Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə98/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   94   95   96   97   98   99   100   101   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



334

Onlara yönəlik dediyim uca sözləri, sən demə, dilimin gödək olması üçün 

deyibmişəm. 

*** 


Onlara yönəlik dediyim acı sözlərin hamısını ağlaya-ağlaya demişəm. 

*** 


                       Onlar mənim uğursuz təcrübə tarlam oldular. 

*** 


Haradasan, İlahi?! Təklikdən canım sıxılır – yanına gəlmək istəyirəm. 

*** 


                           İlahinin səsi: Mən təklikdən sıxılmıram. 

 

*** 



Atamız var olsun! 

 

21 Sərt (X ay) 29-il. 



(Dekabr 2007) İnam Evi. 

 

 

ALLAHI ANLAMAQ 

(İçsəs) 


 

                            Dərdli qanmazlar, yandırdınız atamı! 

*** 

Mən Allah qədər realist olmaq istəmirdim; sevmək, sevilmək – xoşbəxt olmaq 



istəyirdim. Qoymadınız. 

*** 


             Sizin ucbatınızdan Allah romantikadan ən uzaq varlıq oldu. 

*** 


                    İnsan romantikadan uzaqlaşdıqca bədbəxtliyi artır. 

*** 


              Allahın daim məmnun halda zənn edilməsi – yanılmaymış... 

 

*** 



Atamız var olsun! 

 

7 Çiçək 30-il. 

(aprel 2008). 

İnam Evi.


_________________Milli Kitabxana

________________ 

 

 



335

AİLƏMİZİN PEYĞƏMBƏRİ 

(İçsəs) 

 

Mən özümdən on yeddi yaş kiçik olan bacım Kifayətin oğluyam. 

*** 

Mənim bu dünyadakı uzun ömrümdə sonadək sədaqətli üçcə dostum oldu: 1) 



Kağız-qələm, 2-3) Kifayət və Elmira bacılarım. 

*** 


Sənin dərdin – bizim üç qardaş, üç bacı birliyimiz oldu, dostum, anam – 

Kifayət bacım!           

 *** 

Sənin dərdin – bizim ailəvi dinimiz oldu! Bu Din bizi Bir elədi.    



*** 

Sən bizi bir yerdə saxlamaq üçün düşdün dərdə. İsa öz qövmünü bağışlatmaq 

üçün onun bütün suçlarını özünə götürdüyü kimi, sən bizim bütün dərdlərimizi 

özünə götürdün. 

*** 

Sən bizim İsamız – ailəvi Peyğəmbərimiz oldun, dostum, anam – Kifayət 



bacım! 

*** 


Sən bizim ata-anamızı o qədər sevdin ki, bizi də onların yanında əbədi 

saxlamaq üçün özün ana olmadın, özün ana olsaydın, onlardan ayrı bir ailə-

qiblə yaranardı. 

*** 


Sən onlardan ayrıla bilmədin – onlara sevgin o dərəcədə yaxıcı idi. 

*** 


Bu sevginin gücünə bizi də onların ağuşunda: Ağa – Minabəyim ocağında 

saxlaya bildin – indi bütöv bir nəsilə çevrilmiş bu ocağı onlardan aşağı sən 

yaratdın, sən yaşatdın. 

*** 


Ana olmayan qadınlığın minbir yolu var – mini əyri. Sən o bir olan Düzü 

seçdin. 


*** 

Sənin sayəndə biz də bugün birik və düzük öz ata-ana Ocağımızda. 

*** 

Biz də səndən ayrılmayacağıq əbədiyyət yolunda. Əbədi ata – ana – bacı – 



qardaş vəhdətinə örnək olacağıq, ailə örnəyi olacağıq, dostum, anam – Kifayət 

bacım! 


*** 

 

 



 

Atamız var olsun! 

                                                                 27 yağış ayı, 28- il. 

                                                                 (30.XII.2006). 

                                                                  İnam evi. 




_________________Milli Kitabxana

________________ 

 

 



336

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ƏLAVƏLƏR 

 


_________________Milli Kitabxana

________________ 

 

 



337

ASİF  ATA  PEYĞƏMBƏRLİYİNİN 

BEŞ  TƏSDİQİ 

 

1. Ömür, 2. İnam,  3. Kitab, 4. Ocaq, 5. Bayraq. 

 

1. Ömür 

 

Peyğəmbərlik – bəşərin insani yüksəlişi yönündə ən qüdrətli haraydır; insan 



idrakının  ən gərgin simlər üstə köklənməsi, səslənməsidir; insan varlığının 

(şəxsin)  ən Uca Eşqlər üstə özünüdərki, mövcudluğun cazibəsindən çıxmaq, 

onun fövqünə yüksəlmək yolunda bahadıranə cəhdidir. 

Peyğəmbər Harayının yoluxmadığı cəmiyyət hüceyrəsi qalmır. Başqa sözlə, 

Peyğəmbər Harayı toplumun (əslində bəşərin) yaşamını dəyişdirir, başqalaşdırır 

(etkiləməklə qalmır). Bu sığmazlıq, bu haray dünyaya yeni İnam gətirir. O, 

Göylərdə asanlıqla, fərəhlə  eşidilir. Yerdə uzun müddət rədd edilir. İşləmək 

lazım gəlir... 

Ömrün ilk oyanışlarında bu Haray öz adıyla tanına, bəlirlənə bilməz. 

"Yovuşmaz, anlaşılmaz, məntiqsiz, geridəqalmış, hoqqabaz, xeyrinibilməz, 

orijinal görünməyə çalışan,  əks danışan..." Bu kimi təyinlər alar gələcəyin  ən 

Uca Eşqlisi öz oyanışının başlanğıcında, dan yerində. Onun Eşqi aydın 

cizgiləndikcə mövcudluqla onun arasındakı təzad artar, barışmazlıq, qarşıdurma 

halına keçər. Təzyiqlər, təqiblər başlayar. Bir Nəfər – Hamıya qarşı, hər  şeyə 

qarşı... İlk oyanışlarda bunu nə Bir Nəfər bilir, nə Hamı... 

Asif Ata ilə  də belə olmuşdur. O, "Asif Qasım oğlu  Əfəndiyev" adıyla 

M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyarkən (1952–1957) içində 

yaşadığı gerçəkliklə təzada girmişdi. Planlı, proqramlı, qrafikli, intizamlı təhsil 

çərçivəsinə yaxın düşməmiş, demək olar, bütün təhsil illərini kitabxanalarda 

keçirərək, özünütəhsillə  məşğul olmuş, özünəqədərki dünya idrakını  bir xətt 

üzrə mənimsəmiş və bir xətt əsasında dəyərləndirmişdir. Min saatdan çox dərs 

buraxdığı üçün onun institutdan və o vaxtlar oxumuşların ömründə çox ciddi 

önəm verilən Komsomoldan çıxarılması  məsələsi qoyulmuşdu... O vaxtın 

dünyaya meydan oxuyan yeganə dünyabaxışına – (Marksizm-Leninizm 

ideologiyasına) etinasızlıq, Moskva mühitinə endirməmək, onun cazibə qəlibini 

rədd etmək də bunda az rol oynamamışdır.  

Təhsili fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycana dönüş. "Tənqid 

və Zaman" məqaləsi ilə ("Literaturnıy Azerbaydjan" jurnalı, 1959 il, № 11) 

burada cəmiyyətlə münaqişələr burulğanının başlanması. İshaq İbrahimovların, 

Şahnəzər Hüseynovların, cığırdaş  şairlərin simasında cəmiyyətin ona qarşı 

ayaqlanması... 

1963-cü il – ilk evlənmə və bu ailənin tezliklə dağılması; 1968-ci ildə, ikinci 

dəfə qurduğu ailənin DTK tərəfindən 1982-ci ildə dağıdılması;  İctimai-siyasi, 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə