Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə97/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   93   94   95   96   97   98   99   100   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



331

Bir şeyi qəti bilirəm, onda mütləqçiyəm: gizlənmək, ikiləşmək istəyim yoxdur; 

öz gözümdən düşərəmsə, bütün bəşərin sevimlisi kimi tanınmaq saman 

çöpüncə də təsəlli olmaz mənə. 

*** 

Orqanizmimsə  məni qovurur, qovalayır. Bu qovalanmadan Batıya qaça 



bilmərəm – orada ölüm var; ikinci üzə  sığına bilmərəm – o ölümdür. Bu 

qovalanmanı dana da bilmərəm; danma – təsəlli deyil, “düz yol hansıdır?” 

sualının cavabı deyil. 

*** 


Mənim qurtuluşum “Tərbiyəçilik” içsəsimdəki sayaq bir təsadüfdə ola bilər. 

Yoxsa bu qovalanmada büdrəyə, yıxıla bilərəm. 

*** 

Qurtuluşdan və ya yıxılmadan öncə ölməyi – nə sualın cavabı sayıram, nə də 



müqəddəslik. 

*** 


Bu halım başqalarını anlamaqda, həmin mövzuda yazılan sözləri; qınayanları, 

qınananları anlamaqda mənə kömək edir. 

*** 

“Ay ana, bir qoca baqqal kişi...” – deyə Mirzə Əli-Əkbər Sabir gözəlcə qınayır; 



biz də burada baqqalın yalnız çirkinliyini görürük, dərdini görmürük, özünü 

asmasını görmürük. 

*** 

        Qınananın yalnız çirkinliyini, qınayanın sanki göyçəkliyini görürük. 



*** 

Bu isə  həqiqətə  və ucalığa aparan yol deyil; daha doğrusu, ucalmağa, 

sağlamlığa, sağalmağa, eləcə  də xoşbəxtliyə aparan yol deyil. Bunların yolu 

həqiqətdən keçir. 

*** 

Xəstənin harasının ağrıdığını  və bu ağrının nədən’ini bilməlisən. Bu ağrı 



üzrlüdürmü, bu xəstəni sağaltmaq gərəkdirmi, doğrudurmu? 

*** 


Zooparkda heyvanlar, məs., ilan saxlayırlar; bu ilan acır (ağrıyır); onu 

yemləmək üçün yuvasına siçanlar qoyurlar. Buradakı ədalət – Allahınkıdır. 

*** 

Təbiətdə - Allah özü bilər.  İnsanların bunu eləməsi isə doğru deyil, çünki 



insanın Allahı – Mütləqdir; Mütləqin gözündə isə - siçan da candır. 

*** 


“Sağaltma” – “ağrını yox etmə” deməkdir; ağrının ən ağırı isə can qorxusudur... 

*** 


Qoca kişinin (məs., Safruhun) könlündən sütül qız keçir; o buna yetməlidirmi? 

Qoca kişi – ilan deyil, qız – siçan deyil. Bəs bu ağrını neyləyək? 




_________________Milli Kitabxana

________________ 

 

 



332

*** 


Batı bunun üçün qız mağazası, qadın bazarı açır ki, bu da zooparkın bir 

növüdür. 

*** 

Burada mənim məqsədim Batını  qınamaq deyil; ancaq onun tapıntısını  çıxış 



yolu saya bilmirəm. 

*** 


İnsanın qurtuluş yolu zooparkdan keçmir, qız-qadın bazarından keçmir. Qız-

qadın bazarındakı ədalət də - Allahınkıdır, İnsanınkı deyil. 

*** 

      İnsanın Allahı – Mütləqdir. Bəs Mütləqin özü nədir? 



      “Mütləq – bugündə nişanələriylə,  əbədi Sabahda bütöv mövcudluğuyla 

aşkara çıxan, nisbi hadisələrin daxilində yaşayan, ancaq onlara sığmayan, onları 

özlərindən kənara çıxarıb özünə yaxınlaşdıran, Dünyaya, Həyata,  İnsana Ali 

daxili Qüvvə, İstiqamət və Meyar olan bir Qüdrətdir” (Asif Ata). 

*** 

                Bəs bu Qüdrət harada gerçəkləşir, özünü necə göstərir? 



*** 

       “Təbiətdə, Mənəviyyatda, Kainatın Ahəngində, Gözəllikdə,  İdrakda, 

Ehtizazda, Vəcddə, Analıqda, Məhəbbətdə, Ruhun Ülvi Xilqətində, Bəşərin 

Özündən böyük Mənasında, Ürəyin Ürəyə Qovuşmaq Arzusunda, İdeala 

qarşısıalınmaz Meyildə, Dostluqda, Həyada,  İsmətdə, Dünənlə Bugünün 

Təmasında, Özündənkeçmədə, Qeyrətdə, Müqəddəsliyin 

Əfsunlu 

Cazibədarlığında Əbədi Sonsuz Mütləq yaşayır. 

      Mənim Allahım Odur! 

      Sözə sığmayan, nisbi hadisələrin daxilində yaşayan, fəqət onlardan Yüksək 

və Kamil olan Mütləq! 

      Zəkada Dahilik, Mənəviyyatda Qəhrəmanlıq, Sifətdə Ruhani Gözəlliyin 

İfadəsi, Hissiyyatda Sevgi, ictimai həyatda – Azadlıq! 

      Mövcudiyyatda    -  Mütləqə qovuşmaq diləyi, Tarixdə – Xalqın Ölməzliyi, 

Təbiətdə – Dağların Vüqarı, Səmanın Sehrli Ənginliyi, Cəmiyyətdə – Torpağın 

Vətən səviyyəsinə qalxması! 

      Bunlar Mütləqin təzahürləridir! 

      Mənim Allahım Mütləqdir! 

İnsan Özündənkeçmə, Fədakarlıq Yüksəkliyinə qalxır, Adiliyindən, Keçi-

ciliyindən, Qorxu Duyğusundan xilas olursa, Özündəki Mütləqə yaxınlaşır! 

      Xalq  sonsuz  Mətanət,  Əzab-Əziyyət bahasına öz bənzərsizliyini, Bəşəri 

Ləyaqətini saxlayırsa, Özündəki Mütləqə yaxınlaşır! 

      Ana  Övladına Məhəbbətdə Dahilik göstərirsə, Özündəki Mütləqə 

yaxınlaşır! 




_________________Milli Kitabxana

________________ 

 

 



333

      Məhəbbətdə iki şəxs bir olursa, cismani qovuşma Ruhani Qovuşmaya 

çevrilirsə, İnsan Özündəki Mütləqə yaxınlaşır! 

      Günəş Yerə, Torpağa, Canlılara, Bitkilərə öz şəfqətini Səxavətlə paylayırsa 

– özündəki Mütləqə yaxınlaşır! 

      Sifətdə  İnsanın Dünyaya sığmayan Mahiyyəti öz İfadəsini tapırsa, Sifətdə 

Mütləq İşığı parıldayır! 

      Musiqinin Vəcdli, Sehrli, Sirli səsi – Mütləqin səsidir... 

      Şəxsiyyətin özünü yenidən yaratmaq əzmi  - Mütləqin təzahürüdür.  

      Peyğəmbərlərin Sözlərində, Qəhrəmanların Əməllərində Mütləq yaşayır! 

      Zülmə qarşı hiddətdə, eybəcərliyə qarşı Nifrətdə, Mərhəmətdə, Qüdsiyyətdə 

Mütləq yaşayır! 

      Gecə Sükutunda, Səhər Oyanmasında,  Şimşək Nərəsində, Yağışda, Qarda 

Mütləq yaşayır! 

      Ruhun  bədən üzərində,  İnsaniliyin Heyvanilik üzərində, Müdrikliyin 

Naşılıq üzərində qələbəsində Mütləq yaşayır! 

      Amalın Ömrə Hakim olmasında Mütləq yaşayır! 

      Mənim Allahım Mütləqdir!” (Asif Ata. Cövhər). 

 

*** 


İnam Atamız var olsun! 

 

7-8 İşıq (III ay), 30-il. 



İnam Evi.  

 

TƏKLIKDƏN SIXILMAQ 

(İçsəs) 


 

Dəstə-dəstə gəldilər, getdilər – xəstəliklərini mənə yoluxdura bilmədilər; 

diriykən öldülər – məni diri ölülüyə sürükləyə bilmədilər. 

*** 


              Üzümə üz artıra bilmədilər. Məni yuxuya verdilər ancaq... 

*** 


Bunlara qədər də yalqız idim, bunların yuxusundan ayılanda da, yenidən özümü 

yalqız gördüm. 

*** 

             Mən onları əyrilərində “bəlkə düzələlər” deyə sındırmadım. 



 

*** 


Və onların düzəlməyini ilbiz bətninə mirvari rüşeymi əkmiş usta kimi 

gözləyirəm. 

*** 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə