Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə102/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   98   99   100   101   102   103   104   105   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



344

görə, son iki-üç ildən bəri bu Yük Soylu Atalının çiynindədir. (Burada bir 

balaca fikir uyuşmazlığı var. Bəziləri deyirlər Ümumi Ocaq Yükümlüsü 

olmamalıdır. Onlar bu barədə Atanın işarəsi olmadığına əsaslanırlar. Bəziləri – 

onların arasında mən Safruh da varam – deyirlər Ümumocaq Yükümlüsü 

olmalıdır. Bunu deyənlər Ocaq işinin bir xətt üzrə nizamlı getməsi zərurətinə 

əsaslanırlar). 

Hər Ailənin ayda bir dəfə “Ailə günü” deyilən üç bölümdən ibarət toplanışı 

keçirilir (bu, Ümumocağın ildə bir dəfə keçirilən “Ailə Günü” Mərasimindən 

fərqlidir). 1-ci bölümdə hər kəs tərəfindən Ailəyə Amallaşma (Ata İrsini və o 

yöndə öyrənmələr), Kamilləşmə (öz nöqsanlarına qarşı döyüş – Özüylədöyüş) 

və Xalqlaşma (Ocaq Amalının yayılması) hesabatları verilir; “Müqəddəs 

oxuma” adlanan 2-ci bölümdə Asif Ata Əsərlərindən parçalar oxunur; sonda 

“Müqəddəs görmə” bölümü gəlir – burada Asifçilər ölkənin və dünyanın 

bugünkü hal və hadisələrini Mütləqə  İnam Ruhaniyyatı baxımından 

dəyərləndirirlər. 

Ocağın işində bəzi Ocaqsevərlər də bu və ya başqa dərəcədə iştirak edirlər. 

Və bir də Ocağın  ətrafı – təsir dairəsi var. Bunların hamısı Asif Ata 

Şəxsiyyətinin cazibəsi  əsasında yaranmışdır, Ocağın Evladları  tərəfindən 

davam və inkişaf etdirilir.  

Ocağın Ailə biçimini Ata 1 Xəzan ayı, 6-ildə (1.X.1984) Evladlara Müqəddəs 

Buyuruq olaraq yazdığı  “Əməl”  əsərində irəli sürmüşdür. “Evlərdə, 

müəssisələrdə Asif Ailələri yaranır. Onlar Asifçilər çağırılır. Hər həftənin bir 

günü (sonralar Ata “həftə”ni “ay”la əvəz etmişdir – Safruh) Müqəddəs Gün 

sayılır və həmin gün Asif Amalına həsr olunur”. Yeri gəlmişkən qeyd eləyim 

ki, o vaxtlar “Ocaq” sözü yaranmış olsa da, hələ qətiləşməmişdi. Əsərdə “Ocaq 

Ailələri” əvəzinə “Asif Ailələri” yazılması bundandır.  

Ailənin həmin gün nə elədiyini yuxarıda yazdıq...  

Artıq Asif Ata Mütləqə  İnam Ocağının öz mühiti var və  əgər belə demək 

mümkündürsə, mərkəzə cəzb olunma gücü və qanunauyğunluğu var. Bu, Asif 

Ata Peyğəmbərliyinin  əmələ  gətirdiyi, Asif Ata Peyğəmbərliyinə  əsaslanan, 

Onu yaşadan mühitdir. Bu mühiti yaşadanlar və bu mühitdə yaşayanlar (habelə, 

birbaş bu mühitin içərisində olmayan, ancaq bu mühitlə yaşayanlar da) 

İnamçılar adlanır,  Atalılar soyu sayılırlar. Onların cismani ailələri də artıq 

İnamçılardan ibarət olur. Aydındır ki, onların Peyğəmbəri Asif Atadır! 

Türk qədimliyində Ocağın  Şumerçilik, Zərdüştçülük, Babəkçilik, Dədə 

Qorqudluq, Hürufiçilik, Füzulilik, Muğamlıq və Sazlıq kimi kökləri olduğu 

vurğulanır. 

Beləliklə, Mütləqə  İnam Ocağında Asif Atanın hələ 20-30 il bundan öncə 

irəli sürdüyü və üstündə özünəməxsus inadla dayandığı, başqalarına isə ilğım, 

xülya, utopiya, hətta dəlilik kimi görünən bir fikri gerçəkləşmiş olur: “Ayrı-ayrı 




_________________Milli Kitabxana

________________ 

 

 



345

müstəqil fərdlərdən yeni xalq yaratmaq”. Ata bunu obrazlı  şəkildə belə ifadə 

eləməyi xoşlardı: Fərd-fərd, ağac-ağac, hal-hal. 

Ocaq fərdləri Ata tərəfindən müəyyənləşdirilmiş, ruhani məzmunlu adlar 

daşıyırlar. Onların əsas sənədləri – Övladlıq Nişanəsidir. Onların əsas rəngləri 

sarı, ağ və mavidir; sarı – Günəşi, ağ – təmizliyi, mavi – Göyləri nişan verir. 

İnamçıların salamlaşma – sağollaşma sözləri – özlərinə  məxsusdur – Ata 

müəyyənləşdirib. Onların özlərinə  məxsus özünənəzarət ayin və  mərasimləri 

var. Onlar minimal məişət prinsipi ilə yaşayırlar. Onların toy-vay qaydaları da 

özlərindəndir – Atadan gələn yaşam fəlsəfəsinə əsaslanır. 

Onlar Orxon-Yenisey yazılı abidələrinin  əlifbası  əsasında özləri üçün 

müstəqil əlifba yaradıblar; “Ocaq – Türk Abesi” adı verdikləri bu əlifba Orxon-

Yeniseyə maksimum yaxınlığı qorumaqla yaradılıb. 

Mütləqə  İnam Ocağının özünəməxsus milli, bəşəri, dünyəvi  ədəbiyyatı  və 

fəlsəfəsi yaranmaqdadır – Asif Ata bədiiyyatı  və  fəlsəfəsindən qaynaqlanan, 

onun davamı, yaşadılması, inkişafı kimi. Ayrı-ayrı Ataçı – İnamçı  fərdlərin 

adları, hünərləri artıq xalqın duyğu və düşüncəsinə yazılmaqdadır. Artıq 

cəsarətlə demək olar ki, gələcək – Mütləqə İnamındır! 

…Bu necə mümkün oldu? Mən “Asif Atanın özünəməxsus inadını” boş yerə 

xatırlatmadım. Bu İnad Atamızın “Ruh Üstə” içsəsində gözəl ifadə olunub. 

Ondan bir cümlə: “Dünya Şərlidir, sən  Şərli olma – Dünya dağılsa da, sən 

Şərli olma!” 

Ocaqçılar – İnamçılar Asif Atanın nəzəriyyədə cizgilərini verdiyi Ruhani 

Dövlət idealına doğru gedirlər. Bu Yolda onların başları üzərində Mütləqə İnam 

Bayrağı dalğalanır. 



Atamız var olsun! 

 

 



5. Bayraq 

 

“XX  əsrin bayquşları  İnsana  İnam Bayrağını tapdalamağa çalışırlar. Biz 



həmin Bayrağı başımızın üzərinə qaldırırıq”. (“Ocaq Məramı” izharından. 

“Yol” Kitabı, s. 5.). 

Asif Ata bu Sözü yazanda (1980-il) Ocaq Bayrağının səsi-sorağı da yox idi. 

Ocaq Bayrağı bundan illərcə sonra hazırlanmışdı. 

Bu İnsan nədir, kimdir? Varlıdır – yoxsul? Seçkinmidir (“Elit”midir) – Qara 

camaatmı? Gözəldir – Çirkin? Proletardır – Sərmayəçi?  Şəhərlidir – Kəndçi? 

Aydındır – Qaranlıq? Yazıqdır – Azğın? Düzgündür – Pozğun? Çadralıdır – 

Tumançaq? İndustdur – Müsəlman? Gündoğanlıdır – Günbatanlı? Oturaqdır – 

Köçəri?.. 

Nədir axı bu İnsan? İdrakının oyandığı ilk gündən bəşərin öyrəndiyi, ancaq 

onun üçün hələ də tapmaca olan bu varlıq nədir axı?! 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə