Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə125/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   121   122   123   124   125   126   127   128   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



392

müəllim çıxış yolunu nədə görür. O, “nədə görür” məsələsini araşdırmalıydıq. 

Burada mənim yanğım var və bir də mənim belə bir fikrim var: Mən həm Sabir 

Yanardağı oxudum, həm Atanı — İnam Atanı oxumuşam və mən görürəm ki, 

daha doğrusu, mənim görümümdə belədir ki, Sabir Yanardağın axtarışları gəlib 

çıxmalıdır Asif Atanın peyğəmbərliyi məsələsinə. Peyğəmbərlik odur ki, o, 

məsələləri həll eləyir, məsələlərin həlli yolunu göstərir.  Əgər bu yol “yalanı 

daha asan həzm eləyən bəşərdə” baş tutmursa belə, başqa yol yoxdur, çünki 

elmi üsulnan, elmi gedişnən  əmələ  gələn tərəqqi  əslində Sabirin özünün 

dediyini də vermir və Safruhun dediyni də vermir. Mən ona görə orada Qərb 

sivilizasiyasının — Batı uyqarlığının  adını  çəkirəm ki, orada insanlıq Sabiri 

dəhşətə salan hallara gəlib çıxıb, həmin Tərəqqinin yoluynan. Və orada sanki 

insan tükənir, o, ilan ki, qabığını  dəyişmə zamanı  gəlir — canı  çıxır gedir, 

qabığı qalır. İndi mənim yanlış, ya doğru təsəvvürümə görə, aldığım bəzi məlu-

matlara görə, bilgilərə görə, Qərbdə insan o vəziyyətdədir; daha doğrusu 

İnsanilik. Onun qabığı qalıb, canı çıxıb gedib. Ona görə də Qərb sivilizasiyası 

— Batı uyqarlığı, mənim ağlımca, insanlığı  mədəni, kraxmallı, texnologiyalı 

ormana qaytarır. İnsan ormana qayıdır. Bəşərin, insani bəşərin, daha doğrusu, 

böyük humanistlərin, bu yolda canı  çıxan, gözü çıxan, ömrünü qoyan və 

insanlığın o böyük, ali, Sabir Yanardağların da yüksək qiymətləndirdikləri 

dəyərləri yaradanların əməyi zay olub gedir, onların yaratdıqları puç olub gedir. 

İnsan ormana qayıdır sanki. Deyə bilərlər ki, qayıdış yoxdur, gediş yalnız 

irəliyədir. Ancaq İrəliyə — ormana! İrəliyə — Ormana! Gediş ona oxşayır! Bu 

orman  əvvəlki orman olmayacaq! Əvvəlki ormandakı  bəzi gözəlliklər burada 

kraxmalnan  əvəz olunacaq, küçələrin düz xətlə  çəkilməsiylə  əvəz olunacaq, 

divarların  şirlənməsiylə  əvəz olunacaq, idman yarışlarının fısqırıb Göyə 

çıxmasıyla əvəz olunacaq!.. Bunları isə nə Sabir öyübdü, nə keçmiş böyük mü-

təfəkkirlər öyüblər; nə  də  mənim qəlbim  əsla bunları öymür! Yatmır onlara! 

İnsanın qəlbi Batı uyqarlığının — Batı sivilizasiyasının gedişiylə  qəribliyə 

düşür. Hər halda, mənim ağlımın, könlümün yetkinlik səviyyəsi mənə bunu 

deyir. Bəlkə bu, gedişin insani həqiqətini görməməkdən irəli gəlir? Ola bilər! 

Mən öz eşqimin, öz şəxsi istəyimin bu cürlüyünü görürəm, dərk eləyirəm, 

amma o böyük, ali həqiqəti Asif Ata — İnam Ata məndən yaxşı dərk eləyərdi. 

Mənə elə  gəlir ki, Ata mənim  qəlbimin harayını heç olmasa, qismən haqlı 

sayardı. Sabirlə mənim bu söhbətim — bir hissədi. Elə bil ki, dörd paydı, onun 

dörddə üçündə Sabirin gözəl araşdırmalarına, bənzərsiz araşdırmalarına mən 

heyranlığımı bildirdim. Amma onun üçdə biri həcmcə, dörddə biri olan o biri 

yarısı, o biri hissəsi — o edilməmiş qaldı. Mən Sabirə öz, ruhani, doğma 

etirazlarımı, ehtiraslarımı, axtarışlarımı hələ bildirə bilmədim. Burada Sabir də 

yorulmuşdu, ancaq həm də məsələ gəlib mükaliməyə, fikir alış-verişinə çıxanda 

Sabir müəllim müəyyən qədər gərginlik göstərdi. Ona görə söhbəti  yarıda da-



_________________Milli Kitabxana

________________ 

 

 



393

yandırdıq. Amma mən güman eləyirəm ki, biz onu davam elətdirəcəyik,  əgər 

davam elətdirməsək, mən öz qəlbimin həqiqətiylə gedəcəm! 

 

Atamız var olsun! 

 

18 Günəş (I ay), 24-il, Atakənd. 

(18 mart 2002. Bakı). 

 

 

 

 



_________________Milli Kitabxana

________________ 

 

 



394

SUNUŞ 

 

Safruhun (Safruh Atalının – Əliyev Elman Ağa oğlunun) 

"Yeni Oğuz Sözü", "Oğuz yönü", "İnama Doğru (Haraylar)" 

kitabları haqqında 

 

Bu kitablar "Mütləq" anlayışı  və  məzmunu  ətrafında yazarın orijinal 

düşüncələrindən – deyimlərindən yaranmışdır. 

Yazar "Mütləq"in fəlsəfi, qnoseoloji, ontoloji anlamlarını, episte-

mologiyasını bir qırağa qoyur; əski və yeni Hind və Batı  fəlsəfələrindəki, 

habelə "dünya dinləri" və ya "səmavi" deyilən dinlərdəki, hətta özünün mənsub 

olduğu Mütləqə İnam (İnam Ata – Asif Ata) fəlsəfəsindəki və ruhaniyyatındakı 

yozumuna toxunmur. İnsanın  Yer üzərində, yaxud başqa bir planetdə 



yaşaması  zərurətindən  çıxış edir. Bu zərurətin özü də növün (insanın) öz 

içindən gəlir, ondan qıraqda belə bir zərurət yoxdur. Bu da təqdim olunan 

kitabların varlıq haqqında elm deyil, varlığa münasibət olduğunu göstərir. 

Yazarın baxışında Mütləqin tərifi-təyini belə  səslənir:  İnsan - 



yaşamalıdır.  Mütləq – müzakirə olunmayan, son, daha doğrusu ilk, ilkin 

dayanacaqdır, başlanğıcdır; ondan o yana heç nə yoxdur. Mütləq o nöqtə və ya 

məqamdır ki, hələ nə yaxşı var, nə pis. İnsan – yaşamalıdır. 

Bu zərurətə xidmət (kömək) edən tərpəniş müsbət (+), zərər verən tərpəniş 

isə mənfi (-) işarələnir. Yazar "Atam-Mütləqim-Peyğəmbərim" deyə üz tutduğu 

İnam Atanın (Asif Atanın) Mütləqə verdiyi tərifin yerinin yalnız bundan sonra 

gəldiyini söyləyir (həmin tərif aşağıda veriləcək). Çünki "anlam" (məna) 

deyilən  şeyin varlığı yalnız  İnsana bağlıdır;  İnsandan kənarda ("İnsansız 

dünyada") hər  şey öz Anlamını itirir: nə baş verir versin; isti olsun, soyuq 

olsun; sonlu olsun, sonsuz olsun; tikan olsun, çiçək olsun; ölsün, qalsın... 

Əgər indiki meyarlarla əxlaqsızlıq sayılan tərpəniş  "İnsan–yaşamalıdır" 

Mütləqinə müsbət xidmət edirsə, o – əxlaqdır, məqbuldur; ona mənfi təsir 

edirsə – əxlaqsızlıqdır; indiki meyarlarla zorakılıq sayılan tərpəniş Mütləqə 

uyğundursa – məqbuldur, yaxşıdır – nəticə etibarı ilə. Ailəyə  və ailəsizliyə, 

millətçiliyə  və kosmopolitikliyə, dinçiliyə  və dinsizliyə, dövlətçiliyə  və 

başıpozuqluğa, sinfiliyə  və sinifsizliyə, qütbiliyə (Doğu-Batı) və qütbsüzlüyə 

və s. və i.a. baxış da bunun kimi. Ancaq bir an belə unutmamalı: Söhbət ayrı-

ayrı hallardan, çətin, mürəkkəb vəziyyətə, "ekstremal" şəraitə düşənlərdən 

deyil, bütövlükdə növün (insanın) varolma şərtindən gedir. İnam Atanın 

Mütləqi yazarın məntiqinə burada qoşulur: "Mütləq – bugündə nişanələriylə, 

əbədi Sabahda bütöv varlığıyla aşkara çıxan, nisbi hadisələrin daxilində 

yaşayan, ancaq onlara sığmayan, onları özlərindən kənara çıxarıb özünə 

yaxınlaşdıran, Dünyaya, Həyata, İnsana Ali Daxili Qüvvə, İstiqamət və Meyar 

olan bir Qüdrətdir". (Asif Ata. Mütləqə  İnam, Bakı, 1999, s. 68). Bu o 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə