Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə118/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   114   115   116   117   118   119   120   121   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



378

aramıza. Yerdə özünə yer tapa bilmədi Herakl!! Allahlar da onu aparırlar öz 

yanlarına. Koroğlunu aparmır! Ki, Koroğlu vurur, yıxır daa…, deyir hə, o 

onlarla dil tapa bilər. Amma… Axilles də tapa bilər. Amma Herakl tapa bilməz 

(Burda Sabirin səsi ustuflaşır, həlimləşir, pıçıltılaşır:) — yanlarına aparırlar… 

Safruh: (Herakl) Orada bir dünyəvi yanlışa da yol verir. Siz onu deyirsiniz. 

O dunyada o deyir, kimeysə rast gəlir, onun bacısıyla evlənmək… 



Sabir: Hə! Malekra Dionera ilə! 

Safruh: Deyirsiniz əslində o da heç Heraklın təbiətinə uyğun deyil. 

Sabir:  İndi mən sizə bir şey deyim — Heraklın 12 qoçaqlığı. Deyirəm ki, 

Heraklın 13-cü qoçaqlığı göstərməyə gücü çatmadı. Hər yerdə qalib gələn 

Herakl ailədə  məğlub olur. (Safruh gülür: Hə, elədir!). Ona görə  də Allahlar 

deyirlər: o ki, ən kiçik yerdə — ailədə  yıxılır, gücü çatmır, — onu götürün, 

gətirin bura! 

Safruh: (Oxuyur:) “Ate Heraklın huşunu oğurlayır — bununla da ardıcıl ailə 

qalmaqalı başlayır. (Gülüşürlər). Hə! Bəlkə Yazon — Medeya xəttində ailə 

müşkülünün həll olunmazlığına işarə var? Məsələ ondadır ki, Herakl — 

Medeya ideyası Göylərin göndərdiyi qolda ola bilməz”. Onu Siz deyirsiniz ha! 

Mifdə — var, Sabir müəllim deyir yox, burda olmamalıdır! (Gülür). Çünki 

onun məntiqini bu kişi tutub, deyir ki, burda olmamalıdır. Bu, qəribə bir, 

cəsarətlə sevən və  dərin ağıl işidir. (Oxuyur:) “Məsələ ondadır ki, Herakl 

əjdahanın başlarından birini əkdikcə, yerindən birinin əvəzində daha çox baş 

çıxırdı. Heraklın başları  kəsməsi — əjdahanın təhlükəsizliyini artırırdı”. 

(Gülür). 



Sabir: Şərin başın kəsdikcə şər qaynayıb daşır, artır! 

Safruh: Onların mifi də gözəl ağıl işlədib haa!.. Bir yerdə deyir gedib adada 

bilmirəm nələri biçsən, öldürsən, sən filan şeyə nail olacaqsan. Bu da deyir orda 

bir başı kəsir, bir başın yerində çoxlu baş əmələ gəlir. Doğrudan da, Medeya, o 

yerli qadındı, qızdı  dəə!  İndi mən niyə bunu deyirəm, bizdə dində deyilir ki, 

gedib yezidlərlə vuruşanda yezidin birinin başını kəsəndə yerində 70 baş əmələ 

gəlir. Biz də elə bilirdik ki, bu, bizim ərəblərin uydurduğu bir şeydir, amma gör 

ondan nə qədər, min illər qabaq o əhvalatlar varmış! (Oxuyur:) “Əjdaha kimi 

Şər də,  Şər kimi Əjdahalar da davamlıdır, qatıdır, kökü çətin kəsiləndir. 

Deməli, şərə qarşı güzəştli, yumşaq olmaq mümkün deyil”. Buradan nəticə: nə 

Şər mütləqdir, nə Xeyir. Üçüncü ölçü gərəkdir.  Orta — Mütləqdir; ondan, 

deyək ki, sağda Xeyirdir, solda Şərdir. Bu — mənim qurduğum  şeydir; 

aşağısından da yazmışam: “Uşaq oyunu alındı, deyəsən”. (Oxuyur:) “Biz o 

kitabı” (Cəfərlə bağlı  “İnsan fəlakət içində” kitabını  nəzərdə tutur) “yazarkən 

iradəmizin gücü ilə öz imkanlarımızdan geri qayıtmalı olurduq”. Deyir mən 

kitabı yazanda öz qabiliyyətlərimdən bilə-bilə geri qayıtmışam (gülür); bir az 

aşağı düşübdü. 




_________________Milli Kitabxana

________________ 

 

 



379

Sabir:  Mən iddiamın dalında çıxış eləmirəm də, qabaqlamaq istəmirəm; o 

səviyyəyə enirəm, onunla razılaşıram.  İndi yəqin öz imkanımın səviyyəsinə 

qalxacam… qalxacam… (Əlini kitabının üstünə qoyub, üzünü qardaşına tutur:) 

Burda, ay Nüsrət, bəşəriyyətin bütün tarixi getməlidir, bütün dünya ədəbiyyatı 

getməlidir, dünya bilikləri getməlidir; insana  aid nə  qədər problemlər var — 

hamısı öz ifadəsini tapmalıdır. Mən əvvəlcə bunu 12 cild nəzərdə tutmuşdum. 

Amma 200 kitab olacaq. 

Safruh: (Oxuyur) “Hətta  əzəmətli adamların özündə belə, sevgi — çarlığa, 

padşahlığa, sultanlığa qədərdir.  



Sabir: Həəəh! Çarlıq, Sultanlıq, Padşahlıq olan yerdə sevgi ola bilməz ki!.. 

(Safruh davam eləyir: Sevgi daha olmur. Başqa vaxt deyirlər ki…) 

Yorulmusan? (Safruh: Yox, eybi yoxdur, eybi yoxdur!) (Oxuyur:) “Ailəyə, 

övlada, insana, Vətənə, xalqa, əqidəyə qarşı bir anın unutqanlığı ömürdə 

silinməz bir ləkənin yaranması üçün kifayətdir”. Bax, həm də Safruhun bəzi 

haray və cikkələrinə. Bəzən belə hallar mənə  təsir eləyir, ona görə… 

(Oxumasını davam etdirir:) “Qətibə, bu gözəl, ağıllı, sağlam, təhsilli, tərbiyə 

görmüş təcrübəli qadın — şər dağarcığıdır”. Siz 223-cü səhifədə yazırsınız “Şər 

dağarcığıdır”. Belə bir dağarcıq, Qətibədən gözəllikdə  və bütün sadalanan 

keyfiyyətlərdə geridə qalmayan bir dağarcıq Safruha da tilov atdı bir günnəri.  



Sabir: Öz həyatınla paralel görmüsən də (Safruh: Bəli, bəli!)?  

Safruh: Bəli, bəli! Mən bir yerdə də görmüşdüm axı; mən Sarada, “Solğun 

çiçəklər”də yazmışdım: “O sanki bütövlükdə bir ürəkdir”. Hə, hə! Mənim 

ömrümdə elə bir qız olmuşdu. (Bu, Saraya bənzəyən Qız — başqadı, tilov atan 

deyil. — Safruhun səsdən yazıya köçürərkən elədiyi qeyd: 20.II.24). (Sabir 

gülür). O mənə tilov atan qız son dərəcə gözəl idi. Mənə elə bir şey dedi; 

evlənmək məsələsi. Mən də onda ayrılmışdım arvadımdan. Ancaq onun 

dediyinə hə demək mənim Ocağıma  bir ton su tökmək demək olardı. 

Sabir:  Mən deyə bilmərəm sən nə üçün ayrılmısan. Görürsən ki, mən 

deyirəm bütün şərtlərnən ailəni saxlamaq lazımdır.  Buna baxmayaraq, sənin 

ailədən ayrılmağında konsepsiya var. Sən kiminləysə, gözəl olsun, lap az yaşlı 

— evlənsəydin, konsepsiya ölürdü. O saat ölürdü. 



Safruh: Mən onda dedim ki, qız idi onda, indi qadındır, dedim yox, mən o 

Məcnunlardan deyiləm. Heylə dedim. Elə o da hesabını götürdü getdi… Hə. 

Ailə də, düzdür, konsepsiyam var mənim. İndi də müəyyən qədər Herakl kimi 

xidmətdəyəm. (Oxuyur:) “Bəlkə elə itaət göstərməli və  fələyin yayını 

çəkməməlidir?” Siz deyirsiniz. Bu Soyluynan Ötkün vaar. Siz onu mənim 

evimdə  görmüsünüz dəə. Mən onları müqayisə    eləmişəm. Soylu çox 

coşqundu. Ancaq Ötkün sakitdir. Məndə  də bir heyranlıq hissi var. Yaxşı 

saydığıma heç göz yummaq istəmirəm. Orda o “eqoizm” deyirlər, onu 

tamamilə bir qırağa qoyuram. O gözəlliyi nümayiş elətdirən kim olur-olsun, o 

yaxşı saydığım cəhətləri deyəcəm. Yoxsa mənim elmim yoxdur, biliyim 




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə