Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə94/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   90   91   92   93   94   95   96   97   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



320

Üzdəki, üzərdəki gözəllik içdəki, içəridəki çirkinliyi duruya çıxarmır. 

*** 

                        Bu gözəlliklərin hamısı varidata əsaslanır. 



*** 

Yaxşıdır sizdə, hər  şey yaxşı! Oğurluq yaxşı, lotuluq yaxşı, quldurluq yaxşı, 

haram yaxşı, yalan yaxşı, yadlıq yaxşı!.. 

*** 


…Bəli, Asif Atanın Mütləqə  İnam Ocağı Mütləq Həqiqət yuvası olmalıdır; 

yörəyə gözəl etkilər etməli, Həqiqətçilik örnəyi sayılmalıdır… 

*** 

Mənə isə  Həqiqətin özü gərəkdir:  Əldə qabarın sevilməsi, alında tərin 



sevilməsi, gözəl evlər sırasına uyuşmayan o bir halal evin sevilməsi — özümün 

qız bəyənərkən etdiyim kimi. 

*** 

…Ağla, ürəyim, ağla! Sənin ağlamağından ülvi və güclü fərəh yoxdur, sənin 



göz yaşından arı ağlıq yoxdur, sənin başından uca vüqar yoxdur. 

*** 


Sən qız adıyla qoltuq ağacı axtarmadın, sən çolaq deyildin, sürünən deyildin, 

qanadlıydın, yenə də qanadlısan. 

*** 

Təkbaşına yaşadın. Həqiqətlə. Adam səhrasının dışında; bağ-bağça, çəmən-



çayır içində. 

 

*** 



Atamız var olsun! 

 

9 Yağış ayı, 22- il. Atakənd. 



(9 noyabr, 2000. Bakı). 

 


_________________Milli Kitabxana

________________ 

 

 



321

Sevənlərə “SEVGİ” Qalası 

(İçsəs) 

 

                  “İdraksız!” danlağına razıyam, “Haqsız!” damğasına yox.  



*** 

İdraksız — qanacaqlı da ola bilər; haqsızsa — nə  qədər idraklı olur-olsun — 

qanacaqsızdır. 

*** 


                  Anlamı sevirəm, anlamlı sevirəm — öz idrak səviyyəmdə. 

*** 


Heç olmasa özümün “özgələri” etdiyim səviyyədə — Məni də sevə-sevə bir 

döyən olaydı. 

*** 

Sevən yanıla bilər, bu yanılqı ona baha otura bilər, ancaq sevən heç vaxt səhv 



eləmir! 

*** 


Düzünə qalsa, Yer üzündə mənim üçün özgə bir kəs yoxdur. Ancaq, “özgələri” 

deyə bilmərəm, öz doğmalarım üçün də mən özgəyəm nədənsə (o iki Bacımdan 

başqa). 

*** 


Böyük Yaradandan qalma mirasdır: 

Bir üzüm bayramdır, bir üzüm yasdır. 

*** 

Doğmalıq  əkib — Yadlıq biçirəm; sayıram — sayılmıram; sevirəm — 



sevilmirəm… 

*** 


Və Asif Atamın — Peyğəmbərimin bir sözü üzərində düşünürəm: 

“…sevdiyimçün sevildim”. Onda sevənlər xoşbəxt olardılar ki! Ancaq biz 

ilsıranın və Yerin harasına baxırıqsa, Böyük Sevənləri daş qalaqlarının altında 

görürük. 

*** 

Həmin daşlardan Sevənlərə “SEVGİ” Qalasını sonrakı, çox-çox sonrakı soylar 



ucaldırlar.  Əslində Böyük Sevənlər üçün bu da təsəlli deyil, çünki bu da 

Sevənlərin Sevilməsi deyil — Füzulinin yubileyi kimi. 

*** 

Sonrakıların Sevgisinə  mən də bir az ümidliyəm — ancaq yenə  təsəllisizlik 



əsasında. 


_________________Milli Kitabxana

________________ 

 

 



322

*** 


Şairə  xəyanət edilən ev indi onun Ev-Muzeyidir. Sədaqətmi istərdi  Şair

Muzeymi? 

*** 

Bugünkünü daşqalaq, dünənkinə qala ucaltmaq… Bu da bir növ oyundur. Mən 



buna bel bağlamıram, susamıram, aldanmıram. 

*** 


Mən o iki Bacımın Sevgisinə inanıram. Onlar məni sevdiklərinə görə sevdilər. 

*** 


Mən də Atamı — Mütləqimi sevdiyim üçün sevdim. Onun mənə olan 

Sevgisindən yox, öz Sevgimdən Qala ucaltdım Ona. 

*** 

                     Bu Qala ən qaim Qaladır, bu Qala daim qalacaq. 



 

*** 


Atamız var olsun! 

 

20 Arzu günü,  Yağış ayı,  



22- il. Atakənd. 

(20 noyabr, 2000. Bakı). 

 

 



 

ASİF  ATA  və  SAFRUH  ATALI 

(İçsəs) 

 

Mənim insana bütün münasibətlərim “insan üçün cənnət olmaq” anlamı daşıyır, 

Asif Atanın münasibətləri — “insanı öyrətmək, böyütmək” anlamı. 

*** 


Bu baxımdan, öyrətmək olmaqdan yaxşıdır, çünki öyrədən olanın da 

Öyrətmənidir. 

*** 

                   Mən Ata İdrakının daldasında idraki tüfeylilik etmədim. 



*** 

Mən ifadə yetkinsizliyindən çəkinib, insana sevgimi, idraka sevgimi, dünyaya 

baxışımı gizlətmədim. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



323

Ata oxuduqdan sonra yazdı, mən yazdıqdan sonraysa da, oxumağı özümə borc 

bildim. 

*** 


     Ata oxudu, heyran oldu, heyranlığını ötdü, yazdı və heyran etdi. 

*** 


    Mən yazmaqdan öncə oxusaydım, bəlkə heyranlıqda itərdim. 

*** 


Oxumadan yazdım, Safruh heyranları yaratdım — Ata heyranlarına heyran; 

özüm də Ata heyranı olaraq qaldım. 

*** 

Atanı tapdım, Ataya tapındım — Atalı oldum; ancaq özümü yaratdım, özümlü 



yaratdım, özümü davam və inkişaf etdirdim. 

*** 


Fərəhliyəm! Çünki mən Atalıqda bəndə örnəyi olmadım, Atalı Fərdiyyət örnəyi 

oldum. 


 

*** 


Atamız var olsun! 

Atamızın əlini öpürəm! 

 

26 Yağış ayı 22- il. Atakənd. 

(26. XI. 2000. Bakı). 

 

 

 

ÖYRƏNMƏK  və  ƏHVALLANMAQ 

(İçsəs) 

  

Mən oxuduqlarımı — öyrənmək üçün oxumadım — əhvallanmaq üçün 



oxudum; yazdıqlarımı — öyrətmək üçün yazmadım — əhvallandırmaq üçün 

yazdım. O yöndə əhvallanmaq, o yöndə əhvallandırmaq... 

*** 

Oxuduqlarımı öyrənmək üçün oxumadım — ona görə  də biliksizəm



oxuduqlarımı əhvallanmaq üçün oxudum — ona görə də əhvallıyam. 

*** 


Biliksiz  əhval — səksəkəli  əhvaldır — etibarsız  əhvaldır; bilikli əhval — 

möhkəm əhvaldır, dayanıqlı əhvaldır — çünki onun Bilik adında özülü var. 

*** 

                 Dayanıqlı əhval — Atanınkı; səksəkəli əhval — Safruhunku. 



*** 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə