|
Microsoft Word sahib eliyev doc
Müasir Azərbaycan dili
89
1.
Bu zərflərin bir qismi eyni sözün: ismin, sifətin
sayın, zərfin, hətta təqlidi sözlərin təkrarı ilə əmələ
gəlir: Məsələn, maddə-maddə (saymaq), yaxşı-
yaxşı (oxumaq), iki-iki (düzülmək), xısın-xısın
(danışmaq) və s.
2.
Mürəkkəb zərflərin bir qismi eyni sözün ba, bə
bitişdiricisi vasitəsi ilə birləşməsindən əmələ gəlir.
Məsələn, təkbətək (danışmaq) taybatay (açmaq)
və s .
3.
İkinci növ təyini söz birləşmələrinin mürəkkəb sözə
çevrilməsi yolu ilə: dilucu, gözucu və s .
4.
Birincisi çıxışlıq, ikincisi yönlük halda olan eyni və
ya əksmənalı sözün birləşməsi yolu ilə: altdan-
yuxarı, birdən-birə və s .
5.
O, bu sözlərinin cür sözü ilə birləşməsi yolu ilə: o
cür, bu cür.
6.
Yaxın mənalı sözlərin birləşməsi yolu ilə: tək-tənha,
yorğun-arğın və s.
Zaman zərfləri işin, hərəkətin icra zamanı bildirir və
nə zaman? nə vaxt? haçan? suallarına cavab verir. Məsələn,
Əvvəl Əli dayı ilə məsləhətləş, sonra işə başla. Dünən güclü
yağış yağdı və s. Zaman zərfləri də quruluşca sadə, düzəltmə və
mürrəkəb olur.
Sadə zaman zərfləri bir qrup leksik vahiddən ibarətdir.
Buraya indi, bayaq, dünən, sabah, həmişə, əvvəl, sonra, tez,
gec, bəzən və s. kimi sözlər daxildir. Düzəltmə zaman zərfləri
aşağıdakı şəkilçilərin köməyi ilə yaranır:
- dan şəkilçisi: tezdən, bayaqdan, əvvəldən və s.
Məsələn, Hərdən Məryəmə elə gəlirdi ki, müqqəddəs Məryəm
onun özüdür. Çoxdan dən düşmüş saqqalı vardır.
-da şəkilçisi o işarə əvəzliyinə artırılaraq zərf əmələ
gətirir. Məsələn, Onda mən çox balaca idim.
Gülarə Abdullayeva
90
-lik şəkilçisi zaman mənalı indi, hələ, həmişə kimi
sözlərə artırılaraq zaman zərfləri düzəldir. Məsələn, indilik,
hələlik, həmişəlik və s.
-ca, -cə şəkilçisi ilə: əvvəlcə, indicə, təzəcə. Məsələn,
Yenicə İnstituta girmişdim ki, müharibə başlandı, əsgər getdim.
Mürəkkəb zaman zərfləri aşağıdakı yollarla düzəlir:
-Eyni sözün təkrarı ilə. Məsələn , əvvəl- əvvəl,indi-indi,
tez- tez.
-Yaxın və ya əks mənalı sözlərin birlşməsi ilə.
Məsələn, gec- tez ,əvvəl- axır və s.
- Bu, o, heç, neçə sözlərinin an, vaxt, zaman, saat,
müddət sözlərinə birləşməsi yolu ilə. Məsələn , bu an, bu saat,
hər an, bir dəfə və s.
-Bundan başqa, dilimizdə hərdən bir, arabir, ara-sıra,
səhər ertə, vatlı-vaxtında kimi sözlər də mürəkkəb zaman
zərflərinə daxildir.
Qeyd. Dilimizdə axşam, səhər, günorta, gecə, gündüz, yaz,
yay, qış və s. kimi sözlərlə - zaman mənalı isimlərlə zaman
zərflərini qarışdırmamalı. Bu cür isimlər konkret bir zaman
intervalının adını bildirdiyi halda, zərflərin ifadə etdiyi mənada
bir qeyri-stabillik müşahidə olunur. Məsələn, axşam dedikdə
günəş batandan gecə düşənədək olan zaman intervalı başa
düşülür. Lakin dünən dedikdə hansı günün nəzərdə tutulmasını
yalnız danışılan vaxta əsasən müəyyənləşdirmək olur.
Yer zərfləri işin icra olunduğu yeri bildirir, hara?
haraya? haradan? suallarına cavab verir. Yer zərfləri də
quruluşca sadə, düzəltəmə və mürəkkəb olur. İrəli, geri, aşağı,
yuxarı, bəri kimi yer zərfləri sadə quruluşludur. Aralıqda,
ortalıqda, yaxınlıqda sözləri düzəltmə zərflərdir.
Dilimizdə bir sıra mürəkkəb yer zərfləri vardır. Belə
zərflərə ora-bura, sağa-sola, yuxarı-aşağı, aşağı-yuxarı, o yan-
bu yan, o tərəf- bu tərəf, o tay- bu tay, hər tərəf-hər yan, bir yer
və s. daxildir.
Müasir Azərbaycan dili
91
Miqdar zərfləri hərəkətin miqdarını, əlamətin
dərəcəsini bildirir. Miqdar zərfləri necə? nə qədər? nə dərəcə?
suallarına cavab verir. Miqdar zərfləri də quruluşca sadə,
düzəltəmə və mürəkkəb olur. Sadə miqdar zərfləri az, çox,
xeyli, tamam sözlərindən ibarətdir. Düzəltmə miqdar zərfləri də
dilimizdə azdır və əsasən ilə qoşmasının şəkilçiləşmiş
formasının iştirakı ilə, -inca şəkilçisi ilə yaranır. Məsələn,
tamamilə, dəfələrlə, lazımınca və s. Mürəkkəb miqdar
zərflərinin yaranmasında o, bu işarə əvəzlikləri az, çox, qədər
sözləri mühüm rol oynayır. Məsələn, az-az, çox-çox, az-çox, bir
az, bir qədər, o qədər və s. Bundan başqa, miqdar zərflərinin
bir qismi miqdar saylarının birləşməsi yolu ilə yaranır.
Məsələn, birə beş, birə min, iki dəfə, üç dəfə və s .
Zərflər cümlədə əsasən zərflik vəzifəsini daşıyır. Bəzi
zərflər adlıq halda dayanaraq, xəbərlə uzlaşdıqda mübtəda
vəzifəsində çıxış edir, xəbərlik şəkilçisi qəbul edərək xəbər
olur. Məsələn, İki-üç dəfə (zərflik) şimşək çaxdı. (M. Hüseyn)
Nahar vaxtı atası ilə bir azca (zərflik) içdilər. (Anar) Oralar
(mübtəda) çəmənlik, buralar (mübtəda) daşlıqdır. Hamı
içəridədir (xəbər) və s.
ƏDƏBİYYAT:
1. Abdullayeva G. A. Azərbaycan dilində -sa, -sə şəkilçisi,
onun qrammatik və üslubi xüsusiyyətləri. Bakı, 1999.
2.Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya. III
hissə, “Maarif”, Bakı, 1983.
3. Kazımov Q. Müasir Azərbaycan dili. Morfologiya. Bakı,
2010.
4. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası.
I hissə, Bakı, 2007.
Gülarə Abdullayeva
92
5.Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası.
II hissə, Bakı, 2007.
6. Müasir Azərbaycan dili. EA nəşri, II hissə, Bakı, 1980.
7. Müasir Azərbaycan dili proqramı. AMİ, Bakı, 2009.
8.Seyidov Y. Azərbaycan dilinin qrammatikası. (Morfo-
logiya). Bakı, 2000.
Dostları ilə paylaş: |
|
|