Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə101/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   97   98   99   100   101   102   103   104   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



342

sıralayır: Zərdüşt  İnsanı görürdü, Budda insana yanırdı,  İsa insana acıyırdı, 

Məhəmməd insana acıqlanırdı, Musa üçün insan yox idi, yalnız Yəhudi vardı, 

Asif Ata insana inanır). 

Asif Atanın insana inamı Asif Atanın Kitabını yaratdı. Deməli, bu inam – 

Kitab yaradacaq siqlətdə və qüdrətdə olmuşdur. 

Allaha inanan demir Allahlaşın – deyir bəndələşin!  İnsana inanan deyir 

İnsanlaşın. Çünki insanlaşmaq bəşərin Amalıdır. Amal – həm də nicatdır. 

Quruca nicatda – bəndəlik var, Amalda – İlahilik.  İlahilik – elə  İnsanilikdir. 

İnsanilik – elə  İlahilikdir, Ülvilikdir. İlahi, ülvi tələblərə cavab verməyən – 

İnsan deyil. 

Buna görə də Amaldır insanilik! Asif Atanın Kitabını yaradan bunun Harayı 

idi. 

Bəşərin Amalı – Müqəddəsdir. Asif Atanın Kitabı – bu Amalın təsbitidir. 



Bəşərin Amalı Müqəddəs olduğu üçün onu təsbit edən Kitab da Müqəddəsdir. 

Asif Ata, demək olar, bütün şüurlu ömrü boyu bu Harayı  çəkmişdir. Bu 

Haray 45 Müqəddəs Kitab, 7 Müqəddəs Kəlam yaratmışdır. Bunlar, əslində, bir 

Kitabdır: Ata Kitabı və ya Ata Kitab – öpülüb göz üstünə qoyulan (Hamısı bir 

yerdə həcmcə elə  də böyük deyil). Bu, o Kitabdır ki, oxuyub bir qırağa qoya 

bilməzsən – O, sənin insanlıq üslubundur, içindəki kompasdır – bəşəri Amalına 

doğru səmtləşdirən, yönəldən, aparan. Bu, artıq adi anlamdakı kitab deyil, 

yuxarıda dediyimiz kimi, məhz Daxili Yol Kitabıdır. Bəşərin daxilində Yol 

ehtiyacı tükənəndə bu Kitaba da ehtiyac olmayacaq. Bəşərin daxilində Yol 

ehtiyacı isə sonsuzdur! 

"Ayılsın dünya! Qalxsın dünya! Düzəlsin dünya! Dirilsin dünya! – Amal 

məqamıdır!" – deyir o Kitab. Amal da – İnsanlaşmaqdır! Yəni ruhani dəyərlər 

əsasında yaşamağa keçməliyik. Yəni qardaş qarından irəlidir, yəni el üçün 

ağlamayan kordur. Yəni Xeyirin Xeyirdən başqa mükafatı yoxdur. Yəni İnsan 

doğrudan da Yer üzünün əşrəfi olmalıdır!.. Yəni İnsan ömrü "beş günlük" deyil, 

tükənməzdir. 

Asif Atanın Kitabı bu kimi Harayların peyğəmbəranə izharıdır. O həm 

elmdir, həm  şeirdir, həm musiqidir, həm idrak əməlidir, həm  əməli işdir – 

bütövlükdə Peyğəmbər Haraydır. 

Peyğəmbər Harayı bütün varlığı əhatə etsə də, misilsiz bir yığcamlığa malik 

olur, o, sanki bircə sözə yerləşir. Asif Atanın o Bircə sözü budur: İnsanlaşın! 

Bu Söz təkrar deyil Ata Yazılarında, məhz canlı, nəfəsli, ehtiraslı, ağrılı, 

yanğılı, minbir çalarlı Haraydır. Musiqinin "do" səsi (notu) həmişə bir cür 

yazılır, onun haray çaları isə tükənməzdir. 

Asif Ata belə bir Kitab qoyub ortaya. 

...Asif Ata türkün həm Konfutsisidir, həm Lao-tszısı (həm filosofudur, həm 

peyğəmbəri);  həm İsasıdır, həm Məhəmmədi; həm yeniçağ Zərdüştüdür, həm 

Buddası. Asif Ata – türkün mənəvi-ruhani Atasıdır. 




_________________Milli Kitabxana

________________ 

 

 



343

Asif Ata – bəşərin ilk İnsanilik Peyğəmbəridir. 

Onun Ömrü Onun İnamını doğurmuşdur. Onun İnamı Onun Kitabına 

doğmadır, Onun Kitabı – Onun İnamına. 

Onun Ömrü, İnamı, Kitabı Onun Ocağında yaşayır. 

 

Atamız var olsun! 



 

 

4. Ocaq 

 

Peyğəmbər yalnız izharçı, harayçı deyil,  həm də qurucudur. Asif Ata 



Azərbaycanda Mütləqə İnam Ocağı (Ruhaniyyat Ocağı) qalayıb. O Ocaq bugün 

artıq 25 yaşındadır. Onun onlarca Evladı və bir neçə Ruhani Ailəsi var. 

Ocağın məramı Mütləqə  İnamı  bərqərar eləmək,  İnsanın kamilləşməsinə 

ünvan və yardımçı olmaq; müstəqil-müqəddəs Vətən ideyasını yaymaq, Ruhani 

Birlik örnəyi olmaq; Şərqi dəyərləri (müqəddəslik, ruhanilik...) bəşərə 

qaytarmaq; bəşəri dəyərləri artırmaq, onların yiyəsi və xiridarı olmaqdır. 

Ayrıca: Ocağın məqsədi – Asif Atanın Peyğəmbərliyini təsdiq etməkdir. 

Çünki bunsuz – Mütləqə İnam bağbansız bağa bənzərdi. 

Asif Atanın Mütləqə  İnam Ocağı – gələcək Ruhani Birliyin rüşeymidir. 

Ocağın öz yaşayış və iş qaydaları var. Ocaq ildə 8 Mərasim keçirir: Yeni il (1 

Günəş ayı – mart), Ruhani İdrak Günü (25 Çiçək – aprel), Evlad Günü (1 şölə – 

iyun), Ata Sonevini Ziyarət (və ya Anma) Günü (5 Şölə – iyun), Müqəddəs 

Ziyarətgah Bayramı (1 Qürub – avqust), Ata Günü (25 Ata – sentyabr), Ruhani 

Səfər Günü (27 Sərt – dekabr) və Ruhani Ailə Günü (6 Köçəri – fevral). 

Ocağın ildə 4 bayramı var: İnsanilik (14 Günəş – mart), Xəlqilik (13 Şölə – 

iyun), Şərqilik (12 Ata – sentyabr) və Bəşərilik (12 Sərt – dekabr). 

Asif Atanın Xəzan ayı, 7-il (oktyabr 1985) tarixli "Müqəddəs Əməl" əsərinin 

X bəndində deyilir: "Atalılar Müqəddəs Tarix və Müqəddəs Təqvim  əsasında 

yaşayırlar". O vaxtdan Ocaq həm öz ilsırası (tarixi), həm də öz günsırası 

(təqvimi) ilə yaşayıb işləyir. Ocağın ayları: 1 - Günəş (mart), 2 - Çiçək (aprel), 

3 - İşıq (may), 4 - Şölə (iyun), 5 - Od (İyul), 6 - Qürub (avqust), 7 - Ata 

(sentyabr), 8 - Xəzan (oktyabr), 9 - Yağış (noyabr), 10 - Sərt (dekabr), 11 - Qar 

(yanvar) və 12 - Köçəri (fevral). Ocaq günsırasında (təqvimində) günlərin 

adları: I - Arzu, II - Ümid, III - Dözüm, IV - Mərhəm, V - Qismət, VI - Murad, 

VII - İnam. 

Ocaq – Ailələrdən ibarətdir. Bu, cismani ailə deyil, 3-5 və daha çox Evladın 

birliyidir. Onlar "üzv" yox, elə "Evlad" (və ya "Ocaqçı") adlanırlar. Hər Ailənin 

bir Yükümlüsü (Təmsilçisi) olur. ("Yükümlü" sözü Asif Atanın "Yükümüzdən 

Böyük Fərəhimiz yoxdur!" deyimi əsasında yaradılmışdır). Ailənin işlərini o 

nizamlayır. Ümumi Ocağın da bir Yükümlüsü olur. Mənim  şəxsi qənaətimə 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə