Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə127/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   123   124   125   126   127   128   129   130   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



397

Dinçiyə məktubu" – İnama Doğru kitabında – s. 31, 32); "Korlar üçün abe və 

ya Qiblələr", "Dinçilər, Dünyaçılar" – Oğuz yönü, s. 145, 146). 

Dünyanı simalı görmək istəyən, simalılardan ibarət istəyən yazarın bu 

yöndəki devizi budur: Ulus'al biçim, kişisəl içim. (Formaca milli, məzmunca 

bəşəri). ("Türküm, başqa xalqlara xəyanət hesabına sənə xeyir vermək istəyən 

övladını özündən sayma, qəbul eləmə onun xidmətini!"; "Türküm, sən də 

xalqsan, başqaları da. Başqalarını sevməyən türkə bel bağlama, inanma, 

türküm, kor say sən onu! O sənə düşmən artırar" – YOS, s. 455; "Ruslaşan türk 

rusla doğmalaşarsa və türklə yağılaşmazsa, "atdan qəlbi" olar". Rusun əlindəki 

çörəyə görə ruslaşan türk – itə  tən olar. Rusa döndüyü halda rusla 

doğmalaşmayan, türkə yağılaşan türk isə "itdən alçaq olar" – orada, s. 456). 

Dünya, Həyat, Bəşər özünün bütöv, dolğun təcəssümünü bütün insanların, 

bütün millətlərin, bütün konfessiyaların, bütün düşüncə tərzlərinin qovşağında 

tapa bilər. Bu əlvanlığın bir ortaq, birləşdirici  şərti var ki, bu onların ayrı-

ayrılıqda hər birindən yüksəkdir:  İnsani  İdrak.  İnsani və  İdraki! Fərd–Ailə–

Millət–Vətən–Dövlət–Cəhət–Din–Fəlsəfə–Başqa görüşlər, düşüncələr... 

("YOS-um  əlimdə bütün qitələri, bütün ölkələri, bütün elləri, tarixin və 

dünyanın bütün sənətkarlarının iş otaqlarını – özlərinin yol yoldaşlığıyla – 

gəzib-dolaşmaq istərdim – alnım açıq, başım uca: mən heç kəsə özümdən boya 

vurmamışam, ağa qara, qaraya ağ yaxmamışam; heç kəsin əməyini, ləyaqətini 

danmamışam. 

Ancaq mövqe universallığına söz vermirəm. Mövqeyim bəllidir: 

İnamçılıq (Asifçilik) – Mütləqçilik – İşıqçılıq – Həyaçılıq; harda, nədə olur-

olsun – istər Doğuda, istər Batıda, istər Güneydə, istər Quzeydə; istər 

müsəlmanda, istər xristianda, istər hinddə, istər çində, istər Afrikada, istər 

Avstraliyada; istər rusda, istər farsda, istər ermənidə...". Oğuz yönü, s. 459). 

Həqiqət bunların hamısından keçir, Mütləq bunların hamısında yaşayır; 

bunlar yaşayırsa, Mütləq (İnsan) – yaşayır. "Biz bəşəri Zərdüştə, Buddaya, 

İsaya, Məhəmmədə çağırmırıq – cəbhələşməyə çağırmırıq – birliyə çağırırıq";  

"İnsanların bir bölüyü Buddaçı ola bilər, bir bölüyü İsaçı, bir bölüyü 

Konfutsiçi, bir bölüyü Məhəmmədçi, insanların hər bölüyü bir millətdən ola 

bilər, bu – onların bir-birini sevib anlamasına mane olmaz – hər biri öz yolunu 

Hürmüzd işığıyla işıqlandırarsa" – Oğuz yönü, s. 405, 410). Bunların hər biri 

özündən böyük, artıq, yüksək olan Anlamı (Mənanı) yaşadır; özündən böyük 

Anlamı yaşadan – İnsanı yaşadır. "İnsan – yaşamalıdır" tələbi beləliklə 

gerçəkləşir.  

Bunda Fərdiyyətin üzərinə çox böyük yük düşür. Yazar fərdiyyəti 

Həqiqətin Yiyəsi deyə öyür, özünün bir sıra haraylarını belə fərdlərə ünvanlayır 

("Ən Uca", "Mütləq Həqiqətçinin Aqibəti", "İnsan Qəlbinin Dedikləri", 

"Safruhun Diptixi", "Safruha xoşbəxtlik yoxdur", "Həqiqətin Yiyəsi" və b.k. – 

İnama Doğru kitabında). Heç kəsdən heç nə gözləmədən, ummadan Həqiqətin 




_________________Milli Kitabxana

________________ 

 

 



398

təəssübünü çəkmək – başqalarından heç bir kömək olmazsa, bu yolu təkbaşına 

tutub getmək. Haray çəkənə hay verən olacaq – bəşər ölməyib, dünya boş deyil.  

Mütləqin də dediyi budur. 

Yazar insani mübarizənin Peyğəmbərlik vüsətini qəbul edir, alqışlayır, ən 

yüksək insani gərginlik sayır, ancaq möcüzəçiliyi, fövqəlbəşər varlıqlar, 

fövqəltəbii qüvvələr, fövqəlidrak yaradıcılıqlar haqqındakı əfsanələri rədd edir, 

bunun Mütləqə, İnsana, Peyğəmbərlik halı kimi yüksək insani təzahürlərə ziyan 

verdiyini dönə-dönə vurğulayır ("İsa'nın xəstələri sağaltması, ölüləri diriltməsi 

barədəki əfsanələrin hamısı real həyatda baş vermiş hadisələr olsa belə, bunlar 

Onun Peyğəmbərliyinə  dəlalət eləmir. Çünki ən möcüzəli həkimlik də yalnız 

həkimlikdir – peşədir, sənətdir, ixtisasdır – Peyğəmbərlik deyil" – Oğuz yönü, 

s. 409; "İsaya dedilər: "Möcüzə göstər!" Suyu çaxıra çevirdi. Ataya dedilər: 

"Möcüzə göstər!" Suyun özünü göstərdi. Birinci halda gözbağlıcaya bənzər bir 

şey alındı, ikincidə insanın gözü açıldı, möcüzənin əsl ünvanı göründü" – YOS, 

s. 453). Yazar peyğəmbərlərin "möcüzə göstərməsini" (tarixiliyi bir yana 

qoysaq) onların kütləyə, obıvatelə bac verməsi adlandırır. 

Yazar 1975-ci ildən Azərbaycanda fəaliyyət göstərən Mütləqə  İnam 

Ocağının mənsubudur (Evladıdır). Bu Ocaq mərhum filosof, tənqidçi, Mütləqə 

İnam adlı dünyabaxışı yaratmış, İnam Ata (Asif Ata) adı ilə tanınan, 1979-cu 

ildən özünü Peyğəmbər elan etmiş  Əfəndiyev Asif Qasım oğlunun 

(25.IX.1935–05.VI.1997) adıyla bağlıdır. Bu Yolun öz fəlsəfəsi var, onun da 

adı Mütləqə  İnamdır.  İnam Ata (Asif Ata) tərəfindən yaradılmış bu fəlsəfəyə 

görə, Dünya, Həyat, İnsan öz Anlamlarından yaranıblar: Dünya – dünyalıqdan; 

Həyat – həyatlıqdan,  İnsan – İnsanlıqdan. Dünyalıq, Həyatlıq,  İnsanlıq  əzəli, 

əbədi, sonsuz və kamildir. Onların daşıyıcıları tamamilə ölsələr də, anlamları 

(mənaları) qalar və özlərinə yeni təzahür biçimləri taparlar... 

Bu İnama söykənən yazarın yaradıcılığı həyat eşqiylə doludur, oxuyanın 

qəlbini həyata inam və sevgiylə isidir, dünyanı bütün əlvanlığı və genişliyi ilə, 

zamanı bütün sonsuzluğuyla sevdirir. Onun əsərlərinin bu hava ilə  nəfəs 

almasından başqa da hər üç kitabında ayrıca, "yaşamaq eşqi" anlamına gələn 

"Gözəllik" boğçası (bölməsi) var. 

Yazar öz əsərlərinin janrını da özü yaratmışdır. O, 15 mindən artıq deyim 

(aforizm biçimli, aforizm tutumlu söz) yazmaqla Azərbaycan  ədəbiyyatında 

deyimi müstəqil janr səviyyəsinə qaldırmış, onu adda-buddalıqdan çıxararaq, 

ardıcıl düşüncə, məzmun ifadəçisinə çevirmişdir. Bundan əlavə, özünün 

"İçsəs", "Haray", "Cikkə" adlandırdığı janrları da yaratmışdır. Bunlar 

deyimlərdən ibarət, kiçik ölçülü (0,5–3 kitab s.) əsərlər olub, adətən ardıcıl 

inkişaf etdirilən süjetlərdir" (qurma-qurama, kompilyasiya, təsadüfi deyimlər 

qomu deyil). Müəyyən bir mövzu deyimlər vasitəsiylə qoyulur, inkişaf etdirilir 

və bitirilir. İçsəs, Haray və Cikkələrdəki hər bir deyim həm nisbi müstəqilliyə 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə