Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə123/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   119   120   121   122   123   124   125   126   ...   133
    Bu səhifədəki naviqasiya:
  • Sabir

_________________Milli Kitabxana

________________ 

 

 



388

Amma buna sevinirəm ki, qayıdıram daa! Bir dəfə  gələndə… Görürəm indi, 

Üstün zəng elədi, özümü saxlaya bilmədim. Elə-belədə  mən soyuğam, görən 

kimi yadımdan çıxacaq ki, mən soyuq olmalıyam… Üstündə nə var?! Hərarətli, 

hakimiyyətliknən bərabər, hamıya baş çəkəndi — mənim kimi. (Safruhun saata 

baxdığını görüb:) Hə, qorxursan vaxt keçəər? 



Safruh: Saat 8-in yarısında mənim evimdə olacaq Safnur. Hə, (oxuyur:) 

“Deyirlər səadət saçan və kamil ailədə məhəbbət əsasında iki bir olur. Lakin biz 

burada, hətta allahların təşkil elədiyi ailədə də bunu bütöv şəkildə görmürük” 

(Sabir: Mən deyirəm onu?) Hə. (yenə oxuyur:) “…Məcnun öz Leyli gümanında 

yanıldığını görür. Leyli qızların yaxşısıydı. Lakin Məcnun onunla bütövlüyə 

çata biləcəyi gümanında yanıldığını görür”. 



Sabir: Mənim də ağıllı vaxtlarım olub aaa!… 

Safruh: Sabir Yanardağı — İnam Ocağının Dost-Doğmasını buraya qədər 

oxuduqdan sonra onunla bağlı 6 tapmacanı özüm üçün açdım: Evlənməməsi, 

DTK-ların daim onu izləməsi, Onun ölkə başçılığına çağırılması, Qloballığı, 

Özünəinamı, Adamların ondan qaçması. Bunların hamısının açmasını mən sizin 

yaradıcılığınızda və şəxsiyyətinizdə gördüm özüm üçün. Hamısını!.. 

…Gəlirəm (dəftərindən öz sözünü oxuyur) Sabir Yanardağa.  Ona ad 

verməyimiz, onu bu adın üstündən oynatmağımız — onun ziyanınadır. O, 

böyük şəxsiyyətdir; ad vermək — onun səlahiyyətində olmalıdır; hər halda, o 

— Adverənlər kastasına layiq bir tarixi sima siqlətinə malikdir… Məncə, təkcə 

onun irsini qoruyub, artırıb, xalqa və sabaha çatdırmağın özü ümumbəşəri və 

müqəddəs bir iş sayıla bilər. Sabir Yanardağ yaradıcılığı o qədər böyük işdir ki, 

heç bir böyük şəxsiyyət, istedad onu özünün “ikinci işi” kimi başa gətirə 

bilməzdi. Bu — ömür işidir, şəxsiyyət aqibətidir. Hətta mən belə deməkdən də 

çəkinmirəm ki, Peyğəmbərim  İnam Atanın (Asif Atanın) Özü də belə bir 

yaradıcılığa başlasaydı, Öz Ocağını yarada bilməzdi. Yəni yalnız onunla 

məşğul olardı. Yəni bu, elə böyük hadisədir ki, başqa işlərlə  bərabər onu 

aparmaq olmaz… (Yenə oxuyur:) Sabir Yanardağ nahaq düşür padşahlıq 

iddiasına. Onun işi, irsi — padşahlıqdan dərindir, ucadır, genişdir, 

mürəkkəbdir. O, yalnız hansı padşahınsa  ən gözəl məsləhətçisi ola bilər — 

ikilikdə: O və padşah birlikdə olanda verir ona məsləhətini; padşah onun 

məişətinə yardımçı olur, Sabir də öz Ulu İşini davam etdirir. Məncə, cəmiyyət 

həyatında Sabir Yanardağ iştirakının ən uğurlu biçimi bu ola bilərdi. Məncə, İn-

sana,  İnsaniliyə dair Sabirin bilmədiyi bilgi yoxdur. O, bütün ülviliklərin  əsl 

yiyəsi, ən azı — yandaşı, təşnəsidir. 



Sabir: Telefonda bəzi yerlərini oxumuşduz daa? 

Safruh:  Hə. (Dəftərindən Sabirin sözünü oxuyur:) “Nə  qədər ki, insanlıq 

ilahi vəziyyətə yüksəlmir, allahın mövqeyində dayana bilmir, onun içərisindən 




_________________Milli Kitabxana

________________ 

 

 



389

çıxan istedadlı, güclü şəxsiyyətlər, heç olmasa özləri üçün, bu mövqeyin 

qayğısına qalmır — şər meydan sulayacaq”. 

Sabir müəllim deyir (Safruh dəftərindən Sabirin sözünü oxuyur:) “Madam ki, 

Axilles təkin adam da haradasa özünü itirir, fəryad qoparır, deməli, 

qəhrəmanlıq mütləq vəziyyətdə deyil, — başqa sözlə, özündən zəifə qarşıdır”. 

(Sabirin gözəl öyünücü gülüşü eşidilir). “Belə ki, əslində qəhrəmanlıq yoxdur. 

Çünki kamil adam güclüyə qarşı eləyə bilmədiyini zəifə qarşı etməməlidir: 

birinə gücü çatmadığına, digərinə  həmin səbəbdən haqqı olmadığına görə…” 

(Yenə Sabirin həmin gülüşü: Yaxşıdı  əə! Nə gözəl demişəm!). Bir yerdə  də 

göstərirsiniz ki, Axillesin üstünə çay, nəysə gəlir. 

Sabir: Skamandr — dağ çayları. 

Safruh: Orada Axilles  əməlli-başlı  sıravi insan kimi qorxur. Biz bir dəfə 

burda Babəkdən danışdıq. “Onu sümük-sümük doğradılar, o da cınqırını 

çıxartmadı…” Mən deyirəm: A qardaş, qoy canı ağrıyırsa çığırsın, eybi yoxdur. 

Soylu deyir ki… Axilles də orda qorxur axı! Orda çaylar onun üstünə gələndə.. 

Düzdü, o təhlükə fantastik bir şeydir. Ancaq şəxsin özünün qorxusu da sıravi 

insan qorxusudur… Safruhun sözu var: “Güclüyə gücüm çatmır, gücsüzə əlim 

qalxmır”. 

Sabir: Gör nə  qədər yazmısan!.. Yəqin imkanın olduqca çap olunacaq 

bunlar? 


Safruh:  Hə, bunlar Ocağın gələcəkdə, qüdrətli davamı, Soylu kimi da-

vamçıları olacaqsa, bizim qəlbimizin gözəllikləri qalacaq, insanlara gərək 

olacaq… (Yenə oxuyur:) Sabir Yanardağ: “Lap olsun Homer” deyir. Sabir 

deyir: “Şər — idrakdan və  mərdlikdən qorxan şeydir”, “ölümün üstə  şığımaq 

məhv yox, xilas olmaq üçündür.” “İnsan döyüşçüyə, xalq orduya çevriləndə 

dastan “Ares övladları” kəlamı işlədir” 



Sabir: Ares — müharibə Allahıdı dəə, Allahın oğludu. 

Safruh: (Oxuyur:) “Patroklu həlak etmişdilər. Cavabında Hektoru 

öldürdülər. Lakin ölüm vaqeəsi Patrokldan əvvəl başlamışdı, Hektorla da 

qurtarmayacaqdı. Ona görə  də  vəziyyət daha dərindən düşünməyi tələb edir”. 

“Patroklkimilər müstəqil yox, Axilleslərin yanında fəaliyyət göstərərkən nəticə 

verən adamlardır”. 

Biz — İnam Ocağının Evladları — İnam Atanın yanında və Atasız… 

“Patroklun dəfn mərasimi Axilles dostluğunun təsdiqinin bariz ifadəsidir”… 

Gəldik hara? Gəldik sona. (Dəftərindən oxuyur): 

“Sabir Yanardağ deyir: “Deyirlər, həqiqəti buradan (yüksəklikdən yıxılanda) 

daha yaxşı görmək mümkündür. Lakin bu fikir xırdalar — mərtəbə deyilən 

solğun  şey üçün yarananlardan ötrüdür. Ruhən böyüklərə isə  bəşər həyatının 

bütün mərtəbələrində ancaq həqiqət var — buna qarşı duran hər şey puçdur”. 

Elə adamlar var dəə! Böyüklük taxtından düşməyincə  həqiqəti görmürlər. 

Amma Sabir müəllimin o atmacasından nə çıxır? Yəni ordan yıxıldığına görə 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə