Microsoft Word sahib eliyev doc



Yüklə 1,47 Mb.
Pdf görüntüsü
səhifə27/75
tarix12.10.2018
ölçüsü1,47 Mb.
#73591
1   ...   23   24   25   26   27   28   29   30   ...   75

Müasir  Azərbaycan  dili 
 
 
105 
Sabitləşən ədatlara ən, lap, daha, düm, bəs, məgər, kaş, axı, di,  
bəli, yox, xeyr, heç ədatları daxildir. 
 Qeyri-sabit 
ədatlar.  Qeyri-sabit  ədatlar dedikdə 
yerindən asılı olaraq həm ədat, həm də başqa nitq hissəsi kimi 
işlənən sözlər başa düşülür. Bu qrupa daxil olan ədatların 
özlərini də iki hissəyə ayırmaq olar: a) əsas nitq hissələri ilə 
ortaq olan ədatlar, b) köməkçi nitq hissələri ilə ortaq olan 
ədatlar. 
 
Əsas nitq hissələri ilə ortaq olan ədatlar sifət, say, zərf 
və fellərdən ibarətdir. Bu sözlər  ədat kimi işləndikdə  də öz 
mənşəyi ilə  əlaqəni kəsmir, ifadə etdiyi mənanın izlərini 
saxlamış olur. Belə sözlər  ədat kimi işləndikdə leksik mənanı 
itirir, suala cavab vermir, cümlə üzvü olmur. Keçid 
vəziyyətində olan belə sözləri aşağıdakı kimi qruplaşdırmaq 
olar: 
1. Belə, elə sözləri. Bu sözlər həm əvəzlik, həm də ədat 
ola bilir. Bu sözlər cümlədə  işlənərkən müstəqil məna 
bildirərsə,  o cür, bu cür sözləri ilə əvəz etmək olarsa, cümlədə 
təyin və zərflik vəzifəsini daşıyarsa, müstəqil söz - əvəzlik olar. 
Məsələn, O, belə  adamlara həmişə hörmət etməyi  sevirdi.      
(Ə. Vəliyev) Adam özündən böyük ilə elə danışmaz.(M. Cəlal) 
Həmin sözlər qeyd olunan xüsusiyyətlərdən məhrum olarsa, 
ədat olur. Məsələn,  İnci müəllimə bütün gücünü toplasa belə
bədəni lərzəyə salmış  qəzəb uçunmasının öhdəsindən gələ 
bilmirdi. (V.Babanlı) Qoy elə  mənim özümü güllələsinlər.     
(C.Cabarlı) 
2. Tək təkcə, bir, bircə  sözləri dilimizdə say, zərf və 
ədat kimi işlənir.  Məsələn,  Bircə  kəlmə,  bircə  işarə kifayət 
deyildimi ki,  bu bədbəxtlik olmayaydı? (İ. Hüseynov) O illərdə 
isə tamam tək idim. (M. Oruc) 
Bu cümlələrdə  bircə və tək sözləri müstəqil mənalı söz 
kimi işlənmiş,  uyğun olaraq təyin və xəbər yerində durmuşdur.  
Aşağıdakı nümunələrdə isə əvvəlkilərdən fərqli olaraq,  həmin 
sözlər  ədat kimi işlənərək məna çaları yaratmağa xidmət edir: 
Gülarə  Abdullayeva 
 
 
106
Bir də hardasa tək bir it hürürdü. (Ə. Əylisli) Bunu bircə onlar 
bilir. (Mir Cəlal)  Təkcə bu rəhmətlikdə olan hümmətin yarısı 
indiki dirilərdə olaydı. (Mir Cəlal) Ədat kimi işləndikdə həmin 
sözləri yalnız, ancaq ədatları ilə də əvəz etmək olur.  
          3. Düz, artıq sözləri həm sifət, həm də ədat kimi işlənir. 
Sifət kimi: Artıq tamah baş yarar. Düz  qərar deyil, biz süni 
sənədlərlə heç bir sadiq vətəndaşı incidə bilmərik. (S.Rəhimov) 
     Ədat kimi: Ceyran heç nə deməyib,  düz mehtər Cəfərin 
gözlərinin içinə baxdı. (Elçin) Artıq o illər arxada qalmışdı. 
4.  Bax, baxın, gəl, gəlin, gör, görün, qoy, qoyun, 
görüm, görək  sözləri  cümlədə  həm fel, həm də  ədat kimi 
işlənir. Fel kimi: Canını yerə  qoy, a bala! (Y.Səmədoğlu) 
Gecikmə, vaxtında gəl. (Y. Səmədoğlu)  Hər şeyə diqqətlə bax.               
(Y.Səmədoğlu)  Baxın, baxın, yaxşı  baxın, diqqətlə  baxın
Sizin tarix kitabında bu, qanla yazılmış bir səhifədir.                   
(C.Məmmədquluzadə) 
Ədat kimi: Axı  mən də kişiyəm.  Qoy bir fikir eləyim.                   
(Y.V.Çəmənzəminli) Gör nə qədər qısaltdıq həsrətin mənzilini. 
(Ə.Kərim) Bax birinci düşmən bu vələdüzzinadır. (S.Rəhimov) 
və s. 
b) Dilimizdəki  ədatların bir hissəsi də  həm bağlayıcı, 
həm də  ədat kimi işlənir. Başqa sözlə bağlayıcıların bir qismi 
ədatlaşır, bağlayıcılıq funksiyasını itirərək,  ədatlıq vəzifəsini 
daşıyır.  Yalnız, ancaq, amma, fəqət, da, də, hətta, isə(-sa,-sə), 
ki, yoxsa dilimizdə  həm bağlayıcı, həm də  ədat kimi işlənir. 
Yalnız, ancaq, amma, fəqət sözləri  bağlayıcı kimi işləndikdə 
cümlə üzvləri və tabesiz mürəkkəb cümlənin tərkib hissələri 
arasında qarşılaşdırma, ziddiyyət mənası yaradır. Məsələn, 
Burada keçə  çəkmələr, isti əlcəklər vermişdilər,  ancaq yenə 
əlləri də ayaqları da sızıldayırdı. (İ.Məlikzadə) Tamaşa 
başladı,  amma  mən bütün fikrimi toplayıb ömrümdə birinci 
dəfə gördüyüm o sirk tamaşasına baxa bilmirdim. (Elçin) 
Bilmirdi gülsün, yoxsa  ağlasın. Yaylaq da, aran da  doğmadır 
mənə. (Z.Yaqub) Lələ  də du atın peyda olmasını elə danışırdı 


Müasir  Azərbaycan  dili 
 
 
107 
ki,  bu an İsmayıl da ona inanmağa başlayırdı. (F. Kərimzadə) 
Şirzada elə  gəldi ki, Rüstəm kişi bu hərəkəti ilə  nəinki çoban 
Kərəmi heç adam yerinə qoymur,  hətta ona da, Qoşatxana da 
meydan oxuyur. (M.İbrahimov)  
Ədat kimi: Mən  şeir oxuduğum zaman ancaq öz 
təbimdən məsləhət alıram.(M.S.Ordubadi) Qarşında diz çöküb 
əyiləndə , Yerdən göyə qədər ucalıram mən. (H.Arif) Mən ki 
görməmişəm sevgini susan, Məhəbbət zirvədə bəslənən qarmış. 
(N.Kəsəmənli) Belə bir şey onu maraqlandırmırdı  da.            
(Mir  Cəlal) və s. 
 
Şəkilçiləşən  ədatlar.   Müasir dilimizdə  işlənən 
ədatların bir qismi də  şəkilçiləşməyə doğru inkişaf edir, yəni 
şəkilçiyə çevrilərək sözə bitişik yazılır.  Belə ədatlara -ca (-cə),  
-sana (-sənə), -mı(-mi, -mu, -mü)  aiddir. Məsələn,  Mən 
dəliyəmmi, oğlumu məktəbə, dərsə göndərəm?(M.Ə.Sabir) 
Xırdaca gözlərini qaldırıb tavandan asılan koruş lampaya 
baxdı. (Ə. Babayeva) və s. 
 
Ədatların mənaca növləri.  Ədatları    aşağıdakı  məna 
növlərinə ayırırlar: 
1.Qüvvətləndirici ədatlar; 
2. Təsdiq ədatları; 
3. İnkar ədatları; 
4. Sual ədatları; 
5. Təkid bildirən ədatlar
6. Fərqləndirici, istinadedici ədatlar; 
7. Emosionallıq bildirən ədatlar; 
8. Zaman ədatları; 
9. Şərt ədatı. 
 Qüvvətləndirici ədatlar. Bu məna növünə ən, lap, daha 
da, bir daha, düm, ha, yenə ədatları daxil olub, sözün, ifadənin, 
birləşmə  və cümlənin mənasını qüvvətləndirir.  Məsələn,  İndi 
lap asta de, yorulub dünya.(V.Səmədoğlu) Bu söz Nəcəfi daha 
da qızışdırdı. (M. İbrahimov) 
Gülarə  Abdullayeva 
 
 
108
 
Təsdiq  ədatları: bəli, hə, bəli də.  Bu və ya digər fikri 
təsdiq etmək üçün işlənir.  Məsələn,  Hə, de görək sən hara, 
bura hara? (M.İbrahimov)  Bəli, bəli, düz sözə  nə deyəsən, 
düzdür də...(M.İbrahimov) 
İnkar ədatları. Yox, xeyr, heç, heç də, əsla. Bu ədatların 
əvvəlki ikisi  dialoq zamanı fikri inkar etmək üçün işlənir. 
Məsələn, Bəlkə qorxutdum sizi?-Xeyr,  əsla. 
Sual ədatları. Axı, bəs, məgər, yoxsa, olmaya, görəsən, 
yəni, -mı (-mi, -mu, -mu). Bu ədatlar  müstəqil sual yaradır və 
ya sual mənasını gücləndirir. Məsələn,  Bəs görmür ki, bıçaq 
sümüyə dirənib daha? (Elçin) Tarix utanmaz yaratdığından? 
(S.Vurğun) 
Təkid bildirən  ədatlar: qoy, qoysana,  bax, gəl, gəlin, 
gör, görək, görüm, di və s. Bu məna növü bəzi kitablarda əmr 
ədatları adı ilə verilmişdir. Bu ədatlar sözə, ifadəyə, cümləyə 
diqqəti artırmaq üçün işlədilir. Məsələn, Gəl çıxaq seyrinə uca 
dağların. (H.Arif) Bircə məni başa sal görüm.(İ.Əfəndiyev) Nə 
tələsirsən, hələ tezdir, qoy hamı yığışsın.(M.İbrahimov) 
Fərqləndirici, istinadedici ədatlar:   ancaq, yalnız, 
təkçə, bircə  ədatları  fərqləndirmə, ayırma, istisnaetmə, 
məhdudlaşdırma mənası yaradır. Məsələn, Qız bayaq nə üçün 
ansızın bir həyəcana qapıldığının səbəbini  yalnız indi başa 
düşdü.(Ə.Məmmədxanlı)  Ancaq Qədir nə kötüyə əl vurdu,  nə 
ağacı yerindən tərpətdi,  bircə  Günəşə baxıb dişlərini 
qıcırdatdı.(Ə.Əylisli) və s.  
Emosionallıq bildirən  ədatlar: kaş, barı, ki, təki, belə, 
məhz,  gərək, ha, axı  və  s.    kimi  ədatlar aid olduqları sözə, 
ifadəyə emosional çalarlıq verir.  Məsələn,  Kaş ki, o sözlər 
mənim çıxmayaydı dilimdən. (S. Rüstəm)  Yavər yazıq pis söz 
demədi  ha.(İ. Məlikzadə)  Mən  ki damdan-bacadan baxmaz 
idim. (M.Ə.Sabir) və s.                                                                              
 Zaman 
ədatları.  Bu qrupa idi, imiş köməkçi sözləri və 
onların şəkilçiləşmiş formaları daxildir.  Onlar  hadisəni keçmiş 
zamana bağlayır.  Amma bu məsələdən gizli gözətçilərin də 


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə