Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə99/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   95   96   97   98   99   100   101   102   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



338

fəlsəfi baxışlarına görə 1983-cü ildə S.M.Kirov ad. Azərbaycan Dövlət 

Universitetində  işdən çıxarılması, pantürkist, antisovet, antikommunist, faşist, 

klerikalist və b. adlarla damğalanması, elmi adının əlindən alınması və o zaman 

qorxunc cəza sayılan Sov. İKP üzvlüyündən çıxarılması barədə  məsələ 

qaldırılması... 

1975-ci ildə Universitetdə yaratmış olduğu "Etik və estetik tərbiyə klubu"nun 

sıxışdırılıb oradan çıxarılması, "Bilik" cəmiyyətində bir az yaşadıldıqdan sonra 

klubun tamam yasaqlanması; 1978-ci il noyabrın 30-da klubun "Ocaq", klub 

sədrinin "Ata" adlanması... 

1982-ci ildə ailəsi dağıldıqdan sonra Alatavadakı evindən çıxması 

("Çamadanımı götürüb dəniz kənarına düşdüm"); dostu Sabir Yanardağın 

evində keçirdiyi aylar, Buzovna qəsəbəsində (M.S. Ordubadi, 44) ev 

kirələməsi, orada da rahat buraxılmayıb DTK-ya çağırılması (artıq sayını da 

unutmuşdu neçənci dəfə), Yeni Əhmədli qəsəbəsində müvəqqəti xarici səfərə 

getmiş bir qohum evinə sığınması; oradan Montin qəsəbəsinə (öncə Yusifzadə 

küç.-də, sonra Komsomolun 50 illiyi küç.-də) birotaqlı müvəqqəti (üç-beş 

aylıq) sığınacaqlar; nəhayət, mart 1985-ci ildən bu həyatdakı son ünvanına – 

Səməd Vurğun küç., 116, ikinci qat, 44-cü birotaqlı mənzilə yığışması; burada 

ev dustağı kimi yaşamağa məhkum olunması; üzünə  mətbuat, nəşriyyat 

qapılarının uzun müddət bağlanması (sağlığında işıq üzü görmüş birinci kitabı 

"Müdriklik səlahiyyəti" 1976-cı ildə çapdan çıxmışdısa, ikinci kitabı "İnam və 

Şübhə" bundan 12 il sonra – 1988-ci ildə  nəşr olunmuşdu); adamlarla görüş-

məyin ona yasaqlanması, onunla görüşənlərin belə  təqiblərə  uğraması; hətta 

yazı yazmağının qeyri-rəsmi olaraq qadağan edilməsi... 

Gündə, günaşırı DTK-ya çağırılan, DTK-dan "qonağı" gələn, ailəsi dağılmış, 

işsiz bir kimsəni öz evində saxlamağa kimin həvəsi olar?! Dostları, 

pərəstişkarları, sevimli tələbələri, qohumları, hətta doğmaları ondan qaçırdılar, 

üz döndərmişdilər... Saysız-hesabsız hədələnmələr, söyüşlər, böhtanlar, 

təhqirlər, təhdidlər, şirnikdirmə cəhdləri... 

Öldükdən (5 iyun 1997) sonra meyidinin belə rahat buraxılmaması, qəbirdən 

qəbirə, bölgədən bölgəyə köçürülməsi – Onun gətirdiyi  İnamı, deməli, Onun 

Taleyini də Onunla bölüşən bir ovuc ardıcılının çiynində... 

Tələbəlik illərindən tutmuş, bütün bu dartışmalar, dağılmalar, köçhaköçlər 

Asif Ata içindəki o bir İdeyaya  görə idi! O, işdən işə, evdən evə malını-

mülkünü yox, hətta başını-canını yox, həmin İdeyanı götürüb qaçırdı əslində, 

Onu qoruyurdu. 1979-cu ilə  qədər bunu nə qovanlar bilirdilər, nə qovulan 

bilirdi... 

Asif Əfəndiyev özünə "Asif Ata" Adını götürmüşdü, cəmiyyətsə Onu qova-

qova İnam Ata (İnam Atası) elədi. 



_________________Milli Kitabxana

________________ 

 

 



339

Cəmiyyət  şərinin baskısı tündləşdikcə, Fərdin içindəki Göy Eşqi daha da 

aydınlaşır. Təzad artır. Ayrılma qaçılmaz olur. Yeni yaranan yeni adla ortaya 

çıxır... Asif Ata Peyğəmbərliyində onun adı Mütləqə İnam olur. 



 

Atamız var olsun! 

 

 



2. İnam 

 

"Təbiətdə, Mənəviyyatda, Kainatın Ahəngində, Gözəllikdə,  İdrakda, 



Ehtizazda, Vəcddə, Analıqda, Məhəbbətdə, Ruhun Ülvi Xilqətində, Bəşərin 

Özündən Böyük Mənasında, Ürəyin ürəyə Qovuşmaq Arzusunda, İdeala 

qarşısıalınmaz Meyldə, Dostluqda, Həyada,  İsmətdə, Dünənlə Bugünün 

Təmasında, Özündənkeçmədə, Qeyrətdə, Müqəddəsliyin  Əfsunlu Cazibədar-

lığında Əbədi, Sonsuz Mütləq yaşayır. 

Mənim Allahım odur!" (Asif Ata. "Cövhər" əsərinin birinci cümləsi). 

Asif Ata Peyğəmbərliyinin Birinci Təsdiqində Atanın Ömründən danışıldı. 

Bu Ömrün döyüşlərdə keçdiyini gördük. Ailədən çıxarıldı, işdən, evdən 

çıxarıldı, cəmiyyətdən çıxarıldı; təhsildən, komsomoldan və partiyadan 

çıxarılmaqla, fəlsəfə elmləri namizədi alimlik adının alınmasıyla hədələndi, 

elmi şurada bəyənilmiş fəlsəfə elmləri doktorluğu işi müdafiəyə buraxılmadı... 

Çörəksiz qaldı, evsiz, işsiz, ailəsiz qaldı, həmdəmsiz, həmdərdsiz qaldı. Ev 

dustağı oldu, illərlə o biri dustaqlığa salınma, hətta öldürülmə hədələri altında 

yaşadı... (Bunların hamısı Safruhun "Başlanğıc" və "Ata Səcdəsində" 

kitablarında – elə o günlərdə aparılmış gündəlik qeydlər əsasında əks olunmuş-

dur). Ancaq o bir İdeyasından əl çəkmədi, bütün bu tufanlardan Onu qorudu. 

Onun qoruduğu İdeyanın adı İnsana İnam idi! İnsanın böyüklüyünə, aliliyinə, 

ruhaniliyinə, ilahiliyinə Mütləq inam. İnsanlar tərəfindən qovula-qovula, 

döyülə-döyülə, söyülə-söyülə yaratmışdı özündə bu İnamı. Yaratdığı  İnamda 

isə çəkdiyi sıxıntıların izi də yoxdur! 

Peyğəmbər borc vermir, borc almır. Peyğəmbər həm də öc almır. Peyğəmbər 

verdiyini sevə-sevə verir, uğradığına sevə-sevə  uğrayır.  İman gətirənlər də – 

Peyğəmbərin kəşfinə, bəxşişinə yox, Harayına iman gətirirlər.  

Nə yaratdı Asif Ata? Mütləqə  İnam – İnsana  İnam! Onu qovan, alçaltmaq 

istəyən, öldürmək istəyən  İnsanı Mütləqləşdirdi, ona Allah məzmunu gətirdi; 

bununla da əslində Allah məzmununun qurtuluş yolunu göstərdi. 

Özünə çirkli gözlə baxan, başqasına çirkli gözlə baxan, başqasının çirkli 

gözlə baxdığı İnsana Asif Ata İlahi gözlə baxdı. Onun Peyğəmbərliyinin israrı, 

inadı budur: Sən,  İnsan, özünə diqqətlə bax, dərindən bax! Ötəri həvəslərini 

çirkli görüb, öz gözəlliklərini ötəri görüb özünə inamını itirmə! Sən dərində 

gözəlsən, böyüksən, bütövsən! Tanıdığın Mən'indən artıqsan, ucasan! Sənin 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə