Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə105/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   101   102   103   104   105   106   107   108   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



351

Onun harayı, çağırışı, görünür, nəinki təbiətüstü, hətta bəşərüstüdür. Çünki 

artıq bəşəriyyətin «fövqəllər»lə  işi yoxdur, onu «fövqəlliyə» çağıranlar onun, 

olduğu pillədən də  aşağı düşməsinə yaradılar, çünki onların çağırışları  bəşərə 

sevgidən deyildi, öz alimliklərini göstərmək istəyindən irəli gəlirdi. Bu cür 

çabalar sonucu, indi bəşər təbiətə enməkdə, bəşərilikdən imtina etməkdə, hərəsi 

öz sifəti, siması ilə yaşamalı insan topluluqları birliyi olaraq ölməkdə, öz 

xüsusiyyətlərindən azad olmaq azarıyla bəşəriliyi texnikaya (robot sənayesi və 

s.) və heyvanlara ötürməkdədir. (Deyilənlərə görə, indi ev-otaq itlərinin sayı 

dünya  əhalisinin sayından çox deyilsə, az da deyil və bu say əsasən  əyanlar 

silkinə məxsusdur, onun ayrılmaz tərkib hissəsidir). 

Ümumbəşəri fəlakət bəşər üçün adiləşməkdədir.  Ənənəvi «ümumbəşəri 

dəyər» deyilən bir şey görən kimi, yubanmadan öz robotlarını və itlərini onun 

üstünə qısqırdırlar. 

İnam Ata Peyğəmbərliyi dünyanın belə bir çağında «zühur eləyib». 

Bu xilaskarın xilası varmı, varsa nədədir? 

…Asif Ata bu mətləbləri yaşayırdı… Bəlkə  də buna görə Öz Ocağını heç 

kəsə tapşırmadı, Öz Ocağının Evladlarından heç birinə qıyıb, bu çəkilməz yükü 

onun çiyninə qoymadı. 

Ancaq O, İnsana inanırdı axı?! 

…Soylu Atalının (bu ilk) kitabına önsözdə mən bunları niyə yazıram? Çünki 

Soylu yuxarıda deyilənlərdən qaynaqlanan qayğıları çalxamaq üçün irəli çıxıb. 

Onun yaşadığı, dediyi yuxarıda deyilənlərin məğzinə uyğun gəlməlidir; o 

«istədiyi kimi yaşaya, istədiyi kimi yaza» bilməz. 

Soylunun yükü ağırdır! O özünü işə salıb! Azadlığını tamam itirib… 

Soylu – Ata Ruhu qarşısında yükümlüdür (məsuldur); Mütləqə  İnam Ocağı 

qarşısında yükümlüdür; balası Ocaqçı olan hər bir ata-ana qarşısında 

yükümlüdür; öz Yurdu qarşısında yükümlüdür; və nəhayət, sizə  şişirtmə kimi 

görünməsin, Soylu ümuminsanlıq (bəşər) qarşısında yükümlüdür. Çünki onun 

yaşatmaqda olduğu, Asif Ata tərəfindən yaradılmış Mütləqə İnam dünyabaxışı 

– hər cür dini dünyabaxışa qarşıdır və «bəşər sivilizasiyası» deyilən hazırkı 

inkişaf təmayüllərinin, demək olar, hamısını rədd  edir. 

On illər boyu arasıkəsilmədən iş aparan, öz Öndərini (Öyrətmənini), 

Məbədini, Məktəbini, Kitabını, Bayrağını ortaya qoyan, öz üslubunu, 

ədəbiyyatını yaradan, hədəfini açıqlayan, bu yolda ömürlər verən, imtinalara 

yetən, habelə ünvan müəyyənliyi üçün öz soyu (etnosu) adından çıxış edən bir 

Yolun yaşadıcısı, yönəldicisi sıravi birisi, sıravi bir kimsə ola bilməz. 

Biz Soylunu ilk Ocaq Yükümlüsü olaraq qəbul etmişik. Bu müəyyənliyin 

yaranma tarixçəsi var. 

Soylu da Var olmağa lap aşağıdan başlayıb. O, Borçalıdan Azərbaycanın 

başkəndinə ali təhsil almağa «Zilfiqar Talıbov» adıyla gəlmişdi (1986-il). 

Burada İnşaat Mühəndisləri İnstitutunda oxuyarkən, bir gün orada filosof Asif 




_________________Milli Kitabxana

________________ 

 

 



352

Ata ilə tələbələrin görüşü keçirilir. Zilfiqar da bu görüşə qatılır və Atanın Sözü 

onu ofsunlayır. Atanın Ocağına gəlmək çağırışına orada yalnız o cavab verir. 

Ata «Soylu» adını ona halal eləyir. Bundan (25.X.12 – 25.XII.1991) sonra 

Zilfiqar olur «Soylu Atalı». Sonralar öz milli müəyyənliyini özünün (və 

ailəsinin, üç oğlunun) sənədlərində  də  rəsmiləşdirir: soyadını «Talıbov»dan 

«Talıblı»ya dəyişdirir. 

Zaman gəlir və Asif Ata ölür (05 Şölə 19-il; 05 iyun 1997). Ocaq başsız qalır, 

onun idarəsi çətinləşir, az sonra isə mümkünsüz olur. Parçalanma baş verir; Ata 

Gedişindən cəmi 6 ay sonra 10–12 Evlad, onların sırasında və başında Soylu da 

olmaqla, Ocağın  əsas kütləsindən ayrılıb, Ocağı özləri yaşatmaq iddiası ilə 

gedirlər. Az sonra gedənlər də öz aralarında dil tapmayıb, ikiyə bölünürlər. Bu, 

əsasən, təkbaşçılıq axtarışı prinsipiylə baş verir.  

Bu zaman Soylu Bakının Saray qəsəbəsində yaşayırdı. (Yeri gəlmişkən 

deyim ki, mən bu qəsəbəni «Saray-Soylu» adlandırıram). Onlardan qopan Ocaq 

parçası isə Sumqayıtda yerləşmişdi. Bu üçünvanlılıq 25-ci ilədək sürdü. Saray 

qəsəbəsində Ocağın «Uluyol-Hünər» Ailəsi yerləşmişdi (Təmsilçisi Soylu idi). 

Mən buna Ocağın «Saray-Soylu Qolu» deyirdim; Sumqayıtda Ocağın «Yanar 

Zəka» Ailəsi yerləşmişdi (Təmsilçisi: Otkün Atalı) – mən buna «Ocağın Yanar 

Zəka Qolu» deyirdim. Əsas kütlə (say çoxluğu) Bakı ş.-də yerləşirdi. Mən buna 

«Ocağın Bakı Qolu» deyirdim. Mən də bu «Qol»daydım. Bu «Qol» Eluca 

Atalının təmsil etdiyi «İşıq» Ailəsi ətrafında idi. Burada Baş, Başçı yox idi. 

Mən bunları  bir Ocağın ayrı-ayrı qolları saymaqla və  hər birinin 

toplantılarına qatılmaqla illər boyu  Ocağın Birləşməsi xülyasıyla yaşadım. 

Ancaq xülya – xülyadır, o gerçəkləşmir. 

«Yanar Zəka» ruhaniyyat yolunu bədiiyyatla, fəlsəfəylə eyniləşdirdiyi üçün 

Ocaq toplumu olaraq yaşaya bilmədi, «Bakı Qolu» başsızlıqdan, 

birxətsizlikdən, öz içində qibləsizlikdən və bunları  əmələ  gətirən, bunların 

əmələ  gətirdiyi pozğunluqlardan dağıldı. Yalnız «Uluyol-Hünər» Ocaq 

Yolunda qaldı – Soylunun çılğın, fanatik cəhdləri sayəsində. «Saray-Soylu» da 

say azlığı ucbatından, bir vaxtlar güclə  nəfəs alırdı. Yalnız Təmsilçinin Yola 

mütləq bağlılığı, Ulus və Yurd sevərliyindəki  əməlçiliyi onu ayaqüstə saxladı 

və…  Vahid Ocağa çevirdi. 

Asif Atanın sağlığında (və yazılarında) «Ata Timsalı» deyimi vardı. Yağış 

ayı 19-cu il ayrılığının təşəbbüsçüləri özlərini belə adlandırırdılar. Ancaq bu 

deyimdə «Ata» adına ortaqlıq çaları vardı və Atadan sonra özəllikcə qabarırdı 

(qabardılmasa da, öz-özünə!). Bu çalar adamları qıcıqlandırırdı. Həm də Ocaq 

gələcəyində Ada əskiklik gətirən timsallar görünə bilərdi. Odur ki, düşünməli 

olduq. Ata Ocağının işlərini quran, yönəldən, simasını qoruyan ruhani «vəzifə» 

daşıyıcısının adı necə olsun? «Ocaq Yükümlüsü» adı bu axtarışların sonucunda 

yarandı. 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə