Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə124/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   120   121   122   123   124   125   126   127   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



390

həqiqəti dərk eləyənin həqiqəti dərk etməyinə mən inanmıram! — deyir! Düz 

deyir! Bax, o cəhət var. İnsanın ağlını böyütmə  qəhrəmanlığı var. Bir də bir 

“bəşərin antibəşəriliyi” deyirsiniz (Gülüşürlər). “Ehtiyac isə  bəşər həyatının, 

tarixin bu gününə  qədər müşahidə edilmiş ümumi mənzərəsidir”. Deməli, 

Safruh, özünü üzmə!.. 

“Ehtiyacın insan, hünər, idrak üzərindəki hakimiyyəti nə qədər imiş! Bunu nə 

cəllad  əməliyyatı, nə istibdad, nə istila məşəqqəti, nə  də inkivizisiya 

oyunbazlığı ilə müqayisə etmək olar. Ehtiyac əzir, inildədir (bayaq dediyim 

sözdür  haa), uladır, fəryad qopartdırır, zəlil hala salır və rüsvay edir” 

Ehtiyacdan, demək, əclaf şər yoxdur. 

“Odisseylikdə  şərin qanunlarını  nəzərə almaq, gerçəkliklə tuş  gəlmək, 

məntiqi pozulmuş  həyatda nizamlama qətiyyəti var. Axilleslikdə isə  qəh-

rəmanın  gözündə üfüqdəki işıq qamaşdırıcıdır. O burada bir möcüzə görür”. 

Görək, görəəək, sonraa… (Oxuyur:) “Sabir Yanardağ: “Axillesdə 

“Odisseylik” yoxdur, o, öz təbiətindən, ülvi məqamlarından enə bilmir. 

Odisseydə isə “Axilleslik” də var. Bu cəhət gerçəkliklə    qaynayıb-qarışan 

Odisseyi hamının biri olmaqdan ayırır,  şər dünyasının sakini olmaq kimi 

rüsvayçılıqdan, cinayətkar həyat tərzindən xilas edir. Tərkibində “Axilleslik 

olan Odisseyin həyatda nizam tapması bütöv bir ibrət məktəbi yaradır”. 

Misilsiz səhifələr! Könül okulu! (Yəni qəlb məktəbi, idrak məşqləri, ərdəmlik 

bələdçisi! Var ol, ey Dost-Doğmamız! Ey Böyük  İnsanımız! Yanardağ 

Sabirimiz!.. “Dini təəssüblərdə  əzab — müqəddəsliklə, ülviliklə,  ən azı 

günahların təmizlənməsi ilə izah edilir. Dinin işarə verdiyi müqəddəslik isə 

böyüklük deyən sözdür. Çünki din yaranmışları böyüyə-kiçiyə yox, günahlıya-

günahsıza bölə bilər. Allah yaradanların artığı-əskiyi yoxdu, dinsizi-dindarı, 

mömini-asisi, qüdsisi-batili və s. var”. 

“Biz yeri gəldikcə Odisseyə aid sifətlərə qayıdacağıq. Bizə ideyanın tam 

qavranılması lazımdır”. Bura mənim üçün maraqlıdır ki, qarşındakı  əsəri 

qavramısan; əsərdən o yana keçir: “mənə ideyanın tam qavranılması lazımdır. 

Bu, izahedilməz bir istəkdir, ulu bir şeydir. 

“Bu izi itmiş, məntiqi pozulmuş,  şər dünyasında adam incitmədən ömür 

sürmək nadir xoşbəxtlikdən başqa böyük də hünərdir… Müşkülü Axilles açdı, 

Troyanı isə Odissey fəth etdi… Odissey məhz naqis dünyanın mahiri, 

qalayıxanıdır, xoşbaxtıdır… qələbə insan yox, naqisliklər üzərində çalınmalıdır. 

İnsan üzərində qələbə əslində öz-özünü məhv etməkdir”… 



Sabir: Hər halda bir görüş az imiş. Bu söhbət bir görüşə sığmırmış… 

Safruh: Belə. Mənim burda qeydlərim qurtardı…. İndi Siz, Sabir müəllim. 

Sabir: Deməli, mənim burda diqqətimi cəlb eləyən, bəzi, məsəlçün, sözlər 

var… 


Safruh: İndi onları mən demək istəyirəm. 


_________________Milli Kitabxana

________________ 

 

 



391

Sabir: Onlar mənim üçün maraqlıdır və faydalı olardı. Ona görə mütləq… 

bunun da bir surəti çıxarılıb mənə verilsə, bax bunu da …çıxarılıb mənə verilsə, 

dönə-dönə ona baxaram, diqqət yetirrəm. 

Safruh:  Mən belə deyirəəm. “Bəşər Xeyirdən çox şəri, Həqiqətdən çox 

Yalanı həzm eləyir”. Amma Tərəqqi var… 



Sabir:  İndi gəlin belə eləyək, vaxta qənaət… Yığışdıra bilərik, yoxsa hələ 

danışırıq? 



Safruh: Yox, mən əsas sözlərimi  deyirəm… Amma Tərəqqi var… Axı bu 

Tərəqqi təsəlli vermir. Təsəlli vermir… İnkişaf eləyir, filan eləyir, gəlir Qərb 

ölkələrinin inkişafına çıxır. 

Sabir: Yox, onda siz o Tərəqqiynən Şərqin, Qərbin inkişafını qarışdırmayın, 

o başqa şeydir. 



Safruh: Yox! Şərq-Qərb məsələsi deyil. Lap bizdə, lap mən qonşunu 

götürürəm. Fərz eləyək ki, bu gəlir onun malını, mülkünü qarət eləyir… Bax o 

xanlıq dövründə o bura hücum eləyib, bu ora… Misal üçün deyirəm. O, bir 

abad mülk yaradır. Sonra bu… 



Sabir:  Tərəqqi belədir: heyvanlıq sürünür. Amma getdikcə elə kütlə  gəlir 

çatır ki, planetdə, heyvanlıqdan tam ayrılmaq imkanı yaranır. 



Safruh: İndi ona gedilmir axı! 

Sabir: Yox, indi “gedilir-gedilmir” — o başqa söhbətdir. 

Safruh: Sonraa… mən ayrı söz deyirəm. Siz Axilles üzərində  həddindən 

artıq dayanırsınız… 



Sabir: Belə! Məən özümü müdafiə eləməyim, siz də  məni silməyin. Onu, 

məsələn, bir-birimizi başa salmağımız, anlaşmağımız prosesdir. Onu prosesin 

ixtiyarına buraxaq. Sən dedin o sözü — mən də eşitdim. Hər dəfə rast gəldikcə 

bunu işləyərik… 

 

*  *  * 


 

(Söhbətimiz burda kəsilir — özümüz belə elədik; daha doğrusu, Sabir 

müəllim onu daha uzatmaq istəmədi. Aşağıdakı qeydi ertəsi gün mən öz 

evimdə eləmişəm:)  



Safruh: 19 Günəş ayı, 24-cü il, İnam Evi. Sabir müəllimlə elədiyim bu 

söhbəti nəzərdə tutduğum söhbətin təxminən bir hissəsi hesab eləyirəm — 

həcmcə çox hissəsi, amma mənim ona deyəcəyim sözlərin, ondan soruşacağım 

mətləblərin burada ifadəsi yoxdu. Mən ondan soruşasıydım ki, nə üçün 

“bəşəriyyət Xeyirə nisbətən şəri asanlıqla həzm eləyir”; bunun niyəsi üzərində 

daha  ətraflı dayanmalıydı o, mənim zənnimcə  və biz bunu ikilikdə, Sabir 

müəllimin aparıcılığıyla, mənim  də narahatlığımı bildirməyimlə çözməliydik. 

Sonra. Mən deməliydim ki, mən özüm üçün aydınlaşdırmalıydım kt, Sabir 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə