_________________Milli Kitabxana
________________
346
Asif Ataya görə, bütün bu ağ-qara təzadları arasında keçilməz uçurum
yoxdur. Uçurum – üzdəki görüntüdədir. Özüldəki – Birdir, bir-birinə tanışdır,
bilişdir, doğmadır. Tarixin, bəşərin bədbəxtliyi orasındadır ki, onun bayraqları
daim təzadlı olub, bayraq bayraq tərəfindən düşmən sayılıb. Bəşər özünün
təzadlı, düşmənçi xislətini – onun çalarları biçimində bayrağa çevirib. Məsələn,
düşünülüb ki, Türk Bayrağının varlığı Rus Bayrağı üçün qorxu törədir, buna
görə də biz ruslar onu yox eləməyə çalışmalıyıq. Yaxud biz kübarlar,
zadəganlar qara camaatla bir bayraq altında ola bilmərik. Yaxud biz xristianlar
müsəlmanları qırmalıyıq; biz müsəlmanlar – indusları… Beləcə düşmən
düşmənini yenmək istər; onu zəif, özünü güclü istər. Buna görə də bayraqlara
güc rəmzləri çıxarılır: Aslan, Qaplan, Qaraquş, Kərtənkələ, Timsah, Qartal,
Qurd, Ayı hətta İlan, Əqrəb, Goreşən… Həmin yırtıcılar isə rəmzin nazik
örtüyünü asanlıqla qaldıraraq, insana qarşı özünün ölümsaçan dişini, dırnağını
işə salır.
Asif Ata bunu bəşər üçün ayıb saydı, rədd elədi, damğaladı və özüldəki Biri,
Birliyi Bayrağa çevirdi. Başın üstünə baş yiyəsindən yüksəyi qaldırmaq olar
axı! Məsələn, mən Safruh Asif Atanı “İnam Ata” Adıyla başımın üstündəki
Bayraq sayıram. Çünki O, məndən yüksəkdir, mən Ona doğru getməliyəm, Ona
doğru getmək məni yaşadır, ucaldır.
Bəşər üçün İnsanilikdən yüksək heç nə yoxdur – bu, bəşəri eninə-boyuna,
ənginliyinə - dərinliyinə öyrənmiş Asif Atanın gəldiyi qənaətdir. Bu, adicə
öyrənmənin nəticəsi deyil, idrakın ən yüksək qatı olan Vəhyin söylədiyidir. Bu,
o məzmundur ki, oxuyub keçmək olmur, oxuyub öyrənmək azdır; onu məhz
Bayrağa çevirib başlar üzərinə qaldırmaq tələb olunur.
Asif Ata belə də elədi – İnsanilik tələbini Bayrağa çevirdi, ona İnsanın şəklini
çəkdirdi və üstünə “İnsanlaşın, İnsanlaşdırın!” sözünü yazdırdı. Təlimin özündə
(İnamda, Kitabda) – İnsanilik, Bayraqda – İnsanilik; Ömür – bunun özülü,
Ocaq – bunun üsulu…
Mütləqə İnam Bayrağındakı Asif Atanın şəkli – İnsanı təmsil eləyir, Asif
Atanın öz mənini yox. İnsanın Bayrağında İnsan olmalıdır, heyvanlar aləminin
nümayəndələri yox.
Budur Asif Ata Peyğəmbərliyinin Bayraq Təsdiqi. Təkcə bunun özü –
Peyğəmbərlik üçün yetərdi.
Bolşeviklərin Bayrağında da insan şəkli vardı – V.İ.Lenininki. Ancaq oradakı
şəkil insanı yox, bir sosial sinfin siyasi öndərini təmsil eləyirdi. Sözarası qeyd
edək ki, oraq-çəkicli siyasi öndərli bayraq özünə qədərki bayraqlardan bir
addım irəli idi.
Asif Ata Bayrağına qədərki Bayraqların harayları gerçəkləşəndə də dünyanın
işləri düzəlmirdi, çünki hər bir Bayraq öz harayını başqa Bayraqların səsini
batırmaq hesabına gerçəkləşdirməyə çalışırdı. Həm də o Bayraqlar qalaların
_________________Milli Kitabxana
________________
347
üstündə asılırdı. Asif Ata isə Öz Bayrağını ürəklərin başında dalğalanmaq istəyi
ilə yaradıb. Belə bir yəqinliklə ki, yalnız insan düzələndə dünya düzələcək.
Mütləqə İnam Ocağının Bayrağı Asif Atanın 5 Ata ayı, 8-ci (sentyabr 1986)
ilsıralı aşağıdakı Ruhani Hökmü əsasında yaradılmış və Ocaq ilsırasının 9-cu
Yeni İlində (15 mart 1987) qəbul olunmuşdur.
Asif Ata
MÜQƏDDƏS BAYRAĞIMIZ
1. 9-cu il Qar ayının 15-nə qədər İnamımızın Müqəddəs Bayrağı hazırlanır.
Bir üzündə
Evlad Nişanəsinin üz qabığı həkk olunur, o biri üzündə Günəş
rəngində (sarı), Ocaq rəngində (açıq qırmızı), İşıq rəngində (ağ) rəmzi xətlər
çəkilir.
Bayrağın ümumi rəngi – səmavi.
2. Qar ayının 15-də Evladım Halal Bayrağı Ata hüzuruna gətirir.
3. Bayraq pünhan saxlanılır, yada göstərilmir, yağıya verilmir, çıxılmaz
vəziyyətdə yandırılır.
4. Bayraq Ata Hökmüylə Mərasimlərdə nümayiş etdirilir.
5. Bayraq yaradılmasına məsul – Evladım Safruh.
6. Bayrağın qoruyucusu – Evladım Əsil.
5 Qismət günü, Ata Ayı,
8-ci il. Bakı (sentyabr 1986).
***
Bununla mən Asif Ata Peyğəmbərliyinin Beş Təsdiqini ən yığcam, ən ümumi
cizgilərlə bitirdim. Sonda bir-iki qeydə ehtiyac duydum.
“Ömür” təsdiqinin birinci abzasında dedik ki, Peyğəmbər Harayı bəşərin
yaşamında dəyişiklik, başqalaşma yaradır.
Zərdüştün gəlişi – İnsanın içindəki ikiliyi (işıqla qaranlığın döyüşünü)
aşkarladı;
Buddanın gəlişi – İmtina zərurətini anlatdı (həmin ikinin birindən);
Musanın gəlişi – bir xalqı ölümdən qurtardı;
İsanın gəlişi – İnsanın ağrılarına gözləri açdı;
Məhəmmədin gəlişi – bütpərəstlik başıpozuqluğuna, çoxallahlıq hərcayiliyinə
son qoydu.
_________________Milli Kitabxana
________________
348
Asif Atanın gəlişi – Mütləqiliyin ünvanını dəqiqləşdirdi; qurtarıcını
(xilaskarı, messiyanı) İnsan olaraq müəyyənləşdirdi; İnsanı Ömründən,
İnamından, Kitabından keçirərək, Bayrağına yüksəltdi və bu Bayrağı Ocağına
tapşırdı. Bununla da səcdə edəni səcdə edilənə çevirdi. Bu – bəşərin xəmirinə
qatılan Duzdur, bu Duz o Xəmirin tamını dəyişməlidir, dəyişməyə bilməz.
Beləliklə, bizim qəti yəqinliyimiz budur: Asif Ata oxunu atıb, ovunu vurub –
Peyğəmbərdir!
Asif Atanın Peyğəmbərliyinə inanmağın ən doğru yolu isə – Onun Öz
Kitabını oxumaqdır.
Atamız var olsun!
Günəş–Çiçək Ayları, 25-il. Atakənd.
(Mart–aprel 2003. Bakı).