Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə36/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   32   33   34   35   36   37   38   39   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
141 
müəyyən pozulmalar özünü göstərir. Məsələn, dərs ləvazimatı- 
dərs ləvazimatları,  kənd adamı - kənd adamları və s. 
 
 
Söz birləşmələri, onların xarakterik  
xüsusiyyətləri, təsnifi 
 
Söz birləşməsi  ən azı iki müstəqil sözün  məna və 
qrammatik cəhətdən birləşməsi əsasında formalaşan sintaktik 
vahiddir. 
Sözlərin sintaktik birləşməsi sözlərarası müəyyən 
leksik-semantik münasibət fonunda mövcud olur. Ayrı-ayrı 
sözlər bir-biri ilə, hər şeydən əvvəl, mənaya görə birləşərək söz 
birləşməsi  əmələ  gətirir. Bu birləşmələr özünəməxsus 
xüsusiyyətlərə malik sintaktik vahid olmaqla yanaşı, bir 
tərəfdən sözlə, digər tərəfdən cümlə ilə bağlıdır. Lakin onlar 
müxtəlif, həm də bir-birinə münasibətdə müstəqil dil vahidləri 
olub, hərəsinin özünəməxsus xüsusiyyətləri,  fəaliyyət dairəsi 
və rolu vardır.  
Söz birləşməsi də söz kimi  nominativlik funksiyasını 
yerinə yetirərək əşyaları, hadisələri, prosesləri və s. bildirir. Bu 
o deməkdir ki, söz birləşmələri sintaktik mövqeyinə, cümlədəki 
roluna və  mənasına görə sözə yaxınlaşır və o da söz kimi 
cümləyə tikinti materialı  kimi daxil olur. Lakin bu oxşarlıq söz 
birləşməsi ilə sözü eyniləşdirməyə  əsas vermir. Hər  şeydən 
əvvəl, söz leksik, söz birləşməsi isə qrammatik kateqoriyadır. 
Söz səslər, söz birləşməsi isə sözlər  əsasında yaranır. 
Söz cümlə üçün olduğu kimi, söz birləşməsi üçün də tikinti 
materialıdır. Buna görə  də, söz birləşməsinin xarakteri onu 
əmələ  gətirən sözlərlə çox bağlı olur. Söz birləşməsi sözə 
nisbətən daha çox leksik konkretliyə malikdir. Məsələn, 
müqayisə edək, oxumaq - kitabı oxumaq, saat - qol saatı, 
Gülarə  Abdullayeva 
 
 
142
məktub – bu məktub  və s. Beləliklə, söz birləşməsində sözün 
mənası konkretləşir, dəqiqləşir. 
Söz birləşməsi ən azı iki müstəqil sözün birləşməsindən 
əmələ  gəlir. Onlardan birinin ixtisarı birləşmənin ixtisarı 
deməkdir. Söz isə öz-özlüyündə bir leksik vahiddir. 
Söz birləşməsində köməkçi vasitənin iştirakı nəticəsində 
komponentlərin sayından çox söz iştirak edə bilər. Məsələn,  
savad almaq üçün oxumaq birləşməsində üç komponent, dörd 
söz vardır. Göstərdiyimiz xüsusiyyətlər söz birləşməsini sözdən 
ciddi  şəkildə  fərqləndirir. Lakin dildə iki-üç sözün 
birləşməsindən  əmələ  gəlmiş mürəkkəb sözlər də  fəaliyyət 
göstərir. Mürəkkəb sözlərin zahiri forması və istifadə üsulu söz 
birləşmələri ilə çox yaxınlıq təşkil edir. Bu cəhətdən söz 
birləşmələri ilə mürəkkəb sözlər arasında aşağıdakı ümumi 
cəhətləri qeyd etmək olar:  
1. Həm söz birləşmələri, həm də mürəkkəb sözlər iki 
sözün birləşməsindən əmələ gəlir.  
2. Həm söz birləşmələrinin, həm də mürəkkəb sözlərin 
komponentləri eyni nitq hissəsinə aiddir və eyni qrammatik 
formadadır. Məsələn,  su qabı, ayaqqabı, pəncərə  şüşəsi, 
boyunbağı və s.  
3.  Həm söz birləşməsinin, həm də mürəkkəb sözlərin 
komponentləri bir-birinə uyğun  şəkildə  sıralanır. Məsələn,  ağ 
kağız, ağsaqqal,  göy çəmən, göygöz və s. 
 4.  Həm söz birləşməsinin, həm də mürəkkəb sözlərin 
komponentləri eyni qrammatik əlaqə ilə birləşir. Məsələn,  evə 
baxan, günəbaxan, suya girən, qulağagirən və s. 
 Bunlara baxmayaraq, söz birləşmələri ilə mürəkkəb 
sözlər bir sıra cəhətlərə görə bir-birindən fərqlənir. Həmin 
fərqlər bunlardır:  
1. Söz birləşməsini əmələ gətirən sözlər leksik-semantik 
müstəqilliyini tamamilə saxlayır, ayrılıqda olduğu kimi, 
birləşmə daxilində    də ayrı-ayrı  məfhumlarla bağlı olur. 


Müasir  Azərbaycan  dili 
 
 
143 
Mürəkkəb sözləri təşkil edən sözlərdə isə bu müstəqillik, 
adətən, qalmır.  
2.  Söz birləşmələrinin hər komponentinə ayrılıqda sual 
vermək olur. Məsələn, kitab (nə?)- almaq (nə etmək). Mürəkkəb 
söz isə bütöblükdə bir suala cavab verir: günəbaxan (nə?) 
Xanəli (kim?) və s.  
3. Söz birləşmələrinin tərəfləri arasındakı sintaktik 
əlaqələr  təsiredici vəziyyətdə olur, özünü açıq  şəkildə hiss 
etdirir. Mürəkkəb sözlərdə bu əlaqələr hiss edilmir, nəzərə 
çarpmır, təhlil zamanı onlar nəzərə alınmır, mürəkkəb sözlərin 
əmələ gəlməsində iştirak edən qrammatik ünsürlər daşlaşır.  
4. Söz birləşmələrinin hər komponentinin özünəməxsus 
müstəqil vurğusu olur. Mürəkkəb sözlərin komponentləri isə bir 
vurğu altında deyilir. 
5. Söz birləşməsinin tərəfləri mütəhərrik olur, onlar hər 
təsadüfdə yeni sözlərlə birləşərək, başqa birləşmələrin 
komponentləri ola bilir. Məsələn, kitabı oxumaq- həmin kitabı 
oxumaq, məktəb direktoru- məkrəb direktorunun qardaşı  və s. 
Mürəkkəb sözlərin komponentləri isə belə xüsusiyyətə malik 
olmur. 
Mürəkkəb sözlərdə heç vaxt bir komponent həmin 
vəziyyətdə başqa bir sözlə  əlaqələnərək yeni birləşmə  və ya 
mürəkkəb söz təşkil edə bilmir. 
Söz birləşməsində komponentlərdən biri əsas, digəri 
asılı  tərəf adlanır.  Əsas tərəfə müstəqil, tabe edən tərəf, asılı 
tərəfə qeyri-müstəqil, tabe olan tərəf də deyilir. Məsələngümüş 
qaşıq, kitabı oxumaq, dağdan uca  və s. kimi birləşmələrdə 
birinci tərəf asılı, ikinci tərəf əsas tərəfdir. 
Söz birləşmələri əsasən üç prinsipə görə təsnif olunur.  
1.
  Tərəflərinin (komponentlərinin) leksik - semantik 
xüsusiyyətlərinə görə. 
2.
  Quruluşuna görə. 
3.
  Əsas tərəfin nitq hissələri ilə ifadəsinə görə. 
Gülarə  Abdullayeva 
 
 
144
Tərəflərinin ifadə etdiyi  leksik-semantik mənaya 
əsasən, söz birləşmələrinin  iki növü qeyd edilir: sərbəst söz 
birləşmələri, sabit söz birləşmələri. Sintaksisin əsas tədqiqat 
obyektlərindən biri sərbəst söz birləşmələridir. Bu birləşmələri 
əmələ gətirən sözlər öz əsl mənalarından uzaqlaşmır, öz leksik 
müstəqilliyini saxlayır və birləşmənin leksik-semantik deyil
leksik-qarmmatik ünsürləri olur. 
Belə birləşmələri hissələrinə ayırmaq, təhlil etmək olur 
və bu təhlil birləşmənin  əsas mənasına təsir etmir. Məsələn,  
maraqlı  mənzərə, taxıl tarlası, musiqi dinləyəndə    və s. belə 
birləşmələrdəndir. 
Sabit birləşmələr belə  sərbəstliyə malik olmur, dildə 
onlardan hazır  şəkildə istifadə olunur. Bu birləşmələr dilin 
tarixi inkişafı prosesində yaranır və sabitləşir. Belə birləşmələri 
əmələ  gətirən sözlərdən  ən azı biri öz həqiqi mənasından 
uzaqlaşıb məcazi məna ifadə edir və beləliklə, bu sözlər 
birləşmənin leksik-semantik ünsürünə çevrilmiş olur, birləşmə 
daxilində ümumi bir məna, bir məfhum ifadə olunur. Məsələn,  
baş  sındırmaq, bel bağlamaq,  ələ salmaq, ağzına su alıb 
oturmaq, saman altdan su yeritmək və  s. Bu  birləşmələr  dilin 
tarixi inkişafı prosesində  sərbəst birləşmələrdən  əmələ  gəlir. 
Sabit birləşmələr bir sözün ifadə etdiyi mənanı ifadə edir, sözün 
ekvivalenti olub,  dilin lüğət tərkibində  xüsusi bir qatı  təşkil 
edir. Buna görə  də onlar söz birləşmələri haqqında sintaktik 
təlimə daxil edilmir. Sintaksisdə söz birləşmələrindən bəhs 
edərkən yalnız sərbəst birləşmələr nəzərdə tutulur. 
Sabit birləşmələr dilin tarixi inkişafı prosesində sərbəst 
birləşmələrdən  əmələ  gəlmişdir. Hazırda dilimizdə elə 
birləşmələr vardır ki, keçid prosesində olub, hər iki məqamda-
həm sərbəst, həm də sabit birləşmə  məqamında işlənir. 
Məsələn,    əldən düşmək, yoldan çıxmaq, yolunu azmaq, başa 
salmaq və s. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə