Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə20/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   16   17   18   19   20   21   22   23   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
77 
üzmək (təsirsiz), kitab oxumaq (təsirli), məktəbdə oxumaq 
(təsirsiz) və s. 
Təsirli felləri təsirsizə, eləcə  də  təsirsiz felləri təsirliyə 
çevirmək üçün dilimizdə  aşağıdakı  şəkilçilərdən istifadə 
olunur: 
  
-dır
4
 (-t)  şəkilçisi: gülmək-güldürmək, oturmaq-
oturtmaq və s. 
 -ır
4
  şəkilçisi: qaçmaq-qaçırmaq, uçmaq-uçurmaq, 
bitmək-bitirmək, köçmək-köçürmək və s. 
  
 -ıt
4
 (-t)  şəkilçisi axmaq-axıtmaq, böyümək-böyütmək, 
ürkmək-ürkütmək və s. 
 -uz  (-ğuz)  şəkilçisi:  qorxmaq-qorxuzmaq,  durmaq-
durğuzmaq və s. 
 -ar
2
  şəkilçisi:   qopmaq-qoparmaq, çıxmaq-çıxarmaq  
və s. 
 -dar
2
 şəkilçisi: dönmək-döndərmək, çönmək-çöndərmək 
və s. 
Aşağıdakı şəkilçilər isə təsirli felləri təsizsizə çevirir: 
 -ıl
4
  şəkilçisi: açmaq-açılmaq, yazmaq-yazılmaq, 
geymək-geyilmək,  döymək-döyülmək və s. 
 -ış
4
  şəkilçisi:  kəsmək-kəsişmək, vurmaq-vuruşmaq
tapmaq-tapışmaq,  görmək-görüşmək, demək-deyişmək və s. 
  
 -ın
4
  şəkilçisi: demək-deyinmək, çəkmək-çəkinmək, 
döymək-döyünmək, daşımaq-daşınmaq və s. 
Elə fellər var ki, leksik mənalarını saxlamaqla eyni 
zamanda həm təsirli, həm təsirsiz fellər kimi çıxış edir. Bunlar 
ikili xarakterli fellər sayılır. Məsələn, keçmək (küçəni) - təsirli, 
keçmək (küçədən) - təsirsiz, aşmaq (dağdan) - təsirsiz, aşmaq 
(dağı) - təsirli və s.  
Fellərin qrammatik məna növləri  hərəkətlə obyekt, 
hərəkətlə subyekt, subyektlə obyekt arasındakı  əlaqə  və 
münasibəti ifadə edir. Felin qrammatik məna növləri bunlardır: 
1.
 
Məlum möv – iş görən qrammatik cəhətdən məlum 
olur. Məlum növün xüsusi şəkilçisi yoxdur. Adi 
Gülarə  Abdullayeva 
 
 
78
vəziyyətdə bütün fellər məlum növdə hesab olunur. 
Məlum növ fellər həm təsirli, həm də  təsirsiz olur
Qapını açdım. Pəncərədən baxdım.  Digər növlərdən 
fərqli olaraq, quruluşca sadə, düzəltmə və mürəkkəb ola 
bilər. Məsələn, Kitabı  oxudum. (sadə), Havalar 
istiləşdi. (düzəltmə), Ağalar mey nuş edir, Danışır-
gülüşürlər. (mürəkkəb). 
2.
  Məchul növ – bu növ fellərdə subyekt məlum olmur. 
Felin məchul növü təsirli fellərə  -ıl
4
, -ın
4
 (-n) 
şəkilçilərini artırmaqla düzəlir:  Məktub ünvana 
çatdırıldı. Yük vaqona daşındı.  Məchul növ fellər 
təsirlidən düzəlsə də, nəticədə təsirsiz olur. 
3.
  Qayıdış növ – bu növ fellərdə subyekt işi öz üzərində 
icra edir. Bu növdə subyekt və obyekt eyni şəxs olur. 
Qayıdış növ, təsirli fellərə  -ıl
4
, -ın
4
 (-n)  şəkilçiləri 
artırmaqla düzəlir:  Duman  çəkildi.  Uşaq paltosunu 
geyindi. Qayıdış növ fellər nəticə etibarilə təsirsiz olur. 
İstisna hal kimi geyindi və soyundu felləri qayıdış növdə 
olsa da, təsirlidən düzəlib təsirli də qalır. 
4.
 
Şəxssiz növ məchul növə  bənzəyir. Hər iki növdə  işin 
icraçısı məlum olmur. Hər ikisi eyni şəkilçilərlə yaranır. 
Hər ikisi yarandıqdan sonra təsirsiz olur. Lakin məchul 
növ təsirli,  şəxssiz növ isə  təsirsiz fellərdən yaranır. 
Şəxssiz fellər işlənən cümlənin mübtədası olmur, onu 
bərpa etmək də qeyri-mümkündür. Məchul növ fellərin 
işləndiyi cümlələrdə subyekt obyektlə  əvəzlənir və 
nəticədə cümlə cüttərkibli olur. Şəxssiz fellər təsirsiz 
fellərə -ıl
4
, az-az hallarda isə  -ın
4
  şəkilçisini artırmaqla 
düzəlir və yenə  də  təsirsiz olaraq qalır.  Şəxssiz fellər 
yalnız III şəxsin təkində olur. Daha çox rast gəlinənləri 
aşağıdakılardır: 
yanaşılmaq, baxılmaq, təsadüf 
olunmaq, rast gəlinmək, toxunulmaq, söz verilmək, 
nəzər salınmaq və s. 


Müasir  Azərbaycan  dili 
 
 
79 
5.
 
İcbar növ fellərdə  iş bir şəxsin təhriki ilə başqasına 
gördürülür. Bu növ fellərdə işi və hadisəni danışan yox, 
başqa bir şəxs icra edir. İcbar növ fellər təsirli fellərə     
-dır
4
, -t  şəkilçilərini artırmaqla düzəlir və  təsirli olaraq 
da qalır: Yazını yazdırdım. Yükü fəhlələrə daşıtdıq və s. 
İcbar növ fellər təsirli olduqları üçün sonradan məchul 
növün də  şəkilçisini qəbul edə bilir və bu zaman o
məchul növ hesab edilir. Məsələn,    yazdır-ıl (maq), 
sildir-il (mək), qazdır-ıl (maq) və s. 
6.
 
Qarşılıq-birgəlik növ – bu növ fellərdə hərəkət  iki  və 
daha çox şəxs tərəfindən icra edilir. İş ya qarşılıqlı 
şəkildə, ya da  birgə, eyni vaxtda görülməlidir. Bu növ 
fellər –ış
4
 (-ş) şəkilçisi ilə düzəlir. Məsələn, vuruşmaq, 
ağlaşmaq, deyişmək, tutaşmaq, qabaqlaşmaq, mələşmək 
və s. 
Felin zamanları. Fellərin özünəməxsus xüsusiyyətlərindən 
biri də zamana görə  dəyişməsidir. Felin zamanlarını 
müəyyənləşdirərkən əsas meyar danışılan vaxt götürülür. Felin 
3 zamanı vardır: 1. Keçmiş zaman; 2. İndiki zaman; 3. Gələcək 
zaman. 
        Keçmiş zaman hərəkətin keçmişdə, yəni danışılan vaxta 
qədər icra olunub-olunmadığını bildirir. Keçmiş zamanın  iki 
növü var: 
 1.  Şühudi keçmiş  hərəkətin icrasını  şahidlik yolu ilə 
başa çatdığını bildirir. Şühudi keçmiş zaman fellərin kökünə və 
ya başlanğıc formasına  -dı
4
  şəkilçisini artırmaqla düzəlir: 
qaldım, qaldın, qaldı, qaldıq, qaldınız, qaldılar və s.  
2. Nəqli keçmiş zaman əvvəl icra olunmuş hərəkəti nəql 
etmə yolu ilə bildirir. Nəqli keçmiş fellərin kökünə  və ya 
başlanğıc formasına -mış
4
  və ya -ıb
4
  şəkilçisini artırmaqla 
düzəlir. Məsələn, baxmışam, baxmışsan, baxmışdır, baxmışıq, 
baxmışsınız, baxmışlar, baxıbsan, baxıbdır, baxıbsınız, baxıblar 
və s. II şəxsin təkində  və  cəmində  -mış
4
  şəkilçisinin sonuncu 
samiti həm tələffüzdə, həm də yazıda düşə bilir: baxmışsan-
Gülarə  Abdullayeva 
 
 
80
baxmısan, baxmışsınız-baxmısınız. -ıb
4
 şəkilçisi I şəxsin tək və 
cəmi ilə işlənə bilmir. 
Felin indiki zamanı  hərəkətin icrasına və ya icra 
olunmamasına danışılan vaxtdan əvvəl başlandığını və hazırda–
danışılan anda davam etdiyini  bildirir, fellərin kökünə  və ya 
başlanğıc formasına –ır
4
 şəkilçisini artırmaqla düzəlir. Məsələn, 
baxıram, baxırsan, baxır, baxırıq, baxırsınız, baxırlar  və  s. 
İndiki zamanın inkarında -ma
2
  şəkilçisinin saiti düşür: 
baxmıram, baxmırsan, baxmırıq, baxmırsınız, baxmırlar.  
Gələcək zaman hərəkətin gələcəkdə, söhbət gedən 
andan sonra icra ediləcəyini və ya icra edilməyəcəyini bildirir. 
Dilimizdə gələcək zaman özünü iki formada göstərir:  
1. Qəti gələcək zaman;  
2. Qeyri-qəti gələcək zaman. 
 Qəti gələcək zaman hərəkətin gələcəkdə  qəti  şəkildə 
icra ediləcəyini bildirir, -acaq
2
(-yacaq
2
)  şəkilçisi ilə düzəlir: 
baxacağam, baxacaqsan, baxacaq, baxacağıq, baxacaqsınız, 
baxacaqlar və s. 
Qeyri-qəti gələcək zaman -ar
2
 (-yar
2
)  şəkilçisi ilə 
düzəlir, hərəkətin gələcəkdə icra ediləcəyini qəti  şəkildə 
bildirmir, işin icrası planlaşdırılır, lakin iş icra oluna da bilər, 
olunmaya da: baxaram, baxarsan, baxar, baxarıq, baxarsınız, 
baxarlar və sİndiki zamanda olduğu kimi, qeyri-qəti gələcək 
zamanda da -ma
2
 inkar şəkilçisinin saiti düşür:  bax-m-aram, 
bax-m-az və s. II və III şəxslərin həm təkində, həm də cəmində 
-ar
2
 zaman şəkilçisinin  r  hərfi  z ilə  əvəz olunur: bax-ar-am, 
bax-m-ar-ıq, bax-m-az-san, bax-m-az-sınız, bax-m-az, bax-m-
az-lar.  
Fellərə xas olan əsas xüsusiyyətlərdən biri, onların 
şəxsə  və  kəmiyyətə görə  dəyişib dəyişməməsidir.  Şəxsə  və 
kəmiyyətə görə dəyişən fellərə  təsriflənən, dəyişməyən fellərə 
isə  təsriflənməyən fellər deyilir. Fellərin  şəxslərə uyğun qəbul 
etdiyi  şəkilçilərə  şəxs  şəkilçiləri deyilir. Şəxs  şəkilçiləri 
təsriflənən felin asılı olduğu şəxsə görə olur, bu şəkilçilər felin 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə