Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə121/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   117   118   119   120   121   122   123   124   ...   133
    Bu səhifədəki naviqasiya:
  • Sabir

_________________Milli Kitabxana

________________ 

 

 



384

görməyən adama deyirlər. Sizdə də deyilirmi bu söz? Ona bəzi yerlərdə “gecə 

qarovu”, “gecə korluğu” deyirlər. Elə adam var ki, axşam qaranlığı  gələndə 

gözü görmür; “gecə korluğu” deyirlər ona. (Sabir müəllim bunu elmdəki 

“çöpcüklər, kolbacıqlar” baxışı ilə izah eləyir — mətləbdən yayındığı üçün bu 

parçanı yazmadım).  Elə bir xəstəlik var. (Oxuyur:) “Vəziyyəti  əsatir bir cür, 

biz başqa cür məna edirik”. Vəziyyəti yunan əsatiri bir cür görür, mən ayrı cür 

görürəm! Bunu demək — Sabir müəllimin gücüdür! 



Sabir: Sənin böyük sözün hardadır: “Homerdə yol qurtarır, yol da Homerin 

yoludur. Bu deyir ki, əslində yol qurtarmayıb, biz onu axıra qədər gedəcəyik”. 

Hələ olmayıb ey belə! Tuneldi ey! Tunel qurtarır, amma yol qurtarmır. Deməli, 

mənim haqqımda, deyək ki,  bunların əsasında sən monoqrafiya yazası olsan, 

mən bu dünyada o məsələləri  kəşf eləmişəm, sən də məni kəşf eləmiş olarsan. 

Safruh: (Oxuyur:)  “Herakl artıq nə Yerdə — insanlar arasında, nə də Göydə 

— Allahlar arasında naqis dünya ilə yanaşı gedə bilməzdi”. Yəni Herakl burada 

Allahlardan da yüksək tutulur. Ocağın Dost-Doğması Sabirin bu tipli deyişləri 

göstərir ki, onun Asif Ata haqqında hərdən işlətdiyi “O — Allahdır” öygüsünə 

çox da bel bağlamaq olmaz. Yəni Sabir müəllim “O — Allahdır” deyir, əslində 

Allah haqqında yüksək  fikirdə deyil. 



Sabir: Bu Allah o Allahdan deyil. Qərəz! Bir var mənim Asifə münasibətim. 

Bəlkə bu daha böyük münasibətdir. Siznən mən tapışandan sonra — 2005-ci il 

18 martda bir də görüşək. (Safruh: Hə, nolar! Sizin yaddaşınız möhkəmdir). 

Bəlkə onda daha yaxşı sözbət elədik. 



Safruh: (Oxuyur:) “Arqonavtlar”da Hakimiyyət, Qəhrəmani Ləyaqət və 

Səadət problemi üz-üzə dayanır. Medeyaçılıq burada köməkçi ideyadı”. Bunu 

orda ayırırsınız ki, bu ora üzvi şəkildə girmir. 

Sabir: Gedib oraya ki, qızılyunlu qoyun dərisini götürməyə. Yəni o, 

bərəkətdi, millətin bütün həyatıdı, taleyidi, baxtıdı. Onu oğurlayıblar, millətin 

baxtını  oğurlayıblar! Onu qaytarır daa! O qızılyunlu (qoyun dərisi) — 

əkinçilikdi daa!.. İstehsaldı, təsərrüfatdı o. Gedir orda… həm də Medeya… 

Medeya — amazonkadı. Yelenanı qaçırmışdılar haa tarixdə, ondan əvvəl 

yunanlar amazonka — onları iberlər kimi verirlər;  əslində türk qızıdır o, 

Medeya. Onu sonradan çevirib belə  şey eləyirlər.  İberlər nəydi böyük türk 

tayfasının qabağında?! Onu şey götürüb qaçdığına görə  əvvəlcə Arqonavtlar, 

ona qarşı Yelenanı götürüb qaçırlar. Troya da türklərdir daa! Həm gözəl qızdı, 

həm də o xalqın taleyidi, baxtıdı!.. Bizim baxtımızı götürüb qaçıblar daa — 

yəni Azərbaycan iki bölünübdü. Məmməd Heydərov vardı. Onu, Ordubadidə 

ruslar erməni qızı Esterin əliylə Leylanı  oğurlayıblar, çeçen qızı Leylanı 

oğurlayırlar. Bizik daa! 

Safruh: (Oxuyur:) Sabir Yanardağ siqləti — sığmazlıqdır — hətta 

peyğəmbərliyə də. Bu hal (Onun bu halı Safruhu, Soylunu və başqa İnamçıları 




_________________Milli Kitabxana

________________ 

 

 



385

düşündürməlidir). Biz (məsələn, mən) Peyğəmbər yolunu deyə bilərik, onun 

yolunu yox. Çünki Sabir sırf idraka söykənir, Peyğəmbər isə  əsasən  İnam 

Duyğusuna (bizdə olana). Peyğəmbər Yolu — daha fərəhlidir, daha uğurludur, 

uğur gümanlıdır. Sabir Yanardağ yolu — İdrakçılıqdır. Peyğəmbərlik 

İdrakçılığı öz içinə alar — cırılmaz; Peyğəmbərlik İdrakçılığa sığmaz. Mən ilk 

müqayisədə belə düşündüm… Sabir Yanardağda zərrə qədər də dinilik yoxdur! 

Sabir: Mən sənə bir şey deyim:  O əsərlər yazılanda Asif hələ Əfəndiyev idi, 

Asif Ata deyildi. 



Safruh: Sabir Yanardağ  (İmamverdiyev Sabir Mustafa oğlu) bu ay İnam 

Ocağının  ən yaxın yörəsi olmaq istəyini bildirib Soyluya, və özünə “Doğma” 

adını istəyib… Bu heç… 

Dost-Doğma: Yunan toplumuna nə üçün Axillesin deyil, Aqamemnonun 

başçı seçilməsindən danışarkən yazır: “Bəs nə üçün allahlar istibdada, 

ağılsızlığa meydan verdilər? Bu, bəşər tarixi üçün dövlət quruluşunun 

zəruriliyi,  əhəmiyyəti ilə bağlıdır. Dövlət bəşərin  ən böyük hadisələrindən

kəşflərindən biridir. Əgər o çevrilib antidövlət olmasa… Lakin antidövlət özü 

belə, dövlətsizlikdən üstündür… Allahlar Aqamemnonun tərəfində durmağa 

məcburdurlar…  İnsanın zəifliyi, tarixin naqisliyi, antibəşəriliyə meydan ver-

məsi tələb edir ki, hadisələrin başında  şər dayansın, Aqamemnonlar 

dayansınlar”. Bayaqkı fikrin davamıdır. Bayaq deyirdiniz ey, Axilles olsaydı, 

yenə belə olardı…” 

Sabir: Bax, məsələn, Hegel də deyir, Engels də deyir ki, “insan öz təbiəti 

etibari ilə xeyirə xidmət edən, yaxşılıq edəndir” fikrinə nisbətən “insan öz 

təbiəti etibarı ilə pisə meyl eləyəndir,  şərə xidmət eləyəndir” fikrində daha 

böyük məna var. Çünki şər vasitəsiylə    xeyirə impulslar verilir. Şər xeyirə 

impulslar verir...  Yaxşı, mənim bütün bu yazılarımda müəyyən dərəcədə 

Marksizmə meyl varmı? 



Safruh: Yox. Hər hansı bir doktrinaya  meyl yoxdur, yalnız o, bayaq 

qardaşınıza dediyiniz ümumbəşərə aid olan hər bir şey saxlanılmalıdı. Həmin 

ideya. Heyrətamiz dərəcədə… 

Sabir: Bəşəriyyətin təxminən dörd min problemi qoyulub  həll olunur. Bax, 

o üç kitab oxudun dəə “Fəlakət”dən. O üç kitab bir problemdir ki, bəşəriyyət 

fəlakət burulğanında boğulur. Orda, o kitabda bir qədər Belinski izi tapmaq 

olar; burda heç kəsin izini tapmaq olmaz. 



Safruh:  Hə, orda bir qədər var. Amma mən yenə deyirəm ki, Belinskini 

müəyyən bir dairə hesab eləmək olar özü üçün. Sabir müəllimi dairə hesab 

eləmək olmur, eləyə bilmirəm mən. Yəni deyək ki, barama qurdu kimi, toxudu, 

bitdi. 


Sabir: Bunlardan sonra mən 30 ildi özümütəlim keçirəm… O türk, Osmanlı 

tarixiylə bağlı kitab səndədi daa? 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə