Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə28/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   24   25   26   27   28   29   30   31   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
109 
xəbəri yox idi. (Elçin) Tənəklər yaşa dolanda onların 
məhsulunu yığıb-yığışdırmaq olmazmış.(M.İbrahimov)     
 
Şərt  ədatı.  Buraya  isə köməkçi sözü və onun 
şəkilçiləşmiş forması olan (-sa, -sə) daxil olub, özündən əvvəlki 
sözə  şərt çaları  əlavə edir. Bir vaxt anasının ürəyi necə 
vururdusa, Məryəmin də bütün bədəni eləcə vurur. (Elçin) 
 
Ədatların məna bölgüsü şərti xarakter daşıyır. Bir ədat 
müxtəlif məna növlərinə xidmət edir. 
 
 
Modal sözlər, 
 onun mənaca növləri 
  
Danışanın söylədiyi fikrə, obyektiv reallığa 
münasibətini bildirən sözlərə modal sözlər deyilir.  
 Modallıq məntiqi və qrammatik kateqoriyadır.  Danışan 
şəxs hər hansı bir fikri ifadə edərkən həmin fikrin obyektiv 
reallığa məxsus olub-olmadığını  nəzərə çatdırmaq üçün 
 
müəyyən dil elementlərindən istifadə edir. Cümlədə ifadə 
olunan fikrin gerçəkliyə uyğunluğunun doğruluğunu, hökmün 
gerçəkliyini  təsdiq edir, öz subyektiv münasibətini bildirir.  
Modallığın dildə ifadə vasitələri çoxdur. İntonasiya, söz 
sırası,  felin şəkilləri,  ədatlar bu məqsədə xidmət edə bilər. 
Lakin dilimizdə bu vəzifənin birbaşa ifadəçiləri olan sözlər 
vardır ki, onlar modal sözlər adlanır. Cümlə üçün xarakterik 
əlamətlərdən olan modallığın təmin olunmasında bu söz 
qrupunun böyük əhəmiyyəti vardır.  Modal sözlər leksik 
mənadan məhrum olub, ümumiləşmiş qrammatik məna daşıyır. 
Modal sözlər  əsas nitq hissələrindən törəyib, yarandığı nitq 
hissəsinin məna izini saxlamaqla ona yaxınlaşır, lakin leksik 
mənaya malik olmadığından cümlə üzvü olmur, sintaktik sual 
tələb etmir, şəkilçi qəbul edərək dəyişə bilmir, sintaksisdə ara 
sözlər adı ilə öyrənilir. Lakin modal sözlə ara sözü 
Gülarə  Abdullayeva 
 
 
110
eyniləşdirmək olmaz. Ara sözlərin tutumu daha genişdir. Bütün 
modal sözlər ara söz olduğu halda, ara sözlər təkcə modal 
sözlərdən ibarət deyil. 
Modal sözlər əsas nitq hissələri içərisində zərflərə daha 
yaxındır.  Lakin zərflər hərəkətin  əlamətini bildirdiyi halda, 
modal sözlər cümlədə ifadə olunan fikrə münasibət bildirir. 
Zərf cümlədə sintaktik vəzifə daşıyır, sintaktik suala cavab 
verir, digər sözlərlə  məna və qrammatik cəhətdən  əlaqələnir,  
modal sözlər isə cümlənin üzvləri ilə məna cəhətdən əlaqələnə 
bilmir, yalnız qrammatik əlaqədə olur. 
Müasir vəziyyətinə görə modal sözləri iki qrupa 
ayırmaq olar: 
1.Qeyri-sabit modal sözlər, yəni yerinə görə  həm  əsas 
nitq hissəsi, həm də modal söz kimi işlənənlər;           
2. Sabitləşmiş modal sözlər, yəni  yalnız modal söz kimi 
işlənənlər. Birinci qrupa aşağıdakı sözlər daxildir: görünür, 
görəsən, deyəsən, demək, deməli,  şübhəsiz,  olsun ki,  
müxtəsər, demə    və s. Məsələn,  Müxtəsər cümlə yalnız baş 
üzvlərdən ibarət olur. Gərək mənin sözlərimi ona olduğu kimi 
deyəsən. 
Amma insafa qalsa, dediklərinin hamısı 
düzdür.(İ.Şıxlı)  – cümlələrində  müxtəsər, deyəsən, düzdür 
sözləri müstəqil mənaya malik olub, sintaktik vəzifə daşıyaraq 
əsas  nitq hissəsi kimi çıxış etdiyi halda, aşağıdakı nümunələrdə 
həmin sözlər modal söz kimi işlənərək ifadə olunan fikrə 
münasibət bildirmişdir:Deyəsən'> Deyəsən, uzaqdan qaraltılar görünür. 
(M. S. Ordubadi) Müxtəsər, hər cür geriliyə son qoyulmalıdır. 
Düzdür, Leyla əvvəlcə  məktubu uca səslə oxudu, ancaq ilk 
sətirdəcə səsini  dayandırıb düşüncəyə daldı.(M.Cəlal) 
Aşağıdakı sözlər isə dilimizdə sabitləşmiş, yalnız modal 
söz kimi işlənməkdədir:  sanki, guya, əlbəttə,  bəlkə, beləliklə,  
ümumiyyətlə, nəhayət  və s. Məsələn,  Bəlkə,  bizim iki nəfər 
inanılmış yoldaşımızı  sən aparıb düşmən  əlinə veribsən?         
(F.Kərimzadə)  Yəqin ki, qonşu otaqlardan söhbətə qulaq 
asmağa gələnlərdi. Guya ki, biz heç bir vaxt olmamışıq və bu 


Müasir  Azərbaycan  dili 
 
 
111 
gün də yoxuq. (V.Babanlı)  Zənnimcə, siz təqsirkarsınız.         
(İ.Şıxlı) və s.  
Modal sözləri təcrid olunduğu nitq hissələrinə görə iki 
qrupa ayırmaq olar: 
1.
 
Adlardan əmələ gələn modal sözlər, 
2.
  Fellərdən əmələ gələn modal sözlər
Adlardan  əmələ  gələn modal sözlərin özünü də nitq 
hissələri üzrə aşağıdakı kimi qruplaşdırmaq olar: 
a)
  isimlərdən  əmələ  gələnlər:  qərəz, xülasə, nəhayət, 
güman; 
b)
  sifətlərdən  əmələ  gələnlər:  şəksiz,  şübhəsiz, sözsüz, 
yaxşı, müxtəsər, məlum; 
c)
  saylardan əmələ gələnələr: əvvələn,birincisi, ikincisi 
və s.; 
d)
  əvəzliklərdən  əmələ  gələnlər: məncə, səncə, bizcə, 
sizcə və s.; 
e)
  zərflərdən  əmələ  gələnlər: həqiqətən, beləliklə, 
ümumiyyətlə, adətən və s.  
Fellərdən  əmələ  gələn modal sözlərə  görünür, demə, 
demək, deməli, elə bil ki,  sanki, olsun ki, tutaq ki, və s. daxildir. 
Məsələn, Görünür ki, iki cəbhənin qəhrəmanı olmaq 
fikrindəsən.(M. Hüseyn) 
 Modal 
sözlərin mənaca növləri.  Azərbaycan dilində 
modal sözlər rəngarəng modallıq ifadə etməsi ilə diqqəti cəlb 
edir. Bu cəhət nəzərə alınaraq modal sözlər aşağıdakı  məna 
növləri üzrə qruplaşdırılır: 
1.Yəqinlik bildirənlər:  əlbəttə,  şübhəsiz, doğrudan da,  
həqiqətən, təbii, təbii ki və s.  Məsələn, Dövlətliyik,  əlbəttə, 
şərafət də bizimdir.(M.Ə.Sabir) 
2.Güman, ehtimal, şübhə bildirənlər:  bəlkə, bəlkə  də, 
yəqin, yəqin ki,  ehtimal ki, güman ki, deyəsən və s. Məsələn, 
Bəlkə, o atın kişmişindən gətirib bizə  də bir ovuc 
verəsən.(C.Əlibəyov)  Deyəsən, onlar bədənimin bu qədər 
davamlı olacağına əsəbiləşirlər. (M.İbrahimov)  
Gülarə  Abdullayeva 
 
 
112
3.Nəticə, sıra, ümumiləşdirmə bildirənlər: ümumiyyətlə, 
beləliklə,  xülasə, deməli,  nəhayət  və s. Məsələn,  Nəhayət, 
gözlədiyimiz gün gəlib çatdı. 
4.Mənbə  və istinad bildirənlər:  məncə, səncə, deyilənə 
görə,  fikrimcə  və s.  Məncə, cavanlarla yan-yana oturmağın 
ləzzəti ayrıdır. (İ.Şıxlı) 
5.Bənzətmə, müqayisə bildirənlər: elə bil, elə bil ki, 
sanki, guya ki, deyəsən  və  s.  Məsələn, Yavər elə  fərəhlənirdi, 
deyirdin bəs, dünyanın ən bəxtəvər adamıdır. (İ.Məlikzadə) 
Modal sözlərin məna növlərinin təsnifində bir şərtilik 
var. Bir modal söz müxtəlif mənalarda işlənə bilər. Buna  görə 
də məna növlərinin sayını artırmaq da olar. 
Modal sözlərin cümlədə  işlənmə yeri sərbəstdir, onlar 
cümlənin  əvvəlində, ortasında, sonunda işlənə bilər.  İşlənmə 
yerinə uyğun olaraq, özündən sonra, hər iki tərəfində  və ya 
özündən  əvvəldə vergül qoyularaq digər cümlə üzvləri ilə  
sərhədlənir.  
 
Nida, onu köməkçi nitq hissələrindən 
fərqləndirən cəhətlər və mənaca növləri 
 
 
Cümlədə qrammatik vəzifə daşımayan nitq 
hissələrindən biri də nidadır.  
“İnsanın duyğularını, coşqunluq və  həyəcanını 
bilavasitə ifadə edən sözlərə nida deyilir”. (2, səh.387)   
Nidalar hissləri ifadə edən söz olub, dilin lüğət tərkibinin zəruri 
hissəsi, xüsusi söz qrupudur. Nidalar leksik mənanın olmaması, 
suala cavab verməməsi, cümlədə sintaktik vəzifəyə malik 
olmamasına görə  əsas nitq hissələrindən fərqləndiyi kimi,  
cümlədə heç bir qrammatik vəzifə icra etməməsinə görə  də 
köməkçi nitq hissələrindən fərqlənir.  Elə bu xüsusiyyətinə görə 
də nidalar xüsusi nitq hissəsi kimi qeyd olunur.  Əsas nitq 
hissələrindən fərqli olaraq, nidalar əşya adı, əlamət,  keyfiyyət, 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə