, təlaşla gözləyirəmsə, Sözümün gözəlliyinə 

inamım və gözəlliyə sevgim mütləq deyil. 

*** 


“Bhaqavad-qita”da nədənsə Tanrı öz bəndələriylə Ezop dilində danışır. “Gec 

açılar öz-özünə dolaşan” (Aşıq Sadıqlı) — Krşnaçılıq kimi, Musaçılıq kimi, 

İslam kimi... 

*** 


Kiçiltdiyinə “Məni böyüt” deyə bilməzsən. 

*** 


Bəhailik açıq Yurdsuzluq, Ulussuzluq təbliğidir; Krşnaçılıq — guya belədir 

(əslində Hindçilikdir). 

*** 

Anlamsızlıqda və məntiqsizlikdə inad eləmək “Vur ölüm!” deməkdir. 



*** 

“Bhaqavad-qita olduğu kimi”yə inansaq, Krşna Onun təlimində zorun olub-

olmadığını özü üçün hələ aydınlaşdırmayıb. 

*** 


Cəmiyyət, dövlət, mühit, şərait insandan onların qanunlarına əməl olunmasını, 

boyun  əyilməsini tələb edirlər. Tanrı da onlara qoşulduqda insan sal divar 

qarşısında yalqız, köməksiz qalır və onun bu divarı  yıxıb-yaxmaqdan başqa 

çıxış yolu qalmır. 

*** 

Allah nəyə görə ucaldılır? Yalnız insanın kiçildilməsinə görə. Məgər bu



insafdandır?! 

*** 


Yurdçuluğu, Ulusçuluğu  ələ salan Krşnaçı anlamır ki, Yurd, Ulus təəssübü 

çəkməyən kəs Dünya və İnsan təəssübünü də çəkməz. 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə