Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə120/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   116   117   118   119   120   121   122   123   ...   133
    Bu səhifədəki naviqasiya:
  • Sabir

_________________Milli Kitabxana

________________ 

 

 



382

yox, bir şeyi yox! Samouçeniye — özünü təlim var onda. Hansı ixtisas 

sahibləri, akademiklərnən danışırsa — deyək ki, konstruktor Yakovlev. Deyir 

aerodinamikada mən ehtiyatlı olmağa başlayıram! Akademik Kuznetsov — 

morexodnı, deyir sonra özüm çəkindim!.. Dilçilikdə möcüzədi!  Ədəbiyyatda 

möcüzədi! Adam buna bir hörmətnən yanaşar. Dünən canavardı, amma canavar 

elə elmli ola bilməz axı! Deməli, onun canavarlığında bir konsepsiya var daa! 

Bax bunları görürsən ey Milli Məclisin üzvlərini — bir nəfər cinayətin kökünə 

getsən  əgər,  ən yaxşılarıdı  hələ onlar, onlar güllədən xilas ola bilər?! Təkcə 

oduku əə, boyunu yerə soxum, sən səs vermisən: burda pensiya 5 “şirvan”, sən 

330 “şirvana” səs vermisən, hər yerdə bütün qapılar da üzünə açıqdı. Nə 

hoqqadan çıxırsan?! Hətta Sabir Rüstəmxanlı deyir bizə mühafizə dəstəsi, silah, 

dubliruyuşşi sastav — olan işlərimizi görsün. 1500 “şirvan” ayda! Hələ Sabir 

Rüstəmxanlı ha… Bəxtiyarı götürək. 100 “şirvan” alır, 230 “şirvan” ordan alır, 

akademiklikdən ayda 100 “şirvan” alır, bir neçə institutda işləyir… Bütün 

qapılar da üzünə açıqdı. Özü də xalq şairidi! 



Safruh: Hə, indi mən nə deyirəm, o aləmləri mən bilmirəm. Mən Soyluynan 

Ötkünü deyirəm. Ötkün ağıl adamıdı, Soylu coşğun oğlandı. Deyirəm ki, belə 

bir məsəl var, deyir ki, “Çəkmə, çəkə bilməzsən — bərkdir fələyin yayı” 

Sabir: Orda yəqin demək istəmisən ki, fələyin yayını bəlkə də çəkmək lazım 

deyil. Ona işarədir. 



Safruh: Bu işarədən onlar haqqında yazdığım söz var. Deyirəm ki, Soylu 

dəli-doludu; gəlir çıxır fələyin qapısına. Yapışır, dartışdırır; Ötkün dartışdırmır, 

bilir ki, əşi, onsuz da çəkə bilməzsən, bərkdi. Amma o bilmir, dartışdırır. 

Zaman keçir, aydın olur ki, bir azacıq aralayıbmış qapını. Bilik ona imkan 

vermir ki, iş görsün. 

Sabir: Mənim bütün həyatım, özümü məhv eləyib, ancaq mənim dartdığım 

nədi — fələyin yayıdı darta-darta dururam. Ayrı işim yoxdu ki mənim! 



Safruh: (Dəftərdən Sabirin sözünü oxuyur:) “Hitlerizmin əsl mahiyyəti onun 

Fransaya hücumu və Fransanın ona göstərdiyi Herakllıqda yox, Hitlerizmin 

SSRİ-yə basqınında və SSRİ-nin ona qarşı başa gətirdiyi Koroğluluqdda üzə 

çıxır. Hitlerizmin əsl mahiyyəti. …Dünyaya sığışmayan Herakl ailə sevinci 

çərçivəsinə sığırdı”. (Sabir özünün bu sözünün yada salınmasından çox xoşhal 

olur: Yaxşıdı ki, əəə!). 



Sabir: Gör, a Nüsrət, ailə sevinci… Bir var ailə sən istədiyin, siz bir-birinizi 

sevib ailə qurmusunuz də. Amma onun, ailəyə  gələndə, sevincin dadıydı! 

Ondan böyük hadisə ola bilər?!  …Yox ey! Qanı qaraldıb nə qazandıq ki?! 

Bunun əvəzinə, nə var onunla sevin daa! Sənin nə isə tələbin var, ona görə qan 

qaraldırsan. Qan qaralığı saldın, istədiyin də  əldə olunmadı, sevinci də  əldən 

verdin getdi! İndi isə 76 yaşlı… Hə, öləcəm, nə olsun?! Halbuki 80 yaşı var, 

amma deyir mən ölə bilmərəm. Bu var haa! (Safruha: Buyur!) 



_________________Milli Kitabxana

________________ 

 

 



383

Safruh: 257-ci səhifədə  İnam Atanın (Asif Atanın) yazısı var — Asif 

Əfəndiyev imzasıyla. Yazır: “Əsərin Heraklla bağlı hissəsində üç özünəməxsus 

geniş konsepsiya var. I. “Göy insaniliyinin” “yer insaniliyindən” fərqi və 

üstünlüyü. II. Bəşərin şərə meyl etməsi. III. Qəhrəmani itaətkarlıq — “Herakl  

itaətkarlığı”. Hər konsepsiyanı  hərtərəfli işləyib — bəşər tarixinin 

qanunauyğunluğu kimi təsdiq etmək lazımdır. Bu, böyük idraki nailiyyət olar”. 

Bunu 20 yanvar 1981-ci ildə yazıb. Deməli, Yanardağdan öyrənərək, — mən 

özüm üçün yazmışam bunu. 



Sabir: O şeyin, səhifənin qırağında yazıb? 

Safruh:Yox. Makinada yazdırıb qoyubsunuz oraya, səhifənin içindədir.Belə 

bir cümlə deyirsiniz: “İnsan insanın prototipidir”. Belə bir şey. “Valideyn sövq-

təbiisi təbii duyğudur. İnsan isə ünsüyyət kimi bəşəri keyfiyyətə daim ehtiyac 

hiss edir”. 



Sabir: O biri üzü də var ki, sən elə nə qazanmısansa həyatda — xeyirxahlıq. 

Məsələn. Safruh! Bizim ailədən atam da, qardaşım da əsgərə getdi, 5 il qaynar 

cəbhədə oldu, sağ-salamat da gəldilər. (Burda qardaşlar arasında söhbət gedir. 

Onu ha çalışdımsa anlayıb tuta — yaza bilmədim.) 



Safruh: (Dəftərindən Sabirin sözünü oxuyur:) “Lakin başqa yunan 

əsatirlərində olduğu kimi, burada da Allahlar uzaqgörənlərə insana xidməti, 

yıxılana köməyi yasaq eləyirlər”. 

Sabir: Prometeyə də deyir dəə! Od daşıma! Odsuz insan neyləyə bilərdi?! 

Safruh:  “İnsan anlayışı bütövlükdə  bəşəriyyəti təmsil edir. Tarix ötəndən 

sonra  şərdən heç nə qalmır”. Sabir Yanardağsa yazır: “Böyüklük — insanlar 

üzərində yüksəlməkdə yox, onlara xidmət göstərməkdədir”… Həm də çox vaxt  

simvolların məna çalarları tükənmir. Biri onları bu cür, başqası başqa cür 

mənalandıra bilər. Biz öz ideyamız çərçivəsində hərəkət edirik”. 

Sabir: Kim onu necə mənalandırır mənalandırsın, mən öz ideyamı izləyirəm. 

Safruh: Yəni burda nə yazıçının, nə əsatirin arxasınca gedirəm. Mən yalnız 

öz ideyamı izləyirəm. 



Sabir: Onlar da mənə kömək edirlər. 

Safruh: (Oxuyur:) “Dahilikdən qoy qanmazlıq, qərəz,  şər ehtiyat etsin. 

Medeya burda özü Yazona sehrlənmişdi”. Medeya özü sehrkardı!.. Məhəbbət 

onu sehrləyir. Yenə  də yazırsınız: “Mərtəbə, sərvət, təltif hələ bir yana, 

peyğəmbərlik, allahlıq tərkibləri də insani düşüncədən aşağı dayanır, çünki 

onların hamısını yaradan insandır”. Çox gözəl fikirdir! Dahi də, peyğəmbər də 

sıravi insanilikdən aşağıdır — ona sıravi insanlığa qalxmayıbsa, qalxsın… Bax 

bu, çox böyük, işıqlı fikirdir. Bax çox adamlar var ki, dahi deyil, istedadlı da 

deyil, heylə savadı da yoxdu… Adi, sıravi bir insan olsa, bu onlardan 

yüksəkdir. (Oxuyur:) “İnsanlıq özündəki zəif, başqalarındakı qüvvətli cəhətləri 

görməkdən başlayır”. Bu da gözəl sözdür! Safruhun da belə bir deyimi var: “Ey 

özünün kölgəsinə, özgənin işığına qarov qardaşım!” “Qarov” bizlərdə gecə 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə