Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə122/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   118   119   120   121   122   123   124   125   ...   133
    Bu səhifədəki naviqasiya:
  • Safruh

_________________Milli Kitabxana

________________ 

 

 



386

Safruh: Hə, məndədi, ancaq heç oxumamışam. 

Sabir: Hayıf! Oxumaq lazımdır! Soyluda kitab var — maddə  və  kainatın 

quruluşu haqqında; bir dənə cilddi. Dünyanın bütöv kosmoloji tərtibi var orda. 

Sən “Osmanlı” kitabındakı din tərkiblərinə baxma. Özünüzü Mütləqdən, 

Asifçilikdən azad eləyin, sonra əsərə baxın. Siz o saat onunla müqayisə 

edirsiniz. Tutalım, sən onu bir əsr əvvəl oxuyursan, onda heç Mütləq yoxdur. O 

adam, onu yazan adam heç Asif Atanın adını da eşitməyib. Özünüzü o qədər 

qurutsanız, heç nə alınmaz. Sənin bildiyin özündə qalır. Kosmologiyanın o 

kitabdakı  qədər (bunu çox vurğu ilə deyir, əlini stola döyür) izahı heç yerdə 

yoxdur, Ambarsumyanda yoxdur, Sednikdə yoxdu, Şmitdə yoxdu. Bu kitab o 

boyda kainatın tərtibin verir… 



Safruh: Heylə yerlərə  mənim ağlım getmir; mən oxumamışam o kitabı. O 

(Soylu) oxuyub əsəbiləşib. 



Sabir: Nahaq əsəbiləşir! Nəysə, mən pis vəziyyətdə qalıram. Mən sizə yaxşı 

bildiyim kitabları verirəm. (Safruh: yaxşı eləyirsiniz…). Yox, gör nə deyirəm. 

O adam onu tərtib eləyəndə onu hesablamayıb ki, Soylu bundan narahat olacaq

Asif Ataya uyğun gələcək-gəlməyəcək. O bildiyini deyir. Sən onun o hissəsini 

tulla. Xalis kosmoloji baxımdan bunun… O elmlə deyir, sonra deyir, bax gör 

bizim “Quran”ımız bunu vaxtiylə necə deyib!  Heç o hissəsini hesaba alma. 

Onu demədən deyir ki, maddənin və kainatın təsviri budur. Siz də “Quran”a 

qayıtmayın dəə! Əsər qalır ki, yerində! Nə bilim, insan heç kəsə, insan Allaha 

da borclu deyil. Mən sənə sual verirəm. Asif Ata 1933-cü ildə anadan olub. Bu, 

XX əsr. XX əsri də çıxıram. XX əsrə qədər, XIX əsrə qədər kainat mövcud idi 

daa?! Onda Allah olub-olmayıb? (Safruh: Yəqin ki, olmayıb). Deməli, Allahsız 

dövrün də öz keçid yolları olub daa! İndi ancaq Atanın simasında Allah qədəm 

qoyur? Elə qəbul eləyək. 

Safruh: Yox. Mən bilmirəm o nə məna daşıyır, amma yaradıcı Allah yoxdur, 

düzmü deyillər, bilmirəm onumu soruşursunuz? 



Sabir: Yox ey, demək istəyir ki, “Quran” Məhəmmədə Göydən gəlib, ona 

görə də Yerə aid, Göyə aid, insan biliyinə aid hər şey onda var. Mənim üçün isə 

“Quran”,  ən yaxşı halda, realizlərlə (?) ibtidai fikirdir. Mən özümü “Quran”a 

pərçimləmirəm. Asifi də…  İki Asif var: biri mənim (vaxtilə) yol getdiyim, 

böyük bir Asif. Elə bu Nüsrətin gözünün qabağında onun Allah, o necə oldu 

Allah oldu. O, rəhbər idi, Allah deyildi. Sonra, bundan başqa hər gün qulağına 

pıçıldamışam ki, ə, Hegel səviyyəsində dünyanı xilas eləmək olmaz. Super 

dahi. Sonra dedim dahi də olmaz, Peyğəmbər; ondan sonra qəhrəman. 

Qəhrəman həm dahi, həm peyğəmbər olar. Dedim yox, Allah! Allah da belə. 

Bu yerə kimi Allah olub, dünya xilas olmayıb. Bu heç bir şeyə sığmayan Allah 

olmalıdır, Mütləq… Bunu mən hər gün səhər-axşam qulağına pıçıldamışam. 

Özünə demişəm ki. Yerdə, tarixdə Allahı  rəmzləşdirən  ən böyük səbəb (?) 




_________________Milli Kitabxana

________________ 

 

 



387

Zərdüşt və bizim Muğamlardır. Mənə  qədər o nə bilirdi ki, Zərdüşt nədir? 

Dünya  ədəbiyyatı  İnstitutunda, rusca oxuyub orta məktəbi. Orda Zərdüştdən 

dərs deyirdilər?! Onlar Muğamatı bilirdilər?! Özü də bir az sazı dınqır, dınqır 

bilirdi daa! İndi Muğamatı, Muğamatın fəlsəfəsini, böyüklüyünü, Mütləqliyini 

açan Asifə bərabər ikinci adam var?! Var?! Hamısı məndən keçib daa… 



Safruh: Olar, ola bilər. 

Sabir:  Mən Asifi qəbul eləyirəm. Mən o Asifə görə  gəlib sizi tapmışam. 

Sizin simanızda, o körpələrin — Safnurun simasında, Uluruhun simasında, 

Nurtəkinin simasında, Üstünün simasında, Göylünün simasında, sənin simanda, 

Soylu bir qədər başqa cürdür! 



Safruh: Hə. Elədir! 

Sabir: O sizdə olan onda yoxdur. Onlarda ayrı şeylər var. Onların simasında 

mən müqəddəslik görürəm, dayanıram. Və sizdən Asifə qayıdanda, siz 

ürəyinizdə Asifi necə yaşadırsınızsa, heç cürə mən ona zədə vurmaq gümanını 

yaxın buraxmıram. O sizin qəlbinizdə necədir — artırmadan, əskiltmədən, o cür 

də həm hörmət bəsləyirəm, həm də onu qoruyuram. O səddi keçmirəm. Buna 

bir də üç ildən sonra qayıdarıq!.. Bəs Soyluda nə var? O olmaqla bərabər

Asifdən sonra Mütləqçi hakim kimi çıxış eləmək vaar! O da o bakirəliyi 

pozur!.. Sizdə olan müqəddəslik… Çünki hakimiyyət hissiynən… (Safruh: 

müqəddəslik tutmur). Bəlkə mən düzgün seçməmişəm? Məsələn, mənim üçün, 

böyük qardaşımdı (Nüsrəti göstərir). Onunla mübahisə eləyib çılğınlıq 

göstərərəm. Səni görən kimi isə  sənin böyük ağsaqqallığın… Qabağında 

dayanıram. O ağsaqqallıq ikinci heç kəsdə… Asifdə  də yox idi, məndə  də 

yoxdu. Asif Mütləq idi, ağsaqqal deyildi, heç cürə deyildi! Səninlə  mən bir 

yerdə bir-birimizə oxşayırıq. Bu adamı güllələmək lazımdı, xətası var, güllə-

ləmək məqamı  gələndə oturub ağlayırıq. Daha onu güllələmirik. Biz 

güllələmirik, oturub ağlayırıq. Sən ağlamaqdan başqa, o murdara əlini də 

vurursan; çirkini də təmizləyirsən, yuyundurursan da. Mən çalışıram ki, onunla 

daha, təkrar heç bir zaman rastlaşmayım. Amma sən dayanıb onu təmizləyirsən. 

Bax, sənin ağsaqqallığın bundadır. O murdar — ölümə layiqdir, — sən nəinki 

ağlayırsan, nəinki güllələmirsən, — oturub onu yuyub təmizləyirsən. (Safruh: 

Hə, məndə var…). Səndə olan bu… heç birimizdə yoxdur. O birilər isə… bax, 

Safnur, Uluruh, Üstün, Nurtəkin, Göylü — bu beşi isə sizin ruhunuzdan 

qopmuş bir güldülər, çiçəkdilər! Və onlar çox zəif görükürlər. Ən zəifi deyək 

ki, Göylüdü, Göylü də qüdrətlidi!.. O boyda güc var ki! Hətta o ürək! Orda, 

deməli, mən özümü götürürəm, siz onlarla qaynayıb qarışmısınız… Mən 

sevinirəm ki (təmaslarımızda fasilə) bir az böyük olur. Çünki özümü saxlaya 

bilmirəm — ərköyünlük eləyirəm… (Safruh gülür) Qızın üzünü sığallayıram, 

bağrıma basıram. Bu da o çiçəyə… Zərifdi axı! Xətt qoyar, zədə gətirə bilər!.. 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə