Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə109/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   105   106   107   108   109   110   111   112   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



360

 

YANARDAĞLA 

KONUŞMA 

 

 

18 Günəş 

24-cü il 

(18.III.2002) 

 

SAFRUH  ATALININ  SABİR-DOĞMA 

İlƏ  (YANARDAĞLA) 

KONUŞMAsı 

 

Safruh: 



Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya (İnam Ataya) Ali 

Səcdəylə! 

Atamızın uzun müddət dostu olmuş,  əlçatmaz ziyalı Sabir Yanardağla 

(İmamverdiyev Sabir Mustafa oğluynan, eləmi?) söhbət. Günəş ayının 18-i 24-

il (18 mart 2002-il). Sabir müəllimin evində, qardaşı Nüsrətin iştirakıyla. 



Sabir: Sonra yazıya çıxanda təmizləyəcəyik, lazım olarsa. 

Safruh: Hə. Sabir müəllim, sizin məşhur  əsərlərinizi — “İnsan fəlakət 

içində”  adıyla demisiniz, mən də  görmüşəm və bir də “Bəşər aqibəti”, eləmi? 



Sabir: Bəli. 

Safruh:  “Bəşər aqibəti”. Siz onlara ayrı-ayrı adlar vermisiniz, cürbəcür 

variantlarda adlar. Hələlik sonuncusu bunlardır. Bunları oxuyandan sonra mən 

Sizin haqqınızda, məndə çox belə əlçatmaz bir təsəvvür yarandı. Elə bildim ki, 

indiyəcən tanış olmadığım bir xarakter, bir dünya baxışı, belə qəribə bir adam 

gördüm, bir insan gördüm ki, mənim, mən dəfələrlə Sizə belə bir dilim dolaşa-

dolaşa demişəm ki, məndə izahedilməz bir Həqiqətçi obrazı, ilahi bir obraz 

yarandı Sizin yazıları oxuyandan sonra. Təkcə bu əsərlərinizi yox, başqa da bir 

çox  əsərlərinizi oxudum, o cümlədən “Taun” əsəri və başqa, xırda, onlara 

nisbətən xırda həcmli. Məndə o qədər qeyri-adi bir istək əmələ gəldi ki, “istək” 

deyəndə “Sabir Yanardağ” obrazı. Çox qəribədi ki, bunu elə-belə oxudum 

keçdimnən mən yetərlənə bilmədim. O əsərləri, nədi “İnsan fəlakət içində”ki, 

Cabbarlının  əsərləri üzərində ki, yazmısınız, mən onu oxuyandan sonra ki, 

mənim iş yerimdə söhbət elədik Sizinlə, mənim ötəri qeydlərimlə, Sizin 

əsərinizdən çıxartdığım parçalar əsasında. Mən orda yalnız münasibətlərimi 

bildirmişəm də — bura belədi, burası gözəl, filan şeyi gözəl, belə.  İndi 

istəyirəm ki, həmin söhbətimizi mən Sizin o biri, “Bəşərin aqibəti” kitabınızı da 




_________________Milli Kitabxana

________________ 

 

 



361

oxuyandan sonra, fikrimizi bölüşək. Mən bir oxucu kimi öz təəssüratlarımı 

deyim. Bəzi cüzi suallarım  əmələ  gəlib. Onlar da o deyil ki, müəllif burasını 

niyə belə yazıb, niyə heylə yazıb — heylə suallar deyil. Onlar əslində Sizin 

qoyduğunuz mövzuynan getdiyiniz yolun davamı kimi, ona heyranlıq kimi, ona 

münasibət kimi olacaq. Yoxsa, bunlar sual belə, bunu düz həll eləməmisən. 

Heylə söhbət-zad yoxdu qətiyyən. Hə o söhbətimizi davam eləyək. Əsas mənim 

məqsədim: mən istəyirəm ki, o Sabir Yanardağ obrazı — mənim ağlımda 

tutduğum, sevgimdə tutduğum, o bəlkə bu kasetlərdə, bəlkə bu səs yazmasında 

alındı. Hesab eləyirəm ki, mənim üçün — bir şəxs üçün bu, çox böyük səadət 

olar. Mənim tələbatım var gözəl insanların olmağına, onları  mən görüm, 

təsadüfdən-təsadüfə olsa da; yəni elə insanların mənə rast gəlməyini mən 

deyirəm “təsadüf”. Onların biri düşüb  əlimə deyək ki; yəni mən onun əlinə 

düşmüşəm (bunu gülərək deyir). Qoy o təsəvvürü ikimiz dəqiqləşdirək. Böyük 

Sabir Yanardağ var mənim ağlımda. Siz özünüz böyüklüyü-zadı çox 

görmüsünüz, çox araşdırmısınız, bəlkə Sizin üçün bu mənim heyranlığım bir 

qədər qəribə  gələcək. Amma mən bir oxucu kimi xahiş eləyirəm elə  qərara 

gəlməsin. Böyük Sabir Yanardağ obrazı var. O nəyə görə, məsələn, mənə 

gərəkdi, mən bir, deyək ki, axtaranam, çox sevənəm, çox qeyri-praktik 

adamam, çox dəliyəm, amma düşünürəm ki, həm də əgər Sabir Yanardağ — o 

mənim ağlımda tutduğum kimi obrazı azərbaycanlılar vaxtiylə özləri üçün 

yaratsaydılar, xalq qazanardı, Xalqın içində bir mənəvi dayaq nöqtəsi olardı. 

Xalq Sabirin başına and içməliyidi. Xalq ona deməməliydi “bu qəribədi, bu nə 

bilim nədi, bu dəlidi”. Bilirsən, xalqın dəliliyiydi bu. Söykənməliydi xalq fərdə. 

O fərd də ki, qəribə fərddir. Mən öz təsəvvürlərimi bəri başdan deyirəm; sonra 

da burda qeydlərim  əsasında deyəcəm. Qəribə  fərddir! Onun heç stimulu 

yoxdur! Heç özünün stimulu yoxdur axı! “Nə üçün eləyir?” sualına orada cavab 

yoxdur. Sabirin həyatında cavab yoxdur ey ona! Niyə eləyirsən onu?! 

Arvadbazlıq eləyəssən ki, arvadların xoşuna gəlsin gözəl  əsərlər yazıb?! Çox 

adam heylə eləyir. Elmi ad üçün eləyirsən? Elmi addan zəhlən gedir. 

Yazıçısan? “Yazıçı deyiləm” deyirsən. Filosofluq üçün eləyirsən? “Filosof 

deyiləm” deyirsən, filosofluğu balaca hadisə hesab eləyirsən. Ayə, bəs nə 

üçün?!  Əl atmağa, ilişməyə yer yoxdur, amma hamısını  tədqiq eləyir, belə 

bütün mövzuların yiyəsi kimi. Deyir ki, məsələn, qəhrəmanlıq məsələsi Axilles 

məsələsiynən, Homerdə bu bura qədər gətirilib, sonra Homerin əsaslandığı 

əsatirlərdə bura qədər gətirilib, burda bitir. Ancaq “bizə mövzunun tam açılışı 

gərəkdir!” Nəyinə  gərəkdir?! (Bunu gülə-gülə deyir). Əgər Homer ora qədər 

gətiribsə, Homerin söykəndiyi  əsatir orda dirənirsə, bizim bir nəfər Sabir 

Yanardağımız var — İmamverdiyev Sabir — o deyir ki, mənə bu mövzunun 

tamamilə açılışı lazımdır! Ayə, nə üçün?! Bax bu, ilahi bir keyfiyyətdir! İlahi 

bir keyfiyyətdir! Onun ilişək yeri yoxdu axı! Gerçəklikdə ilişəcəyi yer yoxdur. 

Onu elədiyinə görə  sənə ev veriləsi deyildi, vəzifə veriləsi deyildi, putyovka 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə