Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə111/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   107   108   109   110   111   112   113   114   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



364

doktoranturam yoxdu. Bax mən, orta məktəbdə 1-5-ci sinifləri əla oxumuşam, 

sonrakı illər müharibəyə düşüb, sonrakı sinifləri oxumamışam, elə-belə atestat 

almışam. Orta məktəbi də  qızıl medalla oxumamışam. Niyə oxumamışam? 

Çünki mənim diqqətimi cəlb eləməyib; məni maraqlandıra bilməyiblər; 

oxumağın çəmini bilməmişəm. Nə  təhər oxuyum cəfəngiyyatı?! Süleyman 

Rüstəm, “Çaqıl daşlı çayları Çapayev çapa-çapa!” Çapayev nədi?! Çaqıl daşları 

çapmaq nədi?! Onu da bilməyəni buraxmırdılar axı!.. Hə, belə. Amma, qardaş, 

mən 47-ci ildən də  hər gün Respublika kitabxanasındayam. Hansı institut, 

akademiya, universitet kitabxananın verdiyini verə bilər?! Verə bilər? 



Safruh: Yox, verə bilməz. 

Sabir:  Neçə il eləyir? 60 ilə yaxın eləyir. 60 ildir kitabxanadayam! Bu 

mənim universitetimdir, akademiyamdır! (Əlini stola çırpa-çırpa danışır). Bax 

bu ailəm tərəfdən anam, Mirzə Mabud... Rəşid bəy Əfəndiyevin tələbəsi olub 

anam. 1922-ci ildə  ərə gedib. (Rəşid bəy) gəlib görüb ki, Anabəyim yoxdu, 

skamyada yeri boşdur. Soruşub ki, hanı, nolub?! Deyiblər ki, Anabəyim  ərə 

gedib.  İki saat başını qolları üstə  əymiş oturub. Sonra dikəlib deyib ki, 

Azərbaycan böyük bir ziyalı anası itirib. İki həftə instituta gəlməyib (Safruhun 

gülüşü eşidilir). Eyni zamanda Qızlar seminariyasını bitirib. Orda da Mirzə 

Fərəc Axund — Şəkinin axundu, Zaqafqaziya Ruhanilər İdarəsi təşkil olunanda 

oranın sədri kim olubsa, müavini Mirzə  Fərəc Axund olub. Özü də 

həbsxanadan gətirib onu müavin tikiblər. Gör nə  qədər böyük adam idi ki, 

Tolstoy “Hacı Murad”ı yazanda onunla məktublaşıb bütün təfərrüatı ondan 

öyrənərmiş. Mirzə  Cəlilin ona məktubu var ki, “mən  Şəki deyəndə birinci 

növbədə  səni gözümün qabağına (gətirirəm), halbuki (Mirzə  Cəlil) din 

düşməniydi! Belə adamların tələbəsi olub. Ana tərəfimizdən anamın xalasının 

əri var idi Abbasqulu ağa — ziyalı olub. Mən indi şəklini sənə göstərərəm. 

Mirzə  Əbdülcabbar. Mən o “Şəki gülməcələri”nə (Hikmət  Əbdülhəlimovun 

kitabına) yazdığım sözdə  (əlyazmada, artıq çapdan çıxmış kitabın müəllifinin 

xahişi ilə — Safruh)... Mənim akademiyam — ailə savadıdır, ordan gəlibdir. 

Mən də  çıxanda cəmiyyətə, məktəbə, instituta, aspiranturaya, universitetə — 

mənə maraqsız oldu. Mən, deməli, ideyalar burulğanında dünyaya gəlmişəm. 

İstər atam, istər anam heç vaxt özləri, evladları haqqında düşünməyiblər. Ancaq 

kimsəyə əl tutmaq, kömək eləmək... Və ölkənin taleyi haqqında. Onlar üçün də 

ölkə nə idi — bütün Sovet xalqları... Və o zaman faşizm dəbdə idi və sair və 

ilaxirə. Burda da mizan-tərəzi necə  əyri idi? Bu suallara cavabdır. O cürə 

dəmdəsgahnan gələn adam dünya ədəbiyyatı, dünya elmiynən (belə  təmasda 

olmuşdur):  ən böyük bilik mənbəyi — super dahi yazıçılar; dəqiq elmlər — 

müəyyən dərəcə deyək ki, ictimai elmləri, demək ki, fəlsəfə — yaxınam da 

Tarix elmi, estetika və s. Çalışıram ki, sistemli öyrənim. Amma tələsmirəm. O 

cümlədən musiqi, xüsusən muğamat — mənim bilik mənbələrimdi. Mənim 

Cabbarlı haqqında yazdıqlarımın hamısı “Mahur” üstündədir, bir qədər də 



_________________Milli Kitabxana

________________ 

 

 



365

“Hümayun”, “Cahargah”, bir də “Şüstər”... Kimin ağlına gələr?! (Safruh gülür). 

Mənim bilik mənbələrim belədir.  İdeyalarım da. Mən gülən adamam, amma 

mənim bütün əsərlərim göz yaşlarıdır. Belə bir-iki kəlmə qırağa çıxdım sualnan 

bağlı, uzaq getdim. Güman eləyirəm ki, düz üç il, yadında saxla, düz üç il sonra 

— 2005-ci il martın 18-də çalışaq bugünkü söhbəti təkrar eləyək; buna qayıdaq. 

Bunu çox arzu eləyərdim. Mən ayrı cür hazırlaşmışdım. mən güman eləyirdim 

ki, yaxşı mənada bu gün mənim üçün məhşər ayağı olacaq. Yaxşı mənada çox 

böyük gün olacaq, çox çətin gün olacaq. Hazırlaşmışdım ki, bu böyük məhşər 

ayağında çox asanlıqla cavab verəm, öhdəsindən gələm. Belə bir günə Soylu da 

arzu eləyirdim də... İndi nəysə olub... Güman eləyirdim ki, burda nəysə böyük, 

nadir hadisə baş verəcək. Belə! Bilmirəm sənin sualına cavab verə bildim-

bilmədim. 

Safruh: Bax mənim ağlımdakı Sabir Yanardağ obrazı həmin mühitdən çıxa 

bilərdi, o mühitin Siz deyən kimi elə ali cəhətləri — çox adamın görmədiyi ali 

cəhətləri, mənim gördüyüm demirəm ha, olan, amma çox adam adətən, görmür, 

elə dərindən görmür, adamları da qınamaq mümkün deyil, amma Sizdə o özünü 

göstərən... Siz özünüzün şəxsi ləyaqət məsələsi, şəxsi ərdəmlik məsələsi, şəxsi 

yaradıcılıq məsələsi... Sizin elə bil ki, gözünüzü dünyadan çəkib, qələmi 

götürüb kağızın üstünə Sabir Mustafa, Sabir Yanardağ kimi əyilmisiniz, 

yazmısınız; orada qəribə bir heykəl  əmələ  gəlib, onu sizin dediyiniz mühitlə 

izah eləmək olar da, olmaz da; o çox yüksək bir şeydir... İndi mən adda-budda 

deyəcəm. Sabir Yanardağla bu bildir noyabrın 29-da olub, cümə günü 

(Dəftərindən 38-ci Özüylədöyüş — 91-ci Yaşam ilsırası  dəftərindən oxuyur): 

“Sabir Yanardağla görüşdüm. İş yerinə gəlmişdi. Gözəl söhbət elədik. Həqiqət 

haqda, ləyaqət haqda, böyüklük haqda, yalqızlıq haqda, ədalət haqda, insan, 

xalq, bəşər haqda. Sabirin əsərləri və taleyi haqda. O getdi. Başqa bir şəxs 

gəlibdi... Mənim suallarım da gələcək ha. 

Sabir: Eybi yoxdur. İşində ol. 

Safruh (oxuyur):  “Sabir Yanardağ” — deyir yəni — “Lakin Azərbaycan 

xalqı XX əsrin ifrat hərbi imkanları  şəraitində  Səttarxanın simasında bugün 

üçün çətin başa gələn bir möcüzə göstərmişdir”. Sübut eləyirsiniz ki, bəşər, 

dövlətlər çox silahlanıb, indiki zamanda xalq qəhrəmanı yetirmək mümkün 

deyil, amma Səttarxan bax belə bir vaxtda əmələ gəlib. Siz onu əsaslandırırsınız 

ki, o, Azərbaycan xalqının qeyri-adi bir qoçaqlığıdır, qeyri-adi məziyyətidir ki, 

Səttar simasında veribdir. Yenə də, ayın 13-də, dekabrın 13-də özüm üçün qeyd 

eləmişəm. O əvvəlki qeyd Sizin “İnsan fəlakət içərisində” kitabınızın 803-cü 

(2-ci?) səhifəsindədir. Deyəsən səhifəsini qarışdırmışam. Səhifə-səhifə 

göstərmişəm ha... Yenə deyirsiniz: “Adı var, özü yox. Gərək ki, Allah da 

belədir”. Bu Sizin kitabınızın 896-cı  səhifəsindəndir — Cəfərin sözünü misal 

gətirirsiniz. Sizin mən fəaliyyətiniz, araşdırmanızla bağlayıram. Elə bil ki, 

mənafeyin özü yoxdur. Nə üçün araşdırma — yoxdur, elə araşdırır. Özü üçün, 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə