Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə104/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   100   101   102   103   104   105   106   107   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



349

İlk 


OCAQ YÜKÜMLÜSÜ 

 

Adam yaranmağa Yoxluqdan başlayır sanki; adam İmkandan başlayır. 



İmkanın da bir adı “Var”dırsa, biri də “Yox”dur… 

Küçədə, meydanda, kənd arasında gördüyümüz yığın-yığın adamlara yönəlik: 

“var”, “yaranıb” demək olmaz. Onlardan birisi yığnaqdan ayrılıb gəlir, onun 

eni-boyu görünür, üzünün ifadəsi oxunur, təhər-töhrü bilinir. Bu zaman onun öz 

adı olmasa belə, təhər-töhrünə, üz-gözünə baxıb ona bir ad verirsən; deyirsən 

bu, Filankəsdir. “Filan” sözcüyü burada ünvan, aydınlıq bildirir; “kəs”ə 

gəldikdə isə, “hər kəs” mövcuddur, onların kimliyi, biçimi yoxdur. 

Deməli, Var olmaq üçün mövcudlar arasından sıyrılıb çıxıb Yaranmaq gərək, 

fərdləşmək, öz biçimini tapmaq, öz üzünlə bilinmək gərək. 

Bu gediş fərdə aid olduğu kimi, Ulusa, Yurda da aiddir. 

İstər fərdin, istərsə  də millətin Mənafeyi onun Varlığı üçün məqsəd deyil, 

vasitədir. (Bunun əksini doğru sayanlar, bizcə, doğruya yetməmişlərdir). Bəzi 

«qabaqcıl ölkələrdə» belə, kürəsəlləşdirməyə qarşı güclü etirazların baş verməsi 

bundan irəli gəlirdi. 

Əslində kürəsəlliyi yaratmaq istəyənlərin özləri də bənzərsizliklərini itirmək, 

bənzəmək, mövcudlar arasında itmək istəmirlər; başqalarının öz üzlərini itirib

onlara bənzəmələrini istəyirlər. «Kürəsəlləşmə» bəhanədir. 

«Kürəsəlləşmə» – təbii gediş kimi – heç kəsin qayğısı deyil; o, təbiət halı 

kimi bir şeydir; nə yaxşıdır, nə pis; yaxşı-pisliyi tərəziyə qoyulsa, bəlkə  də 

yaxşılığı  ağır basar. Kürəsəlləşdirmə isə – qəsddir, zəbtdir, istiladır(dininki 

kimi, «Avropa dəyərləri» tələbindəki kimi… 

Türk xalqının ruhani yaranma çağı  gəlib. O özünün kimliyini (bən-

zərsizliyini) ortaya qoymalı, sübut etməli və qorumalıdır. Xalqda bu yeriş 

başlayıb – ötən yüzilin ortalarından – İnam Atanın işə başlaması ilə. 

Mən Asif Atanın (İnam Atanın) «zühurunu» belə bir çağın əlaməti sayıram. 

Xalqın içində bütövləşmə, özümləşmə, sıxlaşma prosesləri getməsəydi, onun 

içindən birisi «peyğəmbərəm» deyə ortaya çıxa bilməzdi. Asif Ata qabaqca 

oldu, sonra dedi bunu. Olmamış «olmuşam» deyənlər – kələklə  gələnlərdir; 

küləklə də gedirlər. Çünki təbiət – zarafat meydanı deyil. 

İnam Ataya qədər türk soyunun (etnosunun) inanc mənsubluğuna yönəlik 

bir-birindən tamamilə  fərqli, heç biri bu soya doğma olmayan (bu soyun 

doğmadığı) çoxlu ünvanlar göstərilib:  Şamançılıq, Atəşpərəstlik, Buddaçılıq, 

Musəvilik (yəhudi dini), Xristianlıq,  İslam…; kommunizm, demokratiya… 

(Oxuduqlarımdan mənim anladığıma görə, Atəşpərəstliklə Zərdüştçülük bir şey 

deyil – Atəşpərəstlik Zərdüştçülüyün tərkib hissələrindən, ünsürlərindən 

biridir). 




_________________Milli Kitabxana

________________ 

 

 



350

Arxaiklərini çıxmaqla, bu inancların yaradıcıları, yayıcıları bizə «pey-

ğəmbər», «imam», «apostol» («həvari»), «fədai» və b.k. müqəddəs adlarla 

sırınıb, sunulub. Ancaq onların heç biri bizim içimizdə peyğəmbərlik, 

öyrətmənlik etməyib; Asif Ata kimi kənd-kənd, qapı-qapı dolaşmayıb, bizim 

taleyimizi, dərdimizi düşünməyib. Bizi tanımayıb, sevməyib, xalqımızın 

içindən özünə köməkçi, yardımçı, «qurban», «dəli» seçməyib, Evlad seçməyib, 

yaratmayıb, yetirməyib; biz onları anlamamışıq, onlara daş atmamışıq, əksinə, 

onlar bizə  qılınc çəkiblər və bu qılınc zoruna özlərini bizə anladıb qəbul 

etdiriblər. Asif Ata isə – bizi anlayıb, taleyimizi və ləyaqətimizi düşünüb; biz 

onu (onun dilini) anlamışıq; O bizə Mütləqə  İnam harayı  çəkib, biz ona daş 

atmışıq… Beləcə, çəkişə-çəkişə bərkişmişik və bərkişməkdəyik… 

Asif Ataya qədər biz (türk soyu olaraq) Zərdüştə baş  əyməmişik – özgəçi 

olub Buddaya baş  əymişik, Musaya baş  əymişik,  İsaya baş  əymişik, 

Məhəmmədə baş  əymişik; Nəimiyə baş  əyməmişik – özgəçi olub «Marksizm 

klassiklərinə» baş əymişik – hamısında özgəçi olmuşuq; indi də «Demokratiya 

klassiklərinə», «Avropa standartlarına» baş (və bel) əyirik. Özgəçiliyə 

yürüşümüz davam etməkdədir… O qədər özgələşmişik ki, üzümüzü tamam 

itirmək üzrəyik. 

Asif Atanın işi ağırdır!.. 

Yurdumuzda Asif Atanın qaladığı Mütləqə İnam Ocağının 20-ci ilinə qədər 

onun soyu (qısa müddətli Göytürk dönəmini çıxmaqla) yalnız yabançı abelərdə 

(əlifbalarda) yazmışdır – bu sahədə soyun əl vərdişləri, sözünün geyimi 

(əlifba), gözünün seyri özgələşmişdir. Çin heroqlifləri,  ərəb, latın, kiril 

əlifbaları,  əlifba cizgiləri üzərində  gəzməklə. Mütləqə  İnam Ocağının 20-ci 

ilindən (01. III. 1999) isə  Onun  soyu  (bir  qom  Ocaq  Evladının timsalında) 

Orxon-Yenisey Göytürk yazılı anıtlarının  əlifbası  əsasında yaradılmış Ocaq-

Türk  əlifbası ilə yazıya keçib… Buna qədər bu aləmdə «türk yazı qrafikası» 

sözü də yox idi. 

Onun soyu öz adıyla bağlı, öz adıyla çağırılan  fəlsəfə yaratmayıb; mən heç 

bir ensiklopediyada «Türk Fəlsəfəsi» adında məqalə görməmişəm. Onun 

Mütləqə  İnam Fəlsəfəsi bu baxımdan da başlanğıcdır… Dünyada fəlsəfə, 

demək olar ki, tamamilə yoxa çıxdığı, «gərəksizlikdən» öldüyü, ölmüş elan 

edildiyi bir zamanda yaranan fəlsəfə başlanğıcı…  

Asif Atanın işi ağırdır!.. 

O, ölüb iylənmiş inanclar, mənəviyyatsızlıq və inamsızlıq çərənləyən 

fəlsəfələr; ölmüş (millətçilik adına bir-birinə yağılıqdan başqa heç nəyi 

qalmamış) millətlər, «ölmüş insanlıq», ölmüş həqiqətlər, Allahlar… dönəmində 

«zühur eləmişdi» – Özünün Mütləqə  İnamıyla,  İnsanilik fəlsəfəsiylə, 

Mənəviyyat fəlsəfəsiylə, «millətçilik – əbədi dəyərdir» yəqinliyi ilə… 

Acınacaqlı taledir!.. 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə