Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə30/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   26   27   28   29   30   31   32   33   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



102

*** 


Olmalının Mütləq İfadəçisi Olmalının Mütləq Daşıyıcısına tən deyil.  

*** 


Mütləq  İfadəçi, Mütləq Daşıyıcı  və Mütləq Gerçəkləşdirici Bir Kişidə 

birləşməyincə Olmalı çıxmayacaq Olanın sürüyündən, tapdağından. 

*** 

...Həqiqətdən başqa heç nəyi, heç kimi sevməmək; Həqiqətdən başqa heç nə və 



heç kim tərəfindən sevilməmək; Həqiqətdən başqa hamını incidib, hamıyla 

incişib getmək bu dünyadan... 

 

*** 


                  Bunu demək istəyirəm. Bunu istəyirəm. 

*** 


Olmalı nəyiysə diləyir, Olan gerçəyi deyir: Var olan bir gün yox olacaq, yön—

yoxluğa doğrudur. Aramızdakı Yalqız demiş: “Naxır öz səmtini yaxşı bilir”. 

*** 

                 Başqa sözlə: Safruha xoşbəxtlik yoxdur. 



 

*** 


Atamız var olsun! 

29 Şölə, 22- il. 

 

 

QOVRULMA 

(Cikkə) 

 

Küfrmü elədim, Atam-Mütləqim, “Safruha Xoşbəxtlik Yoxdur!” — deyə haray 



çəkməklə? 

*** 


“Atada suç axtarmaqdan əl çəkmədin!”mi deyərdin buna görə mənə? 

*** 


Buna görə mənə: “Mən sənin Ruhani Atanam, ancaq Mütləqin deyiləm, çünki 

sən Mütləqçi deyilsən!” deyərdinmi? 

*** 

Atam-Mütləqim! Mənim Səndə suç axtarmaq istəyim heç vaxt olmayıb, Özün 



bunu dəfələrlə  yəqin etmisən; yəqin etmisən ki, axtarmaq yox, görməmək 

istəyim olub suçu Səndə. 

*** 

Və Sən məni gözlü istəmişdin, qınadıqlarının Evladları kimi kor yox... 



*** 


_________________Milli Kitabxana

________________ 

 

 



103

Mənim bu sözlərim Səni araşdırmağım deyil. Sənin Həqiqətin, Gözəlliyin

Böyüklüyün mənim Yol getməyim üçün yetərlidir, ancaq həm də (ya elə buna 

görə  də) mənim “arxa cəbhəm”, uçuş meydanım, özülümdür; mən bunların 

necəliyi barədə mütləq düzgün təsəvvür  əldə etməyincə irəli gedə bilmirəm; 

mən bunları göyçək ağızların çeynəyindən almaq istəyirəm. 

*** 

(Ancaq burada “istəyirəm” də o söz deyil; buranın əsl Həqiqət sözü “irəli gedə 



bilmirəm”dir). 

*** 


Mən Sənin  şairinəm. Kimsə  mənimlə  Sənin arana girə bilməyib, bilməyəcək; 

kimsə mənim üçün Səndə suç kəşf edə bilməyib, bilməyəcək.  

*** 

Mən Tanıdığımın şairiyəm. Tanıdığım da mənim Atam-Mütləqimdir. 



*** 

Qoy Sənin Safruhun öz səhvini də, öz küfrünü də  Həqiqət axtarışı yollarında 

eləsin! 

*** 


Atamız var olsun! 

 

2 Od ayı, 22- il. 

 

 

HƏQİQƏTİN  BEŞİYİ  BAŞINDA 



(Cikkə; “Qovrulma”nın davamı) 

 

İsa Peyğəmbəri qınadım: “möcüzələr” göstərdiyinə görə; Ona qır verən qızı 



Ona qulluq edən qızdan üstün tutduğuna görə... 

*** 


Məhəmməd Peyğəmbəri qınadım: qadın düşkünlüyünə görə; zorakılığına 

görə... 


*** 

İndi də öz Peyğəmbərim üzərində suç yaradıcılığınamı qurşanmışam?! 

*** 

          Bu nədir: Beynim korlanıbmı?! Ya kor imiş əzəldən?! 



*** 

                    Bu nədir: Qəbahətmi?! Xəyanətmi?! Cinayətmi?! 

*** 

İndi neyləyək — duraq bəşəriyyətə  Qəbahətlər Dəftəri’mi verək?! O buna 



gülməzmi? Bizim bu Dəftərciyəz onun bu yöndəki tükənməz külliyyatlarının 

yanında gülünc görünməzmi; onun bu yöndəki kitabxanalarının künc-

bucağında itib-batmazmı?! 



_________________Milli Kitabxana

________________ 

 

 



104

*** 


                           Bəlkə Milçəyimizdən Fil qayıraq?! 

*** 


Bəlkə bu — ağızlardan saqqız almaq yox, ağızlara saqqız verməkdir? Bununla 

biz nəyə nail olacağıq? Nəyi yıxırıq biz bununla, nə qurasıyıq?.. 

*** 

...Mənə az qala fiziki ağrı verən bu fikirlərlə yatıb, bu fikirlərlə qalxıram... 



*** 

...İsanı Allahlaşdırdılar, Onun havasına uçdular, çoxlu iş gördülər. 

Allahlaşdırmasaydılar, Onun havasına o qədər iş görə bilərdilərmi? 

*** 


Düzmü elədilər Allahlaşdırmaqla?  İşə görə — hə! Bəs Həqiqətə görə?  İsa işi 

Həqiqətə görə və Həqiqət vasitəsiylə olmalı deyildimi? 

*** 

Məhəmmədi büllurlaşdırdılar, Onun havasına öz iştahlarını itiləyib, çoxlu iş 



gördülər. Büllurlaşdırmasaydılar, iş görə bilməzdilər... Düzmü elədilər 

büllurlaşdırmaqla?.. 

*** 

                           Düz elədilərsə, niyə Ata qınağına uğradılar? 



*** 

Suç 


İsadaydımı, Məhəmməddəydimi, Marksdaydımı, Lenindəydimi, 

Stalindəydimi..? 

*** 

10 Qismət günü, Çiçək Ayı, 9-cu il tarixli, “Safruha” ünvanlı Ruhani Sənəddə 



Ata məni qınayıb deyir: Safruh şər başçılarını şərdən arındırmaq istəyir. (Bax: 

...) 


*** 

Asif Atanın Təlimi, Harayı  “İnsanlaşmaq,  İnsanlaşdırmaq”dır və bu Təlimdə 

tük qədər də yalan yoxdur, yanlış yoxdur, yanıltmac yoxdur, təlqin yoxdur; 

deməli, Təlim — şər yaratmayacaq. 

*** 

Safruhun “suç axtarışı” — Təlimin Harayını anlamaqda Evladları (insanları) 



yanlışlardan çəkindirmək məqsədi daşıyır. 

*** 


Ruhaniyyatda: Fil boyda Milçək — olmur; Milçək Fil boyda görünür, çünki 

Ruhaniyyatda Milçək olmamalıdır — sözün özü bunu nəzərdə tutur. 

*** 


Ruhaniyyatda öncə — Həqiqətdir, sonra — iş; Həqiqətlə başa gətirə 

bilməyəcəyimiz işdən — imtina! 

*** 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə