Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə128/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   125   126   127   128   129   130   131   132   133

_________________Milli Kitabxana

________________ 

 

 



399

malikdir, həm də  tərkibində olduğu  əsərin (miniatürün) bir parçasıdır, 

məzmunun ifadəsində öz yükü var. 

İçsəs – yaşamla yazar arasındakı ülvi uyarlıq məqamını, sonsuz, çılğın 

fərəhli ehtizazı ifadə edir; Haray – vaxtı ötməkdə olan, insanların isə 

görmədikləri, görə bilmədikləri, görmək istəmədikləri son dərəcə önəmli həyat, 

mənəviyyat məsələlərinə diqqəti yönəldir; Cikkə – əsla gözlənilməyən, ayıb 

sayılan, buna görə  də baş verməsi qeyri-mümkün sayılan, insanların ümid və 

inamlarını qırıb tökən olayların baş verdiyi hallarda yarana (cikkə çəkilə) bilər. 

Haray və Cikkə mütləq yazarın qarşılaşdığı, ona şəxsən dəxli olan olaylara 

reaksiya kimi yarana bilər – konkret həyat faktları kimi, onların üzərində, 

onların  əsasında. Bunlar həcmcə kiçik olsalar da, məzmunca son dərəcə 

tutumlu  əsərlərdir. Məsələn, "Tələsməklə  çıxarılmış  nəticələr" cikkəsi (Oğuz 

yönü, s. 32) bütöv bir Muğam, bitkin bir Simfoniya çəkisinə malikdir. 

 

* * * 


N ə t i c ə: Dünya, Həyat, Bəşər özlərinin bütün əlvanlığı, mürəkkəbliyi 

ilə  qəbul edilməli,  əlvanlığa, mürəkkəbliyə  fərəhli  fakt  kimi baxılmalıdır. 

Həyata bir rəng, bir rəqs, bir ünvan, bir nəfəs gətirməyə çalışmaq gərək! Heç 

bir rəngin solmasına, rəqsin sönməsinə, nəfəsin kəsilməsinə, ünvanın itməsinə 

dözmək olmaz, bununla barışmaq olmaz. 

Yazar öz haraylarını bu yöndə çəkir: 

İnsanın uca tutulması, İnsaniliyə səcdə, Torpağa, Günəşə, Havaya, Suya, 

Ormana, Canlı-cansız aləmə, Dünyanın o başına sevgi, sayğı, qayğı – yazarın 

əsərlərinin də, hazırda Bakı  şəhərində yaşatmaqda olduğu  İnam Evinin 

(Məbədin) də carı, devizi budur. Doğma ünvanla yanaşı, Dünyanın insana 

yaxın, uzaq guşələri; Dünyada insanın bildiyi-bilmədiyi, anladığı-anlamadığı 

guşələr var. Ancaq Dünyanın İnsana yad, yağı, yabançı guşəsi yoxdur əslində. 

İnsanların duyğu və düşüncələrində bu yəqinlik olmalıdır – əli qələm, dili uca 

söz tutan hər bir Yer Oğlu bunu anlatmalıdır insana. 

Dünyada ümumbəşər, ülvi bəşər harayı çəkilmir. Dünya bu motivi siyasət 

yalanına bulaşdırıb; millətlərdən, dinlərdən, qütblərdən, cəhətlərdən, cinslərdən, 

yaşlardan, baxışlardan... bir-birinə düşmən cəbhələr quraşdırıblar; ağ qaraya 

qarışır, yaş qurunun oduna yanır. Bu gedişlə  bəşəri insani yöndə inkişaf 

etdirmək, millətləri çiçəkləndirmək, bir-birinə yaxınlaşmalarına yaramaq, 

dinləri yaşatmaq, qütblərin (Doğu, Batı...) müxtəliflik gözəlliyinə yetmək – onu 

anlatmaq, sevdirmək olmaz; bu gedişlə Yer üzündə  əhali sayını "optimal-

laşdırmaq" da olmaz... (Bax: "Bəşərin Keçmişi", "Atın Bildiyi", "Ayının 

Oyunu", "Quran və Qıran", "Uluruh və Oşo", "Din və Dünya", "İçəri və Üzəri", 

"Safruhun Ruh Üstə'si", "Ülvi Bəşər", "Amal Məqamı", "Üzücü Axtarış", 

"İnamçının Dinçiyə Məktubu" və b. – İnama Doğru kitabı). 



_________________Milli Kitabxana

________________ 

 

 



400

İnsan isə – yaşamalıdır! Gediş ona xidmət etməyə yönəlməlidir. Yazarın 

təqdim olunan kitabları bu uca Amala alovlu çağırışdır. 

Elmi səpkidə çatdırdığımız bu məzmunların hamısı yazarın Deyim, İçsəs, 

Haray və Cikkələrində dolğun və parlaq obrazlarla, ehtiraslı  və yanğılı dil ilə 

ifadə olunmuşdur. 

Aşağıda nümunə üçün yazarın bir İçsəsini, bir Harayını və bir Cikkəsini 

veririk.(Bunlar bu kitabdakı “Safruhun “Ruh Üstə’si” içsəsi, “Bəşərin keçmişi” 

– harayı və “Öldür bizi, İlahi!” cikkəsidir). 

 

30.IX.-8-X.24- il 



 


_________________Milli Kitabxana

________________ 

 

 



401

İNAM ATANIN  KUTSAL  KİTABLARININ  ADSIRASI 

 

1.  “Mütləqə İnam” – Yağış Ayı, 5-ci il. (1983-cü il, noyabr) 



2.  “Mütləqləşmək – Var olmaq” – 14 Şölə Ayı, 6-cı il. (1984,  

      14 iyun) 

3.  “Ömrüm – Günüm” – Od Ayı, 6-cı il. (iyul) 

4.  “Yol – Ata sözü” – 8 Qürub Ayı, 6-cı il. (avqust) 

5.  “Mütləqilik” – Xəzan-Sərt Ayı, 6-cı il. (oktyabr-dekabr) 

6.  “Bədiyyat” – 16 Qar Ayı, 6-cı il. (yanvar) 

7.  “Təzadlar” – İşıq Ayı, 7-ci il. (1985, may) 

8.  “Olan - Olmayan” – 16 Şölə Ayı, 7-ci il. (iyun) 

9.  “Münasibətlər” – Qürub-Ata Ayı, 7-ci il. (avqust-sentyabr) 

10. “Rəmzlər” – Xəzan Ayı, 7-ci il. (oktyabr) 

11. “Mənalar” – Od Ayı, 9-cu il. (1987, iyul) 

12. “Sədaqət” – 21 Mərhəm günü, İşıq Ayı, 10-cu il. (1988, may) 

13. “Adamlıq - İnsanlıq” – Köçəri Ayı, 10-cu il. (1988, fevral) 

14. “Ruhani Hökmlər” – 22 Qismət günü, Ata Ayı, 11-ci il. (1989, 

sentyabr) 

15. “Özündən yüksək” – 9 Murad günü, Sərt Ayı, 11-ci il. (1989, 

dekabr) 

16. “Muğam Fəlsəfəsi” – Od Ayı, 12-ci il. (1990, iyul) 

17. “Varlıq - Yoxluq” – 22 Qismət günü, Yağış Ayı, 13-cü il. (1991, 

noyabr) 


18. “Mahiyyət” – 10 Çiçək Ayı, 14-cü il. (1992, aprel) 

19. “Gerçəkliyi ötmək” – 24 Qar Ayı, 14-cü il. (yanvar) 

20. “Ruhaniyyat” – Köçəri Ayı, 14-cü il. (1993, fevral) 

21. “Haqq” – 14 Dözüm günü, Od Ayı, 15-ci il. (1993, iyul) 

22. “Müqəddəslik” – 23 Qismət günü, Od Ayı, 15-ci il. (iyul) 

23. “Ölçü” – 25 İnam günü, Od Ayı, 15-ci il. (iyul) 

24. “İnam Fəlsəfəsi” – 22 Ümid günü, Günəş Ayı, 16-cı il. (1994, mart) 

25. “Əxlaq” – 2 Ümid günü,  Qürub Ayı,16-cı il. (1994, avqust) 

26. “Təməl” – 30 Qismət günü, Sərğ Ayı, 16-cı il. (dekabr) 

27. “İnsanilik İmkanı” – 5 İnam günü, Qar Ayı, 16-cı il. (yanvar) 

28. “Həqiqət İnsaniliyi” – 20 Arzu günü, Köçəri Ayı, 16-cı il. (fevral) 

29. “İnsanilik” – 20 Ümid günü, Şölə Ayı, 17-ci il. (1995, iyun) 

30. “Özümlük - Özgəlik” – 3 İnam günü, Ata Ayı, 17-ci il. (1995, 

sentyabr) 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə