Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə100/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   96   97   98   99   100   101   102   103   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



340

taleyin Allahda deyil, Cəmiyyətdə deyil, Cismdə deyil, Maddidə deyil – öz 

əlindədir. Allahın, Cəmiyyətin, Cismin, Maddiyyatın taleyi də sənin əlindədir... 

Onları sən müəyyən eləyirsən, İnsan! Onlar səni yox! Sən gözəlsənsə – onlar da 

gözəldir; sən çirkinsənsə – onların gözəlliyi anlamsız və gərəksizdir. Və əslində 

onlar Sənsiz nə gözəl ola bilərlər, nə çirkin. 

...Asif Atanın yaratdığı Mütləqə İnam – Yoldur, elm deyil. Elm – öyrənilir, 

Yol – gedilir. Bu həm həyat yoludur, həm idrak yolu; həm dünyəvi idrak 

Yoludur, həm ruhani idrak Yolu; dünyəvi idrakın ruhani idrak xidmətçisi 

olması Yolu. 

Fəlsəfə inam deyil, hər bir İnam (eləcə  də Din) isə  həm də  fəlsəfədir. Asif 

Atanın Özü bənzərsiz, dahi filosofdur. Asif Atanın Mütləqə İnam fəlsəfəsində 

Dünya, Həyat, İnsan öz Mənalarından yaranırlar: 

Dünya – Dünyalıq adlı Mənadan, 

Həyat – Həyatlıq adlı Mənadan, 

İnsan – İnsanlıq adlı Mənadan. 

Dünyalıq, Həyatlıq,  İnsanlıq (yəni Məna, Mahiyyət)  əzəli,  əbədi, sonsuz və 

kamildir. 

Dünya – özündə özündən artıq, böyük, yüksək olanı (Dünyalığı – Mütləqi) 

yaşadır. 

Həyat – özündə özündən artıq, böyük, yüksək olanı (Həyatlığı – Mütləqi) 

yaşadır. 

İnsan – özündə özündən artıq, böyük, yüksək olanı  (İnsanlığı – Mütləqi) 

yaşadır. 

Dünya və  Həyat – özlərindəki Mütləqə çata bilməzlər, çünki onların ruhu 

yoxdur. 


İnsan – özündəki Mütləqə çata bilər, çünki İnsanın ruhu var, İnsan ruhani 

varlıqdır. Ruh isə İnam, İdrak, Mənəviyyat, İradə birliyidir. 

Buna görə  də Asif Atanın  İnamı (Mütləqə  İnam) insanın özü ilə  məşğul 

olmasına  əsaslanır: Ya – ol-oldur, İnsan, insani! Ya da kimsədən umma, 

incimə, gözləmə! Asif Atanın "İnsan"  əsərinin "Mütləqlə görüş" adlanan 7-ci 

bölümündə Mütləqlə İnsanın söhbəti verilir. Orada İnsan Mütləqə deyir: "Sən 

əbədisən, möhtəşəmsən, sonsuzsan, əvəzsizsən, sənə  səcdə  qılıram". Mütləqin 

İnsana cavabı: "Mən Sənəm, özünü yaxşı tanı. Mən Səndə Varam". 

İslama qədər də insanların Təkallahlıq haqqında bilgiləri vardı – məsələn 

qədim Misirdə (İslamdan 1500 il öncə). Ancaq bu qənaət üzərində Peyğəmbər 

Harayı çəkilməmişdi. Bunu Məhəmməd elədi və onu Dinə çevirdi. 

Asif Atanın Mütləqə  İnamına qədər də insanla bağlı Mütləq haqqında 

insanların bilgiləri vardı – məsələn, qədim Hinddə. Ancaq bu baxış üzərində 

Peyğəmbər Harayı çəkilməmişdi (onu yalnız bilirdilər). Bunu Asif Ata elədi və 

onu  İnama çevirdi. Və Mütləqə aydın bir tərif verdi: "Mütləq – bugündə 

nişanələriylə,  əbədi Sabahda bütöv mövcudluğuyla aşkara çıxan, nisbi 




_________________Milli Kitabxana

________________ 

 

 



341

hadisələrin daxilində yaşayan, ancaq onlara sığmayan, onları özlərindən kənara 

çıxarıb özünə yaxınlaşdıran, Dünyaya, Həyata,  İnsana Ali Daxili Qüvvə

İstiqamət və Meyar olan bir Qüdrətdir". 

Asif Ataya qədər də İnsanı Allahlaşdırma, ilahiləşdirmə cəhdləri olmuşdur – 

məsələn,  İncil'də (Bax: Yəhyanın Müjdəsi, 10:33). Ancaq bunun üzərində 

Peyğəmbər Harayı  çəkilməmişdi. Bunu Asif Ata elədi və  İnsanın ruhani, 

mənəvi cizgilərini aydınlaşdırdı: "İnsan – özündə Mütləqilik gəzdirən, bu 

səbəbdən də  Şəraitdən, Mühitdən, Cəmiyyətdən üstün olan, Mütləqiliyə can 

atan və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır". 

Asif Atanın yaratdığı Din deyil, İnamdır. Dində Göylərə insanların  əlləri 

açılır,  İnamda qəlbləri. Dində    müqəddəsliyin, Mütləqliyin, möcüzəliyin, 

ülviliyin ünvanı naməlum fiziki Göylərdə axtarılır, İnamda Dünyanın özündə, 

Həyatın özündə,  İnsanın özündə (bax: A.Atanın "İnam"  əsərinə). Beləliklə 

Müqəddəslik, İlahilik, Möcüzəlik – xurafatlaşma imkanından arınır, alınır. 

Din deyir: "Allahdan başqa yaradan yoxdur!" 

İnam deyir: "Bəşərin nicatı İnsanlaşmaqdadır. İnsanlaşın – İnsanlaşdırın!" 

 

Atamız var olsun! 



 

 

3. Kitab 

 

Ən aşağı kitab belə, öz mövzusundakı ara bilgilərindən yüksəkdir. 



Asif Ata – onlarca Müqəddəs Kitab Yiyəsidir. Onun Kitabı – həmişəlikdir; 

Onun Kitabı – ümumbəşərindir; Onun Kitabı – Daxili Yol Kitabıdır. Onun 

"İnsan" Kitabı – İnsanın kimliyini, Onun "İnam" Kitabı – İnamın ünvanını, 

Onun "Ruh" Kitabı – Ruhun nəliyini, Onun "Həyat" Kitabı – Həyatın necəliyini 

(Olanla Olmalını), Onun "İntibah" Kitabı – Bəşərin Amalı üçün nə  və necə 

etmək gərəkdiyini göstərir. Onun "Sədaqət"i, "Ruhani Hökmlər"i, "Ruhani 

Sənədlər"i – Ocağın,  İnamın, Evlad şəxsiyyətinin – İnsanın günbəgün, pillə-

pillə qurulmasının dahiyanə memarlığı... O biri Kitabları da bu yöndə, bu 

sanbalda, bu siqlətdə. 

Asif Ata Özünün Həyat Eşqindən,  İdrak  Şövqündən, Ruhani Gözəllik 

yanğısından ehtizaza gəldi, Onun Vəcdi Yerə-Göyə  sığmadı, Onu Vəhyə 

yüksəltdi. Ehtizazlı ürəkdə, Vəhyli idrakda gerçəkliyin həlməşik ehtirasları 

qalmır, uca Amallar cilvələnir. Asif Ata Vəhyi – bəşərə yeni bir İnam bəxş etdi. 

Asif Ata Öz Ömrünün keşməkeşlərindən  İnsana  İnam yaratdı – Onu bu 

keşməkeşlərə uğradanlara inam. Çünki o onları onlardan yaxşı tanıyırdı, çünki 

insanları öyrənməyi Özünə ixtisas eləmişdi. Asif Atanın insana inamı o 

dərəcədəydi ki, Onun ən başlıca xüsusiyyəti bu idi: insana inanmaq. (Asif Ata 

Ocağının Evladı Safruh, insana münasibətlərinə görə, peyğəmbərləri belə 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə