Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə126/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   122   123   124   125   126   127   128   129   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



395

Mütləqdir ki, Dünyanı, Həyatı,  İnsanı, eləcə  də Yaxşını  və Pisi (ənənə ilə 

desək: Xeyiri və  Şəri) onların artıq var olduqları halda götürür. Həmin bu 

Mütləq o Mütləqə müsbət işarəli xidmət edir, xidmətin necəliyini müəyyən 

edir; bu Mütləq iş başındadırsa, o Mütləq yaşayır. 

Yazar İnam Atanın İnsana verdiyi tərifi qeyd-şərtsiz qəbul eləyir: "İnsan – 

özündə Mütləqilik gəzdirən, bu səbəbdən də Şəraitdən, Mühitdən, Cəmiyyətdən 

üstün olan, Mütləqiliyə can atan və Mütləqləşməyə qadir olan Ruhani 

varlıqdır". (Asif Ata. "İnsanilik" Kitabı, 817-ci Həqiqət). 

"İnsan – yaşamalıdır" adlanan Mütləqə xidmətin müəyyən  şüuraltı 

strukturu var. Yazarın kitabları, özəllikcə sonuncu ikisi bu struktur əsasında 

qurulub: öncə insana inam və bu İnamın qaynağı – Atası – İdrak və İradə yiyəsi 

olan gerçək  Şəxsiyyət; sonra onun ətrafı – Ocağı; sonra xidmətin hədəfi 

(məqsəd) – İnsan; sonra hədəfin öz sifəti – Utanc (Həya – bütün mənəvi-ruhani 

dəyərlərin ortaq adı); sonra hədəfin ünvanı  və müəyyənliyi – Ulus, Yurd 

(Vətən, Millət); sonra hədəfin öz yaradıcılığı (fəaliyyəti) – Tərbiyə; həyata 

baxışı – Gözəllik; işə, tərpənişə baxışı – Döyüş; sonra onun ağlında həyatın 

modeli – Sənət; sonra dünyaya baxışı – Doğu – Batı  və sonuncu – onun 

Fərdiyyəti (özüm). 

Yazara görə, Həqiqət – "İnsan–yaşamalıdır" Mütləqinə (tələbinə-

imperativinə) xidmətin adıdır. Yaşantının, sözün, işin, duyğu'nun həqiqiliyi 

bununla ölçülür. İnsanlar (Bəşər) fərdlərə, ailələrə, millətlərə, yurdlara 

(Vətənlərə), dinlərə, təriqətlərə, dövlətlərə, irqlərə, ixtisaslara, cinslərə, yaşlara, 

istedadlara, qabiliyyətlərə  və s. bölünürlər. Özlüyündə bunların heç biri nə 

Həqiqətə yaxınlıq deməkdir, nə Həqiqətdən uzaqlıq. Həqiqətə baxışda "özüm–

özgə" meyarı rədd olunur. Həqiqətə (Mütləqə) xidmətin, Həqiqətə uyğunluğun 

bütün üslubları, tərzləri, çalarları, temperamentləri nəzərə alınmadan Həqiqətin 

bütövlüyü (İnam Ata tərifindəki Mütləqliyi) mümkün deyil. Buna görə də yazar 

bəşərin "optimal sayı" barədə düşünür (Oğuz yönü, s. 148). 

Hər bir kəsin fərdiyyəti var və ya olmalıdır və ya, ən azı, bu – yaxşı hal 

sayılır. Hər bir kəsin fərdiyyəti varsa və bu nə dərəcədə gərəkli və dəyərlidirsə, 

sayından, rəngindən, coğrafiyasından, bədən, üz-göz quruluşundan asılı 

olmayaraq, hər bir millətin də özümlüyü, bənzərsizliyi ("mentaliteti") var. Bunu 

nəzərə almaq – Mütləqə  (İnsana) xidmət etməkdir, bəşərə yaramaqdır. (Bax: 

"Millətçilik anlayışı", Oğuz yönü, s. 259, 322). 

Yazar fəlsəfələri, elmləri, dinləri, təriqətləri (bölücülük, düşmənçilik 

qəsdiylə yox, idrak azadlığı axtarışıyla yaradılmışları) – bəşər yaradıcılığı sayır; 

onların yaradıcılığa, idraka yasaq qoyma cəhdlərini rədd edir, damğalayır. 

(Bax: "Dayaq nöqtəsi" içsəsi; Oğuz yönü, s. 39; "İmam Xomeyni..." harayı, 

orada s. 209; "İsa Yusif oğlu" içsəsi, orada. s. 428; İslam, yenə orada, s. 432 və 

b.k.). Habelə, "İdrak" adıyla, başqalarının düşüncələrini yasaqlayan, bəşərin 

tarix yollarındakı  uğurlarını danan, qaralayan, minbir qurban bahasına  əldə 




_________________Milli Kitabxana

________________ 

 

 



396

edilmiş  mənəvi-ruhani dəyərləri tapdayan baxışlara qarşı üsyan eləyir. (Bax: 

"Nitsşeçilik", "Freydçilik", "Bəhailik" – Oğuz yönü, müvafiq olaraq s. 108, 

132, 195; "Krişna şüuru" – Ataya Doğru, s. 20.); ümumbəşəriliyi həm sağdan 

("Ağa–Nökər–İnsan" – Oğuz yönü, s. 148), həm soldan ("Yolayrıcı" – Oğuz 

yönü, s. 149) olan hücumlardan qoruyur. 

Yazar bütün dinləri, millətləri, dövlətləri, vətənləri ümumbəşəriliyin 

üslubları sayır. Dinin millətçiliyə, siyasətə tabe edilməsini, müxtəlif dinlərin 

bir-birinə qarşı qoyulmasını barbarlıq adlandırır; bütün din və millət 

mənsublarını insaniliyi öz din və millətlərindən yüksək tutmağa çağırır, bunu 

dinə və millətə ən yaxşı xidmət sayır. ("Kilsə və məscid bir meydanda canbir 

qəlbdə yaşaya bilər, ancaq İnsanlıq meydanında!" – Yeni Oğuz Sözü – YOS – 

s. 335; "Din milliliyin ünsürünə çevrildikdə dinsizlik yaranır və yeni dinə 

ehtiyac yaranır" – YOS, s. 348; "Dini dinə qarşı qoymaq – dinsizlik, yəni 

qanmazlıqdır"  –  YOS,  s.  353;  "Düşmən "sivilizasiyalar" – sivilizasiya 

düşmənləridir" – YOS, s. 347; "Zərdüştün Ardvisura Anahitası özüm-özgə 

tanıyır, yaxşı-pis tanımır!.." – YOS, s. 342; "Zərdüştün Ardvisura Anahitası kor 

bir millətçi başçıdan çox da irəli getmir. O, güc verir – yalnız özününkülərə! 

Sevir – yalnız özününküləri! Özgələri isə o yalnız yamanlayır" – YOS, s. 343). 

Din insanı ucaltmalıdır, onun belini, boynunu əyməməlidir; din insanı 

aldatmamalıdır, onun diqqətini özündən yayındırmamalıdır; din insanın 

duyğularını yasaqlamamalı, yaxşıya yönəltməli, tərbiyə edib ucaltmalıdır; din 

mənsublarının sayı cüzi olmalı, milyonlara, milyardlara çatmamalıdır; say 

çoxluğu ilə öyünmək – dinin ölümüdür... Bu fikirlər yazarın kitabları boyunca 

keçir. (Bax həmçinin "Diz çökmək barədə" – Oğuz yönü, s. 430; "Qəlbindən 

öpürəm", "Ən Uca" və b. harayları, – İnama Doğru kitabında). 

Allahın insan idrakına qarşı qoyulması, insana, onun idrakına yasaq, 

inamsızlıq – yazarın xüsusilə güclü müqavimət göstərdiyi məsələdir. Bütün 

dinlərin, o cümlədən və (islam ölkəsində yaşadığı üçün) ən çox islamın bu 

qüsuruna qarşı mübarizə onun kitablarının  ən qabarıq cəhətlərindən biridir. 

("Məhəmməd insanı öz Allahına qurban elədi"; "Məhəmməd insanların 

allahlarını əllərindən aldı, yoğurdu-yapdı, özü üçün bir Allah yaratdı", "Allahı 

əlindən alınmışlar alçalmaya bilməzlər" – YOS, s. 357; "Quran Məhəmmədin 

həm də şəxsi faciəsidir – burada o, öz Allahının ölümünü də təsvir etmişdir"; 

"33-cü surənin açması: Mənim Allahım baş tutmadı, başınıza çarə qılın!" və b. 

– YOS s. 358). Bunun üstündə yazar təqiblərə uğramışdır (Bax: "İslamın səsi" 

qəzeti, 13 mart 1993, "SAF  RUH  Safruh" yazısı); rus-sovet imperiyasının 

təzyiqlərinə qarşı  əhval yaradıb yaydığına görə isə 60–70-ci illər 

Azərbaycanından dissident adı qazanmış 13 nəfərdən biri olmuşdur. (Bax: 

"Avropa" qəzeti, 3-9 iyun, 2000). 

Dinə, ruhaniliyə (mistik, mömin yaşam və inam tərzinə) qarşı yasaq 

qoyulmasını da yazar həqiqətsizlik sayıb rədd edir. ("Bircə", "İnamçının 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə