Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə22/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   18   19   20   21   22   23   24   25   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



73

*  *  * 


Asif Atada İnam Ata var idi – Onu bu yaşadacaq.  

*  *  * 


Və Asif Atada ( Safruhda yox, Soyluda yox, Odtəkində yox, Əməlruhda yox, 

Şərqidə, Elinam – Nişanədə yox, məhz Asif Atada)  İnam Ata varlığı 

danılmazdır. 

*  *  * 


O, Özündəkini “Asif Ata” qədərində gerçəkləşdirə bildi. Bunun özü də gercək 

dağların aşağıdan yuxarı baxaçağı yüksəklikdir.            

*  *  * 

Onun “dirilməsi” – döğulduğu gündən (26. IX. 1935) başlamışdı, “ölümü”  

öldüyü gündən (05. IV .1997) yeddi il sonra baş verdi. 

*  *  * 


Mən “Gözəl Ata” obrazı yaratmıram, olmuş Atanı olduğu kimi, məhz olmuş 

olduğu kimi göstərməyə çalışıram.  

*  *  * 


Bu iki məqsəd arasında böyük fərq var. “Gözəl Ata Obrazı” yaratmaq istəyi 

məni Olmuş Atadan uzaqlaşdırardı.Yaxşı ki, məndə elə bir istək (və daha yaxşı 

ki, elə bir istedad) yoxdur!  

*  *  * 


“Gözəl Ata Obrazı” – təxəyyülün yaratdığı – həm də küləyin səhra boyu 

qovaladığı quru sirkan koluna və ya hər yetənin öz başına taxacağı gözəl 

maskaya bənzərdi.  

*  *  * 


Mənim Olmuş Atamın isə kökü torpaqların dərinliklərindədir, başı Göylərin 

ənginliklərində – Tanrıda. 

*  *  * 

Olmuş (Olan) gözəlliyin qarşısında təxəyyülün yaratdığı gözəllik – ənliklə 

kirşanın yaratdığı gözəllik kimidir.  

 *  *  * 

                                     Atamız var olsun! 

 

                                                                          Günəş ayı 26- il 



                                                                           Atakənd.İnam Evi. 

 

 

 

 



 

 

 




_________________Milli Kitabxana

________________ 

 

 



74

 

 



 

 

 



 

İkinci boğça: 

 

O C A Q 



 

Mütləqim, Müqəddəsim, Peyğəmbərim 

İnam Ataya (Asif Ataya) Ali Səcdəylə! 

 

 



 

OCAQÇI  və  İNAMÇI 

(Haray) 

 

Ocaqçı olmaq İnamçı (Asifçi) olmaqdan üstün və  çətindir, çünki İnamçılıq 



(Asifçilik) yalnız bir  dünyagörüşü əsasında yaşamaqdırsa, Ocaqçılıq həm də bu 

dünyagörüşünün həyata keçməsi uğrunda əlbir ruhani döyüş aparmaqdır, bunun 

üçün məsuliyyət daşımaqdır. 

*** 


Ocaqçı yalnız onlarca ola bilər, İnamçı onminlərcə, yüzminlərcə... Aydındır ki, 

*** 


İstənilən Ocaqçı həm də İnamçıdır, istənilən İnamçı — Ocaqçı deyil. 

*** 


İnamçı başqa inanc daşıyıcılarıyla “dinc yanaşı” yaşaya bilər, Ocaqçı — yox! 

*** 


Ocaq yalnız İnamçılardan (Asifçilərdən) ibarət ola bilər. 

*** 


İnamçının ixtiyarı özündədir. Ocaqçının ixtiyarı Ocaqdadır. 

*** 


“İxtiyarı özündəlik” — Ocaqçının içindəki İnamçıya də aiddir... 

*** 


...Siz Atanı sevirsiniz, mən insanı sevirəm — siz dolayı gedirsiniz, mən — 

düzünə gedirəm. Ata da düzünə gedirdi. 

*** 

Siz — Asif Atanı sevirsiniz, mən — İnam Atanı sevirəm. 



*** 


_________________Milli Kitabxana

________________ 

 

 



75

Asif Ata — Atanın gerçəkliyiydi;  İnam Ata — Ata Mahiyyətidir, Mütləq 

Zirvədir — Mütləqdir. 

*** 


İnam Ata — Asif Atanın Göyüydü. Bunu ondan bilirəm ki, Ocaqbaşı Asif 

Atanın Özü İnamçıydı — Mütləqə İnamçı. 

*** 

Ey Asif-Ataçılar! Hər hansı ötəri və ya öyrəncəli naqisliyinizə görə Atanıza 



söyüş qazanırsınız. Mən İnam - Ataçıyam (Asif Atanın Özü kimi), mən Atama 

heç vaxt insan söyüşü qazandırmamışam və qazandırmayacağam. 

 

*** 


Atamız var olsun! 

 

Sərt (X ay) 20-il. Atakənd. 



(Dekabr 1998. Bakı.) 

 

 



 

ÜZÜMÜZÜN  YİYƏSİ  OLAQ 

(Haray) 

 

Sufi — cəmiyyətin davranış normalarını nəzərə almaya bilər, Asif Ata Ocaqçısı 

— almalıdır. 

*** 


Adam oğurluq eləyəndə oğru olur — oğurluğunun üstü açılsa da, açılmasa da.  

*** 


Toyda tənqid deyilməz — Ocağın toy çağıdır... 

*** 


Adam xisləti: Asanlıqla düşmənləşmək, çətinliklə dostlaşmaq. 

*** 


Ata gedəndən sonra öyrətmənlərim artmış — Amaldaşlarımın sayı  qədər 

olmuşdur. İndi məndən məsləhət istəyən yoxdur — hamı mənə məsləhət verir. 

Ata bu qədər öyrətmirdi məni; mənim təkliflərimi Amaldaşlarım qədər 

qulaqardına vurmurdu. İndi Safruh — 33 öyrətmənli bir öyrəncidir. 

*** 

Soyludan, Ötkündən, Fərəhdən,  Şərqidən, Düzgündən, Birüzdən... eşitdiyim 



danlaqları Asif Atadan eşitməmişdim... 

*** 


Söz güləşində yıxan, yıxılan — Söz deyil, onu güləşdirənlər olur. Söz güləşində 

Sözlər güləşmir, Zorlar güləşir, Üzlər güləşir. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



76

(Ancaq) Mükalimələrdə həqiqət açıqlanır. İnsan öz-özüylə də mükalimə aparır. 

*** 

Uğurlu Xalqlaşmanın dalında gizlədilən uğursuz insanlaşmadandır Safruhun 



harayları.  

*** 


Ata İnamçılığının təlimindən çox, Yolçularına vurulmaq istərdim. 

*** 


Atamız var olsun! 

 

Qürub ayı, 21-il. 

 

 

 



 

ÖZÜYLƏDÖYÜŞ 

 

Aşırı Mütləqçilik — imtinaçılıq ona görə coşub ki, çörək yeyib. Oğul deyərəm, 



acından saralanda coşaydı. 

*** 


Ortalığa iddiamızla yox, olanımızla çıxsaydıq, Həqiqəti artırmış olardıq. 

*** 


Ağa ağ yaxılmaz, qaraya qara. 

*** 


Yaxılmış ağın altından qara çıxa bilər, yaxılmış qaranın altından ağ. 

*** 


Mən buna görə mənə ağ yaxılmasını istəmirəm. 

*** 


Müəyyən, Ruhani Məqsədsiz maddiyyat yığımçılığı — Divin xəlbirlə su 

daşıması. 

*** 

Yazı az olsun, onu oxuyan çox olsun. Ülgüsəl olan iştə bu… 



*** 

Daha gözəl qadın — daha dərin, daha uğurlu aldadış — aldanış. 

*** 

Asif Ata deyib: “Məna qurtaran yerdə söz də qurtarmalıdır.” Bu tələb ömrə də 



aiddir: Anlamı bitdimi — özü də (ömür də) bitməlidir. 

*** 


Atamız var olsun! 

Qar ayı 18-il.  


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə