Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə26/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   22   23   24   25   26   27   28   29   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
101 
6.Bağlayıcıların ismin halları ilə  əlaqəsi yoxdur. 
Qoşmalar isə ismin müxtəlif hallarını güclü idarəetmə 
qabiliyyətinə malikdir. 
7.Qoşmaları heç bir durğu işarəsi ilə  əvəz etmək 
mümkün olmadığı halda, bağlayıcıları durğu işarələri 
ilə də əvəz etmək olur. 
Bağlayıcıların təsnifi. Bağlayıcılar aşağıdakı  cəhətlərə 
görə təsnif olunur: 
1. Sintaktik vəzifəsinə görə, 
2. Mənasına görə, 
3. Quruluşuna görə. 
Sintaktik vəzifəsinə görə  bağlayıcıların iki növü vardır: 
1.Tabesizlik bağlayıcıları; 
2.Tabelilik bağlayıcıları. 
Tabesizlik bağlayıcıları  bərabərhüquqlu sözlər və 
cümlələr arasında əlaqə yaratmağa xidmət edir. Məsələn, və, və 
ya, həm, həm də, amma, ancaq, lakin və  s. Tabesizlik 
bağlayıcıları həmcins üzvlər, bərabərhüquqlu tərəflər və tabesiz 
mürəkkəb cümlənin tərkib hissələri arasında işlənir. 
 Tabelilik 
bağlayıcıları    isə bir qayda olaraq tabeli 
mürəkkəb cümlənin  qurulmasında müstəsna əhəmiyyət daşıyır, 
budaq cümləni baş cümləyə bağlayır.  Məsələn, ki, guya ki, 
hərçənd ki, çünki, əgər, yoxsa və stabelilik bağlayıcılarıdır. 
 Bağlayıcıları daşıdıqları sintaktik vəzifəsi ilə  əlaqədar 
olaraq məna növlərinə görə  də iki hissəyə ayırmaq  olar:           
1. Tabesizlik bağlayıcılarının məna növləri. 2. Tabelilik 
bağlayıcılarının məna növləri. Tabesizlik bağlayıcılarının məna 
növləri aşağıdakılardır: 
1. Birləşdirmə bağlayıcıları:  və, ilə (-la,-lə); Çox 
keçməmiş yasavulların hamısı atlandı  və  bütün dəstə getdiyi 
yolla geri qayıtmağa başladı.(M. Hüseyn) və s.  
2. Qarşılaşdırma bağlayıcıları:  amma, ancaq, lakin; 
Bizim havalara oxşarı yoxdu, ancaq  ürək açan xalları  çoxdu.          
(M.Rahim) Qarı düşmən onları özünə tabe edir,  amma 
Gülarə  Abdullayeva 
 
 
102
bununla da onlardan əl çəkmir.(M. İbrahimov) Bu sükut ani idi, 
lakin çox mənalı idi. (M.Cəlal) və s.  
3. Bölüşdürmə bağlayıcıları: ya, ya da, yaxud, yaxud da
gah, gah da, istər, istərsə  də, yainki, və ya, və yainki və  s. 
Bilmirdi bu həngamə  həqiqətdi,  ya  vahimədi, olan şeydir, 
xəyaldır, aşkardır, ya yuxudur. (M. Cəlal) 
4.İştirak bağlayıcıları:  həm, həm də, həmçinin,  
həmçinin də, da, də, habelə, o cümlədən; Qızı Bakıya gedəndən 
sonra Məsmə həm sevinmiş, həm də qüssələnmişdi. (M. Cəlal) 
5.İnkar bağlayıcıları:  nə, nə  də, nə  də ki; Çünki  
Qaçay bizi görübnə  də ki biz Qönçənin üzünü görmüşük.     
(B. Bayramov) 
6.Aydınlaşdırma bağlayıcıları:  yəni, yəni ki, məsələn; 
Bu gündən məsuliyyətimiz daha da artır,  yəni  hər kəs nə 
edəcəyini, özü də necə edəcəyini dəqiq ölçüb-biçməlidir. (Ə. 
Vəliyev) 
7. Qoşulma bağlayıcıları: həm də, bir də, özü də; Amma 
bu qırxıncı hamısından cavandır, özü də  xalis od parçasıdır.      
(M. İbrahimov) 
Tabelilik bağlayıcılarının da aşağıdakı  məna növləri 
vardır: 
1.Aydınlaşdırma bağlayıcıları:  ki, belə ki; Şəkk-şübhə 
yox idi ki, indi bu binada başqa adamlar yaşayırdı. (Elçin) 
Müzakirəyə  çıxarılmış  məsələlər yaxşı  həll olundu, belə ki
hamı razı qaldı. 
2. Səbəb  bildirənlər:  çünki,  zira, ona görə ki, ondan 
ötrü ki, o səbəbə ki; O, üzünü Tahirə tərəf çevirdi, ona görə ki
onunla gizli danışmaq istəyirdi. (M. Hüseyn) 
3. Nəticə bildirən bağlayıcılar: ona görə, buna görə, ona 
görə də, buna görə də, onun üçün də, bunun üçün də və s.; Siz 
düz danışırsınız,  ona görə  də  mən sizdən incimirəm.                   
(M. İbrahimov) 


Müasir  Azərbaycan  dili 
 
 
103 
4.  Şərt bağlayıcıları:  əgər,  əgər ki, hərgah, hərgah  ki;          
Əgər  Ələsgər razı olsa, Mürsəlin oğlunu onlarda gizlədərik. 
(Ə. Vəliyev) 
5. Qarşılıq-güzəşt bağlayıcıları:  hərçənd, hərçənd ki, 
indi ki, madam, madam ki və s.; Hərçənd ilk söz böyüyündür, 
ancaq Mədət adəti pozub dedi.(Ə. Vəliyev)   
Quruluşuna görə bağlayıcıların üç növü var: sadə, düzəltmə
mürəkkəb bağlayıcılar.  Sadə bağlayıcılar bir kökdən ibarət olur 
və tərkib hissələrinə ayrılmır. Məsələn,  və, həm, ki, ya, da, də, 
gah, amma, əgər, ancaq, lakin, hətta, yəni, nə  və s. sadə 
quruluşlu bağlayıcılardır.  
Düzəltmə bağlayıcılar 
əsas nitq hissələrinin 
quruluşundan fərqlənir. Belə ki, düzəltmə bağlayıcıların 
tərkibində heç bir sözdüzəldici  şəkilçi iştirak etmir. Bu 
bağlayıcılar ya bağlayıcı ilə başqa bir hissəciyin, ya bağlayıcı 
ilə başqa bir sözün, ya da bir sözlə bir hissəciyin 
birləşməsindən əmələ gəlir və sadə bağlayıcılığa doğru inkişaf 
edir. Düzəltmə bağlayıcılar bunlardır:  çünki, yaxud, hərgah, 
hərçənd,  nəinki,  yainki, habelə, yoxsa və s.  
  
Mürəkkəb bağlayıcılar dilimizdə daha çox işlənir. 
Bunlar  ən azı iki sözdən ibarət olur və ayrı yazılır. Mürəkkəb 
bağlayıcılar müxtəlif yollar və vasitələrlə  əmələ  gəlir. 
Əmələgəlmə yoluna görə mürəkkəb bağlayıcıları iki qrupa 
ayırmaq olar: 
 1.  Sadə  və  düzəltmə bağlayıcılardan  əmələ  gələnlər. 
Məsələn, həm də, və həm də, gah da, ya da, yaxud da,  nə də, 
nə də ki, hərçənd ki, və hərçənd ki və s
 2.  Müxtəlif sözlərlə bağlayıcıların birləşməsindən 
əmələ gələnlər. Bu bağlayıcıların əmələ gəlməsində o, bu işarə 
əvəzlikləri,  üçün, ötrü, görə qoşmaları  və  bəzi bağlayıcılar 
xüsusi rol oynayır.  Məsələn, on görə, ondan ötrü, onun üçün, 
ona görə də, onun üçün ki, ondan ötrü ki,  lakin bununla belə, 
amma bununla belə,  ancaq bununla belə və s. 
Gülarə  Abdullayeva 
 
 
104
Bağlayıcı  və bağlayıcı sözlər.  Bağlayıcılarla bağlayıcı 
sözləri eyniləşdirmək və qarışdırmaq olmaz. Bağlayıcı sözlər  
əsasən sual əvəzliklərindən – nisbi əvəzliklərdən ibarətdir. Kim, 
nə, hara, necə, nə cür, hansı, neçə, nə  qədər  sözləri  hər 
əvəzliyi,  ki  ədatı ilə birləşir,  hal şəkilçiləri qəbul etməklə 
müxtəlif formalar yaradaraq budaq cümlənin əvvəlində işlənir, 
onun baş cümləyə bağlanmasında əvəzsiz rol oynayır. Məsələn
Hər kim yüz il yaşamasa, Günah onun özündədir. (O.Sarıvəlli) 
Kim ki, ad qoymuşdur qoca dünyada, onu öz dostları vermişdir 
bada. və s.  
   
Ədat haqqında məlumat,  
ədatın mənaca növləri 
 
 Köməkçi nitq hissələrindən biri də ədatdır.  
 
Sözlərin, söz birləşmələrinin və ya bütöv cümlələrin 
mənasını qüvvətləndirən, cümlədə müxtəlif məna çalarları 
yaradan sözlərə ədat deyilir”. (2, səh. 367) 
 
Ədat ərəb sözü olub, hissəcik mənasındadır. Ədat dildə 
çox işlənərək ifadə olunan fikrə mühüm təsir göstərir, cümləyə 
müxtəlif cəhətdən məna incəlikləri verir, ifadənin 
səlisləşməsinə, fikrin məntiqi qurulmasına kömək edir. Ədat 
müstəqil nitq hissəsindən törəyib, köməkçi nitq hissəsinə,  
oradan da şəkilçiyə doğru inkişaf prosesi keçirməkdə olan bir 
nitq hissəsidir. Bu inkişaf xüsusiyyətini nəzərə almaqla ədatları 
aşağıdakı qruplara ayırmaq olar. 
1.Sabitləşmiş-xalis ədatlar; 
2. Qeyri-sabit ədatlar; 
3. Şəkilçiləşən ədatlar.  
 
Sabitləşmiş - xalis ədatlar.  Dilimizdə işlənən ədatların 
bir qrupu tarixən yalnız ədat kimi formalaşmış, sabitləşmişdir. 
Belə  ədatlar  əsas nitq hissələrindən törəsə  də, öz mənşəyi ilə 
əlaqəsini tamamilə itirmiş, yalnız  ədat kimi işlənməkdədir. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə