Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə23/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   19   20   21   22   23   24   25   26   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



77

 

 



                                     Hay ver, İnam Ata! 

 

SUDA  CIZIQ  ÇƏKMƏK 

və ya 

ARAMIZDA YALQIZ 

(Cikkə) 

 

Möcüzədən məkrədək yol keçmiş  “İşıq” 



Ailəsinin qaranlığından sərxoşam. 

 

Adamlar arasında Həqiqətçinin tək qalması təbiidir. 



*** 

Bu sözü Sənə desəydim, deyərdin ki, doğrudur. Bəs Özün niyə tək qalmadın, 

Öyrətmənim?! Sən ki bizim adamlığımızı görürdün, bilirdin. 

*** 


Sən də suda cızıq çəkdin, ah Öyrətmənim, Öyrətmən!.. 

*** 


Müqəddəs Kitablarını su üzündə cızıq çəkmək üçün Müqəddəs Çubuqlar olaraq 

yaratdın. 

*** 

Sən mənim rəhmətlik Sayad nənəm kimi, naxırı sürüb evə  gətirmək üçün 



sübhün alatoranında kövşənə çıxdın. 

*** 


Naxır Sənin hayladığın səmtə getmək istəmədi, Öyrətmənim!.. 

*** 


Naxır öz səmtini yaxşı bilirmiş. 

*** 


Öyrətmən (İnsan, Həqiqətçi) səmtiylə naxır səmti bir deyilmiş, ayrıymış. 

*** 


Bizim balıq harasından  iyləndi, ah Öyrətmənim, Öyrətmən?! 

*** 


...Əsil getdi — ağı deyib ağladım. Sadiq getdi — başa qara bağladım. Soylugil 

getdilər — haray saldım, “İşıq” Ailəsi getdi — cikkə çəkdim... 

*** 

Qara bağlaya-bağlaya, ağlaya-ağlaya, haray sala-sala, cikkə  çəkə-çəkə  tək 



qaldım!.. 

*** 


         Ağstafa dəfniylə Ocağın da torpağa gömüldüyünü anladım. 

*** 


İnam Atamız var olsun! 


_________________Milli Kitabxana

________________ 

 

 



78

 

8 Sərt (X ay) 20-il. Atakənd.  



(8. XII. 1998. Bakı.) 

Hay ver, İnam Ata! 

 

QURD  DAYIMIZ 

(Haray) 

 

Yaxma yaradıcılığına qurşanmışam, yaradıcılığıma qaynaq olaraq da öz Amal 

Ocağımı götürmüşəm... 

*** 


Adamlar Zoru istəmədən, Zorun başına yığışırlar; Zorun kölgəsini qılınclayır, 

özünü öpüb oxşayırlar. 

*** 

Adamlar Zordan iyrəndiklərini deyəndə, bunu ürəkdən söyləyəndə belə — Zor 



istəyirlər. Çünki 

*** 


Adamlar Zorla yaşayırlar, çünki adamlar öz ürəklərini anlamırlar.\ 

*** 


Qəribdir içimizdə ürəklərimiz. 

*** 


Elin “Böyüksüz yerdə oturma” sözü bunu təsdiq edir. El bu yöndə bundan 

yüksək söz deməmişdir. Bu isə gerçəkliyin həqiqətidir, mütləq həqiqət deyil. 

*** 

Adamlar qiyamçılardan Zorla qopmaq istəyirlər; onları özlərindən Zorla 



qoparmaq istəyirlər; qopub da özləri Zor olmaq, Zorlu olmaq istəyirlər... 

*** 


Adamlar ağlamaq istəmirlər, ağlatmaq istəyirlər. Adamlar ağladılmasalar, 

ağlamazlar. 

*** 

“İnsan zülmə tabedir” — Elin bu sözü yuxarıdakının davamı  və tamamıdır, 



arada bircə “çünki” sözü çatmır. 

*** 


Hər yan məndən Zor istəyir. Hər yan öz içinə (ürəyinə) baxmaq əvəzinə

mənim “iradəmə, qətiyyətimə” (Zoruma) baxır; məndə bunu görmürlər və bunu 

gördükləri səmtə əyilirlər. 

*** 


Və, mənə Zor eləmək istəyənlər mənə doğru toplaşırlar. İndi bu gedişlə mən öz 

əski “ailəmə” doğru inteqrasiya olunmaqdayam, adamlarsa — qiyamçılara 

doğru. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



79

Zorun da növləri var axı. “Dərd” adlı Zor da var. Allah hamısını götürür. 

Böyük (Zorlu) — götürmür, götürtdürür, özgələrə yükləyir.  

*** 


“Allahsız yerdə otur...” Neyləməli! Gerçəkliyi saya salmamaq olmaz. 

*** 


Mən gerçəklərdən Allahlıq umuram — mənim səhvim budur. “Həqq mənəm, 

Həqq məndədir, Həqq söylərəm” deyənin səhvi kimi. 

*** 

İnam Ata da deyərdi: “Hər insan bir Allahdır”. Bu — Atanın insana inamıydı. 



İnsanın gerçəkliyinə yox, göycəkliyinə (reallığına yox, ideallığına). 

*** 


Bilirəm, Ocaq bunca incəliklərə gedə bilməz və bu cür incələmələr onun 

vəzifəsinə daxil deyil. Mütləq Həqiqət araşdırıcılığı — idraki yalquzaqların 

işidir. Bundan yaxşısı yoxdur, bu isə Mütləq Zorsuzluq olduğu üçün adamlara 

etkisizdir. 

*** 

Beləliklə, mənə aydın olur ki, Ocağın istədiyi miqyaslarda xalqlaşmama — 



sufiliyin, hürufiliyin suçu deyil, içiymiş. 

*** 


Mən gerçəyi gələcək sanan, realı ideal görən, ideal sanan bir uşağam. Mən də 

bir növ Don Kixotam. 

*** 

...Zorsa — bizim Qurd Dayımızdır. 



 

*** 


Atamız var olsun! 

 

9 Çiçək (II) ay  20-il. 



 

 

OLMALI 

(Haray) 

 

Olmalıdan alçaq, olandan uca. Bizim yerimiz — Olmalıdır. 

*** 

Sabah İnam günüdür. İnamsızı — gün saymadım. 



*** 

Öz zirvələrinizi qurmasanız, verməsəniz, sizi heç kəs Dağ Silsiləsi saymayacaq. 

*** 

İnamçı (Ocaqçı, Ocaq Evladı) ayrı, İnamçılığı bilən şəxs ayrı, İnamçı yurddaş 



ayrı... 


_________________Milli Kitabxana

________________ 

 

 



80

*** 


İnsanilik elan sevmir: “Mübahisəsizlik” elanından didişmə alındı; “Doğmalıq” 

elanından yağılıq alındı... 

*** 

Dünya dilindəki “Elita” sözü — “iyrənc” anlamı daşıyır, Mütləqə  İnam 



Ocağının dilindəki “Elita” sözü — “Müqəddəs” deməkdir. 

*** 


Mitinq — iştahların üsyanıdır — o biri yeyən-geyən-geydirənlərin payından 

kəsib yemək-geymək-geydirmək istəyənlərin bir-biriylə davasıdır. Biz Asifçilər 

— İnamçılarsa Ləyaqətin üsyanını hazırlayırıq. 

*** 


Asif Ataya hədsiz sevgi Ata olmayana sevgisizlik yaradırsa — şərdir. 

*** 


Baş üstündə Yer Bircə olur. 

*** 


Başımızın üstündə İnam Ata varkən başımızın üstündə başqası ola bilməz. 

*** 


Ürəyim Ocaqdadır, çörəyim işdə. Ocaqda çörəksizəm, işdə ürəksiz. Buna görə 

də  nə  işi yarıdıram, nə Ocağı; nə  işdə yarıyıram, nə Ocaqda. Hay ver, İnam 

Ata! Ürəyim qan ağlayır... 

*** 


Ocaqçının, İnamçının “ibadəti” — Asif Atanın əsərlərini oxumaqdır — günün 

müəyyən saatlarında dərin təkliyə çəkilib oxumaq. 

*** 

Asif Ata idrakda İnsanilik açarı yaradıb — Safruh o açarda yazır öz əsərlərini. 



*** 

Ocaqsevər kimdir: Ocaq qarşısında üzərinə müəyyən məsuliyyət götürən və 

onu yerinə yetirən; ölüsünü din qaydasyla deyil, İnam qaydasıyla götürən, 

toyunu Ocaq üstə, “Beşikbaşı” deyə kökləyən... 

*** 


Amaldaş dostdan üstündür — Amal Həyatdan üstün olduğu qədər. 

*** 


İnsan bir qulağından aldığını o biri qulağından salıb itirirdi. Asif Ata Öz 

Ocağını bu itkinin qarşısını almaq üçün çatıb. 

 

*** 


Atamız var olsun! 

 

7 Çiçək ayı, 18-il, —  



3 Çiçək ayı, 21-il. 

MÜQƏDDƏS  KÜFR 

(İçsəs) 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə