Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə103/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   99   100   101   102   103   104   105   106   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



346

Asif Ataya görə, bütün bu ağ-qara təzadları arasında keçilməz uçurum 

yoxdur. Uçurum – üzdəki görüntüdədir. Özüldəki – Birdir, bir-birinə tanışdır, 

bilişdir, doğmadır. Tarixin, bəşərin bədbəxtliyi orasındadır ki, onun bayraqları 

daim təzadlı olub, bayraq bayraq tərəfindən düşmən sayılıb. Bəşər özünün 

təzadlı, düşmənçi xislətini – onun çalarları biçimində bayrağa çevirib. Məsələn, 

düşünülüb ki, Türk Bayrağının varlığı Rus Bayrağı üçün qorxu törədir, buna 

görə  də biz ruslar onu yox eləməyə çalışmalıyıq. Yaxud biz kübarlar

zadəganlar qara camaatla bir bayraq altında ola bilmərik. Yaxud biz xristianlar 

müsəlmanları  qırmalıyıq; biz müsəlmanlar – indusları… Beləcə düşmən 

düşmənini yenmək istər; onu zəif, özünü güclü istər. Buna görə də bayraqlara  

güc rəmzləri çıxarılır: Aslan, Qaplan, Qaraquş, Kərtənkələ, Timsah, Qartal, 

Qurd, Ayı  hətta  İlan,  Əqrəb, Goreşən… Həmin yırtıcılar isə  rəmzin nazik 

örtüyünü asanlıqla qaldıraraq, insana qarşı özünün ölümsaçan dişini, dırnağını 

işə salır. 

Asif Ata bunu bəşər üçün ayıb saydı, rədd elədi, damğaladı və özüldəki Biri, 

Birliyi Bayrağa çevirdi. Başın üstünə baş yiyəsindən yüksəyi qaldırmaq olar 

axı! Məsələn, mən Safruh Asif Atanı  “İnam Ata” Adıyla başımın üstündəki 

Bayraq sayıram. Çünki O, məndən yüksəkdir, mən Ona doğru getməliyəm, Ona 

doğru getmək məni yaşadır, ucaldır. 

Bəşər üçün İnsanilikdən yüksək heç nə yoxdur – bu, bəşəri eninə-boyuna, 

ənginliyinə - dərinliyinə öyrənmiş Asif Atanın gəldiyi qənaətdir. Bu, adicə 

öyrənmənin nəticəsi deyil, idrakın ən yüksək qatı olan Vəhyin söylədiyidir. Bu, 

o məzmundur ki, oxuyub keçmək olmur, oxuyub öyrənmək azdır; onu məhz 

Bayrağa çevirib başlar üzərinə qaldırmaq tələb olunur. 

Asif Ata belə də elədi – İnsanilik tələbini Bayrağa çevirdi, ona İnsanın şəklini 

çəkdirdi və üstünə “İnsanlaşın, İnsanlaşdırın!” sözünü yazdırdı. Təlimin özündə 

(İnamda, Kitabda) – İnsanilik, Bayraqda – İnsanilik; Ömür – bunun özülü, 

Ocaq – bunun üsulu… 

Mütləqə  İnam Bayrağındakı Asif Atanın  şəkli – İnsanı  təmsil eləyir, Asif 

Atanın öz mənini yox. İnsanın Bayrağında İnsan olmalıdır, heyvanlar aləminin 

nümayəndələri yox. 

Budur Asif Ata Peyğəmbərliyinin Bayraq Təsdiqi. Təkcə bunun özü – 

Peyğəmbərlik üçün yetərdi. 

Bolşeviklərin Bayrağında da insan şəkli vardı – V.İ.Lenininki. Ancaq oradakı 

şəkil insanı yox, bir sosial sinfin siyasi öndərini təmsil eləyirdi. Sözarası qeyd 

edək ki, oraq-çəkicli siyasi öndərli bayraq özünə  qədərki bayraqlardan bir 

addım irəli idi.  

Asif Ata Bayrağına qədərki Bayraqların harayları gerçəkləşəndə də dünyanın 

işləri düzəlmirdi, çünki hər bir Bayraq öz harayını başqa Bayraqların səsini 

batırmaq hesabına gerçəkləşdirməyə çalışırdı. Həm də o Bayraqlar qalaların 



_________________Milli Kitabxana

________________ 

 

 



347

üstündə asılırdı. Asif Ata isə Öz Bayrağını ürəklərin başında dalğalanmaq istəyi 

ilə yaradıb. Belə bir yəqinliklə ki, yalnız insan düzələndə dünya düzələcək. 

Mütləqə İnam Ocağının Bayrağı Asif Atanın 5 Ata ayı, 8-ci (sentyabr 1986) 

ilsıralı  aşağıdakı Ruhani Hökmü əsasında yaradılmış  və Ocaq ilsırasının 9-cu 

Yeni İlində (15 mart 1987) qəbul olunmuşdur. 



 

 

 

 

 

 

 

 

Asif Ata 

 

MÜQƏDDƏS  BAYRAĞIMIZ 

 

1. 9-cu il Qar ayının 15-nə qədər İnamımızın Müqəddəs Bayrağı hazırlanır. 



Bir üzündə Evlad Nişanəsinin üz qabığı həkk olunur, o biri üzündə Günəş 

rəngində (sarı), Ocaq rəngində (açıq qırmızı), İşıq rəngində (ağ) rəmzi xətlər 

çəkilir. 

Bayrağın ümumi  rəngi – səmavi. 

2. Qar ayının 15-də Evladım Halal Bayrağı Ata hüzuruna gətirir. 

3. Bayraq pünhan saxlanılır, yada göstərilmir, yağıya verilmir, çıxılmaz 

vəziyyətdə yandırılır. 

4. Bayraq Ata Hökmüylə Mərasimlərdə nümayiş etdirilir. 

5. Bayraq yaradılmasına məsul – Evladım Safruh. 

6. Bayrağın qoruyucusu – Evladım Əsil. 

 

5 Qismət günü, Ata Ayı, 



8-ci il. Bakı (sentyabr 1986). 

 

*** 



Bununla mən Asif Ata Peyğəmbərliyinin Beş Təsdiqini ən yığcam, ən ümumi 

cizgilərlə bitirdim. Sonda bir-iki qeydə ehtiyac duydum. 

“Ömür” təsdiqinin birinci abzasında dedik ki, Peyğəmbər Harayı  bəşərin 

yaşamında dəyişiklik, başqalaşma yaradır. 

Zərdüştün gəlişi – İnsanın içindəki ikiliyi (işıqla qaranlığın döyüşünü) 

aşkarladı; 

Buddanın gəlişi – İmtina zərurətini anlatdı (həmin ikinin birindən); 

Musanın gəlişi – bir xalqı ölümdən qurtardı; 

İsanın gəlişi – İnsanın ağrılarına gözləri açdı; 

Məhəmmədin gəlişi – bütpərəstlik başıpozuqluğuna, çoxallahlıq hərcayiliyinə 

son qoydu. 



_________________Milli Kitabxana

________________ 

 

 



348

Asif Atanın gəlişi – Mütləqiliyin ünvanını  dəqiqləşdirdi; qurtarıcını 

(xilaskarı, messiyanı)  İnsan olaraq müəyyənləşdirdi;  İnsanı Ömründən, 

İnamından, Kitabından keçirərək, Bayrağına yüksəltdi və bu Bayrağı Ocağına 

tapşırdı. Bununla da səcdə edəni səcdə edilənə çevirdi. Bu – bəşərin xəmirinə 

qatılan Duzdur, bu Duz o Xəmirin tamını  dəyişməlidir, dəyişməyə bilməz. 

Beləliklə, bizim qəti yəqinliyimiz budur: Asif Ata oxunu atıb, ovunu vurub – 

Peyğəmbərdir! 

Asif Atanın Peyğəmbərliyinə inanmağın  ən doğru yolu isə – Onun Öz 

Kitabını oxumaqdır. 

 

Atamız var olsun! 

 

Günəş–Çiçək Ayları,  25-il. Atakənd. 



(Mart–aprel 2003. Bakı). 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə