Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə107/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   103   104   105   106   107   108   109   110   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



355

qəbul edən, Ocaq-Türk əlifbasını öyrənən, bilən, işlədən  İnamçıya Ocaqçı 

deyilə bilər». Tərifdən o da çıxırdı ki, bugün üçün Soylunun Ümumocaq  

Yükümlüsü olduğu qəbul edilməlidir. Soylu yana-yana «Yaxanızı mənə verin – 

mən sizi Ocağın qələbəsinə doğru aparım;  ya  da  alın mənim yaxamı – məni 

oraya aparın» deyirdi. Onun yaxasına «əl atmağa» heç birimizin gücü çatmadı, 

yaxasını ona (əslində öz İdealına,  İdeyasına) verənləri isə (o cümlədən bu 

sətirlərin yazarını) o, Ocaq Vahidliyinə, birxətliyinə aparıb çıxartdı. Hazırda 

Ocaq qələbəsinin rəhni də bu Bircəlik – Vahidlikdir. 

Soylunun keçdiyi yüksəliş yolunu qısaca belə cızmaq olar: Zilfiqar Talıbov – 

Zülfüqar Talıblı – Soylu Atalı – Ocaq Yükümlüsü. 

Ad zəncirinin bu sonuncu halqası – Asif Atanın Mütləqə  İnam Ocağının 

gələcəyi üçün önəmli bir gələnəyin başlanğıcı olur:  

I Ocaq Yükümlüsü – Soylu Atalı.  

II Ocaq Yükümlüsü - ? 

Çalışmaq, yüksəlmək, yetişmək gərək! 

…Beləliklə, biz Soylunun «kitabı üçün önsözü» Ocaq Yükümlüsü 

məzmununun tərcümeyi-halı kimi yazdıq. Bununla da biz Əsillik uğrunda, 

Həqiqət uğrunda, Anlam uğrunda,  İnsan uğrunda  İnam Atanın açmış olduğu 

Ruhani Savaşın hünər qanadının Birinci Şəxsini təqdim etdik. Çünki Yaradanı 

tək qoymaq olmaz; onda O, yaranmaz. Yaradanı yaratmaq gərək, yaradan 

gərək… 


Hazırda Dünyanı vahid bir Kef İmperiyasına çevirmək çabaları gedir – 

«Kürəsəlləşmə» adıyla, kürəsəlləşdirmə (yastılayıb yumrulama) haytasıyla. 

Bunu Batı Dünyası eləyir. Batı Dünyasının təhər-töhründən isə gədəlik yağır və 

həmin bu gədə öz xarabasıyla yetərlənməyib bütün dünyaya dədəlik eləmək 

istəyir. Onlarınsa ən doğru təyini budur: Zahirqulu. Onlar insanı boş danqıltıya, 

zahiri bəzəyə çeviriblər. Onlarda sanki iç yoxdur. 

Mənim ağlımca, KEF bəşəriyyətin yaşamı üçün kafi əsas, yetərli 

«paradiqma»

 ola bilməz. Bu, son dərəcə xatalı oyundur! Simasız, antiinsani 



qoçaqların kef çəkməsi, dünyanı özləri üçün bir Kef Səltənətinə çevirmə 

çabaları... 

Və yenə mənim ağlımca, burada Doğuya məxsus dünyabaxış daşıyıcılarının 

iştirakı, nə qədər uzun çəkir-çəksin, yalnız müvəqqəti aldanış səciyyəsi daşıyır. 

İnkişafa tələsməmək – Doğu Dünyasının  əskikliyi yox, üstünlüyüdür. Çünki 

Batısal (Qərbə xas) gəlişmə (inkişaf) – mürtəce  əməldir, çünki o, insaniliyi 

hədəfləmir, nəinki hədəfləmir, hətta onu ölümlə  hədələyir. Və yenə  mənə elə 

                                                      

 Mən bu sözü (“paradiqma”) işlətmək istəmirdim, ancaq Batı 



Dünyasından danışdığım üçün onların anlayacağı, onların kontekstində 

anlaşılası bu termindən istifadə elədim. 

 



_________________Milli Kitabxana

________________ 

 

 



356

gəlir ki, bu gediş dayanmazsa, Batı Dünyası Doğu Dünyasının yumruğu və 

təpiyi altında məhv olacaqdır. Çünki insanlıq yaşamaq istəyir, yaşamalıdır. 

Bugün isə Doğu Batıdan qorxur. Yenə  mənim fikrimcə, Qorxan Qorxduğunu 

yenməlidir, çünki onun yaşamı buna bağlıdır. 

Ot Asfaltı yarıb çıxmalıdır, Betonu deşməlidir… 

… Mən bir «Keşlə Xülyaçısı» karikaturasına düşmək, gerçəklikdən ayağımı 

üzmək istəmirəm. Bugün məndən soruşsalar: «Sən kimsən, Safruh?» Deyərəm: 

«Suda Boğulan». Və Asif Ata o suda mənim əl atdığım Saman Çöpüdür. Asif 

Atanın Özü Saman Çöpünə əl atmaqdansa, suda batmağı üstün tutardı, çünki O, 

suda boğulmayacağını  bilirdi.  Mən heç nə bilmədiyimdən o Çöpə  əl atıram. 

Məni boğan axının tərkibi: mənəviyyatsızlıq (İnsanın «təbiiləşdirilməsi», yəni 

heyvanlaşması), həqiqətsizlik, hünərsizlik, Vətənsizlik, millətsizlik 

(simasızlıq), yırtıcılıq (bir-birinə və təbiətə qarşı), uca dəyərlər sahəsində total 

ikiüzlülük, ruhsuzluq… Bir sözlə, şüurlu, sivil, acgöz biolojilik. 

Asif Ata soruşmurdu, soruşanlara cavab verirdi. Mən soruşuram: Keçmişdə 

«insan» adlanmış növün əsasında yeni bir ikiayaqlı tipi yaradır Batı Dünyası. 

Onun adı  nə olmalıdır? O heç bir insani-ruhani dəyərin yiyəsi olmaq istəmir; 

onun üzü çox asanlıqla ikiləşir, dili bundan da asan yalanlaşır; qorxmamaq, 

ancaq qorxutmaq onun çox sevdiyi və bacardığı sifətdir; ən çox sevdiyi sifət isə 

kef, kef, kef çəkməkdir. 

Asif Ata deyir: «Dünyanın bütün fəlsəfələrini öyrəndim və gördüm ki, onlar 

insana gərək deyillər». İndi isə dünyanın bütün fəlsəfələri insanı «öyrənir» və 

deyirlər: «O, bizə gərək deyil». 

Bu durumda mən yenə  də Suda Boğulanam və Soylu Atalı da mənim  əl 

atdığım Saman Çöpüdür… Bütün bəşər hallarının, o cümlədən mənim halımın 

ona dəxli var. Odur ki, mənim buraya qədərki yazım da, Soylunun bu ilk 

kitabındakı öz yazıları da – yazını yox, daha doğrusu, yazıdan çox, yazarı, daha 

doğrusu, ilk Ocaq Yükümlüsünü təqdim eləyirlər. Onun Əməli-Hünəri 

Yaradıcılıq səviyyəsindədir. Onun bu yaradıcılığının bəhrələri barədə  mən az 

yazmamışam, ancaq təəssüf ki, yalnız mən yazmışam, başqa yurddaşları, hətta 

Amaldaşları yazmayıblar. Halbuki insanı gözəl görmək istəyən onun 

gözəlliyinə, hünərli görmək istəyən hünərinə … göz yummamalıdır. Eyni sözü 

Yurda, Millətə, bəşərə və Dünyaya yönəlik də demək doğru olar. 

Bu Kitabın «İnamçı Harayı» adlanmasını  və «20 Yanvar Dərsi» ilə 

başlanmasını düzgün saydıq, çünki İnama çağırış Soylunun başlıca vəzifəsidir; 

onun «20 Yanvar»ı isə Ocaq Evladı yaradıcılığının klassikasına daxil olası bir 

əsərdir. Bu miniatür ölçülü əsər həm bəlli olayların təhlilidir, həm xalqın ruhani 

və tarixi köklərinə bir gəzişmədir, həm kədər poeziyasıdır – şeir biçimində 

yazılmasa da, - həm gerçəkliyə ayıq baxışdır, həm hikkə və hiddətdir… Ancaq 

onda yenilmişlik düşkünlüyündən, qisasçı  qışqırığından işartı da yoxdur; 

Ləyaqətin Zoru qısnama əhvalı və xalqı İnam dirçəlişinə çağırış var:  




Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə