Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə117/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   113   114   115   116   117   118   119   120   ...   133
    Bu səhifədəki naviqasiya:
  • Safruh

_________________Milli Kitabxana

________________ 

 

 



376

Safruh: Bir də var bizim müasirimiz. 

Sabir: XX əsr. 2500 il arada məsafə — eyni məxrəc! 

Safruh:  İndi bunun ortaq kökü olmalıdır… “İndi onun hər  şeyi var, o, hər 

şeyə malikdir, amma insan deyil”. Bu söz Asif Atanın Topal Teymur haqda 

dedikləriylə uyğundur. (Oxuyur:) “Dünyada mükafatsız xidmət, cəzasız da 

cinayət yoxdur. Bizi darıxdıran  şeydə tarix təmkinlidir... Xidmət etmək 

əvəzinə, şablonla getmək rahatdır. Xidmət — ən böyük səadətdir. Bu şərtlə ki, 

xidməti başa gətirən insani qüdrət, istedad, ilahi bir mənəviyyat sahibi olsun.” 

Xidmət göstərən. “Əgər fələk özü zülm edirsə, Allahın özü yunanlara yeni 

bəlalar göndərirsə, daha haqqı bərpadan, namus və səadəti xilasdan söhbət gedə 

bilməz…  İstibdad azğınlığı yox, diktatura qətiyyəti”. Siz ikincini üstün  

tutursunuz. “Meydan Aqamemnonlara deyil, Axillesə verilsəydi belə,  yenə də 

arzuolunan nəticə alınmayacaqdı”. Mən də bunu deyirəm (Safruh özünü 

göstərir). Mən özüm deyirəm. Burada fərqimiz budur ki, Sabir bəy, Siz bunun 

niyəsini bilirsiniz, mən bilmirəm. (Gülüşürlər). Yəni ki, hakimiyyət olsayıdı 

Axillesdə, vəziyyət yenə heylə olacaqdı. Mən də bilirəm heylə olacaqdı, 

Həyatda deyirəm.  Əşi, belə dartınmayın, Filankəsi gətirin-gətirməyin — yenə 

heylə olajax dəə! (Oxuyur) “Əsl insanilikdə ruhanilik əsasdır, cismanilik isə 

qaçılmaz təbiətlə bağlılıqdan sürünüb gələn bir ünsürdür”. Sizin fikrinizdir, s. 

168-də. “Aqamemnondan fərqli olaraq, Axilles qənimətə, özünə düşən paya 

ictimai məqsəddən daha artıq əhəmiyyət vermir; Axilles üçün ictimai məqsəd 

və  fəaliyyət  əsasdır. Axilles xeyrinin mündəricəsi bundadır.” Bu Sizin 170-ci 

səhifədəki sözünüzdür. (Safruh buna öz münasibətini bildirir:) Bu qənaətin 

birinci hissəsi — şübhəli, ən azı — mübahisəli; ikinci hissəsi isə zəif təsəllidir. 

Mən özüm üçün bunu deyirəm. Aqamemnondan fərqli olaraq, Axilles 

qənimətə, özünə düşən paya “ictimai məqsəddən daha artıq əhəmiyyət vermir; 

Axilles üçün ictimai məqsəd və xidmət  əsasdır — Axilles xeyirinin 

mündəricəsi bundadır”. Mən deyirəm bu, zəif təsəllidir. Bunu nə  məqsədlə 

yazdığımı unutmuşaaam… 

Sabir: Eybi yoxdur, əşi! Diktafona gedir? Onu çıxartmaq lazımdır 

diktafondan. (Kağıza köçürmək anlamında deyir bunu). Məndə  də  olsun ki

mən onun üzərində işləyim, fikirləşim. Kömək olsun də, mənim gələcək yolum 

üçün. Baxım, görüm orda nə var. 



Safruh: (Dəftərindən Sabirin sözünü oxuyur. Deyirsiniz:)  “Diktaturada 

xudbinlik, nəfs arxa plana keçir. Burada məqsəd — yaradıcılıq və ictimai işə 

xidmətdir. Diktatorun fəaliyyətinə  hərəkətverici qüvvə — ideyadır, ictimai  

məqsəddir, müstəbidsə — nəfsinin quludur.” Bu 176-cı  səhifədə dediyinizdi. 

Asif Atanı, Sabir Yanardağı oxuduqca düşünürəm: Hərdən türkcə  də sözlər 

işlətmək — Azərbaycan dilini yaraşıqdan salmaz! (Gülür). Çünki bu seçdiyim 

cümlələrdə heç bir türk sözü yoxdur. Elə-belə bunu özümçün… 179-cu 

səhifədə yazırsınız: “Həyat, tarix elə qurulmuş ki, mütləq  şər qüvvələrə 




_________________Milli Kitabxana

________________ 

 

 



377

müqavimət göstərmək lazım gəlir. Hər halda, cinayətlər, qəbahətlər dünyasına 

qarşı bir xalq, bir tərəqqi də  cəbhəsi gərəkdir. Tarixin bu cür müqavimət 

cəbhəsi Herakllar, Axilleslər, Koroğlular tərəfindən başa gəlir. Axillesdə öz 

qüdrəti ilə birlikdə yarımmüqavimət, Koroğluda isə tam müqavimət müşahidə 

edilir… Herakl Şərə  və Xeyirə eyni dərəcədə itaəti, həm də  mənəvi müvazi-

nətinin sabitliyi, mənəvi dözümü ilə seçilir — bəşəriyyət kimi”. Amma, belə, 

bu “bəşəriyyət kimi” məsələsində belə bir şey var: gediş gedir, Heraklda, 

qeyrisi də, dahi, mahi gedişin dalınca gedir. Bax məndə elə bir təsəvvür yaranır. 

Bəşəriyyət kimi… Herakl da hərəkət edirsə, deməli, Herakl hərəkət eləmir, 

Herakllar hərəkət eləmir. İndi mən, başqa… 

Sabir: Orda mən, üsul… Məsələn, Fransa Herakl üslubunda getdi, Stalin 

Koroğlu yolunu seçdi… İndi bax mən Qarabağla bağlı  təlim-konsepsiya 

verəndə deyirəm Koroğlu üsulu bizə əlverişli deyil, Herakl üslubu götürək. 

Belə. Məndə o “tərəqqi” sözü çox böyük anlamdı, daha ondan böyük anlam 

yoxdur. Tərəqqi — insanın, tarixin, cəmiyyətin, millətin, millətlərin, 

bəşəriyyətin, dünyanın, kainatın sonsuzluğuna,  əbədiyyətə doğru bütün xətlər 

boyu boy atmaqdır. Çiçəklənməsi, kamala dolması deməkdir. Yəni bunun 

“elmi-texniki tərəqqi” ilə  əlaqəsi çox zəifdir. Elmi-texniki tərəqqi onun içində 

çox balaca, bir damcı yer tutur. Ən adi təbiətdən tutmuş var pis, var həyat. 

Tərəqqi pisi tullayır, həyatı saxlayır. Tərəqqi... heyvanı tullayır, təbiəti saxlayır. 

Ta o səviyyədə qalmır, təbiətdən keçir mənəviyyata. Mənəviyyatdan keçir ruha

ruhdan keçir idraka. Ondan sonra Mütləq məsələsi… 



Safruh: Sonra mən Sizinlə söhbət eləyəcəm o məqamlarla bağlı. Özümçün 

yazmışam “Yanardağ Sabirin yanlışları”. Yenə də. 

  Tarixin naqisliyi məsələsi; 

  Xeyirlə Şəri düzgün sınırlamamaq. Düzgün sərhədləndirməmək; 

  Əsl səbəbə gedib çatmamaq; 

  İfadə dəqiqsizlikləri; 

  Cilasızlıq və s. 

“Heraklın heç olmasa indi səsini ucaltmağa haqqı vardı. Ancaq Herakl bu 

dünyadan umub-küsməyi ağlına gətirmirdi”. 

Sabir: (Sınırlı) Yox ey! Götürür Allah, Evrisfeyi padşah eləyir — görkəmsiz, 

zəif, qorxaq - bu qəhrəmanı da ona  qul verir. (Sakit tonla) O da deyir daha 

Allah onu eləyəndən sonra, mən bu dünyadan nə qanacaq gözləyim.  Əgər 

Allahın qanacağı budursa, onun adamlarından ummağına dəyməz ki! 

(Gülürlər). 

Safruh: Sonra: “Ata…” 

Sabir: Bir dəqiqə!.. O “Ata”dır, mən “Ate” kimi yazmışam. Çünki olduğu 

kimi tərcümə eləyirlər, bizdə Ataynan… O huşsuzluq ilahəsidir. Həə, deməli, 

belə, odur ki, Allahın arvadı… Ona cəzanı Hera verirdi. Sonra görür bu kişi 

günahsızdı (Heraklı  nəzərdə tutur), sağ baş gora apara bilməz. Onu götür öz 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə