Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə23/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   19   20   21   22   23   24   25   26   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
89 
1.
 
Bu zərflərin bir qismi eyni sözün: ismin, sifətin 
sayın, zərfin, hətta təqlidi sözlərin  təkrarı ilə əmələ 
gəlir: Məsələn,   maddə-maddə (saymaq),  yaxşı-
yaxşı (oxumaq),  iki-iki (düzülmək),  xısın-xısın 
(danışmaq) və s.  
2.
 
Mürəkkəb zərflərin bir qismi eyni sözün  ba, bə 
bitişdiricisi vasitəsi ilə birləşməsindən  əmələ  gəlir. 
Məsələn,   təkbətək  (danışmaq) taybatay  (açmaq) 
və s
3.
 
İkinci növ təyini söz birləşmələrinin mürəkkəb sözə 
çevrilməsi yolu ilə: dilucu, gözucu və s
4.
  Birincisi çıxışlıq, ikincisi yönlük halda olan eyni və 
ya  əksmənalı sözün birləşməsi yolu ilə:  altdan-
yuxarı, birdən-birə və s 
5.
  O, bu sözlərinin cür sözü ilə birləşməsi yolu ilə:  
cür, bu cür. 
6.
  Yaxın mənalı sözlərin birləşməsi yolu ilə: tək-tənha, 
yorğun-arğın və s. 
Zaman zərfləri    işin, hərəkətin icra zamanı bildirir və 
nə zaman? nə vaxt? haçan? suallarına cavab verir. Məsələn, 
Əvvəl  Əli dayı ilə  məsləhətləş,  sonra  işə başla.  Dünən güclü 
yağış yağdı və s. Zaman zərfləri də quruluşca sadə, düzəltmə və 
mürrəkəb olur. 
  
Sadə zaman zərfləri bir qrup leksik vahiddən ibarətdir. 
Buraya  indi, bayaq, dünən, sabah, həmişə,  əvvəl, sonra, tez, 
gec, bəzən və s. kimi sözlər daxildir. Düzəltmə zaman zərfləri 
aşağıdakı şəkilçilərin köməyi ilə yaranır: 
-dan  şəkilçisi:  tezdən, bayaqdan, əvvəldən  və s. 
Məsələn,  Hərdən  Məryəmə elə  gəlirdi ki, müqqəddəs Məryəm 
onun özüdür. Çoxdan dən düşmüş saqqalı vardır. 
-da  şəkilçisi  o  işarə  əvəzliyinə artırılaraq zərf  əmələ 
gətirir. Məsələn,  Onda mən çox balaca idim.  
Gülarə  Abdullayeva 
 
 
90
-lik  şəkilçisi zaman mənalı  indi, hələ, həmişə kimi 
sözlərə artırılaraq zaman zərfləri düzəldir.  Məsələn,  indilik, 
hələlik, həmişəlik və s. 
           -ca,  -cə  şəkilçisi ilə:  əvvəlcə, indicə, təzəcə. Məsələn, 
Yenicə İnstituta girmişdim ki, müharibə başlandı, əsgər getdim.  
Mürəkkəb zaman zərfləri aşağıdakı yollarla düzəlir: 
 -Eyni sözün təkrarı ilə. Məsələn, əvvəl- əvvəl,indi-indi, 
tez- tez. 
 -Yaxın və ya əks mənalı sözlərin  birlşməsi ilə. 
Məsələn, gec- tez ,əvvəl- axır və s. 
 -Bu, o, heç, neçə sözlərinin  an, vaxt, zaman, saat, 
müddət sözlərinə birləşməsi yolu ilə. Məsələn,  bu an, bu saat, 
hər an, bir dəfə və s.  
-Bundan başqa, dilimizdə  hərdən bir, arabir, ara-sıra, 
səhər ertə, vatlı-vaxtında kimi sözlər də mürəkkəb  zaman 
zərflərinə daxildir. 
 
Qeyd. Dilimizdə axşam, səhər, günorta, gecə, gündüz, yaz, 
yay, qış  və s.  kimi sözlərlə - zaman mənalı isimlərlə zaman 
zərflərini qarışdırmamalı. Bu cür isimlər konkret bir zaman 
intervalının adını bildirdiyi halda, zərflərin ifadə etdiyi mənada 
bir qeyri-stabillik müşahidə olunur. Məsələn,  axşam  dedikdə 
günəş batandan gecə düşənədək olan zaman intervalı başa 
düşülür. Lakin dünən  dedikdə hansı günün nəzərdə tutulmasını 
yalnız danışılan vaxta əsasən müəyyənləşdirmək  olur.               
 
Yer zərfləri  işin icra olunduğu yeri bildirirhara? 
haraya? haradan? suallarına cavab verir. Yer zərfləri də 
quruluşca sadə, düzəltəmə və mürəkkəb olur. İrəli, geri, aşağı, 
yuxarı, bəri  kimi yer zərfləri sadə quruluşludur.  Aralıqda, 
ortalıqda, yaxınlıqda sözləri  düzəltmə zərflərdir. 
 
Dilimizdə bir sıra mürəkkəb  yer zərfləri vardır. Belə 
zərflərə ora-bura, sağa-sola, yuxarı-aşağı, aşağı-yuxarı, o yan-
bu yan, o tərəf- bu tərəf, o tay- bu tay, hər tərəf-hər yan, bir yer   
və s. daxildir. 


Müasir  Azərbaycan  dili 
 
 
91 
Miqdar zərfləri  hərəkətin  miqdarını,  əlamətin 
dərəcəsini bildirir. Miqdar zərfləri necə? nə qədər? nə dərəcə? 
suallarına cavab verir. Miqdar zərfləri də quruluşca sadə, 
düzəltəmə  və mürəkkəb olur. Sadə miqdar zərfləri  az, çox, 
xeyli, tamam sözlərindən ibarətdir. Düzəltmə miqdar zərfləri də 
dilimizdə azdır və  əsasən  ilə qoşmasının  şəkilçiləşmiş 
formasının iştirakı ilə,  -inca  şəkilçisi ilə yaranır. Məsələn, 
tamamilə, dəfələrlə, lazımınca  və s. Mürəkkəb miqdar 
zərflərinin yaranmasında  o, bu  işarə  əvəzlikləri  az, çox, qədər 
sözləri mühüm rol oynayır. Məsələn, az-az, çox-çox, az-çox, bir 
az, bir qədər, o qədər və s. Bundan başqa,  miqdar zərflərinin 
bir qismi miqdar saylarının birləşməsi yolu ilə yaranır. 
Məsələn, birə beş, birə min, iki dəfə, üç dəfə və s.  
Zərflər cümlədə  əsasən zərflik vəzifəsini daşıyır. Bəzi 
zərflər adlıq halda dayanaraq, xəbərlə uzlaşdıqda mübtəda 
vəzifəsində  çıxış edir, xəbərlik  şəkilçisi qəbul edərək xəbər 
olur. Məsələn, İki-üç dəfə (zərflik)  şimşək çaxdı. (M. Hüseyn) 
Nahar vaxtı atası ilə  bir azca (zərflik) içdilər. (Anar) Oralar 
(mübtəda) çəmənlik,  buralar (mübtəda) daşlıqdır. Hamı  
içəridədir (xəbər) və s. 
  
 
 
ƏDƏBİYYAT: 
 
1. Abdullayeva G. A. Azərbaycan dilində -sa, -sə şəkilçisi,   
onun qrammatik və üslubi xüsusiyyətləri. Bakı, 1999. 
2.Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya. III 
hissə, “Maarif”, Bakı, 1983. 
3. Kazımov Q. Müasir Azərbaycan dili. Morfologiya. Bakı, 
2010. 
4. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası.        
I hissə, Bakı, 2007. 
Gülarə  Abdullayeva 
 
 
92
5.Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası.       
II hissə, Bakı, 2007. 
     6. Müasir Azərbaycan dili. EA nəşri, II hissə, Bakı, 1980. 
     7. Müasir Azərbaycan dili proqramı. AMİ, Bakı, 2009. 
8.Seyidov  Y. Azərbaycan   dilinin   qrammatikası.  (Morfo- 
logiya).  Bakı,  2000. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə