Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə95/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   91   92   93   94   95   96   97   98   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



324

Nə onu dəyişmək (başqalaşdırmaq) olar, nə bunu; çünki bu da bir növ “alın 

yazısıdır”. 

 

*** 



Atamız var olsun! 

 

28 Arzu günü, İşıq ayı,  



23- il. Atakənd. 

(28.V.2001. Bakı). 

 

 



ÖYÜNC  (FƏXRİYYƏ) 

(İçsəs) 

 

              Dost evinə doğru öncə ürəyini köklə, sonra ayağını. 



*** 

Yazı (bədii, elmi, fəlsəfi  əsər) — içəridən yazılır; içəriyə enmək, içəriləşmək 

üçün  şəxsə sanbal, vaxt və “Oğuz yönü”nün “İstedad və Xoşbəxtlik” 

içsəsindəki Ata-Ana anlamında arxa gərəkdir. 

*** 

Şəxs özü-özünə arxa olmaqla sanballaşa və vaxt qazana bilər; bunları heç kəs 



heç kəsə verməyə borclu deyil; heç kəs heç kəsdən istəməyə, gözləməyə haqlı 

deyil.  Ummaq ayrı, ərk ayrı! Ummağı, Ərki ən ulu qanun saymaq ayrı!.. 

*** 

Nə Elman — Ağa atasının irsinə yiyə dura bildi — evin böyük oğlu kimi; nə 



Safruh — Asif Atasının irsinə — Ocağın ilk Evladı kimi. 

*** 


“Əsl mömin üçün...” sözüylə başlanan sufi deyiminə  səcdəli bir bənzətmə: 

Safruh üçün hər yan Ocaqdır, hər an Ocaqdır. 

*** 

Həqiqətdən başqa hər şeyə qarşı qılıncım var, ən azı — qalxanım var; Həqiqətə 



qarşı isə — qolum yanımdadır, əlim yalındır. 

 

*** 



Atamız var olsun! 

 

Od ayı, 23- il. Atakənd. 



(İyul — 2001. Bakı). 

 

MƏN və  SİZ 

(Haray) 


_________________Milli Kitabxana

________________ 

 

 



325

 

Bugündən — yəni canlı insandan asılı olmayan Allah mövcud olmayıb və ola 



bilməz. 

*** 


Hər hansı bir insani tərpənişi mən səndən öz Ruhani maqqaşımla çəkib almalı 

oluramsa, sənin haran insaniləşib?! 

*** 

Mən də Dünyanı oxudum, ancaq ondan sizin öyrəndiklərinizi öyrənə bilmədim 



— bunu boynuma alıram. 

*** 


Ancaq mən Dünyanı oxudum — ondan özümü və sizi öyrəndim — sizin öyrənə 

bilmədiyinizi. 

*** 

 Siz necəliyi öyrəndiniz, mən niyəliyi öyrəndim. Siz öyrəndiyinizi götürdünüz, 



mən öyrəndiyimi rədd etdim. 

*** 


Siz öyrəndiyinizi götürdüyünüzə — qəbul etdiyinizə görə  həyata təklifiniz 

olmadı; mən öyrəndiyimi özümsüz görüb rədd etdim və həyata özümlük təklif 

etdim — davalaşmağımız bundandır. 

 

*** 



Atamız var olsun! 

 

20 Qürub 23- il. Atakənd. 



(20. VIII. 2001. Bakı) 

 

 

AYI’NIN  OYUNU 

(İçsəs) 

 

                 Bir də dünyaya gəlsəydim, daha çox Həqiqətçi olardım. 



*** 

Daha çox asudə vaxtmı istərdin, daha çox Həqiqətmi? — Daha çox Həqiqət. 

*** 

     Daha çox pulmu istərdin, daha çox Həqiqətmi? — Daha çox Həqiqət! 



*** 

 Daha çox qadınmı istərdin, daha çox Həqiqətmi? — Daha çox Həqiqət! 

 

*** 


İnam Ata Ocağa qələnlərə ad verərkən deyərdi: “Adına layiq ol!”. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



326

Bir də dünyaya gələndə mənə düşən vaxtın, pulun, qadının adı Həqiqət olarsa 

və onlar bu ada yarar olarsa — vaxt da istərdim, pul da, qadın da. 

*** 


Həqiqətsiz Asudəliyi, Pulu və Qadını elə bu birinci gəlişimdə  də  əldə eləyə 

bilərdim. 

*** 

Ayı’nın minbir oyunu bir Armudun başında olduğu kimi, İnsanın da minbir 



oyunu bir Həqiqət üstədir. 

 

*** 



Atamız var olsun! 

 

02 Ümid Günü, Xəzan ayı, 



23- il. Atakənd. 

(2.X.2001. Bakı).  

 

 

OCAQ və   MƏN 

(İcsəs) 

 

Məsləhət verməkdə bir az xəsislik eləməli – özəllikcə Ocaq içində və aydınlar 



arasında. 

*** 


                    Adamların pisliyini görməkdə bir az qarov olmalı. 

*** 


Ayrı-ayrı halqalar zəncir deyil, bir-birinə araclarla bağlanan halqalar əsl zəncir 

deyil. Yalnız iç-içə halqalar zəncir oluşdurur. 

*** 

"İnama Doğru" haraylarımla (kitabımla) sevinirəm hələ də; buna sevinməmək 



yetkinliyinə çatmamışam. 

*** 


Asif Atanın Mütləqə İnam Ocağı iki cəhətdən fəlsəfədən fərqlidir: 1) Fəlsəfə –

dərindədir, Ocaq-üzdə; 2) Fəlsəfə-Yereldir, Ocaq-Göyel. 

*** 

İş mənafeyi mənəviyyatçı üçün tələ ola bilər; ona düşməmək üçün Ocaqda işə 



meyarlanmamalı. 

 

 



*** 

Mən Ocağa yiyəlik eləyə bilmirəm, çünki Ocaq özünü yiyəsiz istəyir. Mənim 

özümə yiyə gərəkdir; mən yiyəli olmaq istəyirəm, yiyə tapanda oluram da. 



_________________Milli Kitabxana

________________ 

 

 



327

*** 


Ocaq – vamda yaşaya bilər: Ocaq – orta həddir: göz qaraldan dərinlik, başdan 

papaq salan yüksəklik – Ocaq işi deyil. (Bu hallar Ocaq işinin gedişi deyil, 

sonucudur). 

*** 


Ocaq – gündəlik işdir; hər gün  dərinliyə varılmaz, hər gün zirvə aşılmaz. 

*** 


Yalan və ört-basdır hesabına ayaqda qalan Ocaq kimə  nə verər?! Nə verər-

versin – mən Həqiqəti istəyirəm... 

*** 

Dinimizin xeyri Həqiqətsiz istəyir məni; bunda Dinimizin suçu yoxdur – 



adamlar istəmirlər Həqiqəti; Dinimizin xeyri isə adamların istəyindən asılıdır... 

*** 


Sən oturdun bir şey yazdın –bu, Həqiqətdir? Yazmasaydın; başqaları kimi 

sussaydın; həmin olaydan soraq tutmamış olsaydın; o konu’da  deyinməklə 

ötüşsəydin, Həqiqət necə olacaqdı? 

*** 


              O iş elədiyini eləyib, çiban bağlayıb; mən onu yalnız deşirəm. 

*** 


Onun deşilməsi nə verəcək? Bu canın sağalıb yaşayacağına ümid varmı? 

*** 


Çibanın deşilməsi Həqiqətə sevgi içsəsi, Həqiqiəti sevmə hünəri, canı yaşatma 

qeyrətidir və yaşadılanın üz ağlığına sübutdur, xidmətdir. 

*** 

                                 Can isə ölümcül ağulanmamışdı. 



*** 

                       Ocaq – Odlar Yurdudur; Odlar Yurdu–Ocaqdır! 

 

*** 


Atamız var olsun! 

 

19-20 Qar ayı, 24 -il. 



 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə