Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə93/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   89   90   91   92   93   94   95   96   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



317

madım, Haqqçı oldum — Haqq — Həqiqət deməkdir; Dəmtutan olmadım, 

ədalətçi oldum — ədalət — Həqiqətdəndir; Bəndə olmadım, gözlü oldum — 

Həqiqəti görmək üçün; Köksüz olmadım, köklü oldum — Həqiqət — ən dərin 

kökdür; Güzərançı olmadım, ləyaqətçi oldum — ləyaqət — Həqiqətdəndir; 

Harın olmadım, halal oldum — halallıq — Həqiqətdəndir... 

*** 

...”Həqiqət” — ərəbcədəki “Həqq”in cəmidir, “Həqiqətlər” deməkdir. Mütləq 



Həqq — Allahdır. Allah — Mütləq Həqqdir. Ona bir sözlə “Həqq” də demək 

olar, “Mütləq” də. 

*** 

(Sağ olsunlar ərəblər! Özlərini  əziyyətə salmaqla, düşünüb hər anlama bir ad 



tapıblar, türkü düşünmək  əziyyətindən qurtarıblar. Onlar olmasaydı, biz hansı 

sözlərlə danışardıq?!) 

*** 

          Niyə Həqq aramızda qalmadı, Göyə çəkildi — niyəsini açdım. 



*** 

“Göyə  çıxmaq”, “Göyə  çəkilmək” — “Yox olmaq” anlamındadır. Allahsa — 

Yox ola bilməz. 

*** 


Biz Onu sevəndə (Həqiqətçi olanda) o yenə gələcək bizim aramıza — Özünün 

Göylüyüylə. 

*** 

“Yaxşıların Göyə qalxması” (Cənnətin Göydə olması)— yanlış düşüncədir; 



Göy Yerdə bir Yaxşı görəndə enib gəlir, ona hopur. 

*** 


                   Ona görə də Yaxşılar aramızda yalqızdır. 

*** 


Bəs mən niyə sizin aranızdayam? Görünür, ona görə ki, Həqq deyiləm, 

Həqqçiyəm. 

*** 

Sizi atıb gedə bilmirəm. Hər biriniz ormanda səmimiyyətlə üzümü sürtdüyüm o 



Ağac kimisiniz mənim üçün. 

*** 


                   Allahsa — üzünə qıyıb onu sizə sürtməyəndi. 

 

*** 



Atamız var olsun! 

 

5 Xəzan (VIII ay), 22- il.Atakənd.  

(5 oktyabr — 2000. Bakı). 

“HƏSRƏTLİ”NİN  BƏRAƏTİ 

(İçsəs) 


_________________Milli Kitabxana

________________ 

 

 



318

 

“Sevilməyə  həsrətli” səsimdə  mən özümü öymədim, Bəşər içində  Həqiqətin 



durumunu təsvir elədim. 

*** 


“Mən bu cahana sığmazam!” deyən lovğalanmırdı — İnsanın böyüklüyünü 

anladırdı, özünün bu Böyüklükdən duyduğu, doğrudan da Yerə-Göyə sığmayan 

fərəhini səsləndirirdi — izhar eləyirdi. 

*** 


(Lovğanın adı Nəsimi deyil, Ağanəzərdir və o, “dünya” deyəndə öz məhləsini 

nəzərdə tutur). 

*** 

Məndən öncə də Həqiqətin taleyi təsvirdə vardı. Mən onu öz mühitim əsasında 



yenidən işlədim, özümüzün Həqiqətdən hansı  şəkillərdə uzaqlaşdığımızı 

göstərdim. 

*** 

Özgə mühitlər əsasındakı təsvirləri adamlar öz mühitlərinə, özlərinin durum və 



qırımlarına yanlış yansıdırlar (yanlış tətbiq edirlər). 

*** 


        Hamı və hər kəs yaxşını özünə yamayır, yamanı özgəyə sıvayır. 

*** 


Hamının təsəvvür və təsvirlərində dünya eyni zamanda həm ağ olur, həm qara; 

ya ağ olur, ya qara. Bu — “ağlı-qaralı dünya” gerçəyi deyil; bu — həlməşiklik 

və anlaşılmazlıqdır, həqiqətin yiyəsizliyidir. 

*** 


Ona görə  də zaman-zaman kimsə, dünyanı başına götürmüş  həlməşik 

burulğanından (Asif Atanın sözüylə desəm: Dairədən) çıxmalı olur ki, özünün 

Yerə-Göyə sığmayan Həqiqət fərəhini səsləndirsin. 

*** 


Yoxsa dünya özünün kiçik mənəmlik qaranlığından çıxmaz, Nəsimilərin böyük 

“mənəmlik” işığının varlığına inamını itirər. (“Qovuşmaz” demək üçün sizə 

inamımın gücü çatmadı). 

*** 


                     İnsanlığın gücü və üz ağlığı isə İnamdadır. 

 

*** 



Atamız var olsun! 

 

8 Xəzan ayı, 22- il. (8. X. 2000). 



 

XƏBİS  HƏQİQƏTÇİ 

(Haray) 


_________________Milli Kitabxana

________________ 

 

 



319

 

Televizor (TQRT) həyatda gözəllik göstərdi bu gün, ailədə gözəllik göstərdi 



bol-bol. 

*** 


Kövrəlib ağlamaq dərəcəsinə gəldim. Ağlayıb dayandım. Göz yaşımı sildim… 

*** 


Sonra yenə  ağladım. Bu dəfə acı-acı, dərin-dərin: axı bunda yalan var. 

Teletamaşa olduğu üçün yox — həyatdakı bu cür yaşamaların özündə. 

*** 

“Onlarda yalan var” yox, onların gözəlliyinin özülü — yalandır; yalan üzərində 



gözəllik, lap insani münasibət gözəlliyi — “Oğuz yönü”nün “Ailə  və 

Dolanışıq” harayında deyildiyi kimi (Safruh. Oğuz yönü. AzE NPB, B., 1997, 

s.98). 

*** 


Arvadını sevindirirsən — ona ürəyi istəyəni alırsan; balanı sevirsən, 

sevindirirsən — onu yaxşı donatırsan, ona “yaxşı yerlərdə” öğrenim-eğitim 

aldırırsan, onu “yaxşı yerə” ərə verirsən, ona “yaxşı yerdən“ qız alırsan; atanı-

ananı sevirsən, urvatlı tutursan — onların müalicəsi üçün dünyanı dolaşırsan… 

*** 

Nə gözəl! Nə gözəl! Bəs o yatırı haradan alırsan? Axı biz səni əli qabarlı, alnı 



tərli görmədik; axı biz səni  əli qabarlı, alnı  tərli görəndə  bəyənmədik, 

sevmədik; axı sən əllərin qabarana qədər, gözlərinə tər damana qədər işləyəndə 

yaxınlarına o yaxşılıqları eləyə bilmədin… 

*** 


…Bunu deyirsən — xoşa gəlməyirsən, “dostun ağ günündə qara geyirsən”; 

adamlar həqiqətsiz də gözəl yaşaya bilirlərsə, sən bu Həqiqəti neyləyirsən? 

*** 

Adamlar qonşunun “qızını  bəyəndilər”, evinə  gəldilər, evini bəyənmədilər, 



“bəyəndiklərinin” dalınca da daha gəlmədilər. 

*** 


Adamlar qonşunun qızını yox, onun sənətinin sərvətini bəyənmişdilər, onun 

sənətini sərvət sorağı sanmışdılar; öz qarışqa fəhmləriylə  həmişə düz gedən 

adamlar bu dəfə nədənsə azmışdılar. 

*** 


Qonşumun qızıysa doğrudan da bəyənilməyə layiqdi, hətta bəyənib-

bəyənməməyə də layiqdi. 

*** 

…Adamlar arvadlarını sevindirmək, balalarına yaxşı tərbiyə və təhsil vermək, 



ata-analarını  ağırlamaq — bir sözlə, nümunəvi yaşamaq, sayılanlardan olmaq 

istəyirlər. Bunun nəyi pisdir, xəbis Həqiqətçi?! 

*** 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə