Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə25/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   21   22   23   24   25   26   27   28   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
97 
(F.Kərimzadə) Qəzet və kitabları bir tərəfə (isim) 
yığdım.(Y.V.Çəmənzəminli)  Kimi  (əvəzlik) ürəyim istəyir, onu 
da alacağam. (İ.Şıxlı) Qələmimdən savayı  özgə (sifət) varım 
olmayıb heç. (C.Novruz) və s. 
 Dilimizdə çox işlənən  ilə  sözü    həm qoşma, həm də 
bağlayıcı kimi işlənir. Bu söz sözə qoşularaq vasitə, birgəlik 
məna çaları yaratdıqda qoşma,  və bağlayıcısı ilə  əvəz oluna 
bildiyi halda bağlayıcı olur. Məsələn, qoşma kimi: Onlar 
yarğanın kənarında sudan gələn qızlarla qarşılaşdılar. (İ.Şıxlı) 
Bağlayıcı kimi:  Qızlarla gəlinlər hər gün burdan su 
aparardılar.(İ.Şıxlı) 
Qoşmaların üçüncü qrupunu şəkilçiləşən qoşmalar təşkil 
edir. Buraya ilə (-la, -lə), -can,-cən, -dək qoşmaları daxildir. 
Məsələn, Yaxşı adamlarla görüşəndə  mənimçün  ən böyük 
bayram olur.(N.Rəfibəyli) Dedim:-nə yaraşır sən kimi cana, 
Gecələr şam kimi sübhəcən yana? (M.Dilbazi) 
2.İsmin hallarını idarə etməsinə görə. 
Qoşmalar ismin müxtəlif hallarını idarə edir. Bu 
baxımdan qoşmaları aşağıdakı kimi qruplaşdırmaq olar: 
1.Yalnız ismin adlıq halı ilə  işlənən, adlıq halda olan 
sözlərə qoşulan qoşmalar. Bu qrupa içrə, üzrə, haqda, barədə,  
-ca,-cə qoşmaları daxildir. 
2.Həm adlıq, həm də yiyəlik  halda olan sözlərə 
qoşulanlar: üçün, ilə (-la,-lə), tək, təki, haqqında, barəsində. 
3.Həm yiyəlik, həm də yönlük halla işlənən qoşmalar: 
kimi, qədər. 
4.Yönlük hal ilə işlənən qoşmalar. Bu qrupa görə, qarşı, 
tərəf, doğru, sarı, məxsus, aid, dair, nisbətən, -dək    qoşması 
daxildir. 
5.Çıxışlıq hal ilə  işlənənlər: Bu qrupa əvvəl, qabaq, 
sonra, bəri,  başqa, özgə, qeyri, savayı, ötrü,  çox, artıq 
qoşmaları daxildir.  
  
3.Qoşulduğu sözlə birlikdə yaratdığı  məna çalarına 
görə. 
Gülarə  Abdullayeva 
 
 
98
 Qoşmalar aid olduğu sözlə birlikdə  rəngarəng məna 
çalarları  əmələ  gətirir. Qoşulduğu hallardan asılı olaraq bu 
mənalar da rəngarəng olur.  
   
1.  Zaman  bildirən qoşmalar. Dilimizdə    əvvəl, sonra, 
qabaq, bəri  qoşmaları  çıxışlıq halda olan sözlərə  və 
birləşmələrə qoşularaq zaman məna çaları ifadə edir. Məsələn, 
Yol boyu ürəyilə danışan Pənah bəy səhərdən bəri səsini içinə 
saldığını hiss edib qımışdı. (M.Çəmənli)  Bir xeyli səssiz-
səmirsiz dayandıqdan sonra o, aramla danışmağa başladı.     
(İ.Hüseynov)  Əlini cəftəyə uzatmazdan əvvəl dönüb geri 
baxdı.(İ.Şıxlı)  Bir həftə bundan qabaq Bakıya  iş axtarmağa 
getmək istədiyini mənə dedi.(İ.Şıxlı) və s.  
  
2. Məkan, istiqamət, yön bildirən qoşmalar. Dilimizdə 
işlənən  tərəf, doğru, sarı qoşmaları yönlük halda olan sözlərə 
və birləşmələrə qoşularaq bu məna çalarını  əmələ  gətirir. 
Məsələn,  Bibim bu dəfə iti addımlarla  bizə  tərəf 
gəldi.(Ə.Əylisli) Həyətin tən ortasında,  budaqları yanlara 
doğru   qoca bir tut ağacı vardı. (İ.Hüseynov)  Əhməd cığırla 
bostanın ortasındakı  talvara sarı yollandı. (İ.Şıxlı)  Əşrəf 
arabanın boynuna doğru gəldi. (İ.Şıxlı) 
    
3. Müqayisə, bənzətmə bildirən qoşmalar. Kimi, qədər, 
tək, təki, -can, -cən qoşmaları  yiyəlik hallı söz və birləşmələrə 
qoşulmaqla qeyd olunan mənanın yaranmasına səbəb olur. 
Məsələn,  Sən mənə lazımsan  sutək, havatək. Sən mənə 
lazımsan öz canım qədər.(N.Kəsəmənli)  Şahnigar birdən uşaq 
kimi evin ortasında oynadı. (İ.Şıxlı)  Əzəmətli Neva da axırdı 
ağır-ağır, dünyadan küsmüş kimi.  
       
4. Kimi, qədər, -can, -cən qoşmaları omonim qoşmalar 
olmaqla, ismin yönlük halında olan söz və birləşmələrə 
qoşulduqda zaman və məkan hüdudu bildirir. Məsələn, Özümə 
söz vermişdim ki, səni qiyamətəcən dindirməyim. (İ.Şıxlı) Uzun 
saçı  qıvrılıb  qaşının üstünə  qədər enmişdi. (İ.Şıxlı) Bacı-
qardaş  düşərgədə  səs-səmir kəsilənə  qədər beləcə uzandılar. 
(İ.Şıxlı) Axı  nə üçün səhərdən axşama  qədər  bir parça çörək 


Müasir  Azərbaycan  dili 
 
 
99 
üçün yollarda fayton sürən bir rus kəndlisi tanımadığı xalq 
haqqında belə danışır? (İ.Şıxlı) 
         5.Aidiyyət bildirən qoşmalar.  İçrə, üzrə, haqda, 
haqqında, barəsində qoşmaları adlıq halda olan sözlərə 
qoşularaq aidlik, uyğunluq, müvafiqlik məzmunu bildirir
Məsələn,  Biçinçilər  adət üzrə  xırman açıb taxıllarını elə 
zəmilərin kənarındaca döyərdilər. (İ. Şıxlı) Çoxdur bəni-adəm 
içrə bidad.  Seminariyaların açılması haqqında atamız çarın 
özü fərman vermişdir. (İ.Şıxlı) və s. 
     
 6.Vasitə  və birgəlik bildirən qoşma:  ilə qoşması adlıq 
və yiyəlik halda olan sözlərə qoşularaq vasitə və birgəlik məna 
çaları ifadə edir. Məsələn, Belə  qızla evlənərsən, ömrün boyu 
ürəyini buz kimi eləyərsən.(Anar) Hökmdar vəzirin müşayiəti 
ilə    çadıra daxil olduqda qullar yerə döşənib alınlarını yerə 
qoydular. (İ. Əfəndiyev) Onların külünü torba ilə daşıtdıraram. 
Salatın dirsəyi ilə Əşrəfə toxundu. (İ. Şıxlı) 
       
7.  İstisnalıq bildirən qoşmalar:  Başqa, özgə, qeyri, 
savayı, ayrı qoşmaları ismin çıxışlıq halında olan sözlərə 
qoşularaq istisna məna çalarını ifadə edir. Məsələn, Evimdə 
pendir-çörəkdən  savayı  heç nə yoxdur.(V.Səmədoğlu) Ey 
sevdiyim, səndən qeyri kimim var? 
 8. 
Səbəb və məqsəd bildirən qoşmalar. Üçün, ötrü görə 
qoşmaları qoşulduğu sözdən asılı olaraq səbəb və ya məqsəd 
çaları ifadə edir.  Bu qoşmalar feli sifət və ya feli sifət tərkibinə 
qoşulduqda səbəb zərfliyi, məsdər və ya məsdər tərkibinə 
qoşulduqda məqsəd  zərfliyi, isim və  əvəzliklərlə  işləndikdə  
tamamlıq olur. Məsələn ,Qorxduğu üçün (səbəb zərfliyi) özünü 
itirdi. (İ.Şıxlı) Tapdıq cansıxıcı sükutdan yaxasını qurtarmaq 
üçün (məqsəd zərfliyi) dilləndi. (İ.Şıxlı) Cahandar ağa  özünü 
sındırmamaq üçün (məqsəd zərfliyi) maralın üzünə baxmadı. 
(İ.Şıxlı)  Uzun yolun yorğunluğunu unutmaq üçün (məqsəd 
zərfliyi) söhbət etmək istədi. (İ.Şıxlı) Ömrü boyu bir parça 
çörək üçün (məqsəd zərfliyi) çalışmışdı...(İ.Şıxlı)  Fikrini 
cəmləməkdən ötrü (məqsəd zərfliyi) Canəli müəllim bir müddət 
Gülarə  Abdullayeva 
 
 
100
də cəhd elədi, amma olmadı, baş tutmadı.(Ə.Əylisli) Ana üçün 
(tamamlıq) övladdan əziz kim ola bilər? 
 
 
Bağlayıcı, onun vəzifəsinə və quruluşuna görə 
növləri 
 
 Bağlayıcı  dildə çox mühüm rola malik olan  köməkçi 
nitq hissəsidir. O, cümlədə müəyyən vəzifə daşıyır,  lakin 
cümlə üzvü olmur.  Bağlayıcı müstəqil lüğəvi mənaya malik 
olmadığı üçün söz yaradıcılığında iştirak etmir.  Bu köməkçi 
nitq hissəsi söz birləşməsinin tərəfləri və cümlənin üzvləri 
arasında  əlaqə yaradır. Nitqdə oynadıqları rola və daşıdıqları  
vəzifəyə görə bağlayıcılarla qoşmalar arasında müəyyən 
oxşarlıqlar vardır.  Üçün, ötrü, görə qoşmalarının  o, bu 
əvəzlikləri ilə birləşərək yaratdığı bağlarıcılarla həmin 
qoşmaların mənaları arasındakı oxşarlıq aydın hiss olunur. İlə 
sözünün həm qoşma, həm bağlayıcı kimi işlənməsi də  bunların 
arasında yaxınlığın olmasını göstərir. Lakin qoşmalarla 
bağlayıcıların arasında aşağıdakı mühüm fərqlər də vardır: 
1.Bağlayıcılar quruluşca sadə, düzəltmə  və mürəkkəb 
olduğu halda, qoşmaların quruluşu sadə olur. 
2. Qoşmaların inkişaf prosesində  şəkilçiləşməyə doğru 
meyl güclü olduğu halda, bağlayıcılarda bu xüsusiyyət 
görünmür. 
3.Qoşmalardan fərqli olaraq, bağlayıcılar nə təklikdə, nə 
də hər hansı sözlə birlikdə cümlə üzvü ola bilmir. 
4. Bağlayıcılar sözlər və cümlələr arasında işləndiyi 
halda, qoşmalar bir qayda olaraq qoşulduğu sözdən 
sonra işlənir. 
5.Bağlayıcılar heç bir şəkilçi qəbul edə bilmir. 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə