Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə96/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   92   93   94   95   96   97   98   99   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



328

ƏN UCA İLƏ DƏRDLƏŞMƏ 

(İçsəs) 

 

                  Say boyu yeyəcək. Dinozavr Kərtənkələyə çevriləcək.  



*** 

Nənə - Nəvə münaqişələri. Sönməkdə olan ağılla yanmağa başlayan ağılın 

uyğunsuzluğu. 

*** 

               Dinsəl toplum – qapalı açıqlıq və ya “açıq” qapalılıq. 



*** 

...Qadın üzərində qurulan evə baş salmaq olmaz – dam adamın başına çökər. 

“Həyat yoldaşı” da “qadın” anlayışına girir, ancaq mən burada onu nəzərdə 

tutmuram – o qədər də... 

*** 

Qadına, qıza aşiqlik, qadın, qız aşiqliyi (sevgisi, məşuqəliyi, ilhamvericiliyi) 



üzərində dövlət qurulmaz, dövlət işi aparılmaz; bu “özül” üzərində ruhaniyyat 

isə heç qurulmaz, əksinə onun daşı daş üstündə qalmaz. 

*** 

Qadın, qız – özünü tamamilə tabe, səcdəli apararsa – bu, artıq başqa bir hal 



olar, dəvənin buynuzundan yalnız onda söz açıla bilər. Bu da o vaxt baş verər 

ki, ictimai ideal qadın fərdin də özününkü olsun. Zərifliksə - buna yaramır; 

zərifliksizsə - nə qadın?! 

*** 


...Mütləqə  İnam Ocağı yoxdur; onun anlayışlarını içərən (içinə alan) iş var, 

yayım var... Bu – o olmasa da, bu da az deyil!.. Yayım – var.  

*** 

           Ocaq mühiti təcrid; bənzərsizlik, əlçatmazlıq, gözlənilməzlik... 



*** 

Xamırlaşmış, arvadlaşmış  bəşər canı özündən belə qığılcımlar saça bilməz. O 

buna gərəksinmir də - nəyə gərək?! 

*** 


...Loqosdan başı  çıxan bütün filosoflar düz deyiblər dediklərini, Asif Ata da 

eləcə. Və onların hamısı insan haqqında deyiblər dediklərini və insan üçün 

deyiblər.  

*** 


İnsan isə - daha Olmaq istəmir; onun içində hansı ilmə isə qırılıb; o, sökülüb 

gedir. 


*** 

Deyilənlərin düz, ya əyri olması anlamını itirib, deyiləni eşitməyə kimsə 

qalmayıb. 

*** 


                                      Burada Allah yada düşür. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



329

Allah hər şeyi bildiyi üçün nəyin necə və niyə baş verdiyini də bilir; nəyi isə 

boşuna gözəl sayıb fərəhlənmir. 

*** 


Onun heç nəyə ehtiyacı olmadığı kimi, buna da ehtiyacı yoxdur. Mənim isə 

niyyət gözəlliyinə ehtiyacım var. Bunsuz dünya mənə havasız otaq kimidir.  

*** 

Allah üçün, yaratdığının insan və ya soxulcan olmasının fərqi yoxdur. Mənim 



üçünsə niyyətigözəl insan – otağın təmiz havasıdır.  

*** 


...Bəlkə  fərqimiz bundadır: onun məmnunluğunun, mənə isə xoşbəxtlik 

olmamasının? 

 

*** 


Atamız var olsun! 

10 Çiçək ayı 30-il. 

 

ÖZLƏMLƏR – HƏSRƏTLƏR 

(İçsəs) 

 

Mən özümə  bəndə yox, Sevgidaş axtaran Allah olmaq – istərdim. Mənsur 



sözünün qüvvəti, mən elə Oyam. 

*** 


Dünyaya gəlməyin təsəllisi idi – İnsan olmaq. Fürsəti əldzn verənlərə yazıq!..  

*** 


Mənim sunuşumdakı İnam Ataya “Səcdə!” deyilməz. Ona nəysə ayrı bir sözlə 

üz tutulmalıdır... “İnam Ataya Uca Sevgilərlə!”; ”İçimdəki Uçmağım 

(Cənnətim) Ata!” 

*** 


Bacarıq sığınacağında mənim canım yaxşı isinmir.  (Ümidim yaşayır orada)... 

Mənimki mənəvilikdir, ruhanilikdir, ilahilikdir, dəlilikdir... 

*** 

Mən adamların yalnız nöqsanlarına hücum eləyirəm, adamlarsa öz nöqsanlarını 



məndən qoruyurlar, qoruyub yaşadırlar. 

*** 


Mən dostlarımın, yaxınlarımın mühitini özümə doğma meydan sanıb, atımın 

başını buraxıram, onlarsa bundan rahatsız olurlar: “Üst-başımız toza batdı!..” 

Atımın başını  yığmalı oluram... (Qəşəm  İlqarın, Halal-Nəbi qardaşımın və b. 

məni “sərtlikdə” qınamaları bu qəbildəndir). 

*** 

Safruh – Həqiqətçi oldu, mətin ola bilmədi. Onun Həqiqətçiliyinə  mətinlik 



çaları verən – gerçək təhlükə ilə qarşılaşmaması oldu. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



330

Ömür və Hünər.  Ömrün çirkin olsa, Hünərini alacağam Ocağa, Ömrünü – 

yox. 


*** 

Sevən, sevilən zəlilər... (Zəli – cücü). 

*** 

“İşıq gələn yerə  mən öz Həqiqətimi tıxayıram...” və  İşıqdan soruşuram: Niyə 



sən Həqiqətsiz yerdən gəlirsən?! (İşıq – Hünər anlamında). 

*** 


“Stolüstü kitab” iki cür olur: 1. Oxunmayan, öyrənilməyən; şəhər nəqliyyatının 

gur olduğu yerdəki toz basmış, göz qabartmış siyasi gəlgəl (reklam) kimi; 2. 

Boylu qadının öz bətnində  gəzdirdiyi körpə kimi. Mən Asif Atanın “Təməl” 

Kitabını  məhz bu ikinci sayaqla uzun müddət stolüstü kitabım elədim və... 

“İnamın Təməl Harayı”nı çəkdim. 

*** 


Atamız var olsun! 

Qürub ayı,28-il. 

Atakənd İnam Evi. 

(avqust 2006). 

 

 

MÜTLƏQƏ DOĞRU 

(İçsəs) 

 

                      ... Mən isə çopurlaşıram – içdə, mənəviyyatca. 

*** 

Orqanizmim üzərində onillər boyunca sürmüş zorakılığım yıxılmaqdadır. 



Orqanizmim: “Mən varam” demək istəyir. O məni yıxa bilər... 

*** 


Mən hindlərin brahmaçarya baxışını dayanıqsız, yetərsiz və yalandoğurucu 

baxış sayıram – ailə üçün bundan yaxşısını bilməsəm də. 

*** 

Brahmaçarya - ərlə arvadın qırx-əlli yaşlardan sonra qardaş-bacı kimi yaşaması 



yəqin ki, istəyin yoxluğu üzərində qurulmur? Yox üzərində qurmağa nə 

ehtiyac ola bilər ki? 

*** 

Mən hansını istəyirəm: orqanizmimi boğmaq hesabına “müqəddəs” adı qazanıb 



ölməyimi; ləzzət almağımı? 

*** 


Ləzzətə enməni – yenilməni heç istəmirəm. Ancaq onu danmıram, heçə bərabər 

sanmıram. 

*** 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə