Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə113/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   109   110   111   112   113   114   115   116   ...   133
    Bu səhifədəki naviqasiya:
  • Sabir

_________________Milli Kitabxana

________________ 

 

 



368

gülürlər). Həmin şeydi da!.. Deyir: “Sənə heç salam verməyə dəyməz! Get sən 

insanlar arasında yaşa!” (Yenə bərkdən gülürlər). 

Safruh: Hə, indi davam eləyək. (Dəftərindən Sabirin sözünü oxuyur). “Bu 

qərar qəti surətdə verilmişdi, Aydın da dəyyusluğu qəbul etməliydi, ya da məhv 

olmalıydı. O isə birincidən də, ikincidən də yaxa qurtarmağa çalışdı.” Yəni həm 

dəyyus olmasın, həm də  məhv olmasın. “Bəs nəticə  nə oldu? Nəticə belədir: 

Aydın məhv oldu və Gültəkini də oraya eyirsiniz ki, onlar Aydın kimi deyillər. 

Sabir: Onlar qiymətləndirirlər (qadın gözəlliyini), amma deyirlər yola dəxli 

yoxdur də! 



Safruh: (Dəftərindən Sabirin sözünü oxuyur) “Dünyada elə bir quduz ideya 

yoxdur ki, üzünə Xeyir, Ədalət maskası taxmasın”. Mən burdan özüm üçün 

belə bir nəticə çıxardım: İnamçılığı (İnamçılıq mən Asifçiliyə deyirəm) bundan 

qorumalıyıq — quduzluqdan, maskalıqdan qorumalıyıq. Sabir müəllimin 

şallağından gərək özümüzü qoruyaq. Sabir Yanardağ qadın azadlığından, 

qadın-kişi hüquq tənliyindən danışır — Cəfərin “Yaşar”ıyla bağlı. “Fikrimizcə 

məsələni Tərəqqi və  tərəflərin bir-birinə ehtiramı  həll edə bilər”. “Yaşar”dakı 

İmamyardan söz edib yazır: “Onlar Şər yolu tutur, uğur qazanır, qələbələr çalır, 

uğursuzluğa yaddırlar. Lakin bu yolun saxtalığı özünü orada biruzə verir ki, Şər 

heç bir zaman məğlub olmasa da, hər bir bitkin hadisənin sonunda iflas edir. 

Halbuki daim özünün eyni olub qalan Dünya heç bir zaman iflas etmir. Xeyirin 

və Tərəqqinin şərə qarşı üstünlüyü burasındadır. Ardı-arası kəsilməyən zərbələr 

altında qalan, həyatını  uğursuzluqlar müşayiət edən Xeyir və  Tərəqqi sonda 

qələbə çalır”. 

Mənim indi suallarımdan biri də bununla bağlı olacaq, sonralardan olacaq

ona görə qabağa qaçmaq istəmirəm. “İstedadın taleyini bəşəri qanunlar idarə 

edir” — Sizin fikrinizdir. — “Bəzən sənətdə dramatik ixtilafdan söhbətlər 

gedir. Biz sənətə yaradıcılığın bir hissəsi kimi baxdığımıza görə ixtilaf 

söhbətlərinə o qədər də etina etmirik. Bəzən deyirlər ki, aranı filankəs 

qarışdırmışdır, o evyıxan adamdır. Halbuki insanın taleyini araqarışdıranlar, 

evyıxanlar yox, onun öz qabiliyyəti həll etməlidir. Tərəqqinin aşağı 

səviyyəsində  cəmiyyətdə intizamın pozulduğu zaman fərdlər arasındakı 

münasibətlər  şəxsiyyətin taleyinə  təsir göstərir. Bu isə yenə  də  Tərəqqinin 

naqisliyinə işarədir… İfşa olunmuş İmamyar işini insani…”. 



Sabir: Sən mənim bunlarla bağlı yazımı oxudun da? 

Safruh: Kim, nəynən? 

Sabir: Bunun varisliyi haqqında sual verirlər… 

Safruh: Yox. 

Sabir: Hə. Sonra baxarıq. 

Safruh:  Hə, Sabir müəllimdə Sultan Əmirli — İmamyar qarşılaşdırması 

coşğun, parlaq, hızlı Asif Ata üslubundadır. O biri səhifələrdə düzənlikdə axan 

çay kimi, amma bu, qarşılaşdırma… 



_________________Milli Kitabxana

________________ 

 

 



369

Sabir: Orda monoloqlar gedir da… Düz 30 il bundan əvvəl olan yazılardır. 

Safruh: “Eyni zamanda iki gözü birdən axıtmaq” — “gözü çıxartmaq” 

əvəzinə “axıtmaq” kimi işlədirsiniz deyəsən? (Sabir: Hə) “Eyni zamanda iki 

gözü birdən  axıtmaq üçün iki barmaq yetər. Halbuki insanın iki gözü, on 

barmağı var. Öz ağlının işıqlanmasına meyl etməyən adam on barmaqla iki 

gözünü  çıxartmış olur”. 

Sabir: İki barmaq kifayətdir. 

Safruh: Sabir müəllim yenə deyir: “Mən yaradacağam deyə səndən asılı və 

sənə yaxın olan adamları atmaq, onları köməksiz buraxmaq… Əgər yaradıcılıq 

insana zalımlıq hesabına başa gəlirsə, bəs bu kimin üçün, nə üçün, nə məqsədlə 

həyata keçirilir?” Sənə yaxın uşağı atır, fərz eləyək ki,  “mən teatra lazımam”… 

Heylə deyir, ərin atır, uşağın atır; ya arvadın atır, uşağın atır ki, mən teatra 

lazımam… Bu da deyir ki, sən bunu insan üçün eləyəcəkdin, insanın ikisini bəri 

başdan… pis günə qoyursan. Elə şey var — sənətə belə yüksək qiymət vermək. 

Bu, əslində şöhrətə böyük qiymət verməkdi. 



Sabir:  Məsələn, Jan-Valjan bütün şəhəri buraxıb, Kozettanı xilas edir. 

Şəhərin məsuliyyəti mənim üstümdə deyil. Kozettanın məsuliyyəti mənim 

üstümdədi. 

Safruh: “Ailə bütün göstəriciləri ilə davam edirsə, heç bir şeyin, hətta 

yaradıcılığın xatirinə də onu dağıtmaq olmaz.” Var ol, Sabir bəy! Orada Sizin 

sözünüzdən coşmuşam: Var ol, Sabir bəy! Həyatın heç bir sahədə, heç bir 

məqamda çaşmaması, daim düz yol ilə detməsi Sabir kimi ərənlərin varlığını 

tələb edir. İndi yenə sizin sözünüzdü, kitiabınızın 1235-ci səhifəsində: 

“Cəmiyyət həyatında qaydanı gözləməyib sürət, temp götürənlərə tarix dişini 

ağardıb istehza edir. Elm də cəmiyyət həyatında bir sıçrayış olacağını seçdikdə 

arada arxaya da baxmağı məsləhət bilir”. 



Sabir: Bu mənim əsərimin ən zəif yeridi. Oranı bir də işləyəcəm. “Dönüş”lə 

bağlıdı o, “Dönüş” peysi ilə bağlıdı. 



Safruh: “Bəşər aqibəti” və ya sadəcə “Aqibət” kitabını — makinada yazılıb 

cildlənmiş — Sabir müəllim iş yerinə gətirmişdi — onun arasında Asif Atanın 

80-ci ildə bu kitaba dair çox dəyərli fikirləri var. Orda üç konsepsiya məsələsini 

deyir… Sabir müəllim, belə bunlar adda-budda qeydlərdir. Mən suallarımı 

sonra deyəcəm. 

Sabir: Eybi yoxdu! İşində ol, əşi! Oturmuşuq də, işləyirik! 

Safruh: “Tarix istehza eləyib öz yekununu başqa cür vurursa, bu, tamamilə 

başqa məsələdi”. 

Bu, Sabirin başlıca yanlışıdır. Mən özümçün yazmışam. Sabir elə bil İstibdad 

adında,  İstila adında nəysə bir varlıq icad eləyib, onu insanla qarşılaşdırır. 

İstilanın müşahidə edildiyi yerlər” insanın zəifliyinə, tarixin də naqisliyinə 

işarədir”. Ardınca yazır: “İstibdada qədər dağınıqlıq. dərəbəylik, istibdaddan 

sonra isə diktatura və  cılız bir demokratiya müşahidə olunur, bu, tarixin 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə